Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-308/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Məhkəmə iclas katibi Ələsgərli Lalə Cavid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 qızının, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, “Dos-84” yaşayış massivi, ev 4, mənzil 48-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşma çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 21 aprel 2025-ci il tarixdə səhər saat 08 radələrində ünvan 2 ünvanında yerləşən “Bəy” otelinin 101 saylı otağında olan çarpayıda on dörd yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxs, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmayan şəxs olmasını aşkar surətdə bildiyi halda cinsi ehtirasını təmin etmək məqsədilə öz cinsi orqanını sonucunun ağız boşluğuna, habelə arxa keçəcəyinə daxil etməklə qeyri-təbii yolla intim əlaqədə olub, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi heç bir yerdə işləmir, “İT" mütəxəssisidir. 2025-ci ilin aprel ayının 20-dən 21-nə keçən gecə, o, dostları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən Yaxta adlanan restoranda yeyib-içərkən spirtli içkilərindən çox istifadə etmişdir. Səhərə yaxın saat 04 radələrində köhnə tanışı Səyyarə ilə əvvəlcədən razılaşaraq Səbail rayonu Bayıl qəsəbəsi, E.Əzizov küçəsində yerləşən “Hamam”-nın yanında görüşmək qərarına gəlmişdirlər. “Hamam”-ın yanına çatdıqda Səyyarə orada olmamış, orada gözləmiş, təxminən 5-10 dəqiqə sonra oraya sedan tipli deyəsən “BMW" markalı, nömrəsinə fikir vermədiyi qırmızı rəngli avtomobil yaxınlaşmış, həmin avtomobildə iki nəfər tanımadığı cavan oğlanlar olmuş, avtomobilin arxa qapısından bir nəfər qız uşağı düşmüş, qızın təxminən 17-18 yaşı olması görsənmiş, qızın əlində pivə şüşəsi olmuş, əynində boz don və cəhrayi rəngdə gödəkçə olmuşdur. Qız avtomobildən düşəndən sonra avtomobil naməlum istiqamətdə getmişdir. Sonra həmin tanımadığı qız ona yaxınlaşaraq avtoşkola tərəfdə sahibsiz itlər olmasını bildirmiş, ondan özünü həmin tərəfə yola salmasını xahiş etmişdir. O da razılaşaraq həmin istiqamətdə qızı apararkən aralarında söhbət düşmüş, qızdan həmin saatda haradan gəlməsini soruşmuş, həmin qız ailəsi tərəfindən döyülüb evdən qovulduğu üçün küçələrdə qalmasını, avtomobillərdə fırlanmasını, gedəsi yeri olmamasını bildirmişdir. Onun qıza yazığı gəlmiş, mobil telefonun kontanktında olan bir neçə tanış qızlara yazaraq, qızı bir gecəlik qalmağa götürmələrini xahiş etmiş, lakin tanışlarından razı olan olmamışdır. Sonda, o, Səyyarə adlı tanışından xahiş etmiş, sonuncu anasının yad adamın evdə qalmasına icazə verməməsini deyərək təklif etmişdi ki, “Bəy” otelində özü və qıza otaq götürsün, gecələməyə yerləşdirsin. O, həmin günü səhər saat 08:00 radələrində Səyyarəni götürüb həmin qızla birlikdə “Bəy” otelinə getmış, oteldə yarım günlük 30 manata otaq tutub Səyyarəni və qızı yerləşdirib çıxıb getmişdir. Həmin vaxt Səyyarə ilə oteldə qalan qız öz adını ona deməmişdir. Sonra taksi ilə 20-ci sahəyə getdiyi zaman Səyyarə ona zəng edərək otaqlarında siqaret, su və pivə olmamasını demişdir. O, marketdən iki ədəd 2 litrlik pivə, bir şüşə bir litrlik su, bir qutu siqaret alıb otelə, Səyyarəgilin yanına dönmüş, həmin içkiləri və siqareti verərkən Səyyarə ona otaqda qalıb birlikdə pivə içməsini təklif etmiş, o da razılaşmışdır. Otaqda o, Səyyarə və adını bilmədiyi qızla birlikdə, iki ədəd iki litrlik pivə içmiş, içkinin təsirindən o sönüb yuxuya getmiş, sönmüş vəziyyətdə olarkən tanımadığı qızın ona sürtüşməsini hiss etmişdir. Müəyyən müddətdən sonra həmin qızın onunla oral sekslə, yəni onun cinsiyyət orqanını ağız boşluğuna salıb oynatmasını hiss etmiş, həmin hərəkətlərindən sonra cinsi etirasını bitirərək yuxuya getmişdir. Təxminən 3 saatdan sonra Səyyarə onu yuxudan oyadaraq çıxıb getməsini, özlərinin çinmək istədiklərini demiş, o da çıxıb evinə gedərək yatmışdır. Axşam oyandıqda polis əməkdaşları ona zəng edib 8-ci PB-nə dəvət etmişlər. O, bölməyə getdikdə Səyyarə ilə birlikdə oteldə qalmış azyaşlı qızın atasının polisə şikayət etməsini, bölmədə olarkən həmin qızın adının Əminə olmasını və onun on dörd yaşında olmasını, sonuncunun ondan qeyri-təbii yolla, yəni oral sekslə məşğul olması barədə şikayət etdiyini bilmişdi. O, içkili olduğundan yatarkən Əminə onun cinsiyyət orqanını ağız boşluğuna daxil edib, oral sekslə məşğul olmuş, bu işlə, yəni oral sekslə məşğul olmasına Əminəni məcbur etməmiş, bunun üçün zor tədbiq etməmiş, bu məqsədlə Əminəyə pul verməmiş, içkili və yuxulu olduğundan hans səbəbə Əminənin bunu etməsini bilmir. Əminə ilə başqa yerdə intim əlaqədə olmamış, seksual hərəkətlər etməmişdir. Əminəyə qarşı ilkin niyyəti yalnız ona yardım etməkdən ibarət olmuşdur. O, həmçinin qeyd edir ki, həm şəxsən onun həm də ailəsi tərəfindən zərərçəkmiş şəxsə qarşı barışıq addımları atılsa da zərərçəkmiş şəxs onunla barışmamışdır. Hadisə baş verən günü həddən artıq içkili olduğundan öz hərəkətlərinin nəticələrini tam dərk etməməsini, ayıq vəziyyətdə olsa idi bu cür hərəkətlərə heç vaxt yol verə bilməyəcəyini, zərərçəkmiş şəxsə qarşı ilkin niyyətinin ona kömək etmək olması, hazırda əməlindən səmimi peşiman olmasını, himayəsində 2 azyaşlı övladının olması, əvvəllər məhkum olunmamasını, həmçinin asma xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona minimum həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 51 saylı tam orta məktəbin 8-ci sinifin şagirdi olmaqla, həmin sinifdə orta səviyədə oxuyur. Atası Ceyhun tanışının şəxsi avtomobilində sürücülük edir, anası Xəyalə isə evdar qadındır. Onun ailəsi dindar olmaqla, valideynləri övladlarını da dini inacla böyütməyə çalışaraq tərbiyə verirlər. O, yaşadığı evdə heç bir ciddi təzyiqlərə məruz qalmasa da, müəyyən məsələlərdə valideynləri müsəlman qaydalarına riayət etməyini tələb edir, yəni geyimi nisbətən qapalı şəkildə olur. O, gənc olduğundan daha müasir şəkildə geyinmək və hərəkət etmək istədiyi üçün hərdən valideynləri ilə mübahisələri yaranır, həmçinin valideynləri ona mobil telefondan istifadə etməklə, müxtəlif əyləncəli sosial saytlara daxil olmasın deyə mobil telefondan istifadə etməyə icazə vermirlər. Bu səbəbdən onun həmyaşıdlarından fərqli olaraq mobil telefonu yoxdur. Bu məsələdə o, valideynlərinə qarşı çıxa bilimədiyi üçün özlüyündə hərdən mübahisə edib valideyinlərindən küsür. 21 aprel 2025-ci tarixdə gecə saatlarında, saat 02:00-03:00 radələrində o, eyni məsələ ilə bağlı özlüyündə valideynlərindən küsmüş, həmin günü evdə atası, anası, böyük qardaşı Abdurahman və körpə qardaşı Zeydirfan olmuş və yatmışlar. Gecə saat 03:00 radələrində o, qərara gəlmişdir ki, valideynlərini cəzalandırmaq üçün gecə evdən bir neçə müddətə, yəni səhər saatlarına kimi getsin. Bu məqsədlə tək, əynində olan pijama, yataq geyimi ilə, yəni boz rəngli köynək və qara rəngli şalvar, üstündən cəhrayi rəngli gödəkçə geyinib, başı açıq şəkildə evdən çıxmışdı. Yaşadığı evdən çıxıb piyada gəzərək 20-ci sahə yol dairəsini keçib hamam yerləşən E.Əzizov küçəsi istiqamətində getmiş, həmin vaxt gec olduğundan orada yerləşən mağaza və iaşə obyektləri bağlı olmuş və həmin obyektlərin qarşısından keçib gedərkən, bir nəfər tanımadığı orta yaşlı, təxminən 25-30 yaşlarında oğlan getdiyi istiqamətə getməməsini, orada sahibsiz itlərin olmasını, ona zərər vermələrini, ona başqa dalanla getməsini bildirmişdir. O da həmin şəxsin dediklərinə inanıb göstərdiyi dalan tərəfə getmiş, vaxt gec olduğundan küçədə hava qaranlıq olmuş, saat təxminən 04:00 radələri olduğundan ətrafda heç bir kəs olmamış, küçə və ətraf orada yerləşən obyektlərin işıqları ilə işıqlanmışdır. O, həmin şəxsin göstərdiyi dalan istiqamətdə gedərkən, həmin oğlan onun arxasınca gəlmiş, o, qaranlıq dar dalana daxil olub təxminən 5- 10 metr irəliləmiş, heç kəsin olmadığı qaranlıq bir hissəyə çatdıqda arxası ilə gələn həmin şəxs onu əllərini boynuna atarq qucaqlamağa başlamışdır. Daha sonra oraya adının sonrada Səyyarə olmasını bildiyi bir nəfər təxminən 30 yaşlarında tanımadığı qadın gəlmişdir. Həmin qadın ondan həmin saatlarda nəyə görə küçədə olmasını soruşmuş, o da evdən küsüb getməsini bildirmişdir. Sonra Kənan və həmin qadınla birlikdə “Bəy" adlanan otelin qarşısına getmişlər. Kənan oteldə qeydiyyatda keçdikdən sonra getmiş, Səyyarə ilə o ikinci mərtəbəyə 101-ci saylı otağa getmişdirlər. Müəyyən vaxtdan sonra otaqda içki və siqaret olmadığından Kənandan içki və siqaretalıb gətirməsini istəmişlər. Bir müddət keçdikdən sonra Kənan içki və siqaret ilə otağa gəlmişdir. Onlar birlikdə içki qəbul etmişdirlər. Yalnız ara-sıra oğlanla yataqda olmasını xatırlamışdır. O baş vermiş hadisə zamanı içkili vəziyyətdə olsa da, tamamilə sərxoş vəziyyətdə olmamış, Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını başa düşmüş və dərk etmişdir. Təqsirləndirilən şəxs şikayyətçidir, onunla barışmır və məhkəmədən onun barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, iki azyaşlı oğulları xx.xx.2014-cü il təvəllüdlü Ruslan və xx.xx.2017-ci il təvəllüdlü Rinad Məmmədovlarla, anası Solmaz və atası Oqtay Məmmədovlarla birlikdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Elçin Əzizov küçəsində yerləşən, “Hamam” adlanan ərazidə təxminən 4-5 il olar ki, kirayədə yaşayır. X4 rəsmi olaraq nikahdan ayrılmasa da, birgə yaşamırlar, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır, əvvəllər heç bir zaman cinayət əməli törətməmiş və ya məhkum olunmamışdır. Kənan adlı şəxsli təxminən 4-5 ay olar tanıyır, sonuncu taksi fəaliyyəti ilə məşğul olur və sərnişin olarkən tanış olmuşdur. Kənanın deməsinə görə, Səbail rayonu, 20-ci sahə ərazisində yaşayır. Sonralar o, bir neçə dəfə Kənanın avtomobilini taksi kimi sifariş vermiş, münasibətləri yaranmış, hərdən mesajlaşaraq əlaqə saxlamışlar. 2025-ci ilin aprel ayının 20-dən 21-nə keçən gecə səhərə yaxın Kənan ona mesaj yazaraq bir nəfər azyaşlı qızın evdən qaçmasını və küçədə qalmasını bildirərək, gecəni qalmaq üçün evinə aparmasını xahiş etmiş, o da evində ailəsi olduğundan tanımadığı adamı evə buraxa bilməyəcəyini demişdir. Kənan isə həmin qızın küçədə qalmasını, pijama paltarında olmasını, həmin qızın beldən aşağı şəkilini çəkib telefonun “whatsapp” proqramı ilə ataraq üşüdüyünü bildirərək qalması üçün köməklik etməyini xahiş etmişdir. O da Kənana otel tutmasını və yalnız gecəni azyaşlı qızla qala biləcəyini demişdir. Sonra Kənan əvvəlcə onun bank kartına pul atacağını və ona otel tutub gecəni qalmasını xahiş etmişdir. O da Kənana özünün otel tutmasını və qızla tək oteldə gecəni qalmasına söz vermişdir. O Kənana tanımadığı qızla oteldə qalmağına söz verdikdə, vaxt səhər saat 07:00 radələri olmuş, sonra Kənan onunla razılaşmış və ona evin yaxınlığında, “Hamam"-ın küçəsinə gəlməsini demiş, o, Kənanla görüşə gedərkən azyaşlı qıza əyninə geyinməsi üçün evindən bir neçə paltarlar, jaket və şalvar götürmüşdü. O, evdən çıxıb “Hamam”-ın qarşısından bir az aralıqda ’’Al Market” mağazasının qarşısına gəldikdə, markasına fikir vermədiyi və sürücüsünü tanımadığı avtomobildə Kənan qabaqda, azyaşlı qız isə arxa oturacaqda əyləşmişdi. O, həmin avtomobilə əyləşmiş, həmin taksi ilə birlikdə Səbail rayonu, Bayıl qəsəbəsində,“X7” Kompleksinin yaxınlığında yerləşən “Bəy” otelin qarşısına gəlmiş, taksi onları düşürüb getmiş. Kənan otelə gedib otaq götürmüş, o, azyaşlı qızla birlikdə otağa qalxmış, həmin vaxt söhbət zamanı qız öz adını ona desə də, o, gecədən içkili olduğundan adı yadında qalmamışdı. Söhbət əsnasında həmin qız valideynləri tərəfindən sıxışdırıldığından evdən getdiyini bildirmişdi. Bundan sonra o, azyaşlı qız və Kənan oturub müsiqiyə qulaq asaraq pivə içmiş, sonra ara-sıra Kənanın yataqda həmin azyaşlı qızla seksual hərəkətlər etmələrini, azyaşlı qızın Kənanın cinsiyyət orqanını ağız boşluğuna salıb oynatmasını və digər hərəkətlər etmələrini gördükdə özü üçün bir neçə fraqmet mobil telefonuna video çəkmişdi. Sonra bir dəfə Kənan həmin qızla birlikdə hamam otağına getmiş, orada nə etmələrini o bilməmiş, yalnız geri döndükdə hər ikisinin saçlarının quru olması, duş almamaları hiss olunmuşdur. Bundan sonra, səhər açıldıqda saatı dəqiq yadında qalmamış o, Kənandan çıxıb getməsini tələb etmişdir. Kənan getdikdən sonra həmin azyaşlı qız içkili olduğundan ucadan gülərək, səs-küy salmış, otaqdan dəhlizə çıxıb ora-bura xaotik şəkildə qaçmışdır. Hətta bir dəfə otelin işçisi gəlib buna görə irad bildirərək, sakitçiliyə riayət etmələrini, əks halda oteldən çıxarılacaqlarını bildirmişdi. Müəyyən vaxt sonra azyaşlı qız sakitləşmiş, sonra müəyyən vaxtdan sonra yenə qaçmağa başlamış, yenə otelin işçisi gəlib otağı tərk etmələrini birldirdikdə o, otelə azyaşlını buraxması və müddətin bitmədiyini bildirmiş, sonra da “DİN”-in “ 102” xidmətinə zəng edib üç nəfərin otel otağına buraxılması, həmin şəxslərdən birinin azyaşlı qız olması, digər oğlanla cinsi əlaqədə olması barədə məlumat vermiş, sonra həmin azyaşlı “102” xidmətinə öz anket məlumatlarını diktə edərək, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs olmasını bildirmişdi. Müəyyən vaxtdan sonra polis əməkdaşları gəlib onu və azyaşlını 8-ci PB-nə aparmış, orada onun verdiyi məlumat əsasında araşdırma aparılmışdı. O. Kənana pivə və siqaret aldırması, Kənana otaqda qalıb birlikdə pivə içməsini təklif etməsini xatırlamır. Kənan öz istəyi ilə otel otağında qalıb Əminə ilə seksual hərəklətlər edərək, azyaşlı Əminə ilə arxadan cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs azyaşlı olmasını bildiyi üçün Kənanın həmin hərəkətləri Əminəyə qarşı etdiyini gördükdə çəkmişdi ki, sonra polisə məlumat verib ifşa etsin, həmin çəkilişi də o, heç kəsə yaymamış, yalnız Kənanın hərəkətlərini sübut etmək üçün polisə təqdim etmiş, həmin günü Kənanla cinsi əlaqədə olmamış, həmçinin Əminə ilə birlikdə qrup şəklində Kənanla qarşılıqlı seksual hərəkətlərə yol verməmiş, həmçinin o, heç bir zaman Kənanla cinsi əlaqə olmamış, Kənanla tanış kimi əlaqə saxlamışdır. Həmin oteldə o, əvvələr bir neçə dəfə sevdiyi oğlanla olub istirahət etmiş, həmin günü oteldə otaq tutulmasında onun heç bir rolu olmamış, otel otağını Kənan özü öz adına 12 saat müddətinə tutaraq pulunu ödəmişdir. Kənanın otağa görə hansı məbləği ödəməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən "Bəy" otelində baş menecer vəzifəsində işləmişdir. 21 aprel 2025-ci il saat 12 radələrində otelin ikinci mərtəbəsinin dəhlizində bərk otaq qapısının örtülməsi və ayaq səslərinin gəlməsini eşitdikdə, həmin mərtəbənin dəhlizində quraşdırılmış müşahidə kameralarına Şahid2 baxmış, həmin mərtəbənin 101-сі otağında qalan iki nəfər cavan qızların dəhlizdə qaçaraq və otaqlarına girib-çıxaraq əylənmələrini görmüş, bu zaman o və menecer Şahid4 nə baş verdiyi ilə maraqlanmaq üçün həmin mərtəbəyə getmişlər. Eyni zamanda 101-ci otağın ətrafında olan digər otaqlarda qalan qonaqlar da, həmin səs-küylə bağlı narazılıqlarını Şahid2 zəng edib bildirmişlər. O və Şahid4 həmin qızları sakit olmalarına dair xəbərdar etdikdən sonra bir müddət sakitçilik olmuşdur, müəyyən vaxtdan sonra yenə həmin şəxslər, yəni qızlar eyni qaydada səs-küy salmağa başlamışlar. Bundan sonra o və Şahid4 yenidən həmin mərtəbəyə qalxıb qızların otaqlarına gedərək bir daha sakitçiliyə dəvət etməklə, əks halda oteli tərk etməli olacaqlarını bildirmişik. Sonra həmin qızlar içkili olduğundan ona qarşı kobudluq etdiklərinə görə, mən sahə müvəkkili Füzuli müəllimə məlumat verərək otelə dəvət etmişdir. Təxminən 5 dəqiqə sonra otelin resepşinə bir nəfər polis əməkdaşı yaxınlaşaraq DİN-nin "102" xidmətinə otel otağında qonaq olan qızlardan şikayət daxil olmasını bildirmişdir. Bu zaman mən həmin qızların polisə şikayətinin dəqiq məzmununu bilməmişdir. Polis əməkdaşı o və Vüsal bəylə 2-ci mərtəbəyə qalxmışdır. Həmin iki nəfər qızların otağına daxil olmadan, otaqlarında səs-küy salmalarının şahidi olmuşuq. Sonra başqa polis əməkdaşları da gəlmiş, polisin dəvəti ilə o, Şahid4 və həmin iki nəfər qızlarla birlikdə polis bölməsinə getmişlər. Polis əməkdaşları ilə həmin iki nəfər qızları polisə apararkən, hər iki qızın sərxoş olmaları hiss olunmuş, həmin qızlar otel otağında spirtli içki içmişlər, qızların otaqlarında 2 ədəd boş vəziyyətdə iki litrlik polietilen pivə qabları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayından ünvan 2 ünvanında yerləşən “Bəy” otelində qeydiyyatçı vəzifəsində işləyir, həmin oteldə səhər növbəsində, bir gün istirahət günü verilməklə həftənin hər gününü səhər saat 08:00-dan başlayıb saat 17:00-dək işləyir, yəni həmin saatda işini növbəti növbəyə təhvil verir. Növbədə olarkən qeydiyyatçə kimi işi qonaqları qəbul edib qeydiyyatdan keçirmək, otağın standarta uyğun olaraq ödənişi qəbul edib qonaqları yerləşdirməkdən ibarətdir. İşlədiyi “Bəy" oteli 4 mərtəbədən, cəmi 33 otaqdan ibarətdir, hər mərtəbədə 11 otaq-standart, delüks, tripl və “Vip” nömrələrdən ibarətdir. Otelin birinci mərtəbəsi qeydiyyat, lobi və restorandan ibarət olmaqla birinci mərtəbədə qonaq otağı yoxdur. 21 aprel 2025-ci il tarixdə saat 09:30-da o, oteldə resepşin kimi işə başlamış, növbəni əvvəlki gecə növbəsində olan iş yoldaşı Şahid1 təhvil almışdır. Həmin günü oteldə 34 nəfər xarici qonaq olmuş, həmin qonaqlar bütün mərtəbələr üzrə yerləşdirilmiş, həmin günə 3-4 ədəd standart qonaq otağı boş qalmışdı. Həmin günü saat 12 radələrində otelin ikinci mərtəbəsinin dəhlizində bərk otaq qapısının örtülməsi və ayaq səslərinin gəlməsini eşitdikdə, həmin mərtəbənin dəhlizində quraşdırılmış müşahidə kameralarına baxmış, həmin mərtəbənin 101-ci otağında qalan iki nəfər cavan qızın dəhlizdə qaçaraq və otaqlarına girib-çıxaraq əylənmələrini görmüşdür. Bu zaman qeydiyyatda onun yanında olan baş menencer Şahid3 və menencer Şahid4 nə baş verdiyi ilə maraqlanmaq üçün həmin mərtəbəyə getmişlər. Eyni zamanda 101-ci otağın ətrafında olan digər otaqlarda qalan qonaqlar da, həmin səs-küylə bağlı narazılıqlarını qeydiyyata zəng edib bildirmişlər. Şahid3 və Şahid4 həmin qızları sakit olmalarına dair xəbərdar etdikdən sonra bir müddət sakitçilik olmuş, müəyyən vaxtdan sonra yenə həmin şəxslər, yəni qızlar eyni qaydada səs-küy salmağa başladıqda o, Şahid3 tapşırığı ilə həmin otağı qızlar üçün tutan, özü otaqda olmayan Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsini dəfələrlə yığmış, həmin nömrəyə zəng getsə də cavab verən olmamışdı. Bundan sonra Şahid3 və Şahid4 yenidən həmin mərtəbəyə qalxıb qızların otaqlarına gedərək bir daha sakitçiliyə dəvət etməklə, əks halda oteli tərk etməli olacaqlarını bildirmişlər. Sonra həmin qızlar içkili olduğundan Sabir bəyə qarşı kobudluq etdiklərinə görə Sabir bəy sahə müvəkkili Füzuli müəllimə məlumat verərək otelə dəvət etmişdi. Təxminən 10 dəqiqə sonra otelin qeydiyyatına bir nəfər polis əməkdaşı yaxınlaşaraq DİN-in “102” xidmətinə otel otağında qonaq olan qızlardan şikayət daxil olmasını bildirmişdi. Bu zaman o, həmin qızların polisə şikayətinin dəqiq məzmununu bilməmiş, polis əməkdaşı Sabir və Vüsal bəylə 2-ci mərtəbəyə qalxmış, həmin iki nəfər qızların otaqğına daxil olmadan, otaqlarında səs-küy salmalarının şahidi olmuşdu. Sonra başqa polis əməkdaşları da gəlmiş, polisin dəvəti ilə otelin menecerləri Şahid3, Şahid4 və həmin iki nəfər qızlarla birlikdə polis bölməsinə getmişlər. O növbəni qəbul edərkən həmin qızlar barədə heç bir məlumat almamış, həmin qızlar səs-küy saldıqda otelin kompyuter cədvəlinə baxdıqda, səhər saat 07:15 radələrində Təqsirləndirilən şəxs adı ilə qeydiyyatdan keçmələrini görsə də, Təqsirləndirilən şəxs otaqda olmamış, o, ümumiyyətcə sonuncunu görməmişdi. Polis əməkdaşları ilə həmin iki nəfər qızları polisə apararkən, hər iki qızın sərxoş olmaları hiss olunmuş, həmin qızlar otel otağında spirtli içki içmiş, qızların otaqlarında 2 ədəd boş vəziyyətdə iki litirlik polietilen pivə qabları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən "Bəy" otelində menecer vəzifəsində işləmişdir. 21 aprel 2025-ci il saat 12 radələrində otelin ikinci mərtəbəsinin dəhlizində bərk otaq qapısının örtülməsi və ayaq səslərinin gəlməsini eşitdikdə, həmin mərtəbənin dəhlizində quraşdırılmış müşahidə kameralarına Şahid2 baxmış, həmin mərtəbənin 101-сі otağında qalan iki nəfər cavan qızların dəhlizdə qaçaraq və otaqlarına girib-çıxaraq əylənmələrini görmüş, bu zaman mən və baş menecer Şahid3 nə baş verdiyi ilə maraqlanmaq üçün həmin mərtəbəyə getmişlər. Eyni zamanda 101-ci otağın ətrafında olan digər otaqlarda qalan qonaqlar da, həmin səs-küylə bağlı narazılıqlarını Şahid2 zəng edib bildirmişlər. O və baş menecer Şahid3 həmin qızları sakit olmalarına dair xəbərdar etdikdən sonra bir müddət sakitçilik olmuşdur, müəyyən vaxtdan sonra yenə həmin şəxslər, yəni qızlar eyni qaydada səs-küy salmağa başlamışlar. Bundan sonra o və baş menecer Şahid3 yenidən həmin mərtəbəyə qalxıb qızların otaqlarına gedərək bir daha sakitçiliyə dəvət etməklə, əks halda oteli tərk etməli olacaqlarını bildirmişlər. Sonra həmin qızlar içkili olduğundan baş menecer Şahid3 qarşı kobudluq etdiklərinə görə, baş menecer Şahid3 sahə müvəkkili Füzuli müəllimə məlumat verərək otelə dəvət etmişdir. Təxminən 5 dəqiqə sonra otelin qeydiyyatına bir nəfər polis əməkdaşı yaxınlaşaraq DİN-nin "102" xidmətinə otel otağında qonaq olan qızlardan şikayət daxil olmasını bildirmişdir. Bu zaman o, həmin qızların polisə şikayətinin dəqiq məzmununu bilməmişəm, polis əməkdaşı o və baş menecer Şahid3 ilə 2-ci mərtəbəyə qalxmışdır. Həmin iki nəfər qızların otağına daxil olmadan, otaqlarında səs-küy salmalarının şahidi olmuşdurlar. Sonra başqa polis əməkdaşları da gəlmiş, polisin dəvəti ilə o, baş menecer Şahid3 və həmin iki nəfər qızlarla birlikdə polis bölməsinə getmişik. Polis əməkdaşları ilə həmin iki nəfər qızları polisə apararkən, hər iki qızın sərxoş olmaları hiss olunmuş, həmin qızlar otel otağında spirtli içki içmişlər, qızların otaqlarında 2 ədəd boş vəziyyətdə iki litrlik polietilen pivə qabları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə olan günü o, gecə yatıbmış. Gecə vaxtı oyanmışdır ki, qızı evdə yoxdur. Daha sonra həyat yoldaşını yuxudan oyatmış və evə nəzər saldıqdan sonra uşağın evdə olmadığına əmin olmuşdur. Saat 5 radələrində qızını şəhərdə tək axtarmağa başlamışdır. Lakin tapa bilməyərək Polis Bölməsinə gedib xəbər vermişdir. Onlar ondan soruşmuşlar ki, “Qızınız nə vaxtdandı evdə yoxdur? “ o da gecədən bəri evdə olmdığın bildimişdir. Polislər ona biraz vaxt keçməsini, əgər yenə də xəbər olmazsa ondan ərizə alıb, əməkdaşlara qızının axtarılması üçün göstəriş verəcəklərini bildirmişlər. Bundan sonra o, Polis Bölməsini tərk etmiş və yenidən axtara-axtara evə tərəf yola düşmüşdür. 1-2 saat keçdikdən sonra o, yenidən Polis Bölməsinə getmiş və əvvəl danışdığı polis əməkdaşlarını tapa bilməmişdir. Ona həmin əməkdaşların gecə növbəsində olduqlarını və növbəni təhvil verib getdiklərini bildirmişlər. O, həmin vaxt Polis Bölməsində ərizə yazmış və Polis Bölməsinin rəisi ilə üzbəüzdə görüşmüşdür. Sonra məlumat verilmişdir ki, qızınız tapılıb. Daha sonra Polis Bölməsinə dəvət olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 Nofər oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid1 Nofər oğlu ifadəsində göstərmişdir ki, 14 aprel 2025-ci il tarixdən ünvan 2 ünvanında yerləşən “Bəy” otelində qeydiyyatçı olaraq işləyir, həmin oteldə gecə növbəsində gün ötürüb işləyir. Növbə axşam saat 17:00-da başlayıb növbəti günü səhər saat 08:00-da bitir, yəni növbəti növbəyə işi təhvil verir. Növbədə olarkən qeydiyyatçı kimi işi qonaqları qəbul edib qeydiyyatdan keçirmək,otağın standarta uyğun olaraq ödənişi qəbul edib qonaqları yerləşdirməkdən ibarətdir. İşlədiyi “Bəy” oteli 4 mərtəbədən, cəmi 33 otaqdan ibarətdir, hər mərtəbədə 11 otaq, standart, delüks, tripl və “Vip” nömrələrdən ibarətdir. Otelin birinci mərtəbəsi qeydiyyat, lobi və restorandan ibarətdir. Birinci mərtəbədə qonaq otağı yoxdur. 20 aprel 2025-ci il tarixdə saat 17:00-da o, oteldə qeydiyyatçı kimi işə başlamış, həmin günü oteldə 34 nəfər xarici qonaq olmuş, həmin qonaqlar bütün mərtəbələr üzrə yerləşdirilmiş, həmin günə 3-4 ədəd standart qonaq otağı boş qalmışdı. 21 aprel 2025-ci il tarixdə səhər saat 07:10 dəqiqədə otelə bir nəfər cavan oğlan gələrək, bir ədəd 12 saat müddətinə standart otaq istəyərək iki nəfər xanımın qalacağını bildirmişdi. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini götürüb kopyasını çıxarıb otelin qeydiyyat kompyuterində qeydiyyatdan keçirmiş, həmin şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur.O, işlədiyi müddətdə həmin oğlanı oteldə ilk dəfə müştəri kimi görmüş, yəni həmin şəxs əvvəllər oteldə qonaq olmamışdı. Həmin Təqsirləndirilən şəxs yanında təxminən 25-26 yaşlarında, əvvəllərdə oteldə bir neçə dəfə qonaqlamış qız olmuş, həmin adını bilmədiyi qız oteldə xalası qızı ilə qalacağını demiş, o sənədləşdirmə apararkən həmin qızın yanında xalası qızı kimi təqdim etdiyi digər qız olmamışdır. O, Təqsirləndirilən şəxs adına otel otağını qeydiyyatdan keçirib 12 saatlıq 30 manat ödənişi, bank kartı ilə terminal vasitəsi ilə qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs və əynində göy rəngli pencək geyinmiş qız bayıra getmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs, əynində göy rəngli pencək olan qız və yanlarında bir nəfər təxminən 15-16 yaşlarında əynində çəhrayı rəngli gödəkçə olan,başı açıq uzun saçlı üzü makiyajlı qızla dönmüşlər. Həmin vaxt o, qeydiyyatda dayandığından, Təqsirləndirilən şəxs ondan mobil telefonunu cərəyana qoşmaq üçün adaptor istəyərək, yaxınlıqda olan ərzaq mağazasının yerini soruşmuş, həmin qızlara yemək və su alıb gətirib verəcəyini demişdi. O da Kənana adaptoru verərək ərzaq mağazasının yerini izah etmiş, qızların ikisi də liftlə otağın yerləşdiyi ikinci mərtəbəyə qalxmışlar. Kənan isə mağazaya getmişdir. Qeydiyyatda olan saata əsasən qızlar otağa səhər saat 07:15 dəqiqədə qalxmış. Kənan isə mağazadan ərzaq alıb qızlara vermək üçün qalxarkən saat 08:15 dəqiqəni göstərmiş, bu zaman o, qeydiyyatın arxa hissəsində yerləşən restorana səhər yeməyinə düşmüş, qonaqlarla məşğul olmuş, buna baxmayaraq Kənanın əlində polietilen setka ilə liftə minib otağa qalxmasını görmüşdü. Həmin gün qonaq çox olduğundan o, növbəni saat 08:30 radələrində səhər növbəsinə çıxan Şahid2 verib evinə getmişdi. Sonralar həmin qızların və Kənanın oteldən nə vaxt çıxmalarından xəbəri olmamışdı. Kənan və həmin iki nəfər qızlar gələrkən vaxt səhər saat 07:15 dəqiqə və hava tam açılmış olmuş, həmin vaxt Kənan və qızlar hər biri tam ayıq və ağılları üzərində, gülər üzlə otelə daxil olmuşlar, həmin şəxslərdən nə Kənanın, nə də qızların içkili olamaları hiss olunmamış, həmin şəxslərin hər hansı birindən alkoqol iyi və ya qoxusu gəlməmiş, həmin şəxslərin hər hansı birinin də zorla otelə gəlməsi hiss olunmamış, çox mehriban gülər üzlə otelə daxil olmuşlar. Ödənişə əsasən onların oteldən çıxma vaxtı saat axşam saat 19-20 radələri olmalı idi. Otelin girişində, qeydiyyatda və dəhlizdə müşahidə kameraları quraşdırıldığından həmin şəxslərin nə vaxt, necə, hansı vəziyyətdə gəlmələri və nə vaxt getmələrini tam dəqiqliklə müəyyən etmək olar. Ümumi qaydalara əsasən azyaşlı uşaqlar, yəni qız və ya oğlan otelə daxil olarkən hər iki valideynləri yanında olmalı və sənədlərini təqdim etməlidirlər. Həmin qızın tam azyaşlı olması dəqiq bilinmədiyindən, həmin şəxs xalası qızı ilə günün səhər saatlarında daxil olduğundan və axşama kimi qalmalarını dediyindən otelə buraxmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 186-188-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli, 165 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədə əsasən və məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Uşaqlıq yolu girəcəyinin qapısında təyin edilmiş qansızmalar küt təsir mexanizminə malik kişi cinsiyyət üzvünün mexaniki təsirində yarana bilərdi, bu da həmin nahiyədə baş vermiş yəni, uşaqlıq yolu girəcəyi qapısında baş verən cinsi əlaqə zamanı qızlıq pərdəsinin zədələnməməsinə dəlalət edir. Zərərçəkmiş şəxs bədən səthi üzərində və cinsiyyət orqanları nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyritəbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izləri aşkar olunmursa, cinsi əlaqənin dəqiq müddətini müəyyən etmək mümkün deyildir. Hamiləliyin təyini üçün son menstruasiya tsiklindən 4 həftədən artıq müddət keçməli olduğu üçün Zərərçəkmiş şəxs USM-nə göndərilməsi məqsədə müvafiq hesab olunmur. Cinayət işinin 194-197-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli, 1913 saylı kompleks ambulator məhkəmə-psixiatirik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs əqli ya psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, müstəqilliyə və sərbəstliyə can atma, şıltaqlıq, nümayişkaranəlik, səmim olmamaq, özünü psixoloji müdafiə etməyə meyillilik, müəyyən edilir. Psixoloji durumunda hər hansı dəyişiklik hiss olunmur. xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş verən hadisə dövründə, yaxud hal-hazırda hər hansı psixi pozuntu müəyyən edilmir. Zərərçəkmiş şəxs ifadə verərkən öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyl yaradan xüsusi psixi pozuntu müəyyən olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə özünü psixoloji müdafiə etmək məqsədi ilə bəzi məamları gizlətməsi və səmimi olmaması mümkündür. Cinayət işinin 190-192-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli, 195 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya, anomaliya aşkar edilmədi. Təqsirləndirilən şəxs sağ bazunun və sağ bud nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, müddətləri xx.xx.2025-ci il tarixdən 4-8 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində xx.xx.2021-ci il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı övladının olmasını, hal-hazırda asma xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-308/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-308/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver