Məhkəmə qərarları › İş №1(009)-298/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-298/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-298/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 25 avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 oktyabr 2024-cü il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,379 qram olan psixotrop maddə nıetamfetamini, 02 (iki) ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,448 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə Şahid5 50 (əlli) manat müqabilində 0,448 qram çəkidə xeyli miqdarda narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini atış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, 02 (iki) ədəd bükümdə qablaşdırıb özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024cü il tarixdə saat 16:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 02 (iki) ədəd bükümdə çəkilləri 0,220 qram və 0,228 qram maqla ümumi təmiz çəkisi 0,448 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvana daşımış, xx.xx.2024-cü tarixdə saat 18:10 radələrində Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 29 saylı ünvanın qarşısında saxlanılaraq ünvan 6nda yerləşən ünvan 7sına dəvət olunmuş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 (bir) ədəd gümüşü rəngli bükümdə xeyli miqdarda təmiz çəkisi 0,379 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkomaniyadan əziyyət çəkir və 1 saylı X7 “metadon” dərmanının müalicəsini alır. xx.xx.2024-cü il tarixdə müalicəyə gedərkən gecikdiyi üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə “Təzə Bazar”ın aşağı hissəsində bir nəfər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Həmin gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisindən bədənində ağrılar hiss etdiyi üçün tanımadığı şəxsdən psixotrop maddə metamfetamin almış və bir hissəsini istifadə edərək qalan hissəsini üzərində daşımışdır. Lakin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin gün saxlanılmış və bölməyə dəvət edilmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsininin sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsininin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində tərəflərindən saxlanılmış və Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. Təhqiqatçının və vəkilin iştirakı ilə kamera vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman özü deməsinə görə şəxsi istifadəsi üçün 02 (iki) ədəd büküm narkotik vasitə heroin əldə edərək üzərində daşımışdır. Daha sonra həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsininin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməkdaşı Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmış və ünvan 2 ünvanının qarşısında tərəflərindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və İdarəyə dəvət etmişlər. Təhqiqatçının və vəkilin iştirakı ilə kamera vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman özünün deməsinə görə şəxsi istifadəsi üçün 02 (iki) ədəd büküm narkotik vasitə heroin əldə edərək üzərində daşımışdır. Daha sonra həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi bölməyə Səbail rayonu ərazisində Riad adlı şəxsin qanunsuz narkotik vasitələr qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 29 saylı ünvanın qarşısında saxlanılaraq bölməyə dəvət edilmişdir. Təhqiqatçının və vəkilin iştirakı ilə kamera vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman üzərində 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynindəki şalvarının cibindən şəffaf sellofana bükülmüş 02 (iki) ədəd bükümdə bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olmasını, uzun müddətdir istifadə etdiyini, hazırda müalicə aldığını, maddəni Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidən özü istifadə etmək üçün Azad adlı şəxsdən 90 (doxsan) manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd gümüşü rəngli bükümdə bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğusual zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, uzun müddətdir istifadə etdiyini, hazırda müalicə aldığını, maddəni Bakı şəhəri, Səbail rayonu ərazisindən özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası üzrə 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2134 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün N° 186” dairəvi möhür əksləri olan 03 (üç) ədəd zərfdəki, üzərində “Təqsirləndirilən şəxs götürülmüş... saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,228 qram, ümumi təmiz çəkisi 0,448 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi - 0,448 qram, tədqiqata sərf edilmiş - 0,080 qram, qalıq çəkisi - 0,368 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 21 may 2024-cü il tarixli, 3-16-16/2-6/2835 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün N° 49” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,379 qram, tədqiqata sərf edilmiş - 0,050 qram, qalıq çəkisi - 0,329 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizası üzrə 29 aprel 2024-cü il tarixli, 2790 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən saat 16:45-dən tutulmuş hesab edilmişdir. 19 aprel 2024-cü il tarixli qərarla Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 20 aprel 2024-cü il tarixli qərarla Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 20 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli vəsatət rədd edilmiş və X5 azad edilmişdir. 20 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri növündə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 16 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 17 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 18 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 may 2024-cü il tarixdən saat 18:10-dan tutulmuş hesab edilmişdir. 21 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 21 may 2024-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 21 may 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 may 2024-cü il tarixli qərarla ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında icraata götürülərək istintaqı davam etdirilmişdir. 22 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmiş, cinayət işinin istintaqı həmin maddələrlə davam etdirilmişdir. 22 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. 29 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ayrılaması ilə bağlı hazırkı cinayət işi üzrə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,228 qram ümumi təmiz çəkisi 0,448 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponet tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,08 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,368 qram təşkil edən həmin həmin narkotik vasitə heroin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağı"na təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınsın, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,329 qram təşkil edən həmin həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağı"na təhvil verilmişdir. 03 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 may 2024cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 10 (on) ay 01 (bir) gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-92/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(008)-176/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını və törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-92/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Cəriməni ödəməmişdir. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 18 aprel 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-92/2019 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, cəmi 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 20 may 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 29 aprel 2024-cü il tarixli, 2790 saylı ekspert rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,368 qram (ilkin təmiz çəkisi 0,448 qram), olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və qalıq çəkisi 0,329 qram (ilkin təmiz çəkisi 0,379 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2134 saylı ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və digər ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının 24 (iyirmi dörd) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə aparılmış 21 may 2024-cü il tarixli, 3-16-16/2-6/2835 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-92/2019 saylı hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,368 qram (ilkin təmiz çəkisi 0,448 qram), olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və qalıq çəkisi 0,329 qram (ilkin təmiz çəkisi 0,379 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2134 saylı məhkəmə ekspertizası tədqiqatının 24 (iyirmi dörd) manat hissəsi və 21 may 2024-cü il tarixli, 3-16-16/2-6/2835 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat, ümumilikdə 89 (səksən doqquz) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar