Məhkəmə qərarları › İş №1(009)-29/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-29/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-29/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkuml olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Abşeron Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə yüksək vəsifədə işləyən qohumlarının vasitəsi ilə Zərərçəkmiş şəxs kürəkəni X5 işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxili işlər orqanlarına köçürmə yolu ilə qəbul etdirəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla bu adla 2018-ci ilin oktyabr ayının 15-də Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsində yerləşən Bakı funikulyorunun “Bəhram Gül” stansiyasının yaxınlığında 5000 manat, 2018-ci ilin oktyabr ayının 20-də eyni ünvanda 9000 manat və 2018-ci ilin oktyabr ayının 26-da eyni ünvanda 11000 manat almaqla ümumilkdə Zərərçəkmiş şəxs məxsus 25000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1995-1999-cu illər ərzində Ədliyyə Nazirliyinin Xüsusi Təyinatlı bölüyündə baş təlimatçı, 1999-cu ildən 2003-cü ilədək isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nərimanov rayon Mühafizə İdarəsində polis nəfəri kimi işləmiş, 2003-cü ildə infarkt keçirdiyindən və şəkərli diabet xəstəsi olduğundan daxili işlər orqanlarından öz xahişi ilə xaric olunmuşdur. Əvvəllər hədə qorxu ilə tələb etmə cinayətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə məhkum olunmuşdur. Elman Fərəcovu təxminən 2018-ci ilin oktyabr ayından tanıyır. Belə ki, hazırda dünyasını dəyişmiş Hidayət adlı həkim ona zəng edib ədliyyə orqanlarında çalışan bir nəfər şəxsin daxili işlər orqanlarına köçürmə yolu ilə qəbul olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Hidayət həkim bildirdi ki, onun yaxşı əlaqələri var. Bundan sonra ona Elman Fərəcov adlı şəxs zəng edib görüş təyin etmişdir. Gənclik metrostansiyasının yaxınlığında, Atatürk prospekti tərəfdə Elmanla görüşmüşdür. Elman bildirmişdir ki, Polis Akademiyasını bitirir və xahiş etmişdir ki, təhsilini bitirənədək daxili işlər orqanlarına köçürmə yolu ilə qəbul olunmasına köməklik göstərsin. O, da Elmana demişdir ki, onun yüksək vəzifəli şəxslərlə tanışlığı var, kömək edə bilər. Qiymətə gəldikdə isə Elmana demişdir ki, bu iş üçün 25.000 manat pul tələb olunur. Elman da razılaşmışdır. 2018-ci ilin oktyabr ayının təxminən 15-də Elman atası ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı parkın yaxınlığında, “Funikulyor”la üzbəüz çayxanaların birində ona 5000 manat pul vermişdir. O, qalan pulu soruşanda demişlər ki, yaxın müddətdə qalan pulu verəcəkdir. O, da Elmana inanıb pulu götürmüşdür. Lakin Elman pulun qalan hissəsini verməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Uzun müddət keçməsinə baxmayaraq Elman qalan pulu verməmişdir. Bu səbəbdən də Elmanın işi alınmamışdır. Pul da onda qalmışdır. Səhhəti ilə bağlı pula ehtiyacı olduğundan həmin pulun üstündən xərcləmişdir. Sonradan Elman ondan daha artıq pul tələb edəcəyi ilə hədələməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, barəsində Elmanın qaynatası Zərərçəkmiş şəxs şikayət etmiş və şikayət əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılmışdır və barəsində axtarış elan edilmişdir. Onun axtarışda olmağından xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixdə o saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmışdır. Həmin vaxt X7 adlı qohumu Elman Fərəcovdan aldığı 5000 manat məbləğində pulu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib dəymiş ziyanı ödəmişdir. Bundan sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o buraxılmışdır. İş üzrə Zərərçəkmiş şəxs tanımır, o 5000 manat pulu Elman Fərəcovdan almışdır. Elman pulun 20000 manat hissəsini vermədiyi üçün Elman Fərəcovun iş yerinin dəyişməsi ilə məşğul olmamışdır. O Elman Fərəcovdan 25000 manat pul almamışdır. Özünü Elman Fərəcova Rizvan kimi təqdim etməsini xatırlamır. İş üzrə dəymiş ziyanı ödədiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Türkan təxminən 6 il bundan əvvəl X8 ilə rəsmi nikahadaxil olmuş, həmin nigahdan iki azyaşlı uşaqları vardır. Kürəkəni Elman əvvəllər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində polis nəfəri vəzifəsində işləmiş, sonra isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə köçürülmə yolu ilə qulluğa qəbul olunmuşdur. Eyni zamanda Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qiyabi şöbəsinə daxil olmuşdur. X4 oxuduğu üçün yenidən daxili işlər orqanlarına köçürülmə yolu ilə qayıtmaq istəmişdir. 2018-ci ilin təxminən sentyabr ayında Gülağa adlı tanışları Elmanı sonradan adını Təqsirləndirilən şəxs bildiyi şəxslə tanış edərək sonuncunun böyük vəzifəli şəxslərlə yaxın əlaqədə olmasını bildirmişdir. Müşfiq özünü Rizvan kimi təqdim etmiş, əslən Zəngilan rayonundan olduğunu qeyd etmişdir. Beləliklə də özünü Rizvan kimi təqdim edən Müşfiq adlı şəxs yüksək vəzifələrdə işləyən yaxınlarının vasitəsi ilə Elmanı Bakı şəhər X13 İdarəsinə böyük inspektor vəzifəsinə düzəldə biləcəyini demiş, əvəzində isə 25000 manat pul istəmişdir. Elmanın özündə pul olmadığından bu barədə ona müraciət etmişdir. Həmin ərəfələrdə yaşadığı evin həyətyanı sahəsində ev satmış və pulu olmuşdur. Ona görə də pulu Müşfiqə çatdırılması üçün kürəkəni Elmana vermişdir. O, Müşfiqin özü ilə görüşüb danışmaq istəyəndə Elmanın vasitəsi ilə xəbər göndərmişdir ki, söhbətə başqa şəxslər qarışmasın, yoxsa iş alınmayacaq. O da işin düzəlməsi naminə məsələyə qarışmamışdır. Bununla belə pulun verilməsində şahid olmuşdur. Çünki “Rizvana” pulun 9000 və 11000 hissəsi verilərkən o da Elmanla birlikdə Səbail rayonunun ərazisndə yerləşən Bakı funikulyorun yanına getmiş, Rizvanın etdiyi xəbərdarlğa görə maşından düşməmiş, lakin pulun Müşfiqə verilməsini görə biləcək məsafədən avtomaşınının içərisindən kənardan izləmişdir və pulun Elman tərəfindən sayılaraq təqdim etməsini, hətta Müşfiqin həmin pulu alaraq cibinə qoyulmasını kənardan aydın şəkildə görmüşdür. Beləliklə də hissə-hissə olaraq 25000 manat pul Müşfiqə verilmiş, lakin sonuncu verdiyi vədə əməl etmədən qaçıb gizlənmişdir. Dəfələrlə telefon vasitəsi ilə onunla danışıqlar aparılmış və Müşfiq pulu götürdüyünü etiraf etmişdir. Özünü Rizvan kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olduğu kürəkəni Emana və ona eyni vaxtda məlum olmuşdur. Belə ki, artıq aldıdaqlarını başa düşdükdə və Rizvan adlı şəxsi Gülağa və Ramiz vasitəsi ilə tapmağa çalışdıqda, həmin şəxsin əslən Zəngilan rayonundan olan Təqsirləndirilən şəxs olduğu üzə çıxmışdır. Ona dəymiş ziyanı ödənilməsini tələb edir, ödənilmədiyi təqdirdə layiqli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında Elman Fərəcovla tanış olmuş, söhbət əsnasında Elmanın ədliyyə orqanlarından daxili işlər orqanlarına köçürülmə yolu ilə qəbul edilmək istədiyini bilmiş, bu işdə ona köməklik edilməsi üçün adam tapacağına söz vermişdir. Bundan sonra 2-3 gündən bir Elman ona zəng edib tanış tapıb-tapmadığı ilə maraqlanmışdır. O də helə ki, tanış adam tapmadığını demişdir. Dostu Ramizin uşağı leykoz xəstəliyindən əziyyət çəkdiyindən təxminən 5-6 il bundan əvvəl Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən özəl klinikada həkim işləyən Hidayət müəllimin yanına gedib-gəlirdilər. Bundan münasibətləri yaranmışdır, Ramizin Hidayətlə yaxın münasibəti olsa da, onun heç bir münasibəti, o cümlədən ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Beləliklə də, dəqiq tarix yadında deyil, Elmanla tanış olduğundan təxminən 1 ay sonra, 2018-ci ilin yay aylarında günorta vaxtlarında dostu Ramizlə Gənclik metrostansiyasının yaxınlığında, Koroğlu Rəhimovun heykəli ilə üzbəüz yerləşən parkdakı çayxanada oturub çay içən zaman təsadüfən Hidayət müəllimlə görüşmüşlər. Bu zaman Elman ona zəng edib yenə də tanış tapıbtapmadığı ilə maraqlanmışdır. O da adam tapmadığını izah etməyə başlamışdır. Bunun qulaq şahidi olan Hidayət məsələ ilə bağlı maraqlanmış, Ramiz də Elmanın ədliyyə orqanlarından köçürülmə yolu ilə daxili işlər orqanlarına qəbul edilmək istəməsi barədə məlumat vermişdir. Hidayət müəllim də bu işdə köməklik edə biləcək bir nəfər tanıdığı adamın olduğunu deyərək onların yanında bir nəfər şəxsə zəng etmişdir. Adını çəkməyib qardaş və yaxud müəllim deyə çağırmışdır. Hidayət müəllim həmin adama qısa formada üstü örtülü şəkildə məlumat verdikdən sonra həmin şəxs nömrəsini birbaşa Elmana verməsini xahiş edib zəngini gözləyəcəyini demişdir. O, Elmana zəng etmiş, bir nəfər həkim tanışı ilə birlikdə oturduğunu, həmin şəxsin vasitəsi ilə ona köməklik edə biləcək adam tapdığını demiş və Hidayətin diktəsi ilə həmin şəxsin nömrəsini Elmana deyərək zəngini gözlədiyini bildirmişdir. Bundan sonra çay içib qurtarandan sonra Hidayətlə ayrılmışlar. Həmin gün axşam tərəfi yenidən Elmanı yığıb demişdir ki, ehtyyatlı olsun, həmin adamı yoxlasın. Elman da demişdir ki, narahat olmamağı söyləmişdir. Təxminən 3 gündən sonra Elman ona zəng edib həmin adamla atası ilə birlikdə görüşdüyünü deyərək yaxşı insan olduğunu bildirib ona minnətdarlıq etmişdir. Elmanın həmin adama pul veribverməməsindən xəbəri olmamışdır. Təxminən 2018-ci ilin yanvar ayının axırlarında Elman ona zəng edib Rizvan adlı şəxsi tapa bilmədiyini demişdir. Rizvan kimdir sualına cavab vermişdir ki, işini həll edən şəxs özünü Rizvan kimi təqdim etmiş, həmin şəxsə hissə-hissə 25000 manat pul vermiş, lakin sonuncu heç bir iş görmədən pulu ələ keçirib qaçıb gizlənmişdir. O, Elmana demişdir ki, həmin şəxsi tanımır, Hidayət müəllimin tanışıdır. Hidayət müəllim isə həmin ərəfələrdə vəfat etmişdir. Bundan sonra o, dostu Ramiz, Elman və onun qohumları görüşmüşlər. Görüş zamanı bir daha demişdir ki, həmin Rizvan adlı şəxsi tanımamış, Hidayət müəllimin vasitəsi ilə nömrəsini alıb Elmanın özünə vermişdir. Buna baxmayaraq Rizvan adlı şəxsin tapılmasında köməklik edəcəklərini demişlər. Dostu Ramiz kiminsə vasitəsi ilə öyrənmişdir ki, həmin şəxsin adı Rizvan yox, Müşfiqdir. Onlar da bu şəxsin məlumatlarını Elmangilə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu leykoz xəstəliyindən əziyyət çəkdiyindən təxminən 5-6 il bundan əvvəl Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən özəl klinikada həkim işləyən Hidayət müəllimin yanına gedib-gəlmişlər. Dostu Gülağa da onunla bir neçə dəfə Hidayət müəllimin yanına getmişdir. 2018-ci ilin yay aylarında günorta vaxtlarında dostu Gülağa ilə Gənclik metrostansiyasının yaxınlığında, Koroğlu Rəhimovun heykəli ilə üzbəüz yerləşən parkdakı çayxanada oturub çay içən zaman təsadüfən Hidayət müəllimlə görüşmüşlər. Birlikdə çay içən zaman Gülağaya zəng gəlmiş, danışığından kiminsə işə düzəlmək istəməsi mövzusunda söhbət getdiyindən bunun qulaq şahidi olan Hidayət məsələ ilə bağlı maraqlanmışdır. Gülağa da bir nəfər tanışının ədliyyə orqanlarından köçürülmə yolu ilə daxili işlər orqanlarına qəbul edilmək istəməsi barədə məlumat vermişdir. Hidayət müəllim də bu işdə köməklik edə biləcək bir nəfər tanıdığı adamın olduğunu deyərək onların yanında bir nəfər şəxsə zəng etmişdir. Hidayət müəllim adını çəkmədiyi həmin adama qısa formada üstü örtülü şəkildə məlumat verdikdən sonra həmin şəxs nömrəsini birbaşa işə düzəlmək istəyən şəxsə verməsini xahiş edib zəngini gözləyəcəyini demişdir. Gülağa da sonradan adını Elman bildiyi şəxsə zəng edib bu barədə məlumat vermiş və Hidayətin diktəsi ilə həmin şəxsin nömrəsini Elmana deyərək zəngini gözlədiyini bildirmişdir. Bundan sonra çay içib qurtarandan sonra Hidayətlə ayrılmışlar. Bundan sonra nə baş verdiyini bilməmişdir. Təxminən 2018-ci ilin yanvar ayının axırlarında Gülağa ona demişdir ki, Hidayətin nömrəsini verdiyi özünü Rizvan kimi təqdim etmiş Elmandan hissə-hissə 25000 manat pul almış, lakin heç bir iş görmədən pulu ələ keçirib qaçıb gizlənmişdir. Hidayət müəllim də həmin ərəfələrdə vəfat etmişdir. Bundan sonra o, Gülağa, Elman və onun qohumları görüşmüşlər. Görüş zamanı həmin Rizvan adlı şəxsi tanımadıqlarını, Hidayət müəllimin vasitəsi ilə nömrəsini alıb Elmanın özünə verdiklərini bildirmişlər. Buna baxmayaraq Rizvan adlı şəxsin tapılmasında köməklik edəcəklərinə söz vermişlər. Ona demişdilər ki, Rizvan kimi özünü təqdim edən şəxs əslən Zəngilan rayonundandır. Ona görə də həmin rayonun nümayəndəliyindən bir nəfər tapıb telefon nömrəsini verib ad soyadını öyrənməsini xahiş etmiş, həmin şəxs də başqa bir adla Rizvan adlı şəxsə zəng edib anket məlumatlarını dəqiqləşdirərək həmin şəxsin adı Rizvan yox, Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Onlar da bu şəxsin məlumatlarını Elmangilə vermişlər. xx xxxxx 2020-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx xxxxx 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Təvəkkül oğluna ittiham elan etmək üçün barəsində axtarış elan edilərək tutulması və istintaq orqanına təqdim edilməsi barədə qərar qəbul edilmişdir. xx xxx 2020-ci tarixdə Təqsirləndirilən şəxs Təvəkkül oğlu istintaqdan gizləndiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Təvəkkül oğlu tutularaq istintaqa təqdim edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və o, xx xxxx 2020-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, (05 ayadək), yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinə dair xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, onun barəsində istintaq müddətinin sonunadək yəni, xx xxxxxxx 2020ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və istintaq müddətinin sonunadək, yəni xx xxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 4(005)- 1144/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun təqdimatı geri qaytarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilmiş və ittiham aktı ilə Respublika Baş Prokurorluğuna daxil olmuş ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx xxxxxxxx 2020ci il tarixli ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə istintaq aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(005)- 1166/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama istintaq müddəti həddində, yəni xx xxxxxxx 2020-ci il tarixinədək müəyyən edilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən: - Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi tərəfindən CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2005-ci il tarixdə cinayət işi məhəkəməyə göndərilmişdir. - Təqsirləndirilən şəxs Azərbaycan Cinayətlərə Dair İş üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Republikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməkə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 1(101)-588/2011-ci il saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 7(003)-233/2015 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-353/2017 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (barışdığı və dəymiş ziyanı ödədiyi üçün) cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Cinayətlərə Dair İş üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, A-0826 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 1(101)- 588/2011-ci il saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 7(003)- 233/2015 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)- 353/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – 12 avqust 2010-cu tarixdə anadan olmuş X2. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü vurmuş olduğu ziyanın 20000 manat hissəsində təqsirli bilməməsi, həmçinin Zərərçəkmiş şəxs kürəkəni X3 yalnız 5000 manat pul alması və həmin pulu qaytarmasını işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunduğunu və yenidən cinayət törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olması, yəni 01 (bir) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən, xx xxxxxxx 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 ( üç yüz altmış ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar