Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Səmədov Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxx 2021-ci il tarixdə saat 12:05-də xx xxxxxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 102 mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsi ev 22 v-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Səmədov Təqsirləndirilən şəxs. Səmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Səmədov Təqsirləndirilən şəxs, şəxsiyyətləri istintaq orqanına məlum olmayan “Əfqan” və “Elşən” adlı şəxslərlə bir qrup şəxs halında birləşərək, xx xxx 2020-ci il tarixdə saat 13 radələrində, Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanda yerləşən avtomobillərin təmiri sexinə gəlib, orada çilingər işləyən Zərərçəkmiş şəxs telefonda onu niyə təhqir etməsini soruşmuş, sonuncu heç kimi təhqir etmədiyini dedikdə, heç bir əsaslı səbəb olmadan, aralarında yaranmış münaqişə zamanı V.Səmədov “Əfqan” və “Elşən” adlı şəxslərlə birgə, cüzi səbəbi bəhanə etməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını əhəmiyyətli dərəcədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə yumruq və təpiklə qəsdən vurub, ona sol gicgah nahiyəsinin cüzi şişkinlik fonunda qançırı, ənsə nahiyəsinin sol yarısının sıyrığı, alın nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin qançırları, sol almacıq nahiyəsinin sıyrığı, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin, qarının sağ yan divarında ön qoltuq xətti üzrə qalça darağı proyeksiyasının, sağ bazunun yuxarı-orta 1/3-nin ön, sol bazunun yuxarı 1/3-nin iç səthlərinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ baldırın aşağı 1/3-nin bayır səthinin qançırı kimi hər biri ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirərək, bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Səmədov Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, atası 10 ilə yaxındır ki, rəhmətə getmiş, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 180.3.1-ci maddəsi ilə təqsirli bilinib 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2018-ci ilin fevral ayında azadlığa çıxmışdır. Avtotəmir sexində çilingər işləyən Ramili 1 ildir ki, tanımış, xx xxx 2020-ci il tarixdə “Mitsubishi” markalı avtomobilin yağını dəyişmək üçün Ramilin işlədiyi sexə gəlmiş, Ramil orda olmadığı üçün tələbəsi Nurlan adlı şəxs avtomobilin yağını dəyişmişdir. Nurlan avtomobilin yağını dəyişdikdən sonra avtomobilin salonunda yerləşən ötürücünün ayrılmasını demiş, Nurlan həmin işi bacarmadığı üçün Ramilə zəng vurub köməklik istəmiş və necəsə ötürücünü xarab etmişdir. Bundan sonra Ramil ilə telefonda danışdıqda Ramil Nurlanın ötürücünü xarab etmədiyini deyib onunla nalayiq sözlərlə kobud danışmağa başlamış və birbirilərini təhqir etmişlər. xx xxx 2020-ci il tarixdə yenidən Ramilə zəng edib niyə təhqir etməsinin səbəbini soruşduqda Ramildən üzrxahlıq gözlədiyi halda yenidən onu təhqir etməyə başlamışdır. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində, yenidən Ramilin işlədiyi sexə gəlib aralarında olan mübahisəyə aydınlıq gətirmək istəmişdir. Sexə tərəf gələndə yolda təsadüfən Əfqan və Elşənlə rastlaşmış, onlar hara getdiyini soruşanda Ramillə arasında olan mübahisəni danışmış, Əfqan və Elşən də demişlər ki, bəs onlar da gedib Ramillə danışıb, başa salacaqlar. Həmin vaxt 5 dəqiqə ləngimiş və yaxınlıqdakı mağazaya girib çıxdıqda görmüşdür ki, Əfqanla Elşən sexə tərəf getmiş və sexin içinə daxil olmuşlar. O, da sexə daxil olanda Ramildən nəyə görə onu təhqir etməsinin səbəbini soruşduqda, Ramil yenə də öz dediyindən əl çəkməmiş və kobud formada ona cavab vermişdir, belə olan halda aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı yumruqla Ramilin sifət nahiyəsinə vurmuş, yanında olan Əfqan və Elşən də Ramilə yumruq və təpik zərbələri ilə vurmağa başlamış, həmin vaxt Ramil sexin qapısının ağzında yerə yıxılmış, sonra ayağa qalxıb taxta parçası götürüb onun bədəninin sol sinə nahiyəsinə vurmuş, səs-küyə hadisə yerinə toplaşan şəxslər onları aralaşdırıb sakitləşdirmişlər. Sonra isə onlar çıxıb getmişlər. Onun və tanışları olan X6 döymək məqsədi olmamışdır, sadəcə olaraq sexə gedib, Ramildən nəyə görə onu təhqir etməsinin səbəbini soruşmaq istəyəndə Ramil yenə də onunla kobud formada danışaraq onu təhqir etmiş, bundan sonra aralarında mübahisə yaranmış, davadalaş baş vermişdir. Dava-dalaş vaxtı da o, Əfqan və Elşən də Ramilə xəsarət yetirmişdir. Avtomobil və qeyd edilən şəxslər barədə heç bir məlumatı yoxdur, məhkəmə-tibbi ekspertizada onda aşkar edilmiş xəsarətləri o Ramili döydükdən sonra Ramil taxta ilə ona yetirmişdir. Hadisə xx xxx 2020-ci il tarixdə saat 13 radələrində, Səbail rayonu ünvan 1 ünvanda yerləşən Ramilin çilingər işlədiyi sexdə və sexin qarşısında baş vermiş, təxminən 4-5 dəqiqə davam etmiş, hadisənin şahidləri tanımadığı şəxslər və ağsaqqal bir şəxs olmuşdur. Onun yanında olan şəxslərdən əslən Naxçıvanlı olan Əfqan adlı şəxs, digər şəxs isə Elşən adlı şəxs olmuşdur. Görüntüdə sexin qarşısında olan və dava-dalaş vaxtı sakit dayanıb baxan şəxsi isə tanımır. Ola bilər ki, həmin şəxs müştəri olmuşdur. Əfqanın və Elşənin şəxsiyyətləri barədə dəqiq məlumatı yoxdur, bildiyi qədər Əfqan 9-cu mkr-n ərazisində yaşamış, amma dəqiq ünvanını bilməmiş, Elşənin isə Xırdalanda yaşadığını bilmişdir, Elşənin də dəqiq ünvanını bilməmişdir. Bu uşaqlarla təsadüfən 1 ilə yaxın olar ki, bir məclisdə tanış olmuşdur. Nə Əfqanın, nə də ki, Elşənin anket məlumatları barədə dəqiq məlumatı yoxdur, həmin gün də onları təsadüfən yolda görmüşdür. Həmin hadisədən sonra da onları bir daha görməmiş və əlaqəsi də olmamışdır. Baş vermiş hadisəyə görə təəssüflənmiş, əməlindən peşmandır. Təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışmasının, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasının, himayəsində yaşlı anası olmasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Səmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyi, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Səbail rayonu ünvan 1 ünvanda yerləşən avtotəmir sexində çilingər işləmişdir. xx xxx 2020-ci il tarixdə müştəri kimi 10 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs sexə gəlib onun tələbəsi Nurlana yaxınlaşıb Mitsubishi markalı dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobilin yağını dəyişdirmiş, həmin vaxt Şamaxı rayonunda olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin yağını dəyişdirdikdən sonra Nurlandan avtomobilin salonunda yerləşən ötürücünün ayrılmasını xahiş etdikdə Nurlan həmin işi bacarmadığı üçün ona zəng vurub köməklik istəmiş, o da telefonda Nurlana ötürücünü necə ayırmağı başa salmış və Nurlan ötürücünü ayırmışdır. Təqsirləndirilən şəxs isə Nurlana ötürücünü xarab etdiyini dediyi üçün Təqsirləndirilən şəxs zəng edib Nurlanın ötürücünü xarab etmədiyini, onun başa saldığı kimi ötürücünü ayırdığını dedikdə Təqsirləndirilən şəxs onunla nalayiq sözlərlə danışdığı üçün o da telefonda kobud danışmışdır, qarşılıqlı bir-birilərini təhqir etmişlər. Nurlan təxminən 2 ildir ki, onun yanında işləyir. xx xxx 2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs xalası oğlu kimi təqdim edən sonradan “Naxçıvanlı” kimi bildiyi şəxs ona zəng edib Təqsirləndirilən şəxs guya onun xalası oğlu olduğunu, Təqsirləndirilən şəxsı və qohumlarını təhqir etdiyini dedikdə o heç kimi təhqir etmədiyini, yalan danışanın ünvanına nalayiq sözlər işlətdiyini bildirmişdir. 2 gün sonra Şamaxıdan Bakı şəhərinə gəlmiş və işə çıxmışdır. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində, işlədiyi sexdə tək olarkən 2 nəfər özlərini Təqsirləndirilən şəxs qohumu kimi təqdim edən, onlardan biri Naxçıvanlı kimi bildiyi, digəri isə saqqallı olan şəxs ona yaxınlaşıb Təqsirləndirilən şəxsı və qohumları olan onları təhqir etdiyini demişdir. Həmin şəxslərə tanımadığını, heç kimi təhqir etmədiyini deməyinə baxmayaraq onlar məhəl qoymamış, ilkin olaraq Naxçıvanlı kimi bildiyi şəxs və yanındakı saqqallı şəxs onun baş nahiyəsindən yumruqla vurmağa başlamışdır. Həmin vaxt arıq uzun bədən quruluşlu qara geyimli şəxs də sexə daxil olmuşdur. 2 nəfər onun qarşısında olmuş, həmin arıq uzun isə arxada olmuş, arxadan kürəyinə də zərbələr dəydiyi üçün həmin zərbələrin kim tərəfindən yetirildiyini görmədiyi üçün bilməmiş, sonra isə Təqsirləndirilən şəxs sexə girib onu yumruq-təpiklə döyməyə başlamış, sexdən çölə çıxmaq istədikdə sexin girişinə ağ rəngli tanımadığı dövlət qeydiyyat nişanlarını görmədiyi avtomobil yaxınlaşdığı üçün həmin avtomobilin qabaq hissəsindən tutmuş, sonra avtomobilin sürücüsü dava-dalaş olduğunu görüb avtomobili arxaya idarə etməyə başlamış, həmin vaxt arxadan kimsə onu vurmuş və yerə yıxılmışdır. Artıq həmin vaxt onu yerdə uzanmış vəziyyətdə yumruq və təpiklə döymüşlər. Səs-küyə digər sexlərdə işləyən işçilər yaxınlaşıb ayırmağa başlamışlar. Onlar artıq sexdən çölə çıxmış və o da ayağa qalxıb özünüü müdafiə etmək üçün yerdən taxta götürüb onları vurmaq istəmişdir ki, ona yaxın gəlməsinlər. Taxta ilə Naxçıvanlının arxasınca qaçdıqda o uzaqlaşmışdır. Sonra sexə doğru qayıdanda Təqsirləndirilən şəxsı görüb taxta ilə zərbə vurmuş, Təqsirləndirilən şəxs da onun üstünə tullanıb yenidən ona təpiklə zərbə vurmuşdur. Artıq işçilər onları aralaşdırdığı üçün çıxıb getmişlər. Bir qədər sonra polis əməkdaşları yoldan keçəndə işçilər onun sexinin qarşısında toplaşdığı üçün yaxınlaşmış və o da hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı Nurlan sexdə olmamış, 2 saat qabaq şəxsi işləri ilə əlaqədar sexdən getmişdir. Təqsirləndirilən şəxsı 10 ildir ki müştəri kimi tanımış, həmin vaxt Təqsirləndirilən şəxs və onunla birgə gələn 3 nəfər ona xəsarət yetirmiş, onlardan biri Naxçıvanlı, dolu bədən quruluşlu, hansısa qolunda döymə (tatuirovka), orta boylu, qara saçlı, digəri saqqallı olan orta bədən quruluşlu, orta boylu, qara saçlı, qarabuğdayı, 3-cü şəxs uzun arıq bədən quruluşlu qara geyimli və digərlərindən yaşı az kimi görünən şəxs olmuşdur. Həmin şəxslər görüntüdən göründüyü kimi qara geyimdə olmuşlar. Digər əlamətlərini xatırlamamış, lakin həmin şəxsləri görsə tanıyar, çünki 20 ildir ki, həmin yerdə işləmiş, həmin şəxslər də Səbail rayonu ərazisində yaşamış və əvvəllər də onun işlədiyi sexin yanındakı sexlərə gəlib getmişlər. Zərərçəkmiş şəxs, ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədilə 1 ilə yaxındır ki, Bakı şəhərinə gəlib Ramil adlı avtomobil ustasının işlədiyi sexdə köməklik etmiş, həm də Ramil ona təmirlə bağlı işi öyrətmiş, xx xxx 2020-ci il tarixdə həmişə olduğu kimi işdə olmuş, amma Ramil rayona getmişdi. Günorta saatlarında sifətdən tanıdığı, lakin yaxın münasibətdə olmadığı Təqsirləndirilən şəxs adlı şəxs sexə gəlib idarə etdiyi “Mitsubishi” markalı maşının yağını dəyişmək istədiyini bildirmiş və maşının yağını dəyişmiş, yağı dəyişəndən sonra Təqsirləndirilən şəxs idarə etdiyi maşının ötürücüsünün xarab olduğunu, ötürücünün ayrılmadığını bildirmiş və ötürücünü də düzəltməyi xahiş etmiş, lakin bu işi bacarmadığını, amma usta Ramilə zəng vurub soruşub edə biləcəyini demişdir. Çünki Ramil də Təqsirləndirilən şəxs idarə etdiyi maşından sürmüşdür. Ramilə zəng vurub Təqsirləndirilən şəxs maşınının ötürücüsünü necə ayırmağı soruşmuş, Ramilin telefonda dediyi formada ötürücünü ayırmış və Təqsirləndirilən şəxs özü də görmüş, bundan sonra Təqsirləndirilən şəxs maşını sürüb çıxıb getmişdir. Təxminən 2 saat sonra Təqsirləndirilən şəxs sexə gəlib guya ki, onun maşının ötürücüsünü xarab etdiyini və ustaya gedib xərcini çəkməyi bildirmişdir. O, isə ötürücünün onsuz da xarab olduğunu, lazımdısa başqa bir ustaya aparıb yoxlatdırmağı, əgər onun günahından olubsa pulunu verməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə maşını yalnız onun dediyi ustaya aparıb yoxlatdırmaq istədiyini bildirmiş və buna görə aralarında sözlü mübahisə yaranmışdır. Hər ehtimala qarşı Ramilə zəng vurub bu barədə demiş, Ramil isə Təqsirləndirilən şəxs başının xarab olduğunu, maşının ötürücüsünün çoxdan xarab olduğunu, sadəcə olaraq qabaqdan gəlmişlik edib pul qopartmaq fikrində olduğunu demiş, çox təkiddən sonra Təqsirləndirilən şəxs çıxıb getmişdi. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxsla usta Ramil telefonda mübahisə etmişlər, Ramil özü ona bu barədə zəng vurub birdən Təqsirləndirilən şəxs sexə gələcəyi təqdirdə baş qoşmamağı demiş, özü Bakıya gələndən sonra söhbətə aydınlıq gətirəcəyini bildirmişdir. 12 gün sonra Təqsirləndirilən şəxs və yanında tanımadığı 1-2 nəfər şəxs sexə gəlib Ramili axtarmış, lakin Ramilin Şamaxıda olduğunu biləndən sonra çıxıb getmişlər. Ramil 2-3 gün sonra rayondan gəlmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində o şəxsi işi ilə bağlı olaraq sexdən getmişdir. 2 saat sonra sexə qayıdanda görmüşdür ki, Ramil sexdə yoxdur, özü də sexin qapıları açıqdır. Ramilə zəng vurub harada olduğunu soruşanda Ramil 8-ci PB-də olduğunu və 5-10 dəqiqəyə gələcəyini demişdir. Ramil sexə gələndə görmüşdür ki, Ramilin sifəti qaralmış, göyərmiş vəziyyətdədir. Nə baş verdiyini soruşduqda Ramil o gedəndən sonra Təqsirləndirilən şəxs sexə gələrək, 2-3 nəfərlə birlikdə onu döydüyünü bildirmişdir. Baş vermiş hadisə ilə bağlı olaraq Ramil də 8-ci PB-də şikayət ərizəsi yazmışdır. Mübahisənin səbəbini Ramildən soruşduqda Ramil demişdir ki, bir neçə gün bundan əvvəl telefonda Təqsirləndirilən şəxsla mübahisə etdiyinə, bir-birlərini söydüyünə görə Təqsirləndirilən şəxs ətrafına adam toplayıb sexə gələrək onu döymüşdür. Əlavə olaraq qeyd etmişdir ki, Ramilin döyülməsinin birbaşa şahidi olmasa da, sexə gələndən sonra Ramilin bədən səthində çoxlu xəsarətlərin olmasının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN ƏÇPA-nın Səbail rayonu ərazisi üzrə xidmət aparan 4-cü tağımının polis nəfəri vəzifəsində xidmət etmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Səbail rayonu Bayıl qəsəbəsində avtopatrulda xidmət yoldaşı Şahid1la birlikdə xidmət apararkən adı sonradan ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxs ünvan 1 ünvanda yolun kənarına çıxıb xidmət etdiyi avtomaşına əl elədiyindən avtomobili saxlamışdır. Maşından düşüb həmin şəxsə yaxınlaşanda görmüşdür ki, Ramil adlı şəxsin sir-sifəti qızarmış və göyərmiş vəziyyətdədir, nə baş verdiyini soruşduqda Ramil bir neçə dəqiqə bundan əvvəl işlədiyi sexə tanımadığı 2-3 nəfər şəxsin gəlib sexdə onu döydüyünü demişdir. Ətrafa diqqət edib Ramil adlı şəxsi döyən şəxsləri axtarıb tapmaq istəsə də artıq həmin şəxslər ərazidən uzaqlaşıb getmişdilər. Belə olan halda Zərərçəkmiş şəxs idarə etdiyi avtopatrul maşınına mindirib ərazi üzrə 8-ci PB-yə gətirmiş və baş vermiş hadisə ilə bağlı olaraq PB-nin rəhbərliyinə raportla müraciət etmişdir. Zərərçəkmiş şəxs isə öz növbəsində baş vermiş hadisə ilə bağlı, yəni döyülməyinə görə şikayət ərizəsi yazmışdır. Bundan sonra xidməti davam etdirmək üçün yenidən inzibati əraziyə getmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs döyülməsinin birbaşa şahidi olmasa da, Ramili maşına mindirib PB-ə aparanda sifətində xəsarətlər açıq aydın görünmüşdür. Bundan əlavə Ramilin işlədiyi sexin yaxınlığında olan sexlərdə işləyən kənar şəxslər də Ramilin döyüldüyünü təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın əməkdaşı Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında video görüntüyə baxış keçiilmiş və sexin qapısına bir-birindən təxminən 3 metr məsafədə 2 nəfər qara geyimli şəxslərin yaxınlaşıb içəri daxil olması, sexin sol tərəfində 1 nəfərin dayanması, həmin 2 nəfər sexə daxil olan kimi ağ rəngli dövlət qeydiyyat nişanları görünməyən “VAZ- 2107” markalı avtomobilin sexin qapısına yaxınlaşıb içəri daxil olmaq istəməsi, lakin naməlum sürücünün dava-dalaş olduğunu görüb avtomobili geri idarə etməsi, sexin içərisində dalaşan şəxslərin artıq sexin qarşısına çıxmaları, 4 nəfər qara geyimli və 1 nəfər qırmızı rəngli fəhlə geyimində şəxslərin sexdən çıxmaları, həmin qara geyimli şəxslərdən 3 nəfərinin yerdə uzanmış vəziyyətdə olan qırmızı geyimli şəxsi yumruq və təpiklə döyməsi, ayağa qalxmaq istədikdə yenidən döymələri, ilk olaraq dava-dalaşı görmüş sexin sol tərəfində dayanmış həmin 1 nəfərin onlara müdaxilə edib ayırmağa çalışması, sonradan səs-küyə gəlmiş digər şəxslərin onları aralaşdırması, qırmızı geyimli şəxsin əlində uzun bir əşya ilə sexin qarşısında 3 nəfər qara geyimli şəxsin üstünə qaçması, onların da geri qaçması, sonra isə qırmızı geyimli şəxsin əlində uzun bir əşya ilə onu döymüş digər qara geyimli 1 nəfərə hücum edib zərbə vurması, həmin şəxsin də qırmızı geyimli şəxsə təpiklə vurması, həmin vaxt kənardan 2 nəfər qara geyimli şəxsin qaçaraq qırmızı geyimli şəxsə təpiklə vurması, ətrafdakı şəxslərin onları aralaşdırması və həmin 4 nəfər qara geyimli şəxslərin oradan çıxıb getməsi, ondan sonra da ayrıca olaraq “VAZ-2107” markalı avtomobilin oradan getməsi müəyyən olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Səbail rayon şöbəsinin verdiyi xx xxx 2020-ci il tarixli 244 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin cüzi şişkinlik fonunda qançırı, ənsə nahiyəsinin sol yarısının sıyrığı, alın nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin qançırları, sol almacıq nahiyəsinin sıyrığı, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin, qarının sağ yan divarında ön qoltuq xətti üzrə qalça darağı proyeksiyasının, sağ bazunun yuxarı-orta 1/3nin ön, sol bazunun yuxarı 1/3-nin iç səthlərinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ baldırın aşağı 1/3-nin bayır səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin kənar şəxs(lər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmündən görünür ki, Səmədov Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1 və 93.1.4-cü maddələri ilə təqsirləndirilərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət hadisəsi isə xx xxx 2020-ci il tarixdə baş vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Səmədov Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda, məhkəmə, qeyd edir ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Səmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cianyət işinin istintaqı gedir və Yasamal Rayon Məhkəməsinin 4(004)-159/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Səmədov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməlin törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən onun şəxsiyyətini, əvvəllər eyni qəbildən olan cinayətin törədilməsində təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və əməlində cinayətin residivinin yarandığını, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işininin istintaqının aparıldığını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Səmədov Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin Səmədov Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində Yasamal Rayon Məhkəməsinin 4(004)-159/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, cəzaçəkməsinin əvvəli isə hökm elan edildiyi gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Səmədov Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Səmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Səmədov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və ona Yasamal Rayon Məhkəməsinin 4(004)-159/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Səmədov Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Səmədov Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 168 (yüz altmış səkkiz) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-31/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver