Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-297/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X7 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “HURRİYYET TV” youtube kanalı vasitəsilə yalan və böhtan xarakterli məlumatlar yaydıqları üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini və onlara hamin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X6 barəsində yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları X4 və Ramiz İmanov 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com" internet informasiya ehtiyatında "Hurriyyet TV" Youtube kanalı vasitəsilə ('https://www.voutube.com/live/V4eS6GqKgLU?si=ODavVu-iA2CxUOYF, 17:45-ci dəqiqə) yaymışdır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 05 dekabr 1963-cü il tarixində dünyaya gəlmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. F.Nağıyevin bugünə qədər heç bir məhkumluğu olmamışdır. X4 və Ramiz İmanov kütləvi informasiya vasitəsində öz çıxışları zamanı bildirdikləri məsələlər yalan məlumatlar olmaqla bərabər sadəcə cəfəngiyyatdır. Göstərilən məsələlər ilə bağlı heç bir məhkəmə araşdırması və ya məhkəmənin qanuni qüvvəsini almış yekun aktı yoxdur. Bununla belə sözügedən şəxslər youtube kanalında onun şəklini yerləşdirməklə onun barəsinmdə öz mülahizələrinə əsaslanan ittihamlar irəli sürmüş, onun şərəf və ləyaqətini cəmiyyət qarşısında alçaltmış, onun işgüzar nüfuzunu zədələmişlər. Hesab edir ki, X4 və X1 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və X6 barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. X4 və X9 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 12.000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlan kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilə nə şərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ile cəzalandınlır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88-ci və Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X4 və X7 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “HURRİYYET TV” youtube kanalı vasitəsilə yalan və böhtan xarakterli məlumatlar yaydıqları üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmalarını və onların hamin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 “HÜRRİYYET TV” youtube kanalının rəsmi qeydiyyat ünvanın ünvan 2 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini təklif etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. İş materiallarında olan “HURRİYYET” qəzetinin redaksiyasının 30 sentyabr 2024cü il tarixli, 34/345 nömrəli müraciətindən görünür ki, “HÜRRİYYET TV” youtube kanalının rəsmi qeydiyyat ünvanı ünvan 3lə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri təqdiq edərək, iş materiallarını araşdıraraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Hürriyyət TV” Youtube kanalının rəsmi ünvanı, ünvan 4si ittiham qaydasında şikayət ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və X7 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət hesabına təyin edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxlərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Beləliklə, hazırkı vəziyyətdə X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər birinə münasibətdə dövlət büdcəsindən 160 (yüz altmış) manat tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı hesabına keçirilsin. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-297/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-297/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver