Məhkəmə qərarları › İş №1(009)-293/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-293/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-293/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 və onun nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X36 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, artıq uzun müddətdir ki, X36 onun barəsində müxtəlif dövlət orqanlarına, çalışdığı Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinə əsassız şikayətlər etmişdir. Ona qarşı apardığı şər-böhtan kompansiyasına son qoymaq üçün, barəsində həqiqətə uyğun məlumatlar yaydığı üçün, eyni zamanda çəkdiyi mənəvi iztirabların əvəzi olaraq kompensasiyanın ödənilməsindən ötrü mülki qaydada iddia qaldırmışdır. Yevlax rayon məhkəməsinin (hakim X20) 2(039)- 1840/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X36 tərəfindən X10 barəsində yayılmış “X5 əlaqələrindən istifadə edərək atası Qabil Məmmədovun qanunsuz əməllərini ört-basdır etməsinə nail olması, bundan sonra Qabil Məmmədovun daha da "azğınlaşması və kənddə qolçomaqlıq etməsi”, “X5 27 iyun 2021-ci il tarixdə öz vəzifəsindən sui-istifadə edərək, bir qrup şəxslə qanunsuz olaraq qardaşının Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evinə basqın etməsi, yaşlı atasını, anasını, qardaşının ailə və uşağını təhqir və təhdid edərək qorxutması, öz xidməti vəsiqəsini hadisə yerinə gələn polis əməkdaşlarına göstərərək, komitənin məsul şəxsi olduğunu bildirməsi" kimi məlumatlara Azərbaycan Respublikasının Ailə, Qadın və X43 Dövlət Komitəsinə məktub yazmaqla cavabdeh X36 tərəfindən təkzib verilməsi, X36 oğlundan mənəvi ziyana görə 1000 (bir min) manat pul X6 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (107)-234/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yevlax rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-3352/2022saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-234/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi X36 oğlundan mənəvi ziyana görə 1000 (bir min) manat pulun tutulması hissəsində dəyişdirilmişdir. Məhkəmə qətnaməsi icra edilmişdir. Lakin buna baxmayaraq Azər Səfərov öz ailə üzvləri ilə birlikdə barəsində yenidən müxtəlif dövlət orqanlarına şər-böhtan dolu şikayət ərizələri yazmağa başlamış və hal-hazırda da bunu davam etdirir. Buna görə də, tərəfindən yenidən iddia qaldırılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-234/2023 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı X10 barədə Komitədən şikayətdə qeyd edilmiş həqiqətə uyğun olmayan məlumatlara dair ərizəçilər X11, X31, X25 və X23 tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Milli Məclisinin Apatına və Ailə, Qadın və X43 Dövlət Komitəsinə məktub yazılmaqla təkzibin verilməsi, mənəvi ziyan olaraq cavabdehlər X3, X15, X12 və X9 hər birindən 200 (iki yüz) manatın X5 xeyrinə tutulması, qalan hissədə ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, təmin edilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manatın cavabdehlər X11, X31, X25 və X9 müştərək qaydada iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-570/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-234/2023 saylı qətnaməsi iddiaçı X10 barədə Komitədən şikayətdə qeyd edilmiş həqiqətə uyğun olmayan məlumatlara dair ərizəçilər X11, X31, X25 və X23 tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Aparatına məktub yazılmaqla təkzibin verilməsi hissəsində ləğv edilmişdir. Bundan başqa, Azər Səfərov mərhum atam X16 barəsində də, şərböhtan dolu məlumatları müxtəlif dövlət orqanlarına yazdığı şikayətlərdə göstərmiş, bununla bağlı mərhum atası da ona qarşı mülki iddia qaldırmışdır. Azər Səfərov barələrində dövlət orqanlarına etdiyi əsassız şikayətlərin nəticə vermədiyini görüb, indi də kütləvi informasiya vasitələrində, internet resurslarında barəmizdə həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yaymış, onu və mərhum atasını təhqir etmişdir. Belə ki, Azər Səfərov 2023-cü ilin iyul ayında, "Reaksiya TV" internet televiziyasında 8 dəqiqə 39 saniyəlik çıxış edərək (https://www.youtube.com/watch?v=SnBswqİQwGO) ailəmiz barəsində şər və böhtanlar danışmışdır. Belə ki, həmin çıxışında o, Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailəsinə 6.06 ha torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsini mərhum atası Qabil Məmmədovun zəbt edildiyini, saxta sənədlərlə özününküləşdirdiyini, guya daha 41 nəfər şəxsin də torpaq sahəsini zəbt etdiyini bildirmişdir. Daha sonra Azər Səfərov çıxışda onun, İnsan hüquqları üzrə Müvəkkil-ombudsman aparatında çalışan bacısı Vəfa Məmmədzadə- Əsgərovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin birində çalışan qardaşı Elşən Məmmədzadənin adını çəkərək guya onların 2021-ci il tarixdə onların yaşadığı ünvana gəlib onun ata və anasını təhqir etdiyini bildirmişdir. Bundan başqa, Azər Səfərov mərhum atası barəsində "onun qanunlara əməl etmədiyini, harınladığını" bildirmişdir. Halbuki, onun göstərdikləri tam əsassızdır. Onun mərhum atası onların torpağını zəbt etməmişdir. O, özünə və "Avdılar" KFT-na məxsus olan torpaq sahəsini əkib becərmişdir. X41 və onun ailəsinin həmin torpağa heç bir hüququ olmamış, onlar həmin torpaq sahəsinin üzünü belə görməmişlər. Onların adına qanunsuz olaraq verilmiş torpağa mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı tərəflərindən Şəki İnzibati Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 01 iyun 2023-cü il tarixli qərarı ilə iddiamız təmin edilmişdir. Həmin çıxışında guya onların Azər Səfərovun ana və atasını təhqir etməsi barədə göstərdikləri əsassızdır. Əgər belə bir hal olsaydı, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilməli idi. Azər Səfərovun şər-böhtan dolu başqa bir yazısı yenixeber.org saytında "Bahar Muradovanın kadrının adı hallanır" başlığı altında çap olunmuşdur. (https://yenixeber.org/sosial/153794-baharmuradovan%C4%B1n ad%C4%B1qazinin-t%C9%99hdidind%C9%9 kadr%C4%B1n%C4%B1nhallan%C4%B1r.html). Həmin yazıda Azər Səfərov onun, İnsan hüquqları üzrə Müvəkkil-ombudsman aparatında çalışan bacısı Vəfa MəmmədzadəƏsgərovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin birində çalışan qardaşı Elşən Məmmədzadənin adını çəkərək guya inzibati yollarla məhkəmələrə təzyiq göstərməkləri barədə yalan məlumatlar yayaraq şərəf və ləyaqətlərini və nüfuzlarını alçaldan məlumatları kütləvi informasiya vasitələrində yaymış və bizi ağır cinayətin törədilməsində ittiham etmişdir. Həmin yazılara tərəflərindənn həmin informasiya vasitəsində cavab verilmişdir. Cavab yazısında aşağıdakıları qeyd etmişdir: “1995-ci ildə "Avdılar" X19 (bundan sonra-KFT) 50 ha torpaq sahəsi ayrılmış və bunu təsdiq edən hüquqi sənədlər, o cümlədən dövlət aktı mülkiyyətçiyə verilmişdir. KFT tərəfindən 1999 və 2005-ci il tarixli yenidən alınmış Dövlət Aktlarında da həmin 50 ha torpaq sahəsinin təsərrüfatın mülkiyyətində olması təsdiqini tapmışdır. KFT yarandığı zaman onun rəhbəri X21 olmuşdur. O, 1999-cu il 17 mart tarixində rəhmətə getdikdən sonra həmin təsərrüfatın rəhbəri oğlu X17 olmuşdur. 2016-cı il 25 aprel tarixində Tofiq Məmmədov vəfat etmişdir. 2021-ci ildən atam X16 KFT-yə rəhbərlik etməyə başlamışdır. Haqqında bəhs edilən torpaq sahəsi 1995-ci ildən KFT-nin mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində Azər Səfərov və onun ailə üzvləri torpağa dair hər hansı iddia irəli sürməmişlər. 2022-ci ildə Azər Səfərov tərəfindən Qabil Məmmədova qarşı iddia qaldırılmış və KFT-nin mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən təqribən 6 hektar torpaq sahəsinin onlara məxsus olması iddia edilmişdir. KFT tərəfindən aidiyyəti orqanlara sorğu verildikdən sonra məlum olmuşdur ki, 1998-ci ildə həmin torpaq sahəsindən 6.06 ha torpaq sahəsi "Avdılar" X19 məlum olmadan X11, X36, X25, X26 və X13 adına rəsmiləşdirilmişdir. Bundan sonra KFT tərəfindən X46 Komissiyasının bu barədə qərarı və Azər Səfərov, onun ailə üzvlərinin adına verilmiş dövlət aktı Şəki İnzibati Məhkəməsində mübahisələndirilmişdir. KFT-nin iddiası 1-ci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Qərardan narazı qalan Azər Səfərov artıq apelyasiya şikayəti verilmişdir. İşə avqust ayında baxılacaqdır. KFT-nin qanuni mülkiyyətində olan torpaq sahəsini hansısa məlum olmayan, ortaya çıxarılmayan qərar əsasında qanunsuz yollarla ələ keçirən Azər Səfərov və onun ailə üzvləri atam Qabil Məmmədovun 41 nəfərə məxsus, o cümlədən də, dövlət torpaqlarını aqrar islahatlardan gizlədərək saxta yollarla özgəninkiləşdirdiyini qeyd etmişdir. Çox maraqlıdır ki, böhtan xarakteri daşıyan bu məlumat Azər Səfərov tərəfindən hansı sübutlarla təsdiq edilir?! Və yaxud sual olunur ki, Azər Səfərov 6 hektar torpaq sahəsinə hansı əsaslarla iddia edir, keçmiş kolxoz torpaqlarının mülkiyyətçisi ola bilərdimi!? Axı qanunvericilik kolxoz, sovxoz torpaqlarının mülkiyyətçisi ola bilən əhali kateqoriyasını müəyyən edib, onlar bu kateqoriyadan hansına aiddirlər?! Əlbəttə, heç birinə. Xüsusilə vurğulamaq istərdim ki, Azər Səfərov və iş üzrə digər cavabdehlər onalra torpaq sahəsi ayrılması barədə qərarı belə ortaya çıxara bilmədilər. məhz elə Azər Səfərovun özünün və ailə üzvlərinin iddiası tamamilə qanunsuzdur. Sadəcə qanuni əsaslarla məhkəmədə əleyhinə qərar çıxarıldığından məqsədi ara qarışdırmaq olan Azər Səfərov bununla bizi və məhkəmələri qorxutmaq istəyir." Bundan başqa həmin saytda, 26 iyul 2023-cü il tarixdə "İntihar edəcəyini deyən Qarabağ qazisi Bahar Muradovaya müraciət etdi-Sevimli kadrina "DUR" de" (https://yenixeber.org/manset/154396i%CC%87ntihar-ed%C9%99c%C9%99yinidey%C9%99n-qaraba%C4%9F-qazisi-bahar-muradovayam%C3%BCraci%C9%99t-etdi.html) başlığı ilə çıxmışdır. Həmin yazıda Azər Səfərov göstərir ki, "xx.xx.2022-ci ildə Yevlax rayonunda Məhkəmə zalında hakim Toğrul Əliyevin gözü qarşısında Rahil Süleymanzadə atasınıı və qardaşını qışqıra-qışqıra hədələyirdi. Rahil Suleymanzadə elə Məhkəmə zalında heç kimdən qorxub-çəkinmədən bizə hədə-qorxu gəlirdi. Açıq şəkildə deyir ki, onun arxasında o boyda Komitə dayanıb, bəs sizin arxanızda kim dayanıb? O, ona etiraz etsə də, hakim onu həbslə hədələdi. X24sun, istərsə də Ailə, Qadın və X43 Dövlət Komitəsi olsun, onları ona görə yaradıblar ki, xalqa xidmət etsin. Daha insanların hüquqlarını ayaqlar altına atmasınlar. Bunların özbaşınalıqları ilə bağlı minlərlə ərizə yazmışlar, Bahar Muradovaya, Səbinə Əliyevaya... O, Bahar Muradovaya müraciət etmişdir ki, əməkdaşının hansı oyunlardan çıxdığını bilsin və onun haqqında tədbir görsün. Təəssüflər olsun ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Hansı səbəbdənsə bu komitə həqiqəti üzə çıxartmaq istəmir. Bu da bizə əsas verir deyək ki, bu işin arxasında həqiqətən də elə Bahar xanım durur. O, buradan bir daha Bahar Muradovaya müraciət edir: sevimli kadrı Rahil Süleymanzadəyə "DUR" desin!" Bu yazıda da, Azər Səfərov barəsində həqiqətə uyğun olmayan yala məlumatlar qeyd etməklə ona böhtan atır. Bundan başqa, 01 avqust 2023-cü il tarixdə "gundelik-baku.com" (https://gundelikbaku.com/manshet/101988-qarabag-qazisi-ceferov-aydin-shikayetchidir.html) və "sabahnews.az" saytında (https://sabahnews.az/manet/87424-qarabag-qazisi-azer-seferovolke-bashchisina-muracietetdi-kechmish-belediyye-sedri-kendin-butun-torpaqlarini-zebtedib.html) "Qarabağ qazisi, Azər Səfərov ölkə başçısına müraciət etdi... - Keçmiş Bələdiyyə sədri kəndin bütün torpaqlarını zəbt edib..." başlıqlı, 03 avqust 2023-cü il tarixdə "qaynarinfo.az" saytında "Yevlaxda torpaq qalmaqalı - Qarabağ qazisi sabiq bələdiyyə sədrinin onun pay torpağını zəbt etdiyi deyir" başlıqlı yazılar (https://qaynarinfo.az/az/yevlaxda-torpaq-qalmaqaliqarabag-qazisi-sabiq-belediyye-sedrinin-onunpay-torpagini-zebt-etydiyi deyir?fbclid=İwAR3SXDoKG8wR83AZE7yP8CTdQexCmZ4BpByzN4XK07b09WtGU3AMİZeetf g) çap olunmuşdur. Həmin yazılarda da, onun və mərhum atası barəsində həqiqətə uyğun olmayan, şər-böhtan dolu məlumatlar göstərilmişdir. Azər Səfərovun şər-böhtan kompaniyası bununla bitməmişdir. Belə ki, həmin şəxs, öz dostları ilə birlikdə 16 avqust 2023-cü il tarixdə öz dostları ilə birlikdə çalışdığı Ailə, Qadın və X43 Dövlət Komitəsinin yanına gələrək bir çox xəbər saytlarının nümayəndələrini ora çağırıb yenidən ailələri barəsində şər-böhtan dolu çıxışlar etmişdir. Belə ki, Azər Səfərov "KANAL 13 Xəbər" adlanan youtube kanalında -22 dəqiqə 49 saniyəlik https://www.youtube.com/watch?v=0rVDvTxnGh4, "Azərbaycan saatı" kanalında 14 dəqiqə 03 saniyəlik videoda https://www.youtube.com/watch?v=fN8Octb OZM çıxış etmişdir. Həmin çıxışda da Azər Səfərov onun mərhum atasının guya cinayət əməllərini ört-basdır etdiyini bildirmişdir. Azər Səfərov bildirir: "Rahil Süleymanzadə həmin komitədə hüquqşünas vəzifəsində çalışır və Bahar Muradovanın sağ əlidir. X8 adı gedir, xidməti vəsiqəsini cibinə qoyub düşür rayonların canına, torpaq olur, atasının elədiyi cinayətləri ört-basdır edir." Hətta həmin çıxışında Azər Səfərov Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinin sədri Bahar Muradova, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, məhkəmə qərarlarını qəbul etmiş Yevlax rayon məhkəməsinin hakimi Toğrul Əliyev və Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadə barəsində şər-böhtan dolu, yalan fikirlər səsləndirmişdir. Daha sonra isə X39 yerləşdiyi "Hökümət evi"nin inzibati binasına daxil olmaq istəmiş, lakin mühafizəçilər onun qanunsuz olaraq binaya daxil olmasının qarşısını almışlar. Bildirir ki, Azər Səfərovun barəsində müxtəlif informasiya resurslarında səsləndirdiyi böhtan xarakterli məlumatlar, onun çalışdığı Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinin yanına gəlib, oraya mətbuat nümayəndələrini çağırıb bu qanunsuzluqlarını davam etdirməsi onun çalışdığı iş yerində nüfuzunu aşağı salmış, onun ağır psixi sarsıntı və iztirab keçirməyimə səbəb olmuşdur. Bundan başqa, mərhum atası X2 özü və övladlarının barəsində etdiyi şər-böhtan kompaniyasından ağır stress və psixi iztirablar keçirmiş və xx.xx.2023-cü il tarixdə ürəyi dayanaraq vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azər Səfərovun onun, mərhum atası, bacı və qardaşı barəsində yaydığı məlumatlar yalan məlumatlar olduğu üçün ona böhtan atır və onun əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi vardır. CM-nin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azər Səfərov onun xidməti vəzifəmdən istifadə edərək məhkəmələrə təzyiq göstərməyini və guya məhkəmələrin qəbul etdiyi qərarlara qanunsuz yolla təsir göstərməyini bildirməklə onu ağır cinayətin törədilməsində ittiham etməklə böhtan atmışdır. Buna görə də onun əməlində CM-nin 147.2-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə uzanan cinayətin başa çatdığı yer cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Hazırki iş üzrə, Azər Səfərovun davam edən cinayətlərinin başa çatdığı yer Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinin yerləşdiyi "Hökümət Evi"nin yanı olmuşdur. "Hökümət evi" isə Bakı şəhəri Səbail rayon məhkəməsinin ərazisində yerləşir. Buna görə də, hazırki şikayət ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edirik. Odur ki, ünvan 1 ünvanında qeydiyyatda olan X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsi ilə təqsirli bilib, həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayətini müdafiə edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsini, X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi Müdafiəçi1 şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə uzanan cinayətin başa çatdığı yer cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Hazırki iş üzrə, Azər Səfərovun davam edən cinayətlərinin başa çatdığı yer Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinin yerləşdiyi Hökümət Evinin yanı olmuşdur. Hökümət Evi isə Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşir. Buna görə də, hazırki şikayət ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişlər. Bahar Muradovanın adının hallandırılmasında əsas məqsəd X4 qisas almaq, ona təzyiq göstərmək və ən əsası onu işdən çıxarmaqdır. X5 mərhum atası ilə bağlı qeyd etmişdir ki, Konstitusiyanın 63cü maddəsinə əsasən,hər kəsin təqsirsizlik prezumpsiyasına hüququ vardır. Buna görə də atasının adının bu cinayətlərdə hallanması X7 mənəvi cəhətdən pis təsir edən amillərdəndir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X36 şikayəti qəbul etməyərək, bildirmişdir ki, o X10 onun qohumudur. Rahil Süleymanzadənin atası sabiq bələdiyyə sədri olduğundan kəndlərində onlara aid pay torpağını saxta sənədlərlə özgəninkiləşdirmişdir. Bununla bağlı prokurorluğa şikayət etmiş, yenidən araşdırma aparılır. O X7 xəbərdarlıq edib demişdir ki, ondan şikayət edəcək. Əksinə olaraq Rahil onu məhkəmələrdə süründürəcəyini deyərək hədələmişdir, hətta onun qardaşına aid torpağından öz vəzifəsindən sui- istifadə edərək qeyri –qanuni yollarla çıxartmağa çalışmışdır. O Azərbaycan Respublikası Ailə, Qadın və X43 Dövlət Komitəsinin getmişdir ki , Bahar Muradova ilə görüşsün, lakin qəbula düşə bilməmişdir. Komitəyə verdiyi ərizələrə baxılmayıb, ancaq bir dəfə Aynur Sofiyeva onu qəbul etmişdir. X10 haqqında “Bahar Muradovanın kadrı” ifadəsi ilə bağlı qeyd etmişdir ki, o “Bahar Muradovanın kadrı” sözünü yox, ” Bahar Muradovanın əməkdaşı “ ifadəsini işlətmişdir. X10 barəsində böhtan xarakterli məlumatlar yaymamışdır. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X22 müdafiəçisi Müdafiəçi2 göstərmişdir ki, şikayət ümumi əsaslandırılmamışdır, forma və məzmun cəhətdən uyğun tərtib edilməmişdir, şikayətlə bağlı sübutlar qeyd olunmamışdır. Cinayət Prosessual Məcəlləsinin 293 və 297- ci maddələrinin tələblərinə əsasən hadisənin törədildiyi yer, hadisənin törədildiyi tarix və saat dəqiq göstərilməlidir. X5 atası X16 barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən barəsində cinayət işi başlanmış və müddətin keçmə əsası ilə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Şikayət ondan ibarətdir ki, ehtimallarına əsasən atası ilə birlikdə X1 rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X36 və ailəsinə ayrılmış 6.06 ha torpaq sahəsi zəbt edib, saxta sənədlərlə özününküləşdirmiş, daha 41 nəfər şəxsin də torpaq sahəsini zəbt etmişdir. “Bahar Muradovanın kadrı” ifadəsinə görə isə xüsusi ittiham qaydasında məhkəməyə şikayəti X10 yox, Bahar Muradovanın özü verə bilərdi. X14 tərəfindən Bahar Muradovanın onu qəbul etməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır, lakin iddia təmin olunmamışdır. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayət öyrənilərkən müəyyən edilmişdir ki, şikayət Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam olaraq göstərilməmişdir. Belə ki, şikayət vermiş şəxs şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsini qeyd etməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayətdə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Xüsusi ittiham qaydasında şikayətdə Azər Səfərovun çıxışının “KANAL 13 Xəbər” adlanan “Youtube” kanalında və “Azərbaycan saatı” kanalında yayımlandığı qeyd edilsə də, həmin internet saytlarının hüquqi ünvanı qeyd edilməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxs X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə isə 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar