Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Müdafiəçi: “Kamandar və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olmayan, fərdi əməklə məşqul olan, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvansız evdə kirayə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar sürətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, 17 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 13 saylı evin, 2 saylı mənzilində yerləşən çarpayıda onun üçün aşkar sürətdə 16 yaşına çatmamış xx xxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 2022-ci ilin mart ayında tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs dostu Mahmudun əskərliyə getməsi ilə bağlı təşkil etdiyi partiyə gəlmişdir. Mahmudun təşkil etdiyi parti qurtardıqdan sonra Röya həmin gün evə getməmiş və onlar birlikdə səhərə qədər şəhərdə gəzmişlər. Həmin vaxtdan onların münasibətləri başlamışdır. Həmin vaxtdan sonra o, 4-5 dəfə Röya ilə şəhərdə görüşüb birlikdə gəzmişlər. 17 aprel 2022-ci il tarixdə saat 17 radələrində o, Sahil bağında olan zaman Röya gəlmişdir. Həmin vaxt Mahir, Mahirin qardaşı Zaur, Anar, Fuad, Vədat, Anarın qardaşı Əli, Sədaqət və Aysel onun yanında olmuşlar. Röya təxminən 1 saat onların yanlarında olduqdan sonra Anarla birlikdə getmişdir. 18 aprel 2022-ci il tarxdə o, Anarın istifadəsində olan 099 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurmuş və bayırda qaldığını və 1 baş nəşəsi olduğunu demiş Anar ona Səbail rayonu, “Malakan bağı” adlanan yerdən biraz aralıda yerləşən yerdə mənzil kirayə tutduğunu və ona ora gəlib gözləməsini bildirmişdir. O, Anarın olduğu yerə getmiş, Anar Röya ilə birlikdə onu qarşılamış və onlar Anarın kirayə tutduğu mənzilə getmişdir. Həmin vaxt onlardan başqa mənzildə heç kim olmamışdır. Yolda Anar nəşəni çəkmək üçün “kazbek” almışdır. Həmin mənzildə Anarla birlikdə onun gətirdiyi nəşəni çəkmişlər. Daha sonra isə Röya Anarın aldığı araqdan içmişdir. Anar divanda uzanmış o, isə kravatda uzanmışdır. Həmin vaxt Röya onun yanına gəlib kravatda uzanmışdır. Röya “365 gün” kinosunu televizorda baxmağa başlamışdır. Bir neçə dəqiqədən sonra Röya ona tərəf dönmüşdür. O, onu quçaqlamışdır. Onlar öpüşməyə başlamışlar. Daha sonra Röya əynində olan paltarları soyunmuşdur. O, da əynində olan paltarları soyunmuşdur. O, təbii yolla Röya ilə cinsi əlaqədə olmuş və içəri boşalmışdır. O, Röya ilə cinsi əlaqədə olduqdan sonra Röya hamama gedib yuyunmuşdur. Daha sonra isə o, yatmışdır. 18 aprel 2022-ci il tarixdə saat 12 radələrində o, yuxudan oyanmışdır. Mənzilin sahibi onlara çıxmağını bildirdiyinə görə onlar həmin mənzildən çıxmışlar. Həmin gün günorta saatlarında o, Röyadan ayrılmışdır. Onu 39 Polis Bölməsinə çağıran zaman ona məlum olmuşdur ki, Röya evdən gedib valideyinləri onu axtarırmış. Bundan başqa Təqsirləndirilən şəxs, özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxsin on dörd çatmayan şəxs olması barədə məlumatsız olduğunu həmçinin zərərçəkmiş şəxslə aralarında heç zaman yaş mövzusunda söhbət etmədiklərini, belə olan halda cinayətin ondan asılı olmayan səbəbdən baş verməsini, əvvəllər məhkum olunmadığını və gənc olmasını bildirərək barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 15 aprel 2022-ci il tarixdə saat 07 radələrində evdən dərsə getmək adı ilə evdən çıxmışdır. O, dərsə getməmiş və bir başa Natiqəgilə getmişdir. Saat 18 radələrində o, Natiqəgildən çıxmış və Nərimanova getmişdir. Orada Elvinlə görüşmüş və Elvinə demişdir ki, evə getmək istəmir. Elvin onu Nərimanovda qohumu olduğunu və onun evdə qalmağı təklif etmişdir. O, da razılaşmışdır. O, Elvinlə birlikdə Elvini qohumu Arzunun evinə getmişdir. O, Arzunun evində 2 gecə qaldıqdan sonra 17 aprel 2022-ci il tarixdə Elvinlə Nərimanovda görüşmüşdür. Onunla söhbət etdikdən sonra saat 17 radələrində o, ondan ayrılıb Sahil bağına getmişdir. Orada əvvəllər tanıdığı Orxanla görüşmüş. Həmin vaxt Mahir, Mahirin qardaşı Zaur, Anar, Fuad, Vədat, Anarın qardaşı Əli, Sədaqət və Aysel Orxanın yanında olmuşlar. Saat 20 radələrində o, Anarla birlikdə marketdən tekila, energetik içkisi “ful” və digər əşyalar alıb Anarın kirayə tutduğu 1 otaqlı mənzilə getmişdir. Həmin mənzildə o, Anarla tekila və energetik içkinu içmişdir. Onlar evdə olan zaman saat 23 radələrində Orxan onların yanına gəlmişdir. Orxan özü ilə nəşə gətirmişdir. O, Anarla birlikdə nəşəni çəkmişdir. O, həmin vaxt kravatda uzanıb televizora baxırmış. Sonra Anar divanda uzanmışdır. Orxan isə onun yanına gəlib kravatda uzanmışdır. Orxan onun yanına uzananda, Orxana arxasını çevirmişdir. Bir neçə dəqiqədən sonra ona tərəf dönmüşdür. Orxan onu qacaqlamış və onlar öpüşməyə başlamışlar. Daha sonra o, əynində olan paltarları soyunmuşdur. Orxan da əynində olan paltarları soyunmuşdur. Orxan təbii yolla onunla cinsi əlaqədə olmuş və içəri boşalmışdır. O, Orxanla cinsi əlaqədə olduqdan sonra hamama gedib yuyunmuşdur. Orxan da hamama gedib yuyunmuşdur. O, əynini geyinib divanda oturmuşdur. Orxan isə kravatda yatmışdır. 18 aprel 2022-ci il tarixdə saat 14 radələrində onlar həmin mənzildən çıxmışlar. O, Anar və Orxandan ayrılıb “Torqovıda” gəzməyə başlamışdır. Həmin vaxt Elvinlə görüşmüşdür. Elvin ona bildirmişdir ki, anası onu axtarır. Elvin onu Arzunun yaşadığı evə aparmışdır. Arzunun yaşadığı binanın yanında Arzu onlar qarşılamışlar. Orda Arzu anasına zəng vurub onların yanına çağırmışdır. Anası gəldikdən sonra o olanların hamısını anasına danışmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs və ya ailəsi tərəfindən barışıqla bağlı heç bir addım atılmamış, əksinə Təqsirləndirilən şəxs onu nüfuzdan salmaq məqsədilə baş vermiş hadisə ilə bağlı ortaq tanışlarına bu haqda danışmışdır. Odur ki, həmin şəxsə qarşı şikayətçidir və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, mən təxminən 1 il müddətində mənzillərin aylıq və gündəlik kirayəsi işlə məşğul olan Dmitri Kapanadzenin direktoru olduğu “DK company” ofisində makler işləmişdir. O, gündəlik 15 manata işləyirmiş. Onlar Bakı şəhəri, Səbail və Nəsimi rayonlarının ərazisində, “Torqoviy” adlanan yerə yaxınlıqda yerləşən mənzilləri aylıq və gündəlik kirayə verirmişlər. O, da makler kimi gündəlik mənzillərin kirayə verilməsi zamanı mənzillərin açarlarını və ya mənzillərin yerlərini müştərilərə təqdim edirmiş. Bunun üçün ofisdən ona mobil telefon verilmişdir. 17 aprel 2022-ci il tarixdə Dmitir onunla telefonla əlaqə saxlayıb bildirmişdir ki, bir nəfər müştəri var o, gündəlik kirayə mənzil istəyirmişlər. Dmitri onun mobil telefonla həmin müştəri ilə əlaqələndirmişdir. O, müştəri ilə danışmış və müştəri ilə Bakı şəhəri, Səbail rayonu, “Malakan bağı” adı ilə tanınan parkda görüşmüşdür. O, Bakı şəhəri, Səbail rayonu, “Malakan bağı” parkın yaxınlığında yerləşən 1 otaqlı mənzilin açarını sonradan adının Anar olduğunu bildiyi şəxsə vermişdir. Dimitri Anarın həmin mənzilin yerini bildiyini dediyinə görə o, Anarı həmin mənzilə aparmamışdır. O, açarı Anara verdikdən sonra isə oradan getmişdir. Səhəri gün həmin mənzilin kimin təhvil aldığı barədə məlumatının olmadığını bildirmişdir. Sonra Dimitri onun pulunu verə bilmədiyindən o, işdən çıxmışdır. O, mənzilin açarını müştərilərə çatdırırmış və lazım olanda mənzili təqdim edirmiş və mənzildə qazı və suyu istifadə qaydaların izah edirmiş. Məhkəmə-tibbi ekspertizanın 415 saylı 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2.4.7 R.Ş. Məcidovanın bədən səthi üzərində, o, cümlədən cinsiyyət orqanlarında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 3. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftə artıqdır. 5. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli USM-dən görünür ki, onda hal-hazırda hamiləlik izlənmir. 6. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəmə-psixioloji ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 2471 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qıznın əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi və onunla edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Ünsiyətçilik, sərbəst yaşamağa meyillilik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdipsixi xüsusiyyətlərə malik olması müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərara əsasən, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2022-ci il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 01 avqust 2022-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin müstəntiqi Yaşar İsgəndərov tərəfindən verilmiş vəsatət rədd edilmiş və 02 avqust 2022-ci ildə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilnməsi haqqında 03 sentyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 09:30 radələrində yaxalanaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə əvvəli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən tərtib edilmiş məhumluq haqqında arayışdan görünür ki, 31 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə başlanılmış cinayət işinə, 14 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə aşkar sürətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olması ilə bağlı ittiham olunub cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün heç bir addım atmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun şəxsiyyətinə uyğundur və islah olunmasına təsir edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 06 sentyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu müddətin cəza müddətindən çıxılmasını, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini və onun dərhal məhkəmə iclas zalından həbsə alınmasını, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin 07 fevral 2023-cü il tarixdən hesablanmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 5196 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 06 sentyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu müddət cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Bakı şəhəri “Kamandar və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 132 (yüz otuz iki) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-31/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver