Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-298/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızının, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 oktyabr 2025-ci il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq soyuq silah hesab olunan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində gəzdirmiş və xx.xx.2025-ci il tarixdə saat 03:55 radələrində Səbail rayon, Nizami küçəsində yerləşən “Ultra” klubunda ictimai qaydanı pozduğuna görə Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidmət Bölməsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 3 ünvanda yerləşən inzibati binasına aparılmış və orada ondan zavod üsulu ilə hazırlanmış, tiyə və dəstək hissəsinin uzunluğu 305 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin hər iki üzündə 90 mm uzunluğunda nov olan, tiyənin ucu küt tərəfin düz xətt formada irəli, kəsici tərəfin isə yuxarıya doğru qovsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş və orta xətdə yerləşən, tiyənin sol üzündə “X6 SA 89” yazıları zavod işarələri həkk edilmiş, tiyəsi boz rəngli metaldan hazırlanmış, qatlanmayan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik bir ədəd soyuq silah hesab olunan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bıçaq hazırda xatırlamadığı bir şəxs tərəfindən ona ad günündə hədiyyə edilmişdir. Hər zaman üzərində gəzdirmir, bazarda fəhlə işlədiyindən bıçağı həmin vaxtlar işi ilə əlaqədar istifadə edir, həmin gün də işdə olduğundan bıçaq üzərində qalmışdır. Əməlindən peşmandır, yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə saat təxminən 03:55 radələrində iş yoldaşı polis serjantı Şahid3lə birlikdə 6668 saylı avtopatrul avtomobili ilə onlara təyin olunmuş inzibati ərazidə xidmət aparan zaman, Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən «Ultra» adlı klubun daxilində səs-küyün gəldiyini eşitmişlər. Bu səbəbdən də Şahid3lə birlikdə həmin kluba daxil olduqda 3 nəfər alkoqol sərxoşluğu vəziyyətində olan tanımadığı müştərilərin klubun mühafizəçisi və ofısiantı ilə sözlə mübahisə etdiklərini görmüşlər. Onlar dərhal həmin şəxslərə yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim edib nə hadisənin baş verdiyini soruşmuşlar. Həmin 3 nəfər şəxslərdən biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs bildirmişdi ki, yaxın dostları Məlik Əhmədov və Şahid1lə birlikdə Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən ”Ultura” kluba gələrək spirtli içki olan pivə qəbul edərək əylənmiş, yeyib-içdikdən sonra masadan qalxan zaman hesabı istəmişlər, ofısiant hesabı gətirib verəndə məbləğ onların gözlədiklərindən çox olduğu üçün öz etirazlarını bildirmiş, bu səbəbdən də onlarla klubun mühafizəçisi və ofısiantı ilə aralarında mübahisə yaranmışdır. Həmin şəxslər bir-biri ilə sözlə mübahisə etmiş, sonradan həmin şəxslərin aralarında olan mübahisənin böyüyüb münaqişəyə çevrilməsi üçün həmin 3 nəfər şəxsi inzibati ərazi aidiyyəti üzrə Səbail RPİ-nin 9-cü PB-nə dəvət etmişlər. Polis bölməsində olarkən araşdırmanı aparan təhqiqatçı Ramin Vəkilov həmin 3 nəfər şəxsdən üzərilərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşmuş, əgər varsa təqdim etmələrini xahiş etmişdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs və Şahid1 üzərilərində bıçağın olduğunu bildirmiş və hər ikisi üzərlərində olan bıçağı çıxardaraq masanın üzərinə qoymaqla təqdim etmişdilər.Məlik Əhmədov isə üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdi. Bundan sonra təhqiqatçı tərəfindən həmin bıçaqların fotoşəkli çəkilmiş, hər iki bıçaq ayrı-ayrı boş zərflərə qoyularaq qablaşdırılıb götürülmüş, bundan sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən ”Ultura” klubda səs gəldiyini eşidərək oraya yaxınlaşmışlar və 3 nəfər şəxsin ofisiant ilə sözlə mübahisə etdiyinin şahidi olmuşlar. Onları xidmət maşınına əyləşdirərkən üzərlərini yoxlayanda bıçağın olduğunu görmüşlər. Daha sonra şəxslər inzibati binaya aparılmış və lazımı tədbirlər həyata keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 3/603 saylı, 17 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. 07 iyul 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. 14 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. 21 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 17 (on yeddi) gün müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmişdir. 21 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarətinə vermə” növündə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 iyul 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: -Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.2.1; 150.2.1; 150.2.5; 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; -Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 221.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəsini alacaq hökmün icrasınadək saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, R.Şıxəliyev küçəsi, ev 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış, tiyə və dəstək hissəsinin uzunluğu 305 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin hər iki üzündə 90 mm uzunluğunda nov olan, tiyənin ucu küt tərəfin düz xətt formada irəli, kəsici tərəfin isə yuxarıya doğru qovsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş və orta xətdə yerləşən, tiyənin sol üzündə “X6 SA 89” yazıları zavod işarələri həkk edilmiş, tiyəsi boz rəngli metaldan hazırlanmış, qatlanmayan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik bir ədəd soyuq silah hesab olunan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, R.Şıxəliyev küçəsi, ev 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, soyuq silah hesab edilən bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 242 (iki yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-298/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-298/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver