Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-289/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Lerik rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Rəzəvul kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək açılmış sadələşmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Yekun protokola əsasən, 16 avqust 2023-cü il tarixdə saat 13:50 radələrində Əsədov X2 Elvin Zahid oğlu ilə ünvan 2 ünvanında şəxsi münasibətlərin kəskinləşməsi zəminində münaqişə edərək yumruq və təpik zərbələri ilə vurub Zərərçəkmiş şəxs sol bazunun qançırı, üst dodağın səthi əzilmiş yarası və qansızması, boyun nahiyyəsinin sıyrığı, sol gözaltı nahiyyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırşişkinliyi və sıyrığı, başın gicgah nahiyyəsinin dərialtı hematoması. alt çənədə soldan İİ və İİİ dişlərin diş ətinə qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Saatlı rayonu Qıraqlı kəndində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən kafelərin birində ofisiant kimi işləyir və Aytəkin Nəsirov da onun işlədiyi kafenin yanında yerləşən "Bizim Marketidə nəzarətçi işləyir. Şahidm 1 ay olar ki, tanıyır və sonuncu ilə işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Bizim Market”də tanış olmuşdur. Onlar çox vaxt Aytəkin ilə məhlədə olan besetkada söhbət edirdilər. Hadisə gün, yəni 16 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində Aytəkin ilə "whatsapp" mobil tətbiqi ilə yazışmışlar və görüşüb Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsində yerləşən həyətin besetkasında oturub söhbət edən zaman Aytəkinin həyat yoldaşı ora gəlmiş, əsəbi halda əlində olan mobil telefonu ona tərəf atmış, lakin telefon ona dəyməmiş və buna görə də o, əsəbləşib sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi şəxsin üzərinə hücum çəkmiş və onun sifət nahiyəsinə bir neçə dəfə zərbə ilə vurmuşdur. Sonra aralaşmışlar və o. çıxıb kafeyə getmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Aytəkini götürüb özü ilə aparmışdır. Şahid təxminən 1 aya yaxındır ki tanıyır və sonuncu ilə iş yerində tanış olmuşdur. Aytəkinlə aralarında yaxın münasibət olmayıb. Aytəkinlə dost kimi söhbət etmişlər. Aytəkinin evli olduğunu bilmirmiş. Aytəkin ona həyat yoldaşından boşandığını demişdir. O, Aytəkinin hal-hazırda evli olduğunu bilsəydi, bu şəxslə görüşməzdi. Aytəkinlə qeyd edilən yerə söhbət etmək üçün getmişdir. Aytəkinin həyat yoldaşı marketə gələndə görübmüş. Aytəkinin həyat yoldaşı Elvinlə aralarında davadalaş evin həyətində, besetkanın altında, təxminən 2-3 dəqiqə olmuş, həmin vaxt günorta vaxtı olduğu üçün və hava isti olduğuna görə yanlarında və ətrafda heç kim olmamışdır. O, onu yumruq ilə bir neçə dəfə vursa da, Zərərçəkmiş şəxs nə kimi xəsarət aldığını bilmir. Elvin onu vurmayıb və o, heç bir xəsarət almamışdır. Elvinlə əvvəllər aralarında heç bir ədavət olmayıb. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığınıvə ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və təhqiqat zamanı ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2016-cı ildə Şahid ilə rəsmi olaraq ailə qurmuş və bu nigahdan 5 yaşlı Aliyə adlı qızları vardır. Təxminən 4 ay əvvəl arvadı Şahid ilə aralarında ailə-məişət mübahisəsi zəminində problem yaranmışdır, lakin son vaxtlar mehriban olaraq ər-arvad kimi birlikdə yaşayırlar. O. ailəsinin dağıılmasını istəmir və ailəni qoruyub saxlamaq istəyir. Özü “Toyota Prius” markalı **-GR-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Arvadı Aytəkin isə ünvan 3 ünvanında yerləşən “Bizim Market”də nəzarətçi işləyir. Hadisə gün, yəni 16 avqust 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsindən müştəri götürüb aparırmış. Saat 13:50 radələrində ünvan 2 ünvanında yerləşən “Oba Marketin qarşısından avtomobil ilə keçən zaman arvadı Şahid besetkada bir nəfər tanımadığı, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı oğlanla oturub söhbət etdiyini görmüşdür. Maşını saxlayıb maşından düşüb onlara yaxınlaşmışdır. O. həyat yoldaşına qışqıraraq nə baş verdiyini soruşmuş, əsəbindən gözündə olan eynəyi çıxarıb yerə vurmuş, onlar tərəfə gedəndə həmin oğlan yerindən qalxmış və üzərinə hücum çəkmişdir. Bu zaman onun sifət və baş nahiyəsinə 3-4 dəfə yumruq ilə vurmuş, sonra onu yerə yıxmış, bir neçə dəfə yerdə təpik zərbəsi endirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk edib uzaqlaşmışdır. O. arvadının qolundan tutub maşına mindirməyə çalışmış, bundan sonra maşında söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları nə məsələ olduğunu soruşduqda o, bildirmişdir ki, “bu qadın mənim həyat yoldaşımdır”. Polis əməkdaşları onun əsəbi olduğunu görərək onları polis bölməsinə dəvət etmişlər. Döyülməyi nəticəsində alt çənə hissəsində yerləşən dişi laxlayıb, dodağı partlayıb, çənə nahiyəsində ağrılar meydana gəlib, hətta yemək yeyə və gecələr yata bilmir. Başına vurulan zərbələr nəticəsində baş ağrıları artıb, boyun, qol nahiyəsində qançırlar meydana gəlib. Həyat yoldaşı Şahid ilə söhbət edən şəxsi hadisə baş verən zamana kimi tanımamışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bu şəxsi ilk dəfə görürmüş. Şəxs təxminən 25-27 yaşlarında olmuşdur. Həmin şəxslə aralarında olan davadalaş ara məhlədə olmuş və həmin vaxt orada onlardan, arvadından başqa digər heç bir şəxs olmamışdır. Mübahisə və dava-dalaş ətrafda digər heç bir şəxsin diqqətini cəlb etməmişdir. Baş vermiş mübahisə, dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin şəxslə aralarında olan dava-dalaş nəticəsində həmin şəxs onun boyun nahiyyəsinə sıyrıq və həmçinin dodaq nahiyyəsinə xəsarət yetirib. Həyat yoldaşı ilə həmin şəxsin nə kimi əlaqəsi olması barədə heç bir məlumatı yoxdur. Özü həmin şəxsi vurmamış və bu şəxsə heç bir xəsarət yetirməmişdir. Mobil telefonunu Aminə tərəf atmış, lakin telefon Aminə dəyməmişdir. Həmçinin Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə qurmuş və bu nigahdan 5 yaşlı Aliyə adlı qızları var. Əri Zərərçəkmiş şəxs icarə işlətdiyi “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O isə ünvan 3 ünvanında yerləşən “Bizim Market”də nəzarətçi işləyir. O, Amin adlı şəxsi 10 gün olar ki, tanıyır və sonuncuyla “Bizim Market”də tanış olmuşlar. Onun işlədiyi marketdə 08 avqust 2023-cü il tarixdə yanğın baş verdiyi üçün hal-hazırda satış yoxdur. Buna görə də o, hadisə günü, yəni 16 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində su almaq üçün yaxınlıqda olan “Oba Market”ə gedibmiş. Həmin vaxt Aminlə təsadüfən rastlaşmışdır. Aminlə birlikdə orada olan həyətdə besetkanm altında söhbət edən zaman həyat yoldaşı Elvin onları görmüşdür. Elvin ona yaxınlaşmış, ona qışqırmış, bu vaxt Aminlə Elvinin arasında dava-dalaş yaranmışdır. Həyat yoldaşı onu öz maşınına mindirmiş Amin isə çıxıb getmişdir. Maşında həyat yoldaşı ilə söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis bölməsinə dəvət etmişlər. Amin adlı şəxs Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən kafedə işləyir. Aminlə aralarında yaxın münasibət olmayıb, Aminlə dost münasibətləri olub, aminin ata adını və soyadını, həmçinin harada yaşadığını bilmir. Həyat yoldaşı ilə Amin arasında dava-dalaş təxminən 2- 3 dəqiqə davam etmişdir. Mübahisə və ya dava-dalaş baş verən zaman ətrafda onlardan başqa heç bir şəxs olmamışdır. Dava-dalaş nəticəsində həyat yoldaşının baş-boyun nahiyəsində xəsarətlər meydana gəlib, dodağı partlayıb, bədənində qançırlar meydana gəlib. O, Aminin əri Elvini döyməyinin şahidi olmuşdur. Lakin Zərərçəkmiş şəxs Amin adlı şəxsə heç bir xəsarət yetriməyib. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və təhqiqat zamanı keçirilmiş “məhkəmə-tibb ekspertizasının 18 avqust 2023-cü il tarixli 467 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazunun qançırı, üst dodağın səthi əzilmiş yarası və qansızması, boyun nahiyyəsinin sıyrığı, sol gözaltı nahiyyənin həmin gözün ağlı qişasına qansızıma ilə müşayiət olunan qançır-şişkinliyi və sıyrığı, başın gicgah nahiyyəsinin dərialtı hematoması, alt çənədə soldan İİ və İİİ dişlərin diş ətinə qansızıma küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdaş görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-289/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-289/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver