Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-29/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2ov İslam oğlunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Müdafiəçi “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1957-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Ağdam şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 41-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, C.Hasilov küçəsi, ev 125-də kirayə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan güzəştli əsaslarla sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs2 2017-ci ilin iyun ayının ortalarında, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin” inzibati binasının qarşısında 2.000 manat, 2017-ci ilin sentyabr ayında poçt köçürməsi ilə 1300 manat, 08 noyabr 2018-cu il tarixdə dələduzluq niyyətini borc adı ilə pərdələyərək, qaytara bilməyəcəyi halda alacağı pulu da sonradan özü tərəfindən mənzilin ödənişinə yönəldəcəyini bildirib onun arvadı Şahid1 adına poçt vasitəsi ilə göndərilmiş 6.000 manat və 14 noyabr 2018-ci il tarixdə yenə də, Şahid1 adına poçt vasitəsi ilə göndərmiş 2.000 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 11.300 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan güzəştli əsaslarla sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə, 10 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində, ünvan 2 ünvanda yerləşmiş “Oazis” restoranının qarşısında 2.000 manat və 25 dekabr 2019-cu il tarixdə saat 10 radələrində, ünvan 3 ünvanda yerləşən “X8”nın qarşısında, 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4.000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan güzəştli əsaslarla sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib inandıraraq 2018-ci ilin iyul ayının ortalarında, saat 12 radələrində, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən “Qoç ət” kafesində 5.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib oğlu X11 Respublikasında ali təhsil almasına dair diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq etdirəcəyinə yalandan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayında, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin” inzibati binasının qarşısında 5.000 manat pulunu ələ keçirib, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dəlduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya Sosial Müdafiə Nazirliyi tərəfindən əvvəllər verilmiş və 2019-cu ilin oktyabr ayında ödənməsi kəsilmiş təqaüdün bərpa etdirəcəyinə dair yalandan vəd verib inandıraraq 2019-cu ilin oktyabr ayının ortalarında, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin” inzibati binasının qarşısında 500 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 2016-cı ilin təxminən ortalarında Türkiyədə yaşayan tanışı vasitəsilə tanımışdır. İsmayıl onunla əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial mənzillərdən təşkil etməsini ondan xahiş etmişdir. Həmin zaman o, pul verib sosial evlərin siyahısına ad yazdırmağın mümkün olmasını eşitdiyindən, İsmayıla kreditlə ümumi dəyəri təxminən 65 min manat olan üç otaqlı mənzil təşkil edə biləcəyinə söz vermişdir. Əvvəlcə 2.000 manat, sonra 1.300 manat olmaqla, cəmi 3.300 manat pulu Milli Məclisin yaxınlığında almışdır. 2018-ci iln noyabr ayından oğlu Ramilə toy edərkən pul lazım olduğundan İsmayıldan 6.000 manat, bir neçə gün sonra isə əlavə 2.000 manat borc almış, həmin pulu İsmayıl onun arvadı Şahid1 adına poçt vasitəsi ilə göndərmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs2 xahişi ilə oğlu X11 Respublikasında ali təhsil almasına dair diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq etdirməsi üçün 2020-ci ilin təxminən sentyabr ayında, Milli Məclisinin binasının yanında 5.000 manat və Ramil Cəfərovun diplomunu, şəxsiyyətini təsdiq edən səndlərini və diploma dair notariat qaydada təsdiq edilmiş sənədlərini almış, sonralar pandemiya başladığından bu işi həll edə bilməmiş və həmin sənədlər onda qalmışdır. Bundan başqa, Ağdam rayonun təhsil şöbəsində onunla birllikdə işləmiş Həmzə Niftaliyevi uzun illər tanımışdır. 2018-ci ilin təxminən ortalarında Həmzə İlham adlı tanışına Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən üç otaqlı mənzil təşkil etmək adı ilə 3200 manat Həmzədən pulu təklikdə almışdır. Vədini yerinə yetirib İlhamın adını siyahıya saldırmışdır. 2017-ci ilin sonlarında o, Zərərçəkmiş şəxs2 sosial mənzil təşkil etməyi söz verdiyi dövrdə Zərərçəkmiş şəxs2 vasitəsi ilə onunla əlaqə yaratmış Zərərçəkmiş şəxs1 da mənzil təşkil etməyə söz vermiş, bu məqsədlə ondan hər dəfə 2.000 manat olmaqla, iki dəfəyə cəmi 4.000 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs1 da verdiyi vədi yerinə yetirməmişdir. Aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Ziyanı qismən ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Quzanlı kəndində yaşayır, Təqsirləndirilən şəxs təxminən 1980ci illərdən tanıyır, Təqsirləndirilən şəxs əvvəllər həmin kəndin orta məktəbində tarix müəllimi işləmişdir. Ağdam rayonu ermənilər tərəfindən işğal edildikdən sonra, Təqsirləndirilən şəxs ailəsi ilə Bakı şəhərinə köçmüş, onun Milli Məclisdə işləməsini eşitmiş, lakin konkret hansı vəzifədə işləməsini bilməmişdir. Faiq Bakı şəhərinə köçdükdən sonra onunla əlaqəsi kəsilmiş, 2017-ci ilin sentyabr ayında, onun kürəkəninin Sumqayıt şəhərində keçirilən yas mərasimində yenidən qarşılaşmışlar. 2018-ci ilin təxminən iyul ayında Faiq onun mobil telefonuna zəng edib Faiq yüngül xərclə onun dul qalmış qızının adına sosial binadan üç otaqlı mənzil verdirə biləcəyini demişdir. O, əvvəlcə imkanı olmadığı üçün razı olmasa da, Faiq onu razı salmış, ona ilkin ödənişin 5.000 manat olmasını, sonra təxminən 60-63 min manata başa gələcəyi mənzilin uzun illər kreditlə ödəyəcəyini demişdir. Faiq bir neçə dəfə onu öz avtomobili ilə Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən sosial binalara aparıb veriləcəyi mənzilin həmin binada yerləşməsini göstərmişdir. Bundan sonra o, 5000 manat pul düzəldərək 2018-ci ilin iyul ayının ortalarında, Bakı şəhərinə gəlmiş, Faiq ilə “Elmlər Akademiyası” metrosunun qarşısında yerləşən “Qoç ət” kafesində saat 12 radələrində görüşmüş, həmin kafedə çay içərkən təklikdə Faiqə 5.000 manat pul vermiş, Faiq həmin məbləği ondan götürərkən heç bir qəbz və ya iltizam verməmişdir. Faiq pulu alarkən ona söz vermişdir ki, mənzil işi ən geci beş aya həll olunacaq. Bundan sonra Faiqin söz verdiyi vaxt keçdikdə o, Faiqlə mütəmadi əlaqə saxlayarkən, o, hər dəfə bir bahanə ilə işin düzələcəyinə söz vermişdir. 2019-cu ilin oktyabr ayında o, 500 manat məbləğində verilən təqaüdün kəsilməsini Faiqə dedikdə, Faiq Sosial Müdafiə Nazirliyində tanışı olmasını bildirərək, ondan 500 manat istəyərək, əvvəllər aldığı təqaüdünü bərpa edəcəyinə söz vermiş, o, da yenə Faiqə inanmış, 2019-cu ilin oktyabr ayının təxminən ortalarında, saat 15 radələrində, o, Faiqlə guya sonuncunun işlədiyi Milli Məclis binasının qarşısında görüşmüş, təklikdə Faiqə 500 manatı vermiş, sonuncu yenə həmin pulu almasına dair qəbz və ya iltizam verməmişdir. Sonra o, mütəmadi olaraq Faiqlə istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış, sonuncu hər dəfə bir həftə, on gün ərzində onun işinin düzələcəyinə dair yalan vədlər vermişdir. Hətta 01 aprel 2021-ci il tarixdə onu inandırmaq üçün “mən dövlət məmuruyam aldığım pula görə yalnız borc kimi qəbz yaza bilərəm” deyib, ondan 5000 manat pulu borc kimi alması və 6-7 ay ərzində qaytaracağına dair öz dəsti xətti ilə qəbz yazıb vermiş, həmin qəbzin surətini o, istintaqa təqdim etmişdir Ona vurulmuş ziyandan 1500 manat ödənilmiş, şikayətçidir ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı vasitəsi ilə tanımış, tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial mənzillərdən sərfəli qiymətə təşkil edə biləcəyini bildirmişdir. O, Faiqlə telefon vasitəsi ilə əlaqə saxlayarkən, Faiq özünü Milli Məclisin əməkdaşı olmasını, sosial binadan üç otaqlı mənzilin təxminən 62-64 min manata başa gələcəyini, tapşırığı ilə ilkin ödəniş olaraq ümumi mənzil qiymətinin 5-7 faiz arasında olacağını, bunun üçün ona yaşayış yerindən ailə tərkibi haqqında arayış, ailə üzvlərin şəxsiyyət vəsiqələrin surəti və əsli lazım olmasını, təcili olaraq onu mənzil qeydiyyata götürülməsindən ötrü, ilkin olaraq 2.000 manat pulu və həmin sənədləri çatdırmasını bildirmişdir. O, sənədləri və Faiqin istədiyi 2.000 manat pulu götürüb 2016-cı ilin təxminən iyun ayının ortalarıda, Bakı şəhərinə gəlmiş, “20 yanvar” metrosu yaxınlığında bacısı oğlu X12 avtomobili ilə onu qarşılayıb, Faiqlə görüşmək üçün Milli Məclisinin inzibati binasının qarşısına aparmış, həmin günü saat 12 radələrində, ilk dəfə Faiqlə təklikdə üzüzə görüşmüş, Faiq ona Millli Məclisin işçisi olmasını demiş, lakin hansı vəzifəni tutduğunu deməmiş, o, da maraqlanmamışdır. Faiq görüş zamanı Yasamal rayonu ərazisində tikilən sosial mənzillərdə özünün də payı olmasını, hətta orada oğluna da mənzil götürməsini demişdir. O, da Faiqin dediklərinə inanmış, 2.000 manat nağd pulu və sənədləri vermiş, Faiq pulu ondan saymadan götürmüş, o, saymasını təkid etsə də Faiq ehtiyac olmamasını, əlavə ödəniş barədə ona zəng edib deyəcəyini bildirmiş, pulun ondan götürməsinə dair heç bir qəbz və ya iltizam verməmişdir. O, təklikdə Faiqə pul və sənədləri verərkən, bacısı oğlu Zamiq avtomobilində oturmuş və görüşü kənardan müşahidə etmişdir. Faiq pul və sənədləri ondan alarkən, mənzillərin Yeni il qabağı sakinlərə paylanacağını demişdir. Bundan təxminən iki ay keçdikdə Faiq ona zəng edib təcili mənzilin ödənişinə 1.300 manat pul lazım olmasını demiş, həmin məbləği o, poçt vasitəsi ilə yaşadığı Ağdam rayonun, Quzanlı qəsəbəsindən Bakı şəhərinə Faiqin adına göndərmiş, sonra Faiq zəng edib həmin məbləği poçtdan götürməsini təsdiq etmişdir. Sonralar o, Faiqlə telefon əlaqəsi saxlayıb mənzillə maraqlanarkən, sonuncu ona darıxmamağını, ona və onu Faiqlə tanış etmiş Etibara təmirli, mebelli super mənzillər veriləcəyini demişdir. Hətta o, Bakı şəhərinə gəlib bir dəfə Faiqlə görüşərkən, Faiq onu evinə qonaq aparmışdır. Bundan sonra 2018-ci ilin təxminən noyabr ayının əvəllərində Faiq ona zəng edib, oğluna toy etmək istədiyini lakin pulu çatmadığını deyərək, 6.000 manat borc verməsini, həmin pulu isə toyda yığılan pulla qaytaracağını və ya mənzilinin ödənişinə yönəldəcəyini demişdir. O, Faiqə borc verməyə nağd pulu olmamasını demiş, Faiq də ondan adına kredit götürməsini həmin krediti özü ödəyəcəyinə söz vermiş, o, da razılaşmışdır. O, bankdan 6.000 manat kredit götürüb “Kapitalbank” vasitəsi ilə Təqsirləndirilən şəxs təklifi ilə arvadı Şahid1 adına 08 noyabr 2018-ci il tarixdə göndərmişdir. O, Faiqə göndərdiyi 6000 manatı nağd pulu, sonralar faizi ilə birlikdə 7.900 manat məbləğlə ödəmişdir. O, bu məbləği göndərdikdən altı gün sonra Faiq yenə ona zəng edib toya pulu çatmadığını əlavə 2.000 manat pul da göndərməsini xahiş etmiş, o, Faiqə kredit götürə bilməyəciyini, lakin “KapitalBank” tərəfindən verilmiş 3.000 manat limiti olan “Bir kart” plastik kartından pul nağdılaşdırıb göndərə biləcəyini demiş, sonra yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsində bankomatdan 2.000 manat nağd pul çıxarıb 14 noyabr 2018-ci il tarixdə yenə Faiqin təklifi ilə arvadı Şahid1 adına göndərmişdir. Bundan sonra o ,Faiqə kredit xəttin pulunu ödəməsini dəfələrlə bildirdikdə, Faiq ondan aldığı pulu, ona veriləcək mənzilin pulunun üstünə qoymasını, mənzilə görə ödənişlər etməsinə dair ödəniş qəbzlərini ona təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, Faiqlə mütəmadi əlaqə saxlayarkən, oğlu X11 Respublikasında diş həkimliyi ixtisası üzrə ali təhsil almasını, həmin diplom Gürcüstan dövləti tərəfindən “Apostil” edilib tanınmasını, Azərbaycan Respublikasında tanınmaq üçün köməklik göstərməsini demiş, Faiq də yeni təyin olunmuş Təhsil Nazirinin oğlunun dostunun tələbə yoldaşı olmasını, diplomun Azərbaycanda tanınması üçün heç bir problem olmamasını, yalnız diplom tanınması üçün əvvəlcədən müəyyən ödəniş etmək lazım olmasını demiş, o, Faiqdən nə qədər pul lazım olmasını soruşduqda, Faiq 5.000 manat pul lazım olmasını demişdir. O,Faiqin istədiyi 5.000 manat pulu oğlu X9 təhsil alması ilə bağlı “Apostel” olunmuş və təsdiq edilmiş bütün sənədləri, eyni zamanda həmin Notariat qaydada azərbaycan dilinə tərcümə edilib təsdiq edilmiş sənədləri 2020-ci ilin təxminən sentyabr ayının ortalarında təklikdə Bakı şəhəri, Səbail rayonu, Milli Məclisin inzibati binasının qarşısında Faiqə vermişdir. Faiq bu pulu və sənədləri götürməsinə dair ona heç bir qəbz və ya iltizam verməmişdir. Bundan əlavə o, Faiqin sosial mənzil düzəldəcəyinə inandığı üçün, tanışı Zərərçəkmiş şəxs1 tək və kirayədə yaşayan mənzilsiz qadın olduğundan, Faiqlə tanış olmaq üçün əlaqələndirmişdir ki, Faiq Zərərçəkmiş şəxs1 da mənzil təşkil etsin. Sevil xanım Faiqlə əlaqə saxlamış və sonuncunu Zərərçəkmiş şəxs1 da aldadaraq, cəmi 4.000 manat pulunu almış, lakin işini həll etməmiş və ya pulunu qaytarmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Faiq həmyerlisi Həmzə Niftəliyevdən də eyni adla pul alıb aldatmışdır. Təqsirləndirilən şəxs sosial mənzil təşkil etmək adı ilə ondan cəmi 11.300 manat oğlu Ramilin diplomunu təsdiqi üçün cəmi 5.000 manat aldadıb alaraq ümumilikdə ona cəmi 16.300 manat maddi ziyan vurmuş, həmin məbləğin ödənməsini tələb edir. Bundan başqa,Faiq onu dilə tutub pulları bandan kretlə və “bir kart”-dan çıxardığına görə əlavə bank faizi olaraq 1.900 manat bank faiz pulu ödəmiş, “bir kart”- ın faizi isə hazırda da hesablanır, pulu olmadığından ödəyə bilmir. Ona vurulmuş ziyandan 2000 manat ödənilmiş, şikayətçidir ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən sentyabr ayının əvvəllərində o, tanışı Zərərçəkmiş şəxs2 öyrənmişdir ki, Milli Məclisdə işləyən həmyerlisi Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində dövlət tərəfindən inşa edilən sosial evlərdən mənzil təşkil edə bilər, üç otaqlı mənzilin ümumi dəyərinin təxminən 67.000 manat olamasını və həmin məbləği aylıq 200-250 manat şəklində bank vasitəsi ilə ödəməklə mənzil sahibi ola bilər. O, Zərərçəkmiş şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Elmlər Akademiyası metrosunun yaxınlığında görüşmüş, Faiq cibindən vəsiqə çıxarıb ona uzaqdan göstərərək Milli Məclisdə işləməsini demiş, lakin hansı vəzifədə işləməsini deməmişdir. Faiq sosial mənzil təşkil edəcəyinə söz verərək ilkin olaraq ondan sənədləşdirmə işinə görə 2.000 manat pul istəmişdir. 10 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində, Faiqin guya ailə sürücüsü kimi təqdim etdiyi, sonradan isə Faiqin oğlu olmasını bildiyi Nihad Səlimovla Bakı şəhəri, Binəqədi rayonu ərazisində keçmiş “Oazis” restoranının qarşısında görüşüb 2.000 manat pulu Nihada vermişdir. 2018-ci ilin təxminən yanvar ayında mənzillər veriləcəyinə söz versə də, həmin vaxt gəldikdə Faiq mənzilin yerləşmə yeri və iki otaqlı olduğundan, həmin ilin mart ayına düzələcəyini demiş, sonra mart ayı çatdıqda, xatırlamadığı mobil nömrədən “Elçin” adı ilə “MİDA” yəni sosial mənzilləri tikintisi təşkilatının işçisi kimi təqdim edən şəxs ona zəng edib, adına mənzil ayrılmasını, qısa müddət ərzində onu dəvət edib təqdim edəcəklərini demişdir. Sonra 2019-cu ilin dekabr ayının sonunda Faiq ona zəng edərək 2020-ci ilin yanvar ayında mənzillər paylanacağını bunun üçün təcili 2.000 manat pulun banka onun adından ödəməli olduğunu bildirmiş, o da Faiqə inandığından 25 dekabr 2019-cu il tarixdə saat 10 radələrində, X2rşısında görüşərək təklikdə 2.000 manatı ona vermişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında ona mobil telefonunda “Elçin sosial ev” adı ilə qeyd etdiyi nömrədən zəng gəlmiş, o, həmin zəng edən şəxsin MİDA-da işləyən Elçin olmasını fikirləşib cavab verdikdə, zəng edənin Faiq olmasını görmüş, ondan həmin nömrənin kimə məxsus olmasını soruşduqda, Faiq özünə aid olmasını bildirmiş, bu zaman o, başa düşmüş ki, Faiq onu aldatmışdır. Cəmi ona 4.000 manat ziyan vurulmuşdur. Ona vurulmuş ziyandan 2000 manat ödənilmiş, şikayətçidir ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, atası Təqsirləndirilən şəxs barəsində şikayət vermiş Zərərçəkmiş şəxs2, Həmzə Nifatliyev və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslər atasından pul tələb etməyə başladıqları vaxtdan tanımış, atasının hansı məqsədlə həmin şəxslərdən pul almasını bilməmişdir.Yalnız bir dəfə 2017-ci ilin sentyabr ayının təxminən əvəllərində dəqiq tarixini xatırlamadığı günü atası ona xatırlamadığı mobil telefon nömrəsini verərək, həmin xanımla görüşməsini, həmin Sevil adlı xanımın verəcəyi 2.000 manat pulu götürüb özünə çatdırmasını bildirmişdir. O da atasının verdiyi mobil nömrəyə zəng etmiş, həmin qadın onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Oazis” restoranın qarşısına gəlməsini bildirmiş, o da günün axşam saatlarında tanımadığı taksi avtomobili ilə oraya getmiş, həmin Sevil adlı orta yaşlı qadınla görüşmüş, həmin xanım ona kağız bükümdə verdiyi pulu aparıb atası Faiqə vermişdir. O, həmin bükümü açmamış və içərisində nə qədər pul olmasını saymamışdım. Eyni zamanda o, Sevil xanıma Faiqin oğlu olmasını deməmiş, həmçinin bükümdəki pulu atası Sevil xanımdan hansı məqsədlə alması ilə maraqlanmamış, sonralar həmin şəxslər atasından pullarını tələb edərkən, atasının Faiqin Zərərçəkmiş şəxs2, Həmzə Niftaliyev və Zərərçəkmiş şəxs1 borcu olmasını bilsə də, borcun dəqiq məbləğini və hansı məqsədlə alınmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhram qızı ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs əvvəllər yəni Ağdam rayonu ermənilər tərəfindən işğal olunana kimi Ağdam rayonunda yerləşən texniki peşə məktəbində tarix müəllimi kimi işləmiş, sonralar yəni Bakı şəhərinə məcburi köçkün kimi gəldikdə heç bir yerdə işləməmiş, ictimai işlərlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs barəsində şikayət vermiş Həmzə Nifatliyevi o, adı ilə tanısa da, üzbəüz heç bir zaman görməmiş, Həmzə ilə tanışlığı olmayıb, sadəcə həmişə evində gedən söhbətlərdən, Həmzə müəllimin Ağdam rayonun Təhsil şöbəsində işləməsini bilmişdir. Zərərçəkmiş şəxs2 isə son bir neçə ildə tanımış, Faiqin həmyerlisi olmasını, hətta bir dəfə evlərində qonaq olmuşdur. Hətda 2018-ci ilin noyabr ayının əvvəllərində oğlu Raminə toy etmək istədikləri zamanı pulları çatmadığından Faiq İsmayıl müəllimdən borca pul istəmiş, İsmayıl müəllim poçt vasitəsi ilə onun adına əvvəl 6.000 manat bir neçə gündən isə 2.000 manat göndərmiş, həmin pulları o, poçtdan götürüb əri Faiqə vermiş, Faiq də həmin məbləğləri toy ehtiyacları üçün xərcləmişdir. Faiqin İsmayıl müəllimdən borc pulu hansı şərtlə götürməsini o bilməmişdir. Zərərçəkmiş şəxs1 adlı qadını o, heç bir zaman tanımamış, o, Sevili yalnız əri Faiqlə birlikdə 2021-ci ilin yay aylarında dəqiq tarixini xatırlamadlğı günü Bakı şəhəri Cavid parkında görmüş, orada Sevil səs-küy salıb Faiqdən verdiyi pulunu istəmiş, ərinin ünvanına nəlayıq sözlər demiş, sonra parkda olan polis əməkdaşları Sevili ondan və ərindən aralamışlar. O, Faiqdən Sevildən hansı məqsədlə və hansı məbləğdə pul almasını soruşduqda, Faiq Sevildən borca pul almasını etiraf etsə də, hansı məqsədlə almasını və miqdarını deməmişdir. Faiqin heç bir dövlət işində işləməməsini, köçkünçülük dövründə hərdən ticarətlə məşğul olub ailəsini dolandırmasını, başqa hər hansı bir işlə məşğul olmamasını göstərmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən 5970 manat və 1984 manat məbləğində pul Şahid1 Bəhram qızının adına göndərmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 5000 manat borc almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 27 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə.ş saat 14:00-da Səbail RPİ-nin CAŞ-nın və 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Qərar ona 16 iyun 2022-ci il tarixdə, saat 16:30-da elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirkar Təqsirləndirilən şəxs üzünə qarşı, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan sosial mənzildən təşkil etmək vədi ilə aldadıb, 10 sentyabr 2017-ci il tarixdə, saat 22 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, “Oazis” restoranın qarşısında 2.000 manat və 25 dekabr 2019-cu il tarixdə, saat 10 radələrində, Bakı şəhəri, Səbail rayonu, “X3rşısında əlavə 2.000 manat alıb ələ keçirməklə ümumilikdə 4.000 manat maddi ziyan vurmasını demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək, həmin məbləğləri qısa müddətə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirkar Təqsirləndirilən şəxs üzünə qarşı, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan sosial mənzildən təşkil etmək vədi ilə aldadıb, 2017-ci ilin avqust ayının ortalarında, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin” inzibati binasının qarşısında 2.000 manatını, 2017-ci ilin sentyabr ayında, Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə göndərdiyi 1300 manatını, Təqsirləndirilən şəxs deməsinə əsasən arvadı Şahid1 adına poçt vasitəsi ilə 08 noyabr 2018-cu il tarixdə 6.000 manatını və 14 noyabr 2018-ci il tarixdə, 2.000 manat göndərməklə, ümumilikdə 11.300 manat pulunu, bundan başqa oğlu X11 Respublikasında ali təhsil almasına dair diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq etdirəcəyi vədi ilə 2020-ci ilin sentyabr ayında, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin” inzibati binasının qarşısında 5.000 manat pulunu ələ keçirməklə, ümumilikdə 16.300 manat maddi ziyan vurmasını demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 oğluna toy etməsi üçün iki dəfəyə 6.000 və 2.000 manat olmaqla cəmi 8.000 manat pulu borc kimi almasını, sosial mənzil təşkil etmək adı ilə isə cəmi 3.300 manat almasını bildirmişdir. İş materiallarında olan 18 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, zərərçəkmiş N.A.Niftalıyev təqsirkar Təqsirləndirilən şəxs üzünə qarşı, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dövlət tərəfindən yeni tikilmiş binalardan sosial mənzildən təşkil etmək vədi ilə aldadıb, 2018-ci ilin iyul ayının ortalarında, saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının qarşısında, B.Vahabzadə küçəsində yerləşən “Qoç ət” kafesində 5.000 manat pulunu, bundan başqa Zərərçəkmiş şəxs3 adına Sosial Müdafiə Nazirliyi tərəfindən əvvəllər verilmiş və 2019-cu ilin oktyabr ayında ödənməsi kəsilmiş təqaüdün bərpa etdirəcəyinə vədi ilə aldadıb, 2019-cu ilin oktyabr ayının ortalarında, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən “Milli Məclisin" inzibati binasının qarşısında 500 manat pulunu ələ keçirməklə, ümumilikdə 5.500 manat maddi ziyan vurmasını demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 sosial mənzil təşkil etmək adı ilə cəmi 5.000 manat almasını, sonuncunun adına təqaüdünü bərpa etmək üçün 300 manat almasını, Zərərçəkmiş şəxs3 cəmi 5300 manat borcu olmasını bildirmiş, həmin məbləğləri qısa müddətə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan və Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə, saat 19:30-da Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində 16 iyun 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X6 adına olan bir ədəd P ******* serialı Azərbaycan Respublikası vətəndaşının xarici pasportu, R.Cəfərovun adına olan “Apostille” edilmiş, gürcü dilində olan bir ədəd 000054 serialı diplomu ,dörd vərəqədən ibarət həmin “Diplom” və “Apostille”-nin natoriat qaydada təsdiq edilmiş surəti, iki vərəqədən ibarət gürcü dilində olan və natoriat qaydada təsdiq edilmiş diplomun surəti, altı vərəqədən ibarət “Təhsil Akademiyyasının” gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş və natoriat qaydada təsdiq edilmiş qiymət cədvəli,R.Cəfərovun adına olan SX №0309852 saylı hərbi biletin üç vərəqədən ibarət ksero surəti,i ki vərəqədən ibarət R.Cəfərovun adına olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin ksero-surəti iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarıması nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2ov İslam oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2ov İslam oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş ziyanın 1500 manatı ödənilmişdir, qalan ziyanın 4000 manat olmasının nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş və ödənilməmiş 2000 manat ziyanın ödənilməsini tələb edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, özünün istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, iş materialları, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, törətdiyi əməlindən peşman olmasını, dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarını, cəzasını ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq istintaq dövrü tutulduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il, saat 14:00-dan 16 iyun 2022-ci il, saat 16:30-dək tutulduğu müddətin 48 saatdan artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi baxımından tutma müddəti 3 (üç) gün hesablanmalı, Təqsirləndirilən şəxs əlavə olaraq 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət də nəzərə alınmaqla, cəmi 05 (beş) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs2ov İslam oğluna, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2ov İslam oğlunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 14300 (on dörd min üç yüz) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs2ov İslam oğluna, 4000 (dörd min) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs3, 2000 (iki min) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə X6 adına olan bir ədəd P ******* serialı Azərbaycan Respublikası vətəndaşının xarici pasportu, R.Cəfərovun adına olan “Apostille” edilmiş, gürcü dilində olan bir ədəd 000054 serialı diplomu, dörd vərəqədən ibarət həmin “Diplom” və “Apostille”-nin notariat qaydada təsdiq edilmiş surəti, iki vərəqədən ibarət gürcü dilində olan və notariat qaydada təsdiq edilmiş diplomun surəti, altı vərəqədən ibarət “Təhsil Akademiyasının” gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş qiymət cədvəli, R.Cəfərovun adına olan SX №0309852 saylı hərbi biletin üç vərəqədən ibarət ksero surəti, iki vərəqədən ibarət R.Cəfərovun adına olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətinin zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixi, saat 14:00-dan 16 iyun 2022-ci il tarixi, saat 16:30dək, 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu cəmi 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə X6 adına olan bir ədəd P ******* serialı Azərbaycan Respublikası vətəndaşının xarici pasportu, R.Cəfərovun adına olan “Apostille” edilmiş, gürcü dilində olan bir ədəd 000054 serialı diplomu, dörd vərəqədən ibarət həmin “Diplom” və “Apostille”-nin notariat qaydada təsdiq edilmiş surəti, iki vərəqədən ibarət gürcü dilində olan və notariat qaydada təsdiq edilmiş diplomun surəti, altı vərəqədən ibarət “Təhsil Akademiyasının” gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş qiymət cədvəli, R.Cəfərovun adına olan SX №0309852 saylı hərbi biletin üç vərəqədən ibarət ksero surəti, iki vərəqədən ibarət R.Cəfərovun adına olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətinin zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut yoxdur. Zərərçəkmiş şəxs2ov İslam oğlunun mülki iddiası təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə ödənilməmiş 14300 (on dörd min üç yüz) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs2ov İslam oğluna ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə ödənilməmiş 4000 (dörd min) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə ödənilməmiş 2000 (iki min) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-29/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-29/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver