Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-30/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs mülkiyyətində olan 1996-cı il buraxılışlı, gümüşü metalik rəngli “Toyota Rav-4” minik markalı **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan kredit yolu ilə ümumilikdə 7.000 manat ödəməklə alacağı barədə razılaşıb, yalnız həmin avtomobili idarə etməsinə hüquq verən etibarnamə alaraq, 19 dekabr 2017-ci il tarixdə ilkin ödəniş olaraq 1000 manat ödəyib, qalan pulu isə hissə-hissə ödəyəcəyinə vəd verib 3 ay müddətində hər ay 300 manat olmaqla cəmi 900 manat aylıq ödəniş etdikdən sonra, Zərərçəkmiş şəxs inamını qazanıb etibarından sui-istifadə edərək ödənişin qalan hissəsini ödəyəcəyinə dair yalandan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs məlumatı olmadan öz adına Şahid1 07.02.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 1 saylı notariat kontorunun xüsusi notariusu işləmiş X7 tərəfindən təsdiq edilmiş “Nəqliyyat vasitələrinə sərəncəm verilməsi haqqında” 07.02.2018-ci il tarixli ƏN-Vİ № 143051 seriya nömrəli qanunsuz verilmiş etibarnaməni əldə etdikdən sonra Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin əmlaka dair sahiblik etmək və sərəncam vermək hüququnu qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata aldırmaqla “Toyota Rav-4” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili dələduzluq yolu ilə ələ keçirib, həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri yolunda yerləşən Azərbaycan Respublikası Baş X13 İdarəsinə məxsus avtomobil dayanacağında “Toyota Rav 4” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 adına sənədləşdirib avtomobili 3000 manata Kamil adlı istintaqa məlum olmayan şəxsə sataraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 5100 (beş min yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2017-ci il tarixdən tanımışdır. 2017-ci ilin dekabr ayında özünə avtomobil almaq istəmişdir. Həmin vaxtı Rahib özünə məxsus «Toyota Rav- 4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığından o, həmin avtomobili almaq qərarına gəlmişdir. Buna görə də Rahiblə danışıb qarşılıqlı razılaşmışlar ki, Rahib avtomobili ona satsın. Həmin avtomobili almaq üçün həmin məbləğdə pulu olmadığı üçün razılaşmışlar ki, avtomobilin pulunu hissə-hissə Rahibə ödəsin. Avtomobilin qiyməti ona 6900 manata gəlib çıxmışdır. Belə ki, həmin avtomobilin öz qiyməti 3000 manat olsa da, 3900 manat avtomobilin faizi olmuşdur. 19 dekabr 2017-ci il tarixdə o, Rahib ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 48 saylı notariat kontoruna getmişlər. Həmin notariat kontorunda Rahib onun həmin avtomobili idarə etməyinə dair ona etibarnamə vermişdir. O, Rahib ilə qarşılıqlı olaraq razılaşmışlar ki, avtomobilin pulunu hissə-hissə ödəyəcəkdir. Bundan sonra Rahib həmin avtomobili Azərbaycan Respublikası Baş X13 İdarəsinin yaxınlığında ona təhvil vermişdir. İlkin olaraq o, Rahibə 1000 manat pul ödəmişdir. O, həmin avtomobili idarə etdiyi 3 ay müddətində hər ay 300 manat olmaqla Rahibə cəmi 900 manat pul vermişdir. Lakin bundan sonra onun maddi imkanı olmadığı üçün avtomobilə görə Rahibə ödəniş edə bilməmişdir. Həmin ərəfədə 8 yaşlı uşağı və anası xəstə olduğu üçün köhnə iş yoldaşı Ramiz adlı şəxsin vasitəsilə Rauf adlı şəxsdən faizə 2000 (iki min) manat pul götürmüşdür. 2021-ci ilin sentyabr ayında qızı vəfat etmişdir. İşləyə bilmədiyi üçün Raufdan götürdüyü pulun faizini verə bilməmişdir. Bu səbəbdən də Rahibdən aldığı «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Raufdan götürdüyü pulu ödəyənə kimi girov qismində Raufun yaşadığı ünvana girov qoymuşdur. Sonra qərara gəlmişdir ki, həmin avtomobili satıb Raufa olan borcunu ödəsin. Lakin Rahib ona həmin avtomobili yalnız idarə etmək üçün etibarnamə vermişdir. Buna görə də həmin avtomobili satmaq üçün onun icazəsi olmamışdır. 2018-ci ilin mart ayında Raufun vasitəsilə tanıdığı Aqil adlı şəxsin vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən 1 saylı notariat kontorunun yaxınlığında yerləşən tərcümə mərkəzində işləyən, istintaq zamanı adını bildiyi Şahid1 istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələri öyrənmişdir. Rahibə məlumat vermədən və icazəsini almadan Rafiqə zəng edib, Rahibdən aldığı «Toyota Rav-4» markalı,**-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona etibarnamə lazım olduğunu demişdir. Rafiq həll edə biləcəyini demiş və işlədiyi ünvana gəlməyini ona demişdir. Səhəri gün o, ünvan 2da Rafiq ilə görüşmüşdür. Həmin vaxtı Aqil də orada olmuşdur. Aqil orada Rafiqi ona təqdim edib bildirmişdir ki, «Rafiq bu oğlandır, nə işin varsa Rafiqlə həll et, mən gedirəm». O, Rafiqə «Toyota Rav-4» markalı,**-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini, lakin avtomobilə dair ona yalnız idarə etmək üçün etibarnamə verildiyindən sata bilmədiyini, buna görə də avtomobilin sahibi olmadan sata bilməsi üçün ona etibarnamə verilməli olduğunu demişdir. Rafiq ona heç bir problem olmadığını, 700 manat pul verdiyi halda ona etibarnamə yazdırıb verəcəyini dedikdə o, Rafiqlə razılaşmışdır. Səhəri gün o, 1 saylı notariat kontorunun yaxınlığında Rafiq ilə görüşüb Rafiqə əlbə-əl 700 manat pul, avtomobilin qeydiyyat şəhadətnaməsini və öz şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Səhəri gün o, yenidən ünvan 2a gedib gəlməyi barədə Rafiqə zəng edərək məlumat vermişdir. Rafiq sənədləri hazır etdiyini və gəlib götürməyini ona demişdir. Həmin notariat kontorunun qarşısında Rafiq etibarnaməni, avtomobilin qeydiyyat şəhadətnaməsini və onun öz şəxsiyyət vəsiqəsinin əslini ona vermişdir. Səhəri gün o, Rauf ilə görüşmüş və Raufla birlikdə avtomobili almaq istəyən Kamil adlı şəxslə danışıb Azərbaycan Respublikası Baş X13 İdarəsinin həyətində görüşmüşlər. Orada 3000 manat pulu o, Kamildən alıb avtomobili Kamilə satmaqla adına rəsmiləşdirmişdir. Həmin puldan 2350 manat pulu Raufa olan faiz borcunu ödəmişdir. Qalan pul da avtomobilin sənədləşməsinə xərclənmişdir. Bundan sonra oradan çıxıb getmişdir. Bundan sonra o, avtomobilə görə Rahibin borcunu ödəyə bilməmişdir. Buna görə Rahib ilə onun arasında söz-söhbət yaranmışdır. O, da məcbur olub bütün olanları Rahibə danışıb, səmimi etiraf etmişdir ki, idarə etmək üçün ona verdiyi «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ona demədən öz adına sənədləşdirərək başqa şəxsə satmışdır. Rahib isə avtomobilin pulunu ödəməyəcəyi təqdirdə ondan şikayət edəcəyini demişdir. Lakin onun maddi imkanı olmadığı üçün Rahibin pulunu verə bilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin olmamasını, həmçinin dəymiş ziyanın 25%, yəni 1275 manat dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. 1996-cı il buraxılışlı, SXA110110155 ban nömrəli «Toyota Rav-4» markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 2017-ci il tarixdə almış və həmin avtomobil onun adına rəsmiləşdirilməklə ona məxsus olmuşdur. Lakin avtomobili aldıqdan təxminən 1 ay sonra, yəni 2017-ci ilin son aylarında pula ehtiyacı olduğu üçün həmin avtomobili 7.000 manata satmaq istəmişdir. Təqsirləndirilən şəxs 2017-ci ildə onun yaşadığı ünvan 3 ünvanına gələrək ona məxsus avtomobili kredit yolu ilə 1000 manat ilkin ödəniş etməklə, yerdə qalan 6000 manat pulu isə 20 ay müddətinə aylıq 300 manat ödəmək şərti ilə almaq istədiyini ona bildirdikdə o, da Rəsul ilə razılaşmışdır. 19 dekabr 2017-ci il tarixdə o, Rəsul ilə birlikdə Bakı şəhəri 48 saylı notariat kontoruna getmiş və orada «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yalnız idarə etməsi üçün Rəsula etibarnamə vermişdir. Həmin gün, yəni 19 dekabr 2017ci il tarixdə o, həmin avtomobili Azərbaycan Respublikası Baş X13 İdarəsinin yaxınlığında açarları ilə birlikdə tam saz vəziyyətdə Rəsula təhvil vermişdir. Həmin aydan etibarən, yəni 2018-ci ilin yanvar ayından 2018-ci ilin mart ayına kimi olan 3 ay müddət ərzində Rəsul ona cəmi 900 manat aylıq pul, ümumilikdə isə Rəsul ona 1900 (min doqquz yüz) manat pul ödəmişdir. 2018-ci ilin aprel ayından etibarən Rəsul avtomobilin aylıq ödənişini etməmişdir. O, avtomobilin aylıq ödənişi etməsini Rəsula bildirəndə Rəsul müxtəlif bəhanələr gətirib ödənişləri etməmişdir. 2018-ci ilin iyun ayında tanışlarından eşitmişdir ki, Rəsula kredit yolu ilə satdığı onun avtomobili başqa şəxs tərəfindən idarə edilir. O, Rəsulun avtomobili idarə etmək üçün hansı şəxsə verdiyini öyrənmək üçün Rəsula zəng etsə də Rəsul onun telefon zənglərinə cavab vermədiyindən onunla əlaqə saxlaya bilməmiş və Rəsul onunla görüşməmək üçün müxtəlif bəhanələrlə ondan uzaqlaşmışdır. Bundan narahat olduğu üçün təxminən 02 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş X13 İdarəsinə yollanmışdır. Orada ona məlum olmuşdur ki, Rəsul ona məxsus «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi olmadan qeyri-qanuni olaraq öz adına keçirərək avtomobili başqa bir şəxsə satmışdır. Rəsul həmçinin avtomobilin pulunu ona verməmək üçün ondan uzaqlaşaraq onunla əlaqəni kəsməyə çalışmışdır. Buna görə də o, Zəngilan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bu şikayətdən sonra o, çətinliklə olsa da Rəsul ilə telefon əlaqəsi saxlaya bilmişdir. Telefon danışığı zamanı Rəsul etiraf edərək ona bildirmişdir ki, ona məxsus avtomobilə dair Bakı şəhəri 1 saylı notariat kontorunda öz adına sənədləşmə aparıldıqdan sonra avtomobili başqa şəxsə satmışdır. Rəsul həmçinin avtomobilə görə ona verməli olduğu pulu ona verməyəcəyini, nə bilirsə etməsini və istədiyi yerə şikayət etməyini ona bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayının əvvəlinə kimi olan müddətdə ünvan 4 ünvanında yerləşən 1 saylı notariat kontorunun yanında yerləşən tərcümə mərkəzinin birində müdir işləmişdir. 2017-ci ilin dekabr ayında Aqil adlı şəxs onun iş yerinə gəlmiş və ona «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini verib Baş X13 İdarəsində həmin avtomobili Rəsulun adına qeydiyyata alınmasında onlara köməklik etməyini ondan xahiş etdikdə o, həmin avtomobilin üzərində həbsi yoxdursa, avtomobilin sahibi gəldiyi halda kömək edə biləcəyini demişdir. Aqil həmin avtomobilin sahibinin Təqsirləndirilən şəxs olduğunu, sadəcə etibarnaməni tapa bilmədiyini bildirmiş və Aqil avtomobilin qeydiyyat şəhadətnaməsi və şəxsiyyət vəsiqəsini onda saxlayıb çıxıb getmişdir. Növbəti gün Aqil hazırda xatırlamadığı nömrədən ona zəng edib bunun cavabını soruşduqda o, Aqilə heç nə etmədiyini, avtomobilin sahibi gəldiyi halda köməklik edəcəyini demişdir. Aqil isə ona Rəsula pul lazım olduğunu, avtomobili təcili satmaq lazım olduğunu bildirdikdə o, Aqilə əgər Rəsul avtomobili ucuz satırsa ona verməsini və avtomobilə 3500 manat pul verə biləcəyini demişdir. Aqil isə danışıb ona cavab deyəcəyini bildirmişdir. Səhəri gün Aqil onun əvvəllər tanımadığı bir nəfər şəxslə onun iş yerinin qarşısına gəlmişdir. Aqil onu kənara çəkib demişdir ki, «Rəsul bacım oğludur, heç bir problem yoxdur, gəlsin razılaşacaq». Həmin vaxtı şəxsiyyət vəsiqəsinin surətini Aqilə vermişdir ki, Rəsulun adına etibarnamə yazdırsın. O, həmin vaxtı Aqilə 300 manat vermişdir. Həmin gün o, iş yerində olmayan vaxtı Aqil iş yerinə gələrək verdiyi 300 manatə işçilərdən birinə qaytarıb, avtomobilin qeydiyyat şəhadətnaməsi və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini götürərək zəng edəcəyini bildirərək getmişdir. İki gün keçdikdən sonra Aqil ona zəng edib onunla görüşmək istəmiş və sənədləri, yəni türk etibarnaməsini gətirdiyini demişdir. O, iş yerində olmadığı üçün sənədləri iş yerində işçilərdən birinə verməsini Aqildən xahiş etmişdir. Növbəti gün o, işə gedib sənədlərə baxıb Aqilə zəng edib onu iş yerinə çağırmışdır. Həmin gün o, Aqil ilə 1 saylı notariat kontorunun qarşısında görüşüb sənədləri gətirdiyini demiş və avtomobilin sahibinin harada olmasını soruşmuşdur. Aqil ona avtomobilin sahibinin hüzürü düşdüyünü və rayonda olduğunu demişdir. Aqilin onun iş yerinə gətirdiyi etibarnamə türk dilində olmuşdur. Həmin etibarnaməni o, tərcümə və 1 saylı notariat kontorunda təsdiq etdirmişdir. Aqilə etibarnamənin təsdiq olunduğunu və avtomobilə baxıb haqq-hesab etməyi demişdir. Səhəri gün bir nəfər şəxs həmin avtomobilin sahibinin adı ilə ona zəng edərək avtomobili onun adına keçirməyi bildirmişdir. Həmin gün o, Aqil ilə birlikdə 1 saylı asan Xidmət Mərkəzinə getmişdir. Sonradan oraya Rəsul da gəlmişdir. Həmin vaxtı orada Rəsul ilə Aqilin arasında anlaşılmazlıq yaranmışdır. O, da onların hərəkətlərindən şübhələndiyi üçün, avtomobili almaqdan imtina etmiş və işin alınmadığını bildirib iş yerinə qayıtmışdır. Orada Aqil ondan xahiş etmişdir ki, avtomobil Rəsulun adına sənədləşdirsin və o, da buna razılıq vermişdir. O, sənədləri 1 saylı notariat kontorunda təqdim edərək etibarnamədəki səlahiyyətləri Rəsulun adına həvalə etmək istədiyini demişdir. Orada o, Rəsula etibarnamə vermişdir. Aqil ondan xahiş edərək demişdir ki, «əgər mənimlə gələn oğlan səndən soruşsa de ki, işimiz alınmadı». Aqil və Rəsul getdikdən sonra adını bilmədiyi şəxs ona zəng etmiş və o, işin alınmadığını həmin şəxsə demişdir. Bundan sonra onun həmin şəxslərlə əlaqəsi olmamışdır. O, etibarnamə verdiyi üçün Aqil və ya Rəsul ona hərhansı bir məbləğdə pul verməmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır. Şahid1 isə 2017-ci il tarixdən tanıyır. 2017-ci ilin təxminən dekabr ayında o, Rəsul ilə metronun «20 Yanvar» stansiyasının yaxınlığında görüşmüşdür. Rafiq «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsini itirdiyini, bunun üçün həmin avtomobilə dair sərəncam vermək hüququ verən etibarnamə almaq istədiyini bildirmişdir. O, Rafiqə zəng edib bu barədə demişdir. Rafiq özünün işdə olmadığı üçün avtomobilin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini iş yerinə qoymağını bildirmişdir. O, Rafiqin iş yerinə gedərkən Rəsul 300 manat pulu sənədlərlə birlikdə Rafiqin iş yerində masanın üzərinə qoymuşdur. Təxminən 1-2 gün sonra o, Rafiq ilə əlaqə saxladıqda Rafiq Rəsulun adına etibarnamə düzəltmək məsələsinin alınmadığını bildirmişdir. O, Rəsul ilə birlikdə Rafiqin iş yerinə getmişdir. Orada Rəsul sənədləri və 300 manat pulu geri götürmüşdür. Bundan sonra Rəsul özü avtomobilə dair öz adına etibarnamə alacağını demişdir. Həmin vaxtı Rafiq Rəsula əgər avtomobili münasib qiymətə satarsa ondan ala biləcəyini demişdir. Təxminən iki gün sonra Rəsul ona və Rafiqə avtomobilə sənəd, yəni etibarnamə düzəltdiyini demişdir. O, Rafiq və Rəsul ilə birlikdə 1 saylı asan Xidmət Mərkəzinə yollanmışdır. Rafiq etibarnaməni yoxlatdırmış, lakin Rəsul ilə avtomobilin qiymətində razılığa gəlməmişlər. Buna görə Rafiq də avtomobili almaq istəmədiyini Rəsula bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. 17 avqust 2021-ci il tarixli qərarla Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün Səbail rayon prokurorluğu vasitəsilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X13 İdarəsinin 15.09.2021-ci il tarixli 016- 108345-1221 saylı məktubunda qeyd olunan «Toyota Rav-4» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən həmin avtomobil 08.02.2018-ci il tarixdə qeydiyatdan çıxarılmış və həmin tarixdə X3 qeydiyyata alınaraq sonuncuya şəhadətnamə verilmiş, həmçinin Təqsirləndirilən şəxs, X5 və X6 etibarnamələr verilmişdir. Bakı şəhəri 1 saylı notariat komtorundan daxil olmuş İ 15/367 saylı 08 iyun 2018-ci il tarixli məktubundan, həmin məktuba əlavə edilmiş 07 fevral 2018-ci il tarixli etibarnamənin sürətindən və digər sənədlərdən göründüyü kimi 07.02.2018-ci il tarixdə 7E-703371 nömrəli reyesterdə Şahid1 tərəfindən Zərərçəkmiş şəxs tərəfindən Zərərçəkmiş şəxs adından Türkiyə Respublikası İstanbul 31 saylı notariat kontorunun notariusu Mehmet Çakıraym 21.12.2017-ci il tarixli, 27388 nömrəli reyestrdə təsdiq etdiyi etibarnaməyə əsasən **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobilin sərəncam verilməsinə dair Təqsirləndirilən şəxs etibar edilmiş etibar etmə qaydasında etibarnamə rəsmiləşdirilmişdir. 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 06 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. 06 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 08 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 oktyabr 2021-ci il tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 16 (on altı) gün müddətində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 08 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinə Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-244/2021 saylı, 24.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsinin 19 dekabr 2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 17.12.2021-ci il tarixdə saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin 30.08.2017ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aparılan ********* saylı cinayət işinin icraatına CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-44/2017 saylı, 30 avqust 2017-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilmiş və işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 18.03.2022-ci il tarixli, 11615 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (5.100 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 1275 manat məbləğində pul ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini və bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi olmadığı bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və digər iş materialları ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 5.100 manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1275 manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-30/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-30/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver