Məhkəmə qərarları › İş №1(009)-31/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-31/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-31/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində 05 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid5 ilə birlikdə 04 mart 2024-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yerləşən “StarMart” adlanan marketin yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs və Şahid2 yaxınlaşıb guya bir az əvvəl onların qız tanışlarına söz atmalarını cüzi səbəb kimi bəhanə edib, sonuncuları qeyd edilən marketin yanındakı yaşayış məhəlləsi ilə küçəni birləşdirən tağın altına aparıb, orada tanışı Şahid5 ilə bir qrup şəxs halında birləşib, ictimai yerdə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətlərini digər şəxslərin şəxsiyyətinin fövqündə üstün tutaraq öz üstünlüklərini nümayiş etdirməklə, nalayiq ifadələr işlədərək ictimai qaydanı yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını məhəl qoymadan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə, əvvəlcə X5 İsmayılova yumruqla zərbələr vuraraq ona sağ göz orbitası ətrafının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, burun sümüyünün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişlinliyi və qançırı-sağmalığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, eyni zamanda Təqsirləndirilən şəxs üzərində olan istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sağ yan (arxa) nahiyəsinə bir zərbə vuraraq sonuncuya sağ sağrının deşilmiş- kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində işlədəyi Bakı şəhəri, Səbail rayonu, Tarqovu ərazisində yerləşən “X6”-ya işə getmişdir. Həmin gün saat 20 radələrində işdən çıxaraq “Malakan” adlanan bağa gəzmək üçün getmişdir. Malakan bağında gəzdiyi zaman orada dostu Şahid5 qeyri-rəsmi sevgilisi Aytacı adlı qızı və Mariyanı görmüşdür. Həmin vaxt onlara iki nəfər oğlanın söz atdığını görüb, onlara tərs-tərs baxmışdır. Sonra kənardan onları izləmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Ədalət və dostu İbrahim “Xəqani” (Malakan) bağına gəlib, qızlarla görüşmüşlər. Onlar bir qədər söhbət etdikdən sonra Ədalətgilin gec gəlməsi səbəbindən qızlarla mübahisələri yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman o, Ədalətgilə yaxınlaşıb onlarla görüşmüşdür. Həmin vaxt Ədalətgilə gəlməmişdən qabaq qızlara iki nəfər Xırdalanda yaşayan uşaqların sataşdığını bildirmişdir. Həmin şəxslərin qızların yenidən arxasıyca getdikləri Ədalət və İbrahimə demişdir. Bu zaman həmin şəxslərin qızlara sataşmasmm aydınlaşdırmaq üçün onlar birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, Sahil metrosuna tərəfə getmişlər. Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən Star marketə çatmamış oğlanların qabaqda onların tanışı olan Maşa və Aytac adlı qızların isə arxalarmca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra o, həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. Ədalət, İbrahim və o, qabaqda gedərək həmin oğlanlarla görüşmüşlər. Ədalət əlini onlardan birinin yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs və yanında olan dostu sonradan adını bildiyi Taleh adlı şəxsin çiyninə qoyub, onları kənara yəni binanın arakasından həyətə doğru dəvət etmişdir. Daha sonra Ədalət özü buruq saç olan Zərərçəkmiş şəxs sonradan adını bildiyi Taleh adlı şəxsin də qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdur. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə doğru daxil olmuşlar. Həmin vaxt Ədalət qızları tanıyıb-tanımadıqlarını oğlanlardan soruşmuşdur. Onlar cavab verməmiş Ədalət yumruqla əvvəlcə Zərərçəkmiş şəxs daha sonra dostu Talehə zərbə vurub dalaşmağa başlamışdır. Həmin vaxt Elmir Şahid5lə dava- dalaş edirmiş. Bu zaman Taleh ilə İbrahim kənarda sözlə mübahisə edirmişlər. Həmin vaxt Ədalət bir anlıq Zərərçəkmiş şəxsla yerə yıxılmağa başladıqda ona Zərərçəkmiş şəxs bıçaqla vurmağını ondan tələb etmişdir. Bu zaman o, Ədalətin sözünə qulaq asıb, Zərərçəkmiş şəxs arxa yan hissəsindən üzərində gəzdirdiyi suviner bıçaqla bir dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Sonra biz, birlikdə oradan uzaqlaşmışlar. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt İbrahim ona pul verərək su almağını istəmişdir. Onlar qarşıda “Kontakt Home” mağazasının qarşısında dayanan zaman o, su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra İbrahim ilə birlikdə qızları götürüb getmək istəyən zaman o, arxalarınca getmişdir. İbrahim tanışı Maşa ilə, Ədalət isə Aytac ilə metroya düşmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində ailə üzvləri rayonda olduğu üçün dostu Ədalət onların evində onunla birlikdə qalmışdır. Səhər yuxudan oyandıqda isə Ədalətin evdə olmadığını, çıxıb getdiyini görmüşdür. xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində Ədalət yaşadığı evə gəlib, oturub onunla yemək yeyərək qızların yəni, tanışı (Maşa, Məryəm ləqəbli) Mariya və onun tanışı Aytacm, Xəqani bağında onları gözlədiyini bildirmişdir. O, da ondan əvvəl öz danışdığı ləqəbini Maşa kimi bildiyi qızla telefonda söhbətləşən zaman Ədalətin danışdığı Aytac adlı qızla birlikdə olduğunu demişdir. Bayılda Dünya marketin yanından Ədalətlə birlikdə taksiyə minib, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Xəqani bağına getmişlər. Həmin gün saat 22 radələrində Xəqani bağında qızlarla görüşüb bir qədər söhbət etdikdən sonra onların gec gəlməyi səbəbindən qızlarla mübahisələri yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman ortaq tanışları Elmir onlara yaxınlaşıb onlar gəlməmişdən qabaq danışdıqları qızlara iki nəfər Xırdalanda yaşayan uşaqların sataşdığını, Elmirlə söhbətləri düşdüyünü bildirib, onların arasında olan söhbəti aydınlaşdırmaq üçün onunla birlikdə həmin şəxslərin yanma getmələrini istəmişdir. Onlar da yəni, Ədalət və o, Elmirə razılıq verib məsələni həll etmək üçün onunla birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, Sahil metrosu tərəfə getmişlər. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Star marketə çatmamış oğlanların qabaqda onların tanışı olan Maşa və Aytac adlı qızların isə arxalarınca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra Elmir həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. Ədalət və Elmir qabaqda gedərək həmin oğlanlarla görüşmüşdür. Ədalət əlini onlardan birinin çiyninə qoyan zaman Elmir onları kənara dəvət etmişdir. O, isə qızlarla söhbət edə-edə arxalarınca getmişdir. Daha sonra o, buruq saçın yanındakı dostunun qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdür. O da məsələdən xəbərsiz olduğunu deyib gülməyə başlamışdır. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə daxil olmuşlar. Elmir dostu Ədalətin qucaqladığı buruqsaç oğlanı yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs çağırıb işi olduğunu bildirmişdir. Onlar arkanın yaşayış sahəsi olan tərəfmə tam içəri girdikləri üçün onlardan 5-10 metr uzaqlaşmışlar. Təxminən aralarında 10 metr məsafə var imiş. O və Ədalət isə digər şəxslə söhbət etmişlər. Qızlar da sadəcə dəstək olmaq üçün kənarda dayanmışlar. Qəflətən səs gəldiyini Elmirin digər şəxslə dalaşdığını görmüşlər. Hamısı birlikdə onlara tərəf gedib aralamağa başlamışlar. İlkin müdaxiləni Ədalət etmişdir. Daha sonra qarşı tərəfin yanındakı oğlan fürsətdən, qarışıqlıqdan istifadə edib Ədaləti və Elmiri vurmağa başlamışdır. Qızlar qorxub qışqırdıqda o da davaya qarışıb aralamaq istəmişdir. Mübahisə zamanı nə o, nə də ki dostu Ədalət qarşı tərəfə yəni Zərərçəkmiş şəxs və ya onun dostuna əl qaldırmamışlar. O, yalnız Zərərçəkmiş şəxs yanında olan şəxslə kanarda sözlə mübahisə etmişdir. Yalnız orada onlardan aralıda onların tanışı olan Elmir adlı şəxslə Zərərçəkmiş şəxs mübahisə etdiklərini və aralarında dava-dalaş olduğunu görmüşdür. Onların arasında olan mübahisəyə səbəb kimi Elmir ona Xəqani bağında olan zaman qızlara həmin şəxslər yaxınlaşarkən Elmirə həmin iki nəfər şəxsin söyüş işlətməsi olduğunu bildirmişdir. Qarışıqlıq yarandığı zaman binanın nəzarətçisi və digər şəxslərin gəldiyini görüb, o, dostu Ədaləti, Maşa və Aytacı götürüb həmin yeri tərk etmişdir. Daha sonra Elmir də onların arxasınca gəlmişdir. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt o, Elmirə pul verərək su almasını istəmişdir. Onlar qarşıda “Kontakt Home” mağazasının qarşısında dayanan zaman Elmir su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra Elmir onlardan yəni, Ədalət və ondan niyə görə dalaşmadıqlarını deyərək, onlarla mübahisə etməyə başlamışdır. Onlar Ədalətlə birlikdə qızları götürüb getmək istəyən zaman Elmir arxalarınca gəlmişdir. O, Maşanı götürüb avtobusla Bayıla getmişdir. Ədalət isə Aytac ilə metroya düşmüşdür. Elmirin hara getməsindən məlumatı olmamışdır. Təxminən hadisədən bir həftə sonra dostu ona zəng edərək, Xırdalan uşaqlarının onu axtardığını, bir nəfərin onların olduğu hadisədə onların dostunu bıçaqladığım bildirmişdir. O, da Elmirdən şübhələnib vatsapda soruşmaq üçün ona yazmışdır. O da səmimi şəkildə bıçaqladığım etiraf edib sözünün arxasında durduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli müraciəti ilə tanış olmuşdur. Mahiyyəti üzrə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində dostu İbrahimin ailə üzvlərim rayonda olduğu üçün İbrahim onunla birlikdə qalmağını xahiş etmişdir. Səhər yuxadan oyandıqda o, öz evinə getmişdir. xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində o, yenidən dostu İbrahimgilin yaşadığı evə gedib, orada İbrahimin yemək yediyini gözlədikdən sonra qızların yəni, tanışı (Maşa, Məryəm ləqəbli) Mariya və onun tanışı Aytacm, Xəqani bağında onları gözlədiyini İbrahimə bildirmişdir. İbrahim də ondan əvvəl öz danışdığı ləqəbi Maşa olan qızla telefonda söhbətləşən zaman onun instaqram vasitəsi ilə danışdığı Aytac adlı qızla birlikdə olduğunu demişdir. Bayılda Dünya marketin yanından İbrahimlə birlikdə taksiyə minib, Bakı şəhəri, Səbail rayonu, ərazisində yerləşən Xəqani bağına getmişlər. Həmin gün saat 22 radələrində Xəqani bağında qızlarla görüşüb bir qədər söhbət etdikdən sonra onların gec gəlməyi səbəbindən qızlarla mübahisəsi yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman ortaq tanışları Təqsirləndirilən şəxs onlara yaxınlaşıb onlar gəlməmişdən qabaq danışdıqları qızlara iki nəfər Xırdalanda yaşayan uşaqların sataşdığını, Elmirlə söhbətləri düşdüyünü bildirib, onların arasında olan söhbəti aydınlaşdırmaq üçün onunla birlikdə həmin şəxslərin yanma getmələrini istəmişdir. Onlar da yəni, İbrahim və o, Elmirə razılıq verib məsələni həll etmək üçün onunla birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, Sahilmetrosu tərəfə getmişlər. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Star marketə çatmamış oğlanların qabaqda onların tanışları olan Maşa və Aytac adlı qızların isə arxalarmca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra Elmir həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. O, İbrahim və Elmir qabaqda gedərək həmin oğlanlarla görüşmüşlər. O, əlini onlardan birinin yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs çiyninə qoyan zaman tanış Elmir onları kənara dəvət etmişdir. Daha sonra İbrahim buruq saç olan Zərərçəkmiş şəxs sonradan adını bildiyi Taleh adlı şəxsin qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdur. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə daxil olmuşlar. Tanışı Elmir onun çiynindən tutduğu buruq saç oğlanı yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs çağırıb işi olduğunu bildirmişdir. Onlar arkanın yaşayış sahəsi olan tərəfmə tam içəri girdikləri üçün onlardan 5-10 metr uzaqlaşmışlar. Təxminən aralarında 10 metr məsafə var imiş. O və İbrahim isə digər şəxslə sonradan adını bildiyi Taleh adlı şəxslə söhbət edirmişlər. Qızlar da sadəcə dəstək olmaq üçün kənarda dayanmışlar. Qəflətən səs gəldiyini Elmirin digər şəxslə yəni Zərərçəkmiş şəxsla dalaşdığını görmüşlər. Hamısı birlikdə onlara tərəf gedib aralaşdırmağa başlamışlar. Daha sonra qarşı tərəfin yanındakı Taleh adlı şəxs fürsətdən, qarışıqlıqdan istifadə edib onu kənara itələmiş, İbrahimi isə vurmağa başlamışdır. Qızlar qorxub qışqırdıqda İbrahim də mabahisəyə qoşulub, mübahisəni sakitləşdirmək istəmişdir. Həmin vaxt başı qarışdığından Taleh adlı şəxsin İbrahimi vurduğunu görməmişdir. Mübahisə zamanı nə o nə də ki dostu İbrahim qarşı tərəfə yəni, Zərərçəkmiş şəxs və ya onun dostuna əl qaldırmamışlar. Yalnız orada onlar aralıda onların tanışı olan Elmir adlı şəxslə Zərərçəkmiş şəxs mübahisə etdiklərini və aralarında dava-dalaş olduğunu görmüşdür. Onların arasında olan mübahisəyə səbəb kimi Elmir ona Xəqani bağında olan zaman qızlara həmin şəxslər yaxınlaşarkən Elmirə həmin iki nəfər şəxsin söyüş işlətməsi olduğunu bildirmişdir. Qarışıqlıq yarandığı zaman binanın nəzarətçisi və digər şəxslərin gəldiyini görüb, o, dostu İbrahim, Maşa və Aytacı götürüb həmin yeri tərk etmişdir. Daha sonra Elmir də onların arxasınca gəlmişdir. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt İbrahim tanışı Elmirə pul verərək su almasını istəmişdir. Onlar qarşıda “Kontakt Home” mağazasının qarşısında dayanan zaman Elmir su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra Elmir onlardan yəni, İbrahim və ondan niyə görə dalaşmadıqlarını deyərək, onlarla mübahisə etməyə başlamışdır. Onlar İbrahim ilə birlikdə qızları götürüb getmək istəyən zaman Elmir arxalarmca gəlmişdir. İbrahim tanışları Maşanı götürüb avtobusla Bayıla getmişdir. O isə Aytac ilə metroya düşmüşdür. Elmirin hara getməsindən məlumatı olmamışdır. Təxminən hadisədən bir həftə sonra dostu İbrahimə zəng edərək, Xırdalan uşaqlarının onu axtardığını, bir nəfərin onlarıln olduğu hadisədə onların dostunu bıçaqladığını bildirmişdir. İbrahim də Elmirdən şübhələnib vatsapda soruşmaq üçün ona yazmışdır. Elmir də səmimi şəkildə bıçaqladığını etiraf edib sözünün arxasında durduğunu İbrahimə bildirdiyini eşitmişdir. İş materiallarında olan 11 mart 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X3 məhkəmə tibbi ekspertizasının 113 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən-sağ göz orbitası ətrafının qançırı, burun sümüyünün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə burun sümüyün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya, sağ göz orbitası ətrafının qançırı isə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən-sağ sağrının deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin bir zərbəsinin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 15 mart 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanı olduğu müəyyən edildi, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 26 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 27 mart 2024-cü zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 mart 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X3 məhkəmə tibbi ekspertizasının 135 nömrəli ekspert rəyindən görünür ki, vət Şahid3 xx.xx.2024-cü il tarixdə (hadisədən 23 gün sonra) ) məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X3 məhkəmə tibbi ekspertizasının 136 nömrəli ekspert rəyindən görünür ki, vət Şahid1 xx.xx.2024-cü il tarixdə (hadisədən 23 gün sonra) ) məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X3 məhkəmə tibbi ekspertizasının 137 nömrəli ekspert rəyindən görünür ki, vət Şahid5ifad xx.xx.2024-cü il tarixdə (hadisədən 23 gün sonra) ) məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 03 aprel 2024-cü il tarixdə saat 19:30-da tutulmuşdur. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərarından görünür ki, göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli, 4(009)-154/2024 saylı Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində02 (iki) ay 23 (iyirmi üç) gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli Yevlax şəhər İHB-nın Aran qəsəbəsi İƏD üzrə nümayəndəsinin verdiyi xəsiyyətnamədən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yaşadığı müddət ərzində, qəsəbənin ictimai işlərində fəal iştirak edib, qəsəbə sakinləri arasında özünü doğruldub onun haqqında qonşular və qəsəbəb sakinləri tərəfindən onun haqqında heç bir şikayət ərizəsi daxil olmantışdır. İş materiallarında olan 20 may 2024-cü il tarixli “subutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərəçəkmiş şəxsin ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanması protokolu, 11 mart 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X3 məhkəmə tibbi ekspertizasının 113 nömrəli ekspert rəyi və digər istintaq materiallarını cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərarı alınmışdır. İş materiallarında olan 21 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan yoxdur Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 21 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar