Məhkəmə qərarları › İş №1(009)-30/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-30/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-30/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2mış, ünvan 323-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,164 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 07 iyul 2022-ci il tarixdə saat 22:20 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılaraq 8-ci PB-yə dəvət edilmiş və həmin gün saat 23:10-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,162 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 7 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 12 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılaraq, 8-ci PB-yə dəvət edilmiş və həmin gün saat 20:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürmüşdür. Bununla, o, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 1 ünvanında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə dəvət olunmuşdur. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın cibindən içərisində metamfetamin olan 1 bükümü çıxarıb masa üzərinə qoymuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə İ.Məmmədov küçəsi 34 ünvanın qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Lakin üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Video çəkilişdə üzərindən çıxan bükümü bölmədə boynuna götürmüşdür. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması və həmin gün saat 22:20 radələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanında olması barədə məlumatlar daxil olmuşdur. Yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə getmiş və həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşımada şübhəli bilindiyinə görə onu Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla polis bölməsinə getmişdir. Bölmədə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər, ağ rəngli kristal şəklində, spesifik iyə malik olan maddə aşkar edilmiş və büküm zərfə qablaşdırılaraq, möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə metamfetamin olduğunu və onu şəxsi istifadəsi üçün Mingəçevir şəhərində, Məmməd adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Səbail RPİ-nin 8-ci Polis bölməsinin kiçik inspektoru, polis serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə, saat 20:30-da ünvan 10 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini ona təqdim edərək onun narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək, Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə Səbail RPİ-nin 8-ci PB-nə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Həmin büküm zərfə qablaşdırılaraq, möhürlənmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təqiqatçısı baş leytenant X6 bildirmişdi ki, xx.xx.2022-ci il tarixdə onun rəhbərli ilə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd içərsində metamfetaminə bənzər maddə olan büküm aşkar edilmişdir. Büküm zərfə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs fiziki və ya psixoloji təziq göstərilməmiş, zor tətbiq edilməmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 11 ünvanda saxlanılaraq, Bölməyə dəvət edilmiş və həmin gün saat 20:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kristal halında olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə şüşə olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 52” dairəvi möhür əksi, “...Şübhəli şəxs Qədirov.A-imza, iştirakçılar- üç imza, Y.Rüstəmov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,162 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,162 qram ağ rəngli kristallik maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,112 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin inzibati binasında videoçəkilişlə çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində ağ rəngli kristalşəkilli maddə olan bükülünü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu və onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul qarşılığında aldığını bildirdiyi müəyyən olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 14 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə, saat 23:05 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 22:20 radələrində ünvan 12 ünvanın qarşısında saxlanılaraq, Səbail RPİ-nin 8-ci PB-yə gətirilmiş, həmin tarixdə saat 23:10 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən iki ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetmin və limon duzu olduğunu, 1 həftə əvvəl Mingəçevir şəhərində, Məmməd adlı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 6/3718 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №-52” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə. “ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bükülüdə olan təmiz çəkisi 0,324 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 08 iyul 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,164 qram metamfetaminə oxşar ağ kristallik maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,114 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 09 iyul 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 21 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 5 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 05 avqust 2022-ci il tarixli 4299 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin xalis çəkisi 0,164 qram olan, tədqiqata sərf olunduqdan sonrakı qalıq çəkisi 0,114 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində ağ rəngli maddə olan iki ədəd büküm çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan şəxsin özü olduğunu, təqdim etdiyi içərisində ağ rəngdə maddənin metamfetamin və limon duzu olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,164 qram, tədqiqata sərf olunduqdan sonrakı qalıq çəkisi 0,114 qram və ilkin xalis çəkisi 0,162 qram olan, tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,112 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə barədə qərardan görünür ki, 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan ünvan 323-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2011ci il təvəllüdlü X5 və X3 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların cəzanı ağırlaşdıran halı, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək, 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində ünvan 323-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,114 qram və 0,112 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 206 manat (iki yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək, 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində ünvan 323-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan- Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,114 qram və 0,112 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 206 manat (iki yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar