Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-29/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏNnin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,043 qram, 0,036 qram və 0,043 qram olan 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üstündə saxlamaqla yaşadığı ünvanadək daşımış, 23 avqust 2021-ci il tarixdə saat 10:00-da ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin 04 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,043 qram, 0,036 qram və 0,043 qram, ümumi təmiz çəkisi isə 0,171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22.08.2021-ci il tarixdə Yasamal rayonunda yerləşən “Space” telekanalının yanında olan zaman bir nəfər tanımadığı şəxs ona yaxlınlaşaraq narkoman olduğunu bilib ona narkotik vasitə olan «Kokos» təklif etmişdir. O, həmin şəxsə 12 manat pul verib 04 büküm «Kokos» almış və həmin narkotiki özü istifadə etmək üçün şalvarının cibinə qoyaraq yaşadığı Badamdar qəsəbəsinə getmiş, narkotiki özündə saxlamışdır. 23.08.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı Badamdar qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşmış, onun narkotik vasitə qəbul etdiyindən şübhələnərək 41-ci PB-nə aparmışlar. Orada vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman o özü, üzərində, yəni əynində olan göy rəngli şalvarının sol yan cibində olan narkotik vasitə «kokos»u çıxarıb təqdim etmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin polis cinayət axtarışı üzrə əməliyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 10:00 radələrində bölmənin sahə inspektoru Şahid1 ilə birlikdə inzibatı ərazidə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxıqlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. Həmin şəxs bildirmişdir ki, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Həmin şəxs özünü sərxoş vəziyyətdə olan kimi apardığını görmüşlər. Həmin şəxsin narkotik vasitələrin qəbul etməsindən və saxlamasından şübhələndikləri üçün onu 41-ci polis bölməsinə dəvət etmişlər. 41-ci Polis bölməsinə gəldikdə məlum olmuşdur ki, həmin şəxs 26.06.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdir. Həmin şəxsin üzərində baxış keçirilməsi zərurəti yarandığından 23 avqust 2021-ci il tarixdə saat 20:45də Səbail RPİ-nin 41-ci PB-nin İnzibatı binasının xidməti otaqların birində dəvət olunmuş Bakı şəhər 3 saylı vəkil bürosunun vəkili X4- Zəki qızının iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah olunmuş, barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. O, spesifik iyə malik olan qəhvəyi rəngli kütlə çıxarıb təqdim etmişdir. Həmçinin şalvarının sağ yan cibindən 01 (bir) ədəd sadə “Samsung” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi qəhvəyi rəngli 04 bükümdə olan maddə narkotik vasitə “Kokos”dur, həmin narkotik vasitəni özü istifadə etmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalın yaxınlığında tanımadığı şəxsdən 12 manata almışdır. Aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı cinayət təqdi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamışdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın davam etdirilməsi üçün Bakı şəhəri, Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 23 avqust 2021-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında ara məhlədə narkotik vasitəni qəbulu və saxlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əyinindəki göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik olan qəhvəyi rəngli kütlə və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş qəhvəyi rəngdə 04 bükümdə olan kütlə narkotik vasitə kimi tanıdığı “Kokos”dur, onu özü istifadə etmək üçün Bakı şəhəri Yasamal rayonu ərazisində yerlənən “Space” telekanalının yaxınlığında tanımadığı şəxsdən 12 manata almışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli 6/3648 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №-239» dairəvi möhür əksi olan «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...» sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,049 qram, 0,043 qram, 0,035 qram, 0,043 qram ümumi təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 23 avqust 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən təmiz çəkisi 0,171 qram kütlə qəbul edilmiş, 0,04 qram nümunə götürülmüş, 0,131 qram maddə geri qaytarılmışdır. İş materiallarında 24 avqust 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ağ rəngli diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “WhatsApp Video 2021-08-23 at 13.04.47.mp4» adlı, “,mp4” formatlı, 19837 kB yaddaşı olan videofayldır, videofayl 02:50 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda üç nəfər polis uniformasında kişi cinsli, bir nəfər mülki geyimdə qadın cinsli olmaqla, 04 nəfər şəxslər əks olunur. Polis uniformasında olan kişilərdən biri özünü 41-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Fərrux Tarverdiyev olaraq təqdim edir, daha sonra qadın cinsli müdafiəçi Səyyarə Əliyeva, iki nəfər Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və polis sahə inspektoru, polis leytenantı Şahid1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan paketi çıxararaq polis əməkdaşlarına təhvil verir və masanın üstünə qoyur. Həmin şəffaf sellofan təhqiqatçı tərəfindən açılıdır və içərisində 04 (dörd) ədəd sellofan bükümlərdə qəhvəyi rəngli maddələrin olması müşayiət olunur. Sonra Təqsirləndirilən şəxs bu barədə sorğu- sual edilir, o, həmin bükümlərin içərisində olan maddəni “Kakos” kimi təqdim edir, onların narkotik vasitə olduğunu, Yasamal rayonu ərazisində, "Prospekt” kimi göstərdiyi yerdən 12 manata aldığını və bir ildən çoxdur, damarına dərialtı üsulla inyeksiya yolu ilə, yəni şpristə dolurmaqla iynə ilə vurduğunu bildirir. X3 üzərində başqa nə olduğu soruşulur, o, cibində olan qara rəngli sadə modelli “Samsung” markalı mobil telefon aparatını çıxarıb masanın üstünə qoyur və üzərində başqa heç nə olmadığını bildirir. Sonra təhqiqatçını xahişi ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya. Maddə və ya predmet aşkar olunmur. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin DVD iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 24 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 31 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 0,171 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq çəkisi 0,131 qram olan narkotik vasitə heroin iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmün icrasına qədər saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 oktyabr 2021-ci il tarixli, 3841 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 15 dekabr 2021-ci tarixli, 1(009)-243/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 13 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, 06 yanvar 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay, 26 (iyirmi altı) gün müddət, yəni cəmi 01(bir) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,131 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, 06 yanvar 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay, 26 (iyirmi altı) gün müddət, cəmi 01(bir) ay 27 (iyirmi yeddi) gün bir günə iki gün hesabı ilə hesablanaraq 03 (üç) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 210020203 saylı cinayət işi üzrə maddi sübut olan - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,131 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-29/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-29/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver