Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-30/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri: Zərərçəkmiş şəxs və X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2021-ci il tarixdə saat 12:00-da xx xxx 1957-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə qazancından dövlət nəfinə 10% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi vəzifəli şəxs olmaqla, fərdi sahidkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsi, 29 nömrəli binanın 3 nömrəli mənzidində qeydiyyatda olub faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi vəzifəli şəxs olmaqla, ********** nömrəli VÖEN ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, cavabdeh kimi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 45 676,8 manat pulun və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq “Ağyel” Məhdud Məsuliyyətli ödənilməsi barədə qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli, 2- 2(81)- 59/2018 nömrəli qətnaməsinə əsasən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə görə Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3 (009)- 1979/2019 nömrəli qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edildikdən sonra həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 8(009)-333/2019 nömrəli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına və ona icra məmuru tərəfindənxx xxxxxx 2020-ci il tarixli məktubla icra üçün yeni müddət təyin olunub məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdalıq edilməsinə baxmayaraq, bunlardan nəticə çıxarmayıb özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib, təqdimatın verildiyi xx xxxxxx 2020-ci il tarixə qədər olan müddətdə “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə 45686,8 manat borcunu ödəməkdən qəsdən boyun qaçıraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1999-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində yerləşən “Çuxur ağıl” adlanan qış otlağı ərazisində mişar daşı istehsal etmək üçün 2 ha torpaq sahəsini icrarə müqaviləsi əsasında icarəyə götürmüş və orada “Qızılqum” firması təsis edərək fəaliyyət göstərmişdir. Həmin vaxtlarda onunla qonşuluqda “Namin” müəssisəsi 5 ha torpaq sahəsi icarəyə götürüb mişar daşı istehsalı ilə məşğul olmuşdur. Müəssisəni şərikli qaydada Zərərçəkmiş şəxs və familiyasını bilmədiyi Namiq adlı şəxs idarə etmişlər. 2004-cü ildə istfadə etdiyi sahədə xammal tükəndiyinə görə icarəyə götürdüyü sahəni Qobu qoyunçuluq sovxozuna təhvil vermişdir. Bundan sonra 2011-ci ilə qədər “Korgöz” adlanan ərazidə fəaliyyət göstərmiş adını xatırlamadığı bir müəssisədə sahə rəisi işləmişdir. Müəssisənin kimə məxsus olduğu və ona kimin rəhbərlik etdiyi hazırda yadında deyildir. 2011-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs yanına gəlib səhhətinə görə müəssisəni işlədə bilmədiyini demiş və şərikli fəaliyyət göstərmək haqqında müqavilə bağlayıb icarəyə götürdüyü ərazidə birlikdə mişar daşı istehsal etmələrini təklif etmişdir. Onunla razılaşıb 2011-ci ilin mart ayından 2016-cı ilin mart ayına qədər 5 il müddətinə gəlirlərin aralarında bərabər bölüşdürülməsi şərti ilə birgə fəaliyyət haqqında müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra “Namin” müəssisəsinin adını dəyişdirib, “Ağyel” Məhduud Məsuliyyətli Cəmiyyəti adlandırmışdır. Cəmiyyətin bütün sənədlərində direktor kimi onun ad-familiyası göstərilmişdir. Müqavilədə “Namin” müəssisəsinin “Çuxur ağıl” adlanan ərazidə yerləşən icarəyə götürdüyü 5 ha sahədə mişar daşı istehsal etməyi nəzərdə tutmuşlar. Lakin, gəlib sahəyə baxdıqda, icarəyə götürülmüş həmin ərazidə xammal ehtiyatının tükənmək üzrə olduğunu görmüşdür. Mişar daşı istehsal etmək üçün xammal tükəndiynə görə qonşuluqda yerləşən 10 ha sahəni icarəyə götürmüş Azad Şirəliyevə müraciət edərək, işləmələri üçün müəyyən qədər sahə verməsini xahiş etmişdir. Bu şəxs üzəri qara daşla örtülmüş 2 hektardan bir qədər artıq ərazini ona göstərib, həmin yeri təmizələyərək orada mişar daşı istehsalı ilə məşğul olmalarına icazə vermişdir. Özünün sahibliyində olan texnikadan istifadə edərək, təxminən səkkiz ay ərzində sahəni qara daşlardan təmizləmiş və daş kəsimi üçün münasib şərait yaratmışdır. Sahə istifadəyə hazır olduqdan sonra Azad Şirəliyev gəlib oraya baxmış və torpadan istifadə ilə əlaqədar ona ödəyəcəkləri pulun məbləğini soruşmuşdur. Lakin, Zərərçəkmiş şəxs torpaqdan istifadəyə görə Azad Şirəliyevə ödəniləcək pulun məbləği ilə razılaşmamışdır. Odur ki, Azad Şirəliyev onu özlərinin təsis etdiyi “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor kimi rəsmləşdirərək, orada işləməyinə icazə vermişdir. Həm özünə məxsus olan, həm də Azad Şirəliyevin təsis etdiyi “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan texnikadan istifadə edərək mişar daşı istehsal etməyə başlamışdır. Bu ərəfədə 2014-cü ildə Zərərçəkmiş şəxs “İ.N.Ə.” Məhdud Məsuliyyəli Cəmiyyətinə məxsus olan və istifadə etdiyi 4,8 ha torpağın “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olması haqqında sənəd alıb gətirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadə edərək ona ziyan vurması barədə məhkəmədə iddia qaldırmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaya baxılıb təmin edilmişdir. Belə ki, istifaldə etdiyi və faktiki olaraq “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərazidən çıxarılması, habelə guya “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil-təslim aktı ilə verilmiş texnika və avadanlıqların geri qaytarılmasi haqqında qətnamə çıxarılmışdır. Zərərçəkmiş şəxs 1 saylı Bakı İnzibaiti-İqtisadi Məhkəməsində iddia qaldırarkən, 2011-ci ildə onunla birgə fəaliyyət haqqında bağladığı müqaviləni gizlədib, məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qətnamədən Respublika Ali Məhkəməsinə şikayət vermiş və işə baxılaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi birgə fəaliyyət barədə müqavilənin etibarsız hesab olunması hissəsində ləğv edilmişdir. 2015-ci ildə etdiyi şikayətə əsasən Respublika Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən Zərərçəkmiş şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmasını iddia etdiyi torpağın cizgiləri düzgün olmadığına görə torpaqdan istifadə qadağan edilmişdir. 2016-cı ildə Azad Şirəliyev “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün əmlakı ilə birlikdə qohumu Elbrus Hacıyevin adına keçirmişdir. Zərərçəkmiş şəxs iddiası üzrə çıxarılmış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qətnaməsini icra etmədiyinə görə 2015-ci ildə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılmış və 2016-cı ildə Qaradağ Rayon Məhkəməsində işə baxılaraq, qazancından 10% tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 2016-cı ilin dekabr ayında isə mübahisəli torpaq sahəsindən çıxarılmışdır. 2018-ci ildə Zərərçəkmiş şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü torpaqdan qanunsuz olaraq istifadə etdiyinə görə ona vurulmuş ziyanın ödənilməsi barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində təkrar iddia qaldırmışdır. xx xxx 2018-ci ildə həmin məhkəmə tərəfindən vurulmuş ziyana görə “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə 45676,78 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat ödəməsi haqqında qətnamə çıxarılmışdır. Bu məsələ ilə bağlı onu Bakı şəhəri, Səbail rayon İcra və probasiya şöbəsinə də dəvət etmişlər. Şöbədə faktiki olaraq “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü torpaqdan istifadə edərək mişar daşı istehsal etdiyini, bu sahənin “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpağa heç bir aidiyyətinin olmadığını və göstərilən səbəbdən də Zərərçəkmiş şəxs hər hansı bir ziyan vurmadığını bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qətnaməsi ilə hazırda da razı deyildir. Belə ki, yuxarıda göstərdiyi səbəblərə görə Zərərçəkmiş şəxs 45 676, 78 manat məbləğində ziyan vurması qətnamədə düzgün göstərilməmişdir. Əvvəllər şəxsi mülkiyyətimdə “KAMAZ-5511” yük markalı, AZ ** LO *** dövlət qeydiyyat nişanlı avtomaşın olmuşdur. Həmin avtomaşınla 2003-cü ildə yol-nəqliyyat qəzası törətmiş və bununla əlaqədar olaraq başlanılmış cinayət işinə Bakı şəhəri, Səbail Rayon Məhkəməsində baxılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 05 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin işin istintaqı zamanı avtomaşının üzərinə həbs qoyulmuşdur. Avtomaşını söküb hissələrini ayrı-ayrı şəxslərə nəğd pula satmış və sənədini aparıb Respublika Daxili İşlər Nazirlyinin Baş Dövləit X13 təhvil vermişdir. Səbail rayon İcra və probasiya şöbəsinə verdyi izahatında avtomaşının sənədini Baş Dövlət X13 verdiyi ili dəqiq göstərməmiş, yəni sənədi həmin İdarəyə 2001-ci ildə verdiyini demişdir. Əslində isə avtomaşının sənədini Baş Dövlət X13 2003-cü ildə yol-nəqliyyat hadisəsi törətməsindən sonra aparıb vermişdir Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəmiyyət xx xxxx 1997-ci ildə dövlət qeydiyyatına alınmış “Namin” müəssisəsinin hüquqi varisi olmaqla, hazırki adını təsisçinin xx xxxxxxx 2011-ci il tarixli qərarına və xx xxxxxxx 2011 -ci il tarixli dövlət qeydiyatına əsasən almışdır. Cəmiyyət təşkil edilrəkən, qanuni təmsilçilik funksiyasına malik direktor olmuşdur. Onun istifadəsində olan daş karxanası Bakı şəhəri, Qaradağ rayonu, “Çuxur ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəng daşı yatağının ərazisində olmuşdur. Karxana təsərrüfatının təşkili üçün notariat qaydasında təsdiq edilmiş razılaşma protokolu ilə Abşeron rayonunun keçmiş X7 İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 246 nömrəli qərarı ilə “Azərbaycan aerogeodeziya” İstehsalat Birliyinin “Azad” kiçik müəssisəsinə ayrılmış 5 ha torpaq sahəsi və “Qobu” qoyunçuluq sovxozu ilə bağlanmış 1998-cı il tarixli, ayı və günü göstərilməyən icarə müqaviləsi ilə 4,5 ha torpaq sahəsi 10 il müddətinə “Namin” müəssisəsinin istifadəsinə verilmişdir. 1995-ci ilin dekabr ayından etibarən “Azad” kiçik müəssisəsinə ayrılmış sahəni götürüb, 1996-cı ilin əvvəllərindən daş kəsiminə başlamışdır. Bu fəaliyyət sahəsi ilə bağlı əvvəlcədən müəyyən təcrübəsi olmuşdur. Təqsirləndirilən şəxs karxanaya təxminən 1998-ci ildə gəlmişdir. O, “Qızılqum” firmasının sahibi Lətifə Nəsibovaya məxsus daş karxanasıda işçi kimi işləməyə başlayıb, bir müddət orada çalışmışdır. Sonra aralarında narazılıq baş verdiyinə görə Lətifə Nəsibova sahəni başqa şəxsə satmışdır. Onun satdığı sahənin qonşuluğunda Eldəniz adlı şəxsə məxsus yataq sahəsi yerləmişdir. X11 Nəsibovadan ayrıldıqdan sonra Eldənizlə sahəni birgə istismar etmək barədə razılığa gəlmişlər. Bu razılaşmaya əsasən, Eldəniz sahəni Təqsirləndirilən şəxs verməyi və sonuncu isə kəsim işlərini texnika ilə təmin etməyi öhdəsinə götürmüşdür. Aradan bir müddət keçmiş onların arasında narzılıq yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs verilən pulun onu qane etmədiyini bildirib, Eldənizdən texnikanın icarə haqqının ödənilməsini tələb etməyə başlamışdır. Bu əsasda onların arasında mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs daşın satışından əldə olunan pulu Eldənizə vermək istəməmişdir. Sonra Eldənizlə mübahisə zəminində Təqsirləndirilən şəxs və qardaşı Cümşüd Həsənov sahədən zorla çıxarılmışlar. Qeyd edilən vaxt onun özünün qılçasına linglə vurularaq xəsarət yetirilmiş və qardaşının qolu sınmış, mal-material isə sahədə qalmışdır. Bir müddət keçmiş Təqsirləndirilən şəxs on nəfərə yaxın dəstə ilə gecə sahəyə daxil olub sahəni mühafizə edən şəxslərin qaldığı vaqonun qapısını qıfıllamış və oradakı mal-materialı daşıyaraq “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərazinin kənarına yerləşdirmişdir. Eldənizlə onun arasındakı mübahisə ilə bağlı Bakı şəhəri, Qaradağ rayon polis idarəsində araşdırma aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs sahənin boşaldılmasını tələb etdikdə, o, polis idarəsində araşdırma başa çatdıqdan sonra Cəmiyyətə aid olan ərazini boşaldacağını bildirmişdir. Bundan sonra bu şəxs israrla birlikdə işləmələrini təklif etmiş və onun təklifi ilə razılaşmışdır. Onların birgə fəaliyyəti 2011-ci ilin təxminən avqust ayından başlamışdır. İlk vaxtlar hər şey qaydasında getmişdir. Daşın çıxarıldığı sahə Cəmiyyətə, istifadə edilən texnikalar isə hər ikisinə məxsus olmuşdur. 2012-ci ildə rəsmiyyətdə sənədlərdə öz adının olmasından Təqsirləndirilən şəxs sui-istifadə edə biləcəyini ehtimal edərək, 2013-cü ilin fevral ayında rəsmiləşdirmə aparmaqla sahəni ona təhvil vermişdir. Artıq qeyd olunan tarixdən etibarən bütün işlərə görə o, məsuliyyət daşımışdır. Öhdəsində olan mal-materialı təhvil-təslim aktı ilə bu şəxsə təhvil verməklə, müvafiq əmrlə onu Cəmiyyətə direktor təyin etmişdir. Hər il səhhəti ilə əlaqədar Respublikadan kənarda müalicə olunmağa getmişdir. Növbəti dəfə 2013-cü ilin yay aylarında xaricə gedib geri qayıdarkən, ailə üzvləri pul almaq üçün Təqsirləndirilən şəxs yanına getdikdə onun sahədə hər şeyin özünə satıldığını və burada bizə aid heç bir şeyin olmadığını bildirdiyini demişlər. Bunu eşidib dərhal sahəyə elektrik enerjisi verilməsinin dayandırılmasını təmin etmiş və vergi orqanına müraciət edərək Cəmiyyətin fəaliyyətini dayandırdığını bəyan etmişdir. Aradan bir müddət keçmiş, daha doğurusu, 2013-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus sahədə işləməyə başlaması, fiziki şəxs kimi VÖEN alaraq işlərə rəhbərlik etməsi və fəaliyyətini dayandırmış “Orxan-RQ” firmasının adına olan sayğac vasitəsi ilə karxanaya elektrik enerjisi verilişini təmin etməsi haqqında məlumat almışdır. Bununla bağlı Qaradağ rayon polis idarəsinə müraciət etdikdə, bu məsələ mülki xarakterli olduğuna görə məhkəmədə iddia qaldırmalı olduğunu izah etmişlər. 2014-cü ilin əvvələrində Təqsirləndirilən şəxs qarşı təsisçisi olduğu “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından ərizə ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(81)-1559/2014 nömrəli qətnaməsi ilə Cəmiyyətin iddiası təmin edilərək, onun Cəmiyyətə məxsus Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında “Çuxur-ağıl” adlanan qış otlaq sahəsində yeləşən “Sahil” əhəng daşı yatağının ərazisindəki torpaq sahəsindən çıxarılması, Cəmiyyətə məxsus və xx xxxxxx 2013-cü il tarixli təhvil-təslim aktı ilə ona verilmiş dəzgah və avadanlıqların geri qaytarılması və tərəflər arasında bağlanmış 2011-ci il mart tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bundan əvvəl tələbinə əsasən həmin məhkəmənin iddianın təmin etmə tədbiri barədə xx xxxx 2014-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilmişdir. O, xx xxxx 2014-cü il tarixli qətnamədən narazı qalaraq, apellyasiya şikayəti verib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs iş üzrə icraatın dayandırılması haqqında vəsatət təqdim edib, “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə və ona qarşı aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli icarə müqaviləsinin və eyni tarixli təhvil-təslim aktının bağlandıqları andan etibarsız hesab edilməsinə dair ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdığını göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs vəsatəti təmin olunmaqla, işin icraatı dayandırılmışdır. “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində icraat zamanı Təqsirləndirilən şəxs izahatında ona işləməyə imkan vermədiyinə görə müstəqil surətdə işləməyə başladığını və daş kəsdiyi torpaq sahəsindən istifadə üçün Abşeron rayon İcra Hakimiyyətindən şifahi razılıq aldığını, daşın kəsilməsi üçün istifadə edilən avadanlığın bir qisminin Cəmiyyətə və bir qisminin özünə məxsus olduğunu bildirmişdir. Həmin izahatında o, daş kəsilməsi üçün Cəmiyyətə məxsus texnika və avadanlıqlardan istifadə etdiyini etiraf etmişdir. Bu məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətində də Təqsirləndirilən şəxs işlədiyi sahədə daş çıxarılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən icazə aldığını və istifadə etdiyi avadanlıqların bir qisminin özünə, bir qisminin isə Cəmiyyətə aid olduğunu göstərmişdir. Lakin, o, Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi vəsatətdə və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində qaldırdığı iddiada daş kəsilməsi üçün 2013-cü il yanvar ayında guya aktda göstərilən avadanlıqların ona təhvil verilmədiyini və bu avadanlıqları özünün 2011 -2012-ci illər ərzində hissə-hissə alıb sahəyə gətirərək daş kəsilməsində istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həm də aralarında bağlanmış birgə fəaliyyət haqqında müqaviləyə görə Cəmiyyətin fəaliyyətinin genişləndirilməsinə maliyyə və texniki dəstək verilməsi məqsədi ilə bu işə qoşulduğunu qeyd etmişdir. O, Cəmiyyətin fəaliyyəti üçün xərcləri özünün çəkdiyini, texnika və avadanlıqları alıb daş kəsdiyini, işlərə rəhbərlik etdiyini və əldə edilən qazancı aralarında bölüşdürdüklərini göstərmişdir. Əslində Təqsirləndirilən şəxs eyni məsələ, yəni avadanlıqların və mal-materialın kimə məxsus olması ilə bağlı bir-birinə ziddiyət təşkil edən izahatlar vermişdir. Məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində mal-material və avadanlıqların, o cümlədən, onun daş kəsdiyi sahənin də məhz “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması öz təsdiqini tapmışdır. xx xxxx 2014-cü il tarixli iddianın təmini tədbiri barədə məhkəmə qərardadının icrası zamanı da Təqsirləndirilən şəxs işlədiyi sahənin Cəmiyyətə məxsus olduğunu inkar etmişdir. Bununla əlaqədar olaraq icraat zamanı Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyası tərəfindən “GPS” aparatı vasitəsi ilə barəsində mübahisə edilən sahənin “Ağyel” X1 aid olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi sahənin ona məxsus olması barədə əsassız tələblər irəli sürərək, 3 il müddətində Cəmiyyətin icarəyə götürdüyü torpaqdan qanunsuz istifadə etmişdir. Bundan əlavə, o, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində icraat zamanı müqavilədəki imzaların ona məxsus olduğunu etiraf etsə də, müqaviləyə vurulmuş möhürün saxtalaşdırıldığını bildirmişdir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatı zamanı möhürlərin eyni olduğu müəyyən edilmişdir. Buradan Təqsirləndirilən şəxs iddialarının şər-böhtan xarakterli və həqiqəti əks etdirməyən uydurmalar olub, Cəmiyyətə məxsus torpaq sahəsindən qanunsuz bəhrələnməyi davam etdirmək məqsədi güdməsi nəticəsinə gəlinməsi mümkündür. Onun iddiası üzrə Sumayıt İnzibati-İqtisadi Məhkəməsində başlanmış iş üzrə qəbul edilmiş xx xxxx 2015-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2013-cü il tarixli icarə müqaviləsi etibarsız hesab olunmuş və iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyəti adından apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sumayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddianın rədd edilməsi barəsində yeni qətnamə çıxarılmışdır. Təqsirləndirilən şəxs kassasiya şikayəti verib bu qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Ali Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilmədən və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası üzrə başlanmış və Bakı Apellyasiya Məhkəməsinin baxışında olan işin icraatı təzələnmişdir. Apellyasiya baxışı nəticəsində qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamə ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(81)- 1559/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs kassasiya şiakyəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni birgə fəaliyyət haqqında müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv olunmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təqsirləndirilən şəxs qarşı iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına olan zaman iddianı təmin etmə tədbiri barədə ərizə verərək, bu şəxsin Cəmiyyətə məxsus torpaq sahəsində fəaliyyət göstərməsinin qadağan edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Qeyd edilən məhkəmənin xx xxxx 2014-cü il tarixli qərardadına əsasən, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Qaradağ rayonu inzibati ərazisinə daxil olan “Sahil” əhəng daşı yatağında yerləşməklə, Cəmiyyətə məxsus torpaq sahəsində fəaliyyət göstərmək Təqsirləndirilən şəxs qadağan edilmişdir. O, isə həmin qərardadın icrasını təmin etməyib torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. Lakin, icraat zamanı təyin edilmiş mütəxəssis tədqiqatları ilə Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi sahə ilə “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahənin kordinatlarının üst-üstə düşməsi müəyyən edilmişdir. Bunların sübut olunmasına baxmayaraq, o, Cəmiyyətə aid sahədə daş kəsməkdə davam etmişdir. Odur ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə onun qeyd edilən qərardan şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış qərarlara əhəmiyyət verməyib icra məmuru tərəfindən dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilməsinə baxmayaraq, Cəmiyyətə aid ərazidə fəaliyyətini davam etdirmişdir. Qaradağ rayon İcra və probasiya şöbəsində bu məsələlər ilə əlaqədar olaraq aparılmış icraat zamanı toplanmış materiallara əsasən Respublika Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılmış və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancından dövlət nəfinə 10% məbləğində pul tutularaq 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Həmin hökmdən hər ikisinin verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, xx xxxx 2016-cı il tarixli qərar ilə təmin olunmamış və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından tərəflər kassasiya şikayəti vermədiyinə görə qərar qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi Qaradağ rayon İcra və probasiya şöbəsi tərəfindən xx xxxxxx 2016-ci ildə icra edilərək, cavabdeh həmin tarixdə qanunsuz fəaliyyət göstərdiyi ərazidən çıxarılmış və torpaq sahəsi “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. 1 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərardadı üzrə verilmiş icra sənədi (iddianı təmin etmə tədbiri barədə) dərhal icra edilməli olduğu halda, borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixədək Cəmiyyətə məxsus ərazidə qanunsuz fəaliyyət göstərməklə, ona maddi ziyan vurmuşdur. Bunlara əsasən Cəmiyyət tərəfindən qaldırılmış iddia 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq, cavabdeh Təqsirləndirilən şəxs Cəmiyyətin xeyrinə 45 676,8 manat məbləğində pulun və 10 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış və qətnamə dəyişdirimədən saxlanılmışdır. Cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə rədd edilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli icra sənədi xx xxxxxx 2019-cu ildə Səbail Rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Şöbədə qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin 10 gün müddətində könüllü icrası barədə bildirişlə birlikdə Təqsirləndirilən şəxs göndərilmişdir. Lakin, görülmüş icra tədbirlərinə baxmayaraq, o, qətnamə ilə müəyyən olunmuş pulu ödəməmişdir. Səbail rayon İcra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3 (009)-1979/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat inzibati qaydada cərimə edilmiş, habelə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 8(009)- 333/2019 nömrəli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra ona icra məmuru tərəfindən xx xxxxxx 2020- ci il tarixli məktubla icra üçün yeni müddət təyin olunmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyəcəyi halda, cinayət məsuliyyətinə cəlb edilcəyi haqqında xəbərdarlıq olunmuşdur. Görülmüş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini hazıra qədər icra etməmişdir. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, 2011-ci ildə “Namin” müəssisəsinin adı və təşkilati-hüquqi forması dəyişidirilərək, həmin ilin avqust ayından Təqsirləndirilən şəxsla birgə fəaliyyətə başlamışlar. Daş kəsilən sahə özünə məxsus olmuş və bu şəxsi 2013-cü ilin fevral ayında müvafiq sənədləşdirmə işləri aparılmaqla müəssisəyə rəhbər təyin etmişdir. “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan yataqda xammal ehtiyatı kifayət qədər olduğuna görə daş istehsalı üçün kimdənsə başqa sahə alınmasına ehtiyac olmamışdır. Cəmiyyət bu gun də özünə aid ərazidə daş istehsalını davam etdirir. Azad Şirəliyevlə onun torpağından istifadə edilməsi və orada daş kəsimi ilə bağlı hər hansı danışığı və əməkdaşlığı olmamışdır. Təqsirləndirilən şəxs 2014-cü ilin oktyabr ayında “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin olunub, həmin Cəmiyyətə məxsus və “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sahə ilə qonşuluqda yerləşən xammal ehtiyatı tükənmiş sahəni almışdır. Lakin o, faktiki olaraq 2013-cü ildən 2016-cı ilin dekabr ayında məhkəmənin iddianın təmini tədbiri haqqında qərardadı icra olunana qədər akt ilə “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı texnika və özünün texnikası ilə sonuncu Cəmiyyətin icarəyə götürdüyü sahədə daş kəsimini həyata keçirmişdir. Təqsirləndirilən şəxs daş istehsalı üçün “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikadan istifadə etməmişdir. “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007- 2014 cü illərdə istifadəsində olan sahə ilə bağlı Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yataq ayırma aktı əldə etmişdir. Bu aktın alınmasına qədər isə Abşeron rayonunun keçmiş X7 tərəfindən tərtib edilmiş xəritə əsasında müəyyən olunmuş hüdudlar çərçivəsində fəaliyyət göstərmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərardadı üzrə icra hərəkətləri zamanı Təqsirləndirilən şəxs işlədiyi torpaq sahəsinin “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğunu bildirmişdir. Bunu nəzərə alaraq, Qardağ rayon İcra və probasiya şöbəsinin dəvəti ilə xx xxxx 2014-cü ildə keçmiş Respublika Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri “GPS” aparatı vasitəsi ilə yerli baxış keçirərək ölçmə işləri aparmış və müvafiq akt tərtib edərək Təqsirləndirilən şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahənin hüdudları daxilində işlədiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs etiraz edib, bu məsələdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin səlahiyətli olduğunu bildirmiş və onların iştrakı ilə ölçmə işlərinin aparılmasını tələb etmişdir. Odur ki, bundan sonra həmin Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlanma Ekspedisiyasının mütəxəssisləri tərəfindən sahəyə baxış keçirilmiş və tərtib olunmuş xx xxxxxx 2015-ci il tarixli arayışda Təqsirləndirilən şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində fəaliyyət göstərməsi qeyd edilmişdir. Bu şəxs yenə də etiraz etdiyinə görə sahəyə həmin qrup tərəfindən təkrar baxış keçirilmiş və xx xxxx 2015-ci il tarixli arayış ilə əvvəlki nəticə təsdiqlənmişdir. İddianın təmini tədbiri barədə məhkəmənin xx xxxx 2014-cü il tarixli qərardadı dərhal icra edilməli olduğu halda, Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayına kimi “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahədə qanunsuz daş kəsərək, vurduğu ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia tələbi qismən təmin olunmuş və bununla bağlı çıxarılmış qətnaməni yuxarı instansiya məhkəmələri qüvvədə saxlamışlar. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində guya nöqsanların aşkar olunması əsasına görə ona məxsus sahədə fəaliyyətinə dair sənədlərin hüquqi qüvvəsinin dayandırılmasına barədə əmr qəbul edilmişdir. Bu vəziyyət həqiqəti əks etdirmədiyinə görə həmin əmrin ləğv olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin olunaraq əmr ləğv edilmişdir. Qeyd olunan qərardan “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirlmədən saxlanılmışdır. “Ağyel” X2 təsis edildiyi vaxtdan ötən dövr ərzində müvafiq icazələri alıb, lazımi sənədləşdirmə apararaq fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri: Zərərçəkmiş şəxs və X6 təqsirləndirilən şəxslə barışmadığını ona qarşı şikayətçi olduğunu və onun cəzalanmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(81)- 59/2018 nömrəli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 45 676,8 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tutularaq tələbkar “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, 30 manat ekspertiza tədqiqatının dəyəri tutulub “Məhkəmə Ekspertizası Mərkəzi”nin hesabına, habelə iddiaçı “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətindən 70 manat ekspertiza tədqiqatının dəyərinin tutulub “Məhkəmə Ekspertiza Mərkəzi”nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi xx xxxxxx 2019-cu ildə Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmaqla, həmin tarixdə icraata başlamaq haqqında qəbul etdiyi qərarı tələbin 10 gün müddətində könüllü icrası barədə bildirişlə birlikdə xx xxxxxxxx 2019cu ildə Təqsirləndirilən şəxs təqdim etmiş. Həmin şəxs icra sənədində göstərilən tələbi icra etmədiyinə görə onun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və müvafiq bankların sorğuya cavab məktublarında borcluya məxsus daşınmaz əmlak və bank hesablarının aşkar olunmadığı göstərilmişdir. İcraat zamanı “Elektron İcra İnformasiya” sistemindən əldə etdiyi məlumata əsasən, Təqsirləndirilən şəxs mülkiyyətində “KAMAZ-5511” yükmarkalı, AZ ** LO *** dövlət qeydiyyat nişanlı avtomaşının olduğunu müəyyən edərək, müvafiq təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu iltarixli, 8(009)- 287/2019 nömrəli qərardadı ilə onun üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardad icra edilməsi üçün xx xxxxxx 2019-cu il tarixli məktubla Respublika Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 göndərilmişdir. Cavabdeh xx xxxxxxx 2019-cu ildə Səbail rayon İcra və porasiya şöbəsinə verdiyi izahatında hal-hazırda heç bir yerdə işləmədiyini, aylıq qazancının olmadığını və icra sənədində göstərilən borc məbləğini tam şəkildə ödəyə bilmədiyini, həmçinin adına olan “KAMAZ-5511” yükmarkalı, AZ ** LO *** dövlət qeydiyyat nişanlı avtomaşını üzərində 2001 -ci ildə həbs olduğu üçün sənədlə birlikdə Respublika Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 təhvil verdiyini qeyd etmişdir. Bu qurumdan şöbəyə verilmiş məlumatda “KAMAZ-5511” yükmarkalı, AZ ** LO *** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs adına qeydiyyatda olduğu göstərilmişdir. İcraat zamanı borclunun icra sənədində göstərilən, eləcə də yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bədəlov küçəsi, 29 nömrəli binanın 3 nömrəli mənzilinə baxış keçirilərkən, onun tələbin yönəldilə biləcəyi əmlakı aşkar olunmamış və bununla bağlı xx xxxxxxx 2019-cu il tarixli müvafiq akt tərtib etmişdir. İcra sənədi üzrə tələbi təmin etmədiyinə görə borclunu xx xxxxxx 2019-cu ildə şöbəyə dəvət edərkən, o, təkrar verdiyi izahatında hal- hazırda borcu ödəyə bilmədiyini və borcunun hər ay 300 manatını ödəyəcəyini göstərsə də, tələbkarın xeyrinə heç bir ödəniş aparmamışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədində göstərilmiş tələbi icra etməyən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu ildə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin eyni tarixli, 3(009)-1979/2019 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İcraat dövründə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx xxxxxx 2019-cu il tarixli təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 8(009)-333/2019 nömrəli qərardadına əsasən, onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 1 nömrəli Bakı Ərazi Məşğulluq Mərkəzindən xx xxxxxx 2020-ci ildə alınmış arayışda Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyatdan keçdiyi, lakin, təklif olunan işdən imtina etdiyi və işsizlikdən sığorta ödənişi almadığı göstərilmişdir. Ona məhkəmənin qanunui qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş tələbin könüllü icra edilməsi üçün on gün müddətinin verilməsi və bu müddət ərzində icranı təmin etmədiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı aidiyyəti istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xx xxxxxx 2020-ci il tarixli bildiriş təqdim etmiş. Borclu müxtəlif bəhanələr gətirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmiş və təqdimatın verildiyi tarixə qədər tələbkarın xeyrinə heç bir ödəniş aparmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2019-cuiltarixli, 2-2(81 )-59/2018 nömrəli qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanlıması barədə Respublika Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə vəsatət verilməsi məsələsinə baxılması üçün İcra Baş İdarəsinə müvafiq təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Təqsirləndirilən şəxs “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 xx xxxxxxx 2014-cü il tarixli əmri ilə həmin Cəmiyyətin qanuni təmsilçisi təyin olunmuşdur. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ********** Vergi Ödəyicisinin Eyniləşdirmə nişanı alaraq, fərdi sahibkarılq fəaliyyəti ilə də məşğul olur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərardadından və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Qaradağ rayonu inzibati ərazisinə daxil olan “Sahil” əhəng daşı yatağında yerləşməklə, “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(81)-59/2018 nömrəli qətnaməsindən və xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsi, 29 nömrəli binanın 3 nömrəli mənzilində yaşayan Təqsirləndirilən şəxs 45 676,8 manat pul və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 30 manat ekspertiza tədqiqatının dəyərinin tutulub “Məhkəmə Ekspertiza Mərkəzi”nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirimədən saxlanılmış, sonuncu qətnamədən kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə rədd edilərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi xx xxxxxx 2019-cu ildə Bakı şəhəri, Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmaqla, həmin tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar borcun 10 gün müddətində könüllü ödənilməsi barədə bildirişlə birlikdə cavabdeh Təqsirləndirilən şəxs göndərilmişdir Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə alınmış izahatdan görünür ki, könüllü qaydada ödəmədiyinə görə Səbail rayon İcra və probasiya şöbəsinə dəvət olunub qanunun mahiyyəti izah edilməklə izahatı alınmış və borcu ödənməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təkrarən alınmış izahatdan görünür ki, hal-hazırda borcu ödəyə bilmədiyini və borcunun hər ay 300 manatını ödəyəcəyini göstərsə də, tələbkarın xeyrinə heç bir ödəniş aparmamışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3 (009)-1979/2019 3 (009)- 1979/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(009)- 333/2019 nömrəli qərardadından görünür ki, onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Səbail Rayon İcra Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, məhkəmənin qanunui qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş tələbin könüllü icra edilməsi üçün yeni müddət təyin olunub, bu müddət ərzində icranı təmin etməyəcəyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı aidiyyəti istintaq orqanına təqdimatla müraciət ediləcəyi barəsində xəbərdarlıq olunmuşdur. 149 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ünvanlanmış çağırış vərəqələri, ona edilmiş rəsmi xəbərdarlıqlar, tərtib olunmuş aktlar, alınmış izahatlar, Səbail Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 3 (009)-1979/2019 nömrəli qərarı və həmin məhkəmənin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx xxxxxx 2019-cu il tarixli, 8(009)-333/2019 nömrəli qərardadı, habelə digər sənədlərlə də onun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(81)-59/2018 nömrəli qətnaməsində göstərilən dövrdə “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsində qanunsuz olaraq daş kəsimi ilə məşğul olmaması, onun qeyd edilən dövrdə daş çıxardığı sahənin “İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması və həmin qətnamədə tələbkar Cəmiyyətə 45 676, 78 manat məbləğində ziyan vurmasının düzgün göstərilməməsi barədə göstərdiklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq halı kimi nəzərə alır. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olumasını nəzərə aralaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda hazırki cinayət əməlinin xarakterini, həmçinin ona “Ağyel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsində məxsus torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edildiyi nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin sanksiyasına uyğun olaraq Təqsirləndirilən şəxs dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməsini məqəsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsi, 29 nömrəli binanın 3 nömrəli mənzilindəki yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 150 (yüz əlli) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun “Kapital Bank”-ın Cəfər Cabbarlı filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-30/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-30/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver