Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumlugu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Seygey Yesenin küçəsi, ev 87də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan barəsində “Polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2021-ci il tarixdə saat 07:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 32 ünvanda yerləşən Şıx çimərliyində Zərərçəkmiş şəxs ogiuııun yatmasından istifadə edib sonuncuya məxsus i əuəci 1200 manat dəyərində 2016-cı il istehsallı “Kuba X-boss” markalı mopedi, 1 ədəd 10 manat dəyərində idman çantasını, həmin idman çantasının içərisində olan 1 ədəd 2 manat dəyərində məhrəba, 1 ədəd 5 manat dəyərində 3 litr tutumlu su qabı (termos), 1 ədəd 3 manat dəyərində qolsuz kişi üçün köynək, 27 manat nəğd pul, üzərində 20 manat dəyərində ***-***-**-** və 500 manat dəyərində ***- ***-**-** mobil nömrələri olan 1 ədəd 100 manat dəyərində Samsung A6 markalı və üzərində 20 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrələri olan 1 ədəd 350 manat dəyərində Samsung A51 markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2242 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə səhər saat 06:00-da Şıxov qəsəbəsindəki pulsuz çimərliyə getmişdir. Orada bir nəfər cavan oğlanın qırmızı rəngli motosikletlə gəlib motosikleti avtomobillərin dayanacağında saxlayıb dənizə girdiyini görmüşdür. Oğlan, bir qədər çimib qaçdıqdan sonra yorulub dəniz kənarında uzanmış, paltarları, telefonları və motoskletin açarını da yanındakı idman çantasının içinə qoymuşdur. Oğlanın yuxuladığını görüb ona yaxınlaşaraq yanındakı idman çantasını götürmüş, çantanın içərisində olan şalvarının arxa cibindən motosikletin açarlarını, eyni cibindən 27 manat nağd pulu götürdükdən sonra şalvarı çantaya qoymuş və çantanı yolun kənarına atmışdır. Motoskletə yaxınlaşıb götürdüyü açarla motosikleti işə salmış və idarə edərək oradan uzaqlaşmışdır. Çantanı içərisindəki telefonlar və bütün əşyalarla yol kənarına atmışdır. 19 iyul 2021-ci il tarixdə qeyd etdiyi motosikleti “Tap.az” internet elanlar səhifəsinə 600 manat qiymətinə satışa qoymuşdur. 19 iyul 2021-ci il tarixdə Şahid1 ilə Bakı şəhəri, Nərimanov metrostansiyası yaxınlığında motosikleti satmaq məqsədi ilə görüşmüşdür. Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyindən gizli yolla ələ keçirdiyi motoskleti 480 manata Şahid1 satmış, həmin pulu öz şəxsi təlabatlarını ödəmək məqsədi ilə xərcləmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu "Lökbatan dairəsində" saxlamışdılar. Ələ keçirdiyi çantanın içərisində olan şalvarın arxa cibindən 27 manat pulu və motoskletin açarlarını götürdükdən sonra çantada paltarları, telefonları və termosu görmüş lakin, niyyəti motoskletin açarlarımı götürmək olduğu üçün telefonları və digər əşyaları çantanın içərisində yolun kənarına atmışdır. Əməlindən peşmandır. Vurulmuş zərər tam ödənilmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində Şıxov çimərliyinə idman etmək məqsədi ilə özünə məxsus “Cuba X-boss” markalı motosikleti ilə getmişdir. Oraya çatdıqda motosikleti avtomobillərin dayanacağında park etmiş, təxminən 30-40 dəqiqə idman etdikdən sonra dənizə çimmək məqsədi ilə girmişdir. Dənizdə 10-15 dəqiqə üzdükdən sonra sahildə olan çətirlərin birinin altında uzanıb 12-13 dəqiqə yatmışdır. Yuxudan ayıldıqda yatmamışdan əvvəl özü ilə gətirdiyi idman çantasını yanında qoyduğu yerdə aşkar etməmişdir. Daha sonra avtomobillər üçün nəzərdə tutulmuş dayanacağa baxmış və özünə məxsus “Cuba X-boss” markalı motosikleti park etdiyi yerdə aşkar etməmişdir. Həmin an orada təmizlikci işləyən adını bilmədiyi şəxsdən oralarda motosikletli şəxs gördüyünü soruşduqda o, 2-3 dəqiqə əvvəl oradan motosikletli bir şəxs keçdiyini bildirmişdir. Daha sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Özünə məxsus olan idman çantasında 27 manat nağd pul “Samsung A6” və “Samsung A51” markalı mobil telefonlar, 10 manat dəyərində 1 ədəd termos, 5 manat dəyərində 1 ədəd dəsmal, 3 manat dəyərində 1 ədəd idman köynəyi olmuşdur. “Samsung A6” markalı mobil telefonun dəyəri təxminən 100 manat, “Samsung A51 markalı mobil telefonun dəyəri təxminən jOO-350 manat təşkil edir. “Samsung A6” markalı mobil telefonda dəyəri 20 manat olan ***-***-**- **, dəyəri 500 manat olan ***-***-**-** mobil nömrələri və “Samsung A51” markalı mobil telefonda dəyəri 20 manat olan ***-***-**-**, dəyəri 5 manat olan 050- ***-**-** mobil nömrələri olmuşdur. “Cuba X-boss” markalı motosikleti isə “Tap.az” internet elanlar səhifəsindən əvvəllər tanımadığı şəxsdən 1300 manat pula almışdır. Hal-hazırki qiyməti təxminən 1000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 9/6043 nömrəli rəyində göstərilən məbləğlərlə razıdır. Şikayətçi deyil, ona vurulmuş zərər tam ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi olması müəyyən edilmişdir. Hadisə yerinin şəkilləri çəkilərək baxış keçirilməsi barədə protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2021-ci il tarixli qərardan və şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə, saat 20:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus içərisində 27 manat pul, geyim əşyaları və termos olan əl çantasını oğurlamış, bundan sonra həmin əl çantasının içərisində olan Zərərçəkmiş şəxs məxsus “Kuba X-boss” markalı motoskiletin açarını götürüb çimərliyin avtomobil dayanacağında dayanmış, həmin motosikleti idarə edərək çimərlikdən uzaqlaşmışdır. Yakuşev hadisə baş verən yerdən bir qədər uzaqlaşdıqdan sonra oğurladığı əl çantasını yolun kənarında daşlıq sahəyə atmışdır. Təqsirləndirilən şəxs ifadəsində yerində yoxlanılan zaman oğurluq yolu ilə əldə etdiyi çantanı göstərdi və həmin çantaya baxış keçirilərkən müəyyən edildi ki, çantanın içərisində bir ədəd qısaqol kişi köynəyi, bir ədəd termos və bir məhrəba vardır. Qeyd edilən əşyalar götürülərək qablaşdırılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 03 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 25 fevral 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3,181.2.1,181.2.5,66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 25.08.2011-ci il tarixli qərarına əsasən 6 (altı) ay vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan könüllü təqdim etmə, götürmə və baxış keçirmə haqqında 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 könüllü təqdim etdiyi həmin moped “Kuba X-boss” markalıdır, qırmızı-qara rənglidir. Mopedin üzərində əzilmiş yaxud zədələnmiş sahələr aşkar edilmədi. Baxışda iştirak edən Şahid2 bildirdi ki, həmin mopedi 21.07.2021-ci il tarixdə Səbuhi adlı şəxsdən özünün istifadə etməsi üçün almış, lakin həmin mopedin oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, istintaq dövrü əldə edilmiş 01 ədəd moped Zərərçəkmiş şəxs tanmaya təqdim edilmiş və o, mopedi təqdim edilmiş əşyaların arasında tanımışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 9/6043 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1220,0 manat müəyyən edilir. O, cümlədən: 01 ədəd 2016-cı il istehsallı “Kuba X-boss” markalı, qırmızı-qara rəngli moped - 1200,0 manat; 01 ədəd qara rəngli, iki tutacaqlı, parça materialından, üzərində “90” yazıları olan, böyük ölçülü idman çantası — 10,0 manat; 01 ədəd açıq-qəhvəyi rəngli böyük ölçülü məhraba(dəsmal) - 2,0 manat; 01 ədəd ağ rəngli, 3 litr tutumlu su qabı(termos) - 5,0 manat; 01 ədəd boz rəngli, qolsuz kişi üçün köynək - 3,0 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi qəbzdən görünür ki, 01 ədəd “Kuba X-boss” markalı moped, 01 ədəd termos, 01 ədəd kişi köynəyi, 01 ədəd böyük ölçülü məhraba və 01 ədəd idman çantasını istintaqdan təhvil almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zərəri tam ödəməyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs avtomobildən oğurladığı 01 ədəd “Kuba X-boss” markalı moped, 01 ədəd termos, 01 ədəd kişi köynəyi, 01 ədəd böyük ölçülü məhraba və 01 ədəd idman çantası Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs ndan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-31/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver