Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-30/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib X4 Dubai şəhərindən bir ədəd “Apple” markah “İ Phone 14 Pro Max” modelli mobil telefon aparatı və bir ədəd “ağıllı” saatı (smart watch) sifarişlə gətirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs ilk dəfə 10 fevral 2023-cü il tarixdə saat 14:50-də Bakı şəhəri Nizami rayonu Qara Qarayev 91 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 1300 manat məbləğdə, növbəti dəfə 11 fevral 2023cü il tarixdə saat 20:34-də Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu Fəvvarələr Meydanında olarkən, "xxxx" ASC-yə aid bank kartının hesabından “ABB” adlı mobil tətbiqetmə üzərindən öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 150 manat məbləğdə, növbəti dəfə 12 fevral 2023-cü il tarixdə saat 14:37-də Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu Fəvvarələr Meydanında olarkən, "xxxx" ASC-yə aid bank kartının hesabından “ABB” adlı mobil tətbiqetmə üzərindən öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 300 manat məbləğdə, növbəti dəfə 13 fevral 2023-cü il tarixdə saat 11:00-da Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayonu Qara Qarayev 91 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 200 manat məbləğdə, növbəti dəfə 13 fevral 2023-cü il tarixdə saat 23:12-də Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən “StarMart” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 150 manat məbləğdə və son dəfə 15 fevral 2023-cü il tarixdə saat 15:02-də Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən “StarMart” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə öz istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına köçürdüyü 450 manat məbləğdə pul vəsaitini ələ keçirib, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs ümumilikdə 2550 manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən X5 və X2 “Apple” şirkətinə aid “İ Phone” markalı mobil telefon aparatları və “ağıllı” saatların ("smart watch”) Azərbaycan Respubliksına çatdırılması və ölkə ərazisində müxtəlif şəxslərə satışı ilə məşğul olmuş, müştəriləri isə, dostları və dostlarının vasitəsi ilə tanıdığı şəxslər olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə, tanışı “Məhərrəm” adlı şəxsin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs X4 Dubay şəhərindən özü üçün bir ədəd “Apple” markalı “İ Phone 14 Pro Max” modelli mobil telefon aparatı və bir ədəd “ağıllı” saat gətirməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona ümumilikdə 2550 (iki min beş yüz əlli) manat ödəmişdir. Lakin o, Zərərçəkmiş şəxs söz verdiyi İ Phone 14 Pro Max” modelli mobil telefon aparatı və bir ədəd “ağıllı” saatı gətizdirə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid vasitəsilə tanımışdır. Şahid öyrəndiyinə görə, Təqsirləndirilən şəxs X4 Dubai şəhərindən “Apple” markah mobil telefon aparatları və “ağıllı” saatlarının sifarişlə gətirilməsi ilə məşğul olmuşdur. Məhərrəmin özünə Təqsirləndirilən şəxs adh şəxs mobil telefon və “ağıllı” saatları orta bazar qiymətindən təxminən 200-300 manat ucuz qiymətə gətirmişdir. Bu, ona “cəlbedici” gəldiyinə görə, Məhərrəmdən Təqsirləndirilən şəxs barədə məlumat almış, Məhərrəm “whatsapp” sosial şəbəkəsi üzərindən ona Təqsirləndirilən şəxs məxsus və "xxxx" ASC-yə aid **********233102 şifrəli “BirKart” bank kartının fotoşəklini göndərmişdir. Sonra o, Məhərrəm vasitəsi ilə Təqsirləndirilən şəxs onun üçün də 01 ədəd “Apple” markah “İ Phone 14 Pro Max” modelli mobil telefon və 01 ədəd “ağıllı saat” gətirməsi üçün sifariş verməsini xahiş etmiş, Məhərrəm demişdir ki, Ramil Qədirov öncədən pul ödənilməsini xahiş etmişdir. O, Məhərrəm vasitəsilə Ramillə razılaşmışdır ki, “Apple” markah “İ Phone 14 Pro Max” modelli mobil telefonu 2600 manat məbləğdə və “ağılh” saatı 1150 manat məbləğdə onun üçün sifariş edəcəkdir. Beləliklə, Təqsirləndirilən şəxs X4 Dubai şəhərindən onun üçün 01 ədəd “Apple” markah “İ Phone 14 Pro Max” modelli mobiltelefonaparatı və bir ədəd “ağıllı” saatı (smart watch) sifarişlə gətirəcəyini söz verdiyiüçüno, ilk dəfə 10 fevral 2023-cü il tarixdə saat 14:50-də Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 91 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 1300 manat məbləğdə, növbəti dəfə 11 fevral 2023-cü il tarixdə saat 20:34-də Bakı şəhəri Səbail rayonu Fəvvarələr Meydanında olarkən, "xxxx" ASC-yə aid bank kartımın hesabımdan “ABB” adh mobil tətbiqetmə üzərindən Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 150 manat məbləğdə, növbəti dəfə 12 fevral 2023-cü il tarixdə saat 14:37-də Bakı şəhəri Səbail rayonu Fəvvarələr Meydanında olarkən, "xxxx" ASC-yə aid bank kartısın hesabımdan “ABB” adlı mobil tətbiqetmə üzərindən Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 300 manat məbləğdə, növbəti dəfə 13 fevral 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri Nizami rayonu Qara Qarayev 91 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 200 manat məbləğdə, növbəti dəfə 13 fevral 2023-cü il tarixdə saat 23:12-də ünvan 4 ünvanda yerləşən “StarMart” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan, "xxxx" ASC- yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 150 manat məbləğdə və sonuncu dəfə 15 fevral 2023-cü il tarixdə saat 15:02-də ünvan 6 ünvanda yerləşən “StarMart” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" ASC-yə aid **********233102 şifrəli “Bir Kart” bank kartı hesabına 450 manat məbləğdə olmaqla, ümumilikdə 2550 manat məbləğdə pul vəsaitiköçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona mobil telefon və “ağıllı” saatı 15 fevral 2023-cü il tarixdə gətirməyi söz versə də, onu 18 fevral 2023-cü il tarixədək gözlətmiş, sonradan isə ona məlum olmuşdur ki, Ramil onun etibarından sui-istifadə etmişdir və pulunu ələ keçirmiş, yəni onun pulları ilə öz pul borclarını ödəmişdir. Sonra Təqsirləndirilən şəxs onun pulunu 1-2 gün ərzində verəcəyinə dair yalan vədlər verməyə başlamış, onun 2023-cü ilin mart ayında polisə şikayət etməyimdən sonra ona 350 manat pul qaytarsa da, qalan pulunu bu günəcək qaytarmaqdan boyun qaçırmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2550 manat məbləğdə maddi ziyan dəymişdir. Şiayətçidir, ona vurulmuş ziyanı tələb edir. Şahid məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs keçmiş iş yoldaşlarının vasitəsi ilə tanımış, Ramil ilə əvvəllər normal münasibətləri olmuş, heç vaxt ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs iş yoldaşı olduğu üçün tanımış, sonuncu ilə yaxın münasibətləri vardır, heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. O, Təqsirləndirilən şəxs X4 Dubai şəhərindən “Apple” markalı mobil telefon aparatları, qulaqcıqların sifarişlə gətirilməsi ilə məşğul olduğunu bilmiş, Təqsirləndirilən şəxs özünə “Apple” markalı “İ Phone 14 Pro Max” modelli mobil telefon aparatı sifariş etmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs da ondan Təqsirləndirilən şəxs barədə məlumat almış, o, “whatsapp” sosial şəbəkəsi üzərindən Fərhada Təqsirləndirilən şəxs məxsus, "xxxx" ASCyə aid **********233102 şifrəli “BirKart” bank kartının fotoşəklini göndərmişdir. X9 Qüdrətova özü üçün də 01 ədəd “Apple” markalı “İ Phone 14 Pro Max” modelli mobil telefon və 01 ədəd “ağıllı saat” gətirməsi üçün sifariş verməsini xahiş etmiş, o, Fərhada demişdir ki, Təqsirləndirilən şəxs öncədən pul ödənilməsini xahiş edir. Fərhad Ramillə razılaşmış, Ramil “Apple” markalı “İ Phone 14 Pro Max” modelli mobil telefonu 2600 manat məbləğdə və “ağıllı” saatı 1150 manat məbləğdə sifariş etmişdir. Təqsirləndirilən şəxs X4 Dubai şəhərindən Fərhad üçün bir ədəd “Apple” markalı “İ Phone 14 Pro Max” modelli mobil telefon aparatı və bir ədəd “ağıllı” saatı (smart watch) sifarişlə gətirəcəyini söz verdiyi üçün, onun bildiyinə görə, Fərhad Ramilə müxtəlif vaxtlarda və yerlərdə ümumilikdə 2550 manat məbləğdə pul vəsaiti köçürmüşdür. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üçün mobil telefon və “ağıllı” saatı 15 fevral 2023-cü il tarixdə gətirməyi söz versə də, Fərhadı 18 fevral 2023-cü il tarixədək gözlətmiş, sonradan isə məlum olmuşdur ki, Ramil Fərhadın etibarından sui-istifadə etmiş və pulunu ələ keçirmiş, yəni, Fərhadın pulları ilə özünün başqa şəxslərə olan pul borclarını ödəmişdir. Daha sonra Təqsirləndirilən şəxs Fərhada, pulunu 1-2 gün ərzində verəcəyinə söz vermiş, lakin yenə də müddəti uzatmış və Fərhad polisə şikayət etdikdən sonra Fərhadın cəmi 350 manat məbləğdə pulunu qaytarsa da, qalan pulunu qaytarmaqdan boyun qaçırmışdır. İş materiallarında olan 02 may 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protkolundan görünür ki, hadisə yeri olan ünvan 7 ünvanda yerləşən “StarMart” adlı mağaza yerləşir. Markketə daxil olarkən girişin sol tərəfində iki ödəmə terminalı qoyulub, sağ tərəfdə isə kassa aparatı var. Marketin 150 km yaxın ərazisini əhatə edir. Terminal ödənişlərin arxa hissələrində taxta dolablar qoyulub. Onların üstündə müxtəlif sərinləndirici içkilər vardır. Market kafel döşəmələr ilə örtülüb. Milli Ön ödəmə terminalı sol tərəfdə birinci dayanıb, ikinci ödəmə terminalı sarı rəngdə adsızdır. Marketin daxilində ərzaq mallar çox və səligəsiz şəkildə yiğılmışdır. Vətəndaş Zərərçəkmiş şəxs axrıncı ödənişi “Star” marketdə yerləşən Milli Ön ödəmə terminalı vasitəsi ilə göndərmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 02 may 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli AR DİN SRPİ-nin məktubundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb cəlb edilmiş və ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsindətarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 05 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 03 (üç) ədəd “A4” formatlı kağız parçasında təqdim edilmiş fotocədvəl maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli, 1(060)-725/2023 il tarixli Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır, cəza çəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli, 1 (105)-71/2024 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-725/2023 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin icraatına xitam verilmiş və o dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş ziyan tam ödənilmişdir. Şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(105)-71/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin icraatına xitam verilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarından müəyyən edilir ki, hazırki cinayət işi üzrə əməl 2023-cü ilin fevral ayında törədilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə əməli 16 yanvar 2024-cü il tarixdə cinayət məsuliyyətindən azad edilənədək törətdiyindən onun yenidən hazırki iş üzrə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 03 (üç) ədəd “A4” formatlı kağız parçasında təqdim edilmiş fotocədvəl cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 03 (üç) ədəd “A4” formatlı kağız parçasında təqdim edilmiş fotocədvəl cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Lələlişi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 438 (dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-30/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-30/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver