Məhkəmə qərarları › İş №1(009)-310/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-310/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-310/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı AR Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin İ dərəcəli hüquqşünası Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri, 39 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Laçın rayon Malıbəy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Laçın rayon Malıbəy kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 14 B saylı evin, 74 saylı mənzilində yaşayan, "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2025-ci il tarixdə saat 21:07-də Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində narkotik vasitəslərin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə saxlanılmış və həmin tarixdə saat 21:07-dəqiqədən 21:19-dəqiqəyədək ünvan 1 ünvanında videoçəkilişlə onun üzərinə yoxlama aparılan zaman əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd "Sobranie" markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Proses iştirakçılarının ifadələri: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əvvəlcə özünü təqsirli bilmiş, sonrakı məhkəmə iclaslarında isə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər az miqdarda da olsa narkotik vasitədən istifadə etmiş, lakin bir müddətdən sonra istifadəsini dayandırmış, son dövrlərdə isə yenidən istifadə etmək məqsədilə tanımadığı bir şəxsdən narkotik vasitə əldə etmişdir. O bildirmişdir ki, əldə etdiyi narkotik vasitənin çəkisi barədə məlumatı olmamış, maddəni yalnız bir dəfəlik şəxsi istifadəsi üçün götürmüş, sonradan bu əməlindən peşmançılıq hissi keçirmiş və təxminən 4 aydır ki, sağalmaq məqsədilə müalicə aldığını göstərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq o, bükümdə olan narkotik vasitənin çəkisi barədə məlumatının olmadığını, maddəni əldə etdiyi zaman onun konkret hansı növ narkotik vasitə olduğunu bilmədiyini, əvvəllər yalnız marixuana istifadə etdiyini, aldığı narkotik vasitəni isə həmin gün istifadə etdiyini bildirmişdir. Sonrakı məhkəmə iclaslarında təqsirləndirilən şəxs əvvəlki ifadəsinin formal xarakter daşıdığını, müdafiəçisinin istintaqdan fərqli ifadə verməməsini bunun daha yaxşı nəticə verəcəyini bildirdiyinə görə həmin qaydada ifadə verdiyini göstərmiş, hazırkı iclasda məsələlər üzrə daha aydın izahat vermək istədiyini qeyd etmişdir. O bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində növbəti iş görüşməsinə gəlmiş, həmin yerin qarşısında gözləyən zaman əməliyyatçılar ona yaxınlaşaraq üzərinə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları onu “Tarqovi” adlanan ərazidə KFC restoranının yaxınlığına apararaq avtomobildə təxminən 1 saat 20 dəqiqə gözlətmişlər. Daha sonra onun mobil telefonunu götürərək təxminən saat 19:22 radələrində atasına zəng etmişlər. Avtomobildə olduğu zaman polis əməkdaşlarının atası ilə danışdıqlarını eşitsə də, danışığın məzmunu barədə məlumatı olmamışdır. Polislər sonradan onu yenidən ilkin saxlanıldığı əraziyə gətirmiş, lakin orada insanların çox olması səbəbindən başqa yerə apararaq videoçəkilişi həmin yerdə aparmışlar. Qorxduğu və ilk dəfə belə bir halla qarşılaşdığı üçün ona deyilənlərlə razılaşmış, üzərinə baxış keçirilən zaman pul qabından narkotik vasitə aşkar olunmuş, lakin sonradan bunun siqaret qutusunda aşkar olunmuş kimi rəsmiləşdirildiyini bildirmişdir. Videoçəkiliş başa çatdıqdan sonra əvvəlcə polis bölməsinə aparıldığını, orada təxminən yarım saat gözlədildikdən sonra Səbail Rayon Polis İdarəsinə aparıldığını, bir müddət orada gözlədildikdən sonra yenidən polis bölməsinə gətirildiyini, təxminən gecə saat 01:00–02:00 radələrində polis bölməsində videoçəkiliş aparıldığını göstərmişdir. O, bölmədə aparılmış istintaq hərəkətlərində vəkilinin iştirakını görmədiyini, ona vəkilinin olduğu bildirilsə də, həmin vəkili görmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, tutulmasından təxminən 1–2 həftə əvvəl Şahid4 ilə bağlı polis bölməsindən onun bərbəri və dostu olan Mahmud adlı şəxsə zəng edilmiş, Rəmzinin axtarıldığı və polis bölməsinə gəlməsinin ona çatdırılması xahiş olunmuşdur. O göstərmişdir ki, Rəmzi Mahmud vasitəsilə adını dəqiq xatırlamadığı polis əməkdaşına 700–800 manat pul vermiş, saxlanılarkən isə polis əməkdaşlarına bir neçə gün əvvəl pul verdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, şübhəli şəxs qismində tutulmasının ona elan olunması hissəsini xatırlamamış, polis əməkdaşlarının heç bir səbəb göstərmədən onu avtomobildə gözlətdiklərini bildirmişdir. O qeyd etmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni oxumadan imzalamış, ilkin məhkəmə baxışı zamanı dövlət hesabına təyin olunmuş müdafiəçinin ona ifadəsini dəyişməməsini deməsi səbəbindən həmin vaxt bütün halları açıqlamamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, narkotik vasitə onun pul qabından aşkar olunmuş, həmin maddənin əvvəllər istifadə etdiyindən fərqli maddə metamfetamin olduğunu ona bildirdiklərini, lakin çəkisinin göstəriləndən daha az olduğunu, həmin gün günorta saat 14:00–15:00 radələrində evdə narkotik vasitə istifadə etdiyini və saxlanıldığı zaman tam ayıq vəziyyətdə olmadığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, pul qabından aşkar olunmuş narkotik vasitə ilə “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar olunduğu göstərilən narkotik vasitənin eyni olub-olmaması barədə məlumatı olmadığını, ümumiyyətlə “Sobranie” markalı siqaretdən istifadə etmədiyini, narkotik vasitənin miqdarının qeyd edilən qədər olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs vəkil Şahid7 görmədiyini və tanımadığını, həmin vəkilin onun iştirakı ilə hər hansı istintaq hərəkətində iştirakını görmədiyini, istintaq hərəkətləri yekunlaşdıqdan sonra müalicə aldığı reabilitasiya mərkəzinin rəhbəri Şahid6 ilə birlikdə bir dəfə polis bölməsinə getdiyini, müstəntiqi isə ümumilikdə iki dəfə gördüyünü qeyd etmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə işdən qayıdarkən avtomobildən düşüb mağazanın qarşısında dayanmışlar. Bu zaman üç nəfər şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, üzərlərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilmiş və bununla bağlı videoçəkiliş aparılmışdır. Bundan sonra onları Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparmış, bölmədə də yenidən videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən metamfetamin adlanan narkotik vasitə aşkar olunmuş, lakin onun öz üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Orxan üzərində narkotik vasitə olması, onun çəkisi və növü barədə ona əvvəlcədən məlumat verməmişdir. İlkin olaraq üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə saxlanılma yerində tərəzidə çəkilərək ölçülməmişdir. Narkotik vasitə onların tutulduğu anda Orxanın üzərindən aşkar olunmuşdur. Narkotik vasitə olan bükümün rəngini dəqiq xatırlamadığını, narkotik vasitə aşkar edildikdən sonra onları polis bölməsinə apardıqlarını bildirmişdir. Bükümün Orxana qaytarılıb-qaytarılmadığını xatırlamamış, narkotik vasitə olan bükümün tərəzidə çəkilərək ölçülməsinin polis bölməsində aparıldığını bildirmişdir. O qeyd etmişdir ki, Orxandan aşkar olunan narkotik vasitənin metamfetamin olduğunu polis əməkdaşları saxlanılma zamanı bildirmiş, həmçinin Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etməsi barədə məlumatının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin şəxslər Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində piyada hərəkət edən zaman saxlanılmışlar. Şahid bildirmişdir ki, həmin vaxt qeyd edilən ünvanda əhalinin sıx olması və çəkiliş aparılmasının mümkün olmaması səbəbindən şəxslər təxminən 100 metr kənara aparılmış, orada onların üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd bükümdə olan, metamfetaminə bənzər kütləni könüllü olaraq təqdim etmiş və narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Daha sonra Şahid4 üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə aşkar olunmamışdır. Həmin şəxslər Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmiş və orada təhqiqatçı ilə birlikdə aşkar edilmiş maddəyə baxış keçirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir problem yaratmadan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. O bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri özü olmuş, qrupa Şahid3 və Şahid2 daxil olmuşdur. Əməliyyat məlumatı narkotik vasitənin istifadəsi ilə bağlı olmuş, Təqsirləndirilən şəxs saxlanılması təxminən saat 21:00 radələrində baş vermişdir. 30 may tarixində saat 17:00–19:00 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı ərazi üzrə xidməti fəaliyyəti ilə məşğul olmuş, videoçəkiliş başlanmamışdan əvvəl şəxslərə baxış keçirilməmişdir. Şəxslər saxlanılarkən onlara müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, polis bölməsində isə təhqiqatçı tərəfindən hər iki şəxsin müdafiəçi ilə təmin olunduğu bildirilmiş, lakin müdafiəçinin kim olduğunu xatırlamamışdır.Şübhəli şəxsin tutulması zamanı müdafiəçi orada olmuş, lakin Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulma protokolu tərtib edilərkən Şahid4 harada olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslər Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üstündə, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd “Sobranie” yazısı olan siqaret qutusunun içərisində, ağ və digər üzü qızılı rəngdə olan kağıza bükülmüş, metamfetaminə bənzər kütləni könüllü olaraq təqdim etmişdir. Daha sonra Şahid4 üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə aşkar olunmamışdır. Həmin şəxslər daha sonra Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 xx.xx.2025-ci il tarixdə təxminən saat 21:00 radələrində saxlanılmışlar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və onu üzərində gəzdirməsi ilə bağlı olmuş, bundan əvvəl Orxanla bağlı əməliyyat tədbirləri həyata keçirilməmişdir. Şahid əməliyyat qrupunun rəhbərinin Şahid1 olduğunu, əməliyyat qrupunda neçə nəfər olmasını dəqiq xatırlamadığını, əməliyyat məlumatının qrup rəhbərindən başqa digər qrup üzvlərində də olduğunu bildirmişdir.Həmin tarixdə saat 18:00-dan sonra hansı ərazidə olduğunu tam xatırlamamış, lakin Bağır və Cavid adlı şəxslərlə səhər saat 09:00-dan birlikdə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və videoçəkiliş aparılan zaman ona müdafiəçi ilə təmin olunmaq hüququnun izah edilib-edilmədiyini xatırlamamışdır. Orxanı polis bölməsinə apararkən onun təhqiqatçıya təqdim edildiyini, təhqiqatçı ilə birlikdə təqdim olunmuş əşyaya baxış keçirilən zaman Orxan və Rəmzinin müdafiəçilərinin iştirak edib-etməmələrini tam xatırlamadığını göstərmişdir. Bərbər fəaliyyəti ilə məşğul olan Mahmud adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxs müdafiəçisinin kim olduğunu və hansı istintaq hərəkətlərində iştirak etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 9-cu Polis Bölməsinin inzibati ərazisində iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onların üzərində baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən bir ədəd siqaret qutusunun içərisində kütlə aşkar olunmuş, bundan sonra hər iki şəxs polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 9-cu Polis Bölməsinin inzibati ərazisində, küçənin adını xatırlamadığı bir yerdə saxlanılmış, saxlanılma vaxtı təxminən saat 21:00 radələrində olmuşdur. O bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisində metamfetaminə bənzər kütlə aşkar olunmuş, aparılan videoçəkilişdə bütün bu hallar öz əksini tapmışdır. Şahid4 üzərindən isə hər hansı narkotik vasitə aşkar olunmamışdır. Məlumat əməliyyat qrupunun rəhbəri, baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş, daxil olan məlumat narkotik vasitənin satışı ilə deyil, istifadə olunması ilə bağlı olmuş və bu məlumat konkret olaraq Təqsirləndirilən şəxs barədə olmuşdur. O, aparılmış videoçəkilişin xatırladığı qədərilə özü tərəfindən həyata keçirildiyini, lakin sonradan çəkilmiş videogörüntülərin silindiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə saxlanılarkən ona müdafiəçi ilə təmin olunmaq hüququnun izah edilib-edilmədiyini bilməmiş, polis bölməsində çəkilmiş videogörüntüdə Təqsirləndirilən şəxs hüquqi statusunun nə olması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunubolunmamasını xatırlamadığını, lakin Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra “KFC”nin ətrafındakı küçəyə aparılaraq avtomobildə gözlədilməsi halı baş verməmiş, videoçəkilişdən sonra o, dərhal 9cu Polis Bölməsinə aparılmış və Səbail Rayon Polis İdarəsinə aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün 30 may tarixində saat 19:22 radələrində Təqsirləndirilən şəxs mobil telefonundan onun telefonuna zəng daxil olmuşdur. Zəngi qəbul edən zaman özünü Səbail Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir nəfər şəxs Təqsirləndirilən şəxs narkotik vasitəyə görə saxlanıldığını bildirmiş və onun polis orqanına yaxınlaşaraq məsələ ilə bağlı söhbət etməsini və dəfələrlə gecikməməsini demişdir. Şahid hara gəlməli olduğunu soruşduqda, ona dənizin yaxınlığında yerləşən polis bölməsinə gəlməsi bildirilmişdir. O birinci 8-ci Polis Bölməsinə getdiyini, lakin Təqsirləndirilən şəxsı orada görmədiyini, bundan sonra Səbail Rayon Polis İdarəsinə getdiyini bildirmişdir. Narkotiklərlə Mübarizə İdarəsinə və 9-cu Polis Bölməsinə zəng edərək maraqlandıqda, Təqsirləndirilən şəxs 9-cu Polis Bölməsində olduğunu öyrənmişdir. Bundan sonra dərhal, təxminən saat 23:00 radələrində 9-cu Polis Bölməsinə getmişdir. Orxanla görüşmək istədikdə isə orada olan Orxan adlı şəxsin onun oğlu Təqsirləndirilən şəxs olmadığını görmüş, bölmədən küçəyə çıxdıqdan sonra, təxminən gecə saat 12-yə qalmış iki avtomobildə təxminən beş nəfər polis əməkdaşının Təqsirləndirilən şəxsı bölməyə gətirdiyini görmüşdür. Bundan sonra Orxanı təhqiqatçının otağına apardıqlarını müşahidə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs telefonu vasitəsilə ona zəng edən polis əməkdaşlarının adlarını bilməmişdir. O bildirmişdir ki, 9-cu Polis Bölməsində olarkən hündürboylu bir polis əməkdaşı ona yaxınlaşaraq “dayı, oğlunun məsələsini həll etmək üçün niyə gecikmisən?” demişdir. Şahid ona zəng olunan nömrənin oğlu Təqsirləndirilən şəxs məxsus nömrə olduğunu, lakin onunla danışan polis əməkdaşlarını tanımadığını qeyd etmişdir. O ifadəsində göstərmişdir ki, 9-cu Polis Bölməsindən həyətə çıxdıqdan təxminən yarım saat sonra Təqsirləndirilən şəxsı bölməyə gətirmişlər, bölməyə gəldiyi zaman isə Orxan hələ orada olmamışdır. O bildirmişdir ki, polis bölməsində üzərində pul olduğu halda məsələni həll etməyin mümkün ola biləcəyi barədə polis əməkdaşları arasında söhbətlər getmiş, lakin əməkdaşlar arasında baş verən söhbətlərdən sonra məsələnin böyüdüyünə görə bunun baş tutmadığını anlamışdır. Şahid həmçinin göstərmişdir ki, üzərində 4.000 manat pul olmuş və oğlunu həmin pulu verməklə azad etdirəcəyini düşünmüşdür. Beş nəfər polis əməkdaşı arasında baş verən söhbətlərdən belə başa düşmüşdür ki, 9-cu Polis Bölməsinin əməkdaşları ilə Səbail Rayon Polis İdarəsinin X1 əməkdaşları arasında ziddiyyətlər baş verdiyinə görə məsələnin həlli baş tutmamışdır. Bu barədə Tural adlı bir şəxslə də danışdığını, lakin həmin şəxsin vəzifəsini bilmədiyini, onun vasitəçi rolunu oynadığını bildirmişdir. Şahid ifadəsində göstərmişdir ki, polis bölməsində olduğu müddətdə Təqsirləndirilən şəxs vəkilini görməmiş, həmin vaxt Orxanın yanında heç bir vəkil olmamışdır. O, polis əməkdaşının ona niyə gecikdiyini soruşmaqda məqsədinin ondan pul alıb Orxanı buraxmaq olduğunu düşündüyünü qeyd etmişdir. Səbail Rayon Polis İdarəsinin X1 rəisi ondan nə qədər pul verə biləcəyini soruşmuş, o isə 10.000 manata qədər imkanının çatdığını bildirmiş, lakin rəis bu işin 10.000 manatdan daha artıq məbləğə həll oluna biləcəyini, təxminən 30.000 manat tələb edildiyini demişdir. Bu məbləği ödəmək imkanının olmadığını, buna görə də “tutun getsin” demişdir. Qeyd olunan söhbət zamanı otaqda rəis, Tural adlı şəxs və adını bilmədiyi digər şəxslər olmuş, bu söhbətlər Təqsirləndirilən şəxs tutulmasından təxminən bir və ya iki gün sonra baş vermişdir. Tural adlı şəxsin vəzifəsini bilmədiyini, onun vasitəçi rolunda çıxış etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs müalicə aldığı “Dostluq” reabilitasiya mərkəzinin rəhbəri olmuşdur. O bildirmişdir ki, tabeliyində müalicə alan şəxslərlə bağlı aparılan istintaq hərəkətlərində həmin şəxsləri müşayiət etmək məqsədilə şəxsən özü iştirak etmiş, Təqsirləndirilən şəxsı da polis bölməsinə şəxsən aparıb-gətirmişdir. Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sənədləri onun yanında oxumadan imzalamışdır. O, vəkilin orada iştirak etmədiyini müstəntiqə bildirdikdə, müstəntiq kobud şəkildə sənədləri Orxanın qarşısına qoyaraq onların imzalanmalı olduğunu demişdir. Şahid qeyd etmişdir ki, Orxanın sənədləri oxumalı olduğunu bildirdikdə, müstəntiq tərəfindən oxumağa ehtiyac olmadığı deyilmişdir. Həmçinin, Orxan həmin vaxt vəkilinin kim olduğunu soruşduqda, müstəntiq onun sonradan gələcəyini bildirmişdir. Lakin onların iş materialları ilə tanış olmaq adı ilə orada olduqları müddətdə vəkil istintaq hərəkətlərində iştirak etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid6 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə müstəntiqin yanında olmuşlar. O bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə yalnız bir dəfə polis bölməsinə getmişlər, müstəntiqin otağında olduqları zaman vəkil iştirak etməmiş, Orxan sənədləri imzalayarkən sənədlərlə tanış olması üçün şərait yaradılmamışdır. Şahid həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən “Dostluq” reabilitasiya mərkəzində müalicə almışdır və reabilitasiya mərkəzinə daxil olan şəxslər barədə müvafiq qeydiyyatlar aparılmışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs reabilitasiya mərkəzindən bir dəfə polis idarəsinə, bir dəfə isə narkoloji dispanserə aparılmış, digər çıxışlar isə məhkəməyə gəlməsi ilə bağlı olmuşdur. Şahid əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sənədləri yalnız bir dəfə imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 (məhkəməyədək icraat zamanı müdafiəçi) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan gün 30 may tarixində özü toyda olmuşdur. Gecə saatlarında, təxminən saat 12 radələrində, ona 3 saylı Vəkil Bürosunda işləyən Gülnarə adlı xanımdan zəng daxil olmuş və o, Orxanın hüquqlarının müdafiəsi üçün 9-cu Polis Bölməsinə dəvət edilmişdir. O bildirmişdir ki, toydan çıxıb gələcəyi təqdirdə gec olacağını qeyd etmişdir. O 9-cu Polis Bölməsinə çatdıqda saat artıq 01:00–02:00 radələri olmuşdur. Təhqiqatçının otağına daxil olduqda şübhəli şəxsin harada olduğunu soruşmuş, təhqiqatçı isə Orxanın çöldə oturduğunu bildirmişdir. Təqdim olunmuş sənədlərlə tanış olarkən həmin sənədlərdə Təqsirləndirilən şəxs imzasını gördüyünə görə, onun təqsirini etiraf etdiyini güman etmiş və sənədləri imzalamışdır. Bu barədə təhqiqatçıdan soruşduqda, təhqiqatçı tərəfindən şübhəli şəxsin təqsirini qəbul etdiyi bildirilmişdir.Təqdim edilən sənədlərdə bunun Orxan tərəfindən təsdiqləndiyini, yəni imzalandığını gördüyü üçün o da növbəti gün sənədləri imzalamışdır. Daha sonra Orxanın həyətdə oturduğunu və onun ayıq vəziyyətdə olmadığını gördüyünü bildirmişdir. Həmin vaxt polis bölməsində hər hansı hüquq pozuntusunun baş vermədiyini qeyd etmişdir. Gec saatlar olduğuna görə həmin gün vəkil orderi təqdim edilə bilməmişdir. Növbəti gün order polis bölməsinə təqdim edilmiş və sənədlər imzalanmışdır. Bundan sonra baş vermiş prosessual hərəkətlərdə iştirak etməmişdir, çünki təqsirləndirilən şəxs azadlıqda olmuş və vəkildən imtina halı baş verməmişdir. O həmçinin bildirmişdir ki, istintaqın sonunda müstəntiq ona zəng edərək işi məhkəməyə təqdim etməyin zəruri olduğunu və bəzi sənədlərin imzalanmalı olduğunu xahiş etmişdir. O da müstəntiqlə razılaşaraq bildirmişdir ki, qeyd olunan tarixdə Bakı Hərbi Məhkəməsində saat 09:00-dan 18:00-dək məhkəmə iclasında iştirak edəcək, nahar fasiləsi olduğu halda gəlib sənədləri imzalaya bilər. Həmin gün gəlib sənədləri imzalamışdır. Şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən Təqsirləndirilən şəxsı görmüş, lakin Orxanın onu görüb-görmədiyini bilməmişdir, görsə belə, Orxanın ayıq vəziyyətdə olmadığını qeyd etmişdir. İstintaq yekunlaşdıqdan sonra sənədləri imzalamağa gedəndə polis bölməsində Orxanın olmadığını, lakin tanımadığı bir yaxınının orada olduğunu bildirmişdir. O, həmçinin göstərmişdir ki, Vəkil Bürosunda işləyən Gülnarə adlı xanımdan gələn zəngdən əvvəl ona hər hansı başqa zəng daxil olmamışdır, Gülnarə xanımdan daxil olan zəngin saat 23:25-də olmasını təsdiq etmişdir. 9-cu polis bölməsinə çatma vaxtının 01:00–02:00 radələrində olduğunu, gec olduğuna görə orderin yazılmadığını, Orxan saxlanılan gün onunla hər hansı danışıq aparmadığını, yalnız onu gördüyünü bildirmişdir. Bundan əlavə, şübhəli şəxsin tutulması haqqında protokola imza atılan zaman protokolda saatların qeyd olunmadığını, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyinə görə videoçəkilişlə aparılan və şübhəli şəxsin ifadəsinin alındığı istintaq hərəkətlərində iştirak etmədiyini, orderi 31 may 2025-ci il tarixdə polis bölməsinə təqdim etdiyini, ümumilikdə 2 dəfə Səbail RPİ-nin 9-cu polis bölməsinə və 1 dəfə isə Səbail Rayon Polis İdarəsinə gəldiyini bildirmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyləri və digər sənədləri, o cümlədən müdafiə tərəfin məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillərə münasibətdə təqdim etdikləri sənədləri tədqiq edib, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, iş materiallarında olan sübutların məcmusu ilə onun təqsirli olması sübuta yetirilməmiş və mövcud sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitan Şahid1 tərəfindən Səbail RPİ-nin rəisinə ünvanlanmış 30 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.1995-ci il tarixdə Laçın rayon Malıbəy kəndində doğulmuş, Laçın rayon Malıbəy kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 14 B saylı evin, 74 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, fərdi nömrəsiz evdə yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlanılması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olmaları bildirildiyini, onların cinayət əməlinin ifşa edilməsi üçün ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi zərurəti yarandığını, odur ki, raportla Təqsirləndirilən şəxs və Şahid4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitan Şahid1 tərəfindən qəbul edilmiş və şöbənin rəisi tərəfindən təsdiq edilmiş 30 may 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Həmçinin sözügedən qərarla operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən narkotik vasitələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə tədbir görülməklə aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; eyni zamanda əməliyyataxtarış tədbiri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat axtarış fəaliyyəti haqqında” AR Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi müəyyən edilmişdir. Səbail Rayon Polis İdarəsinin rəisi H.Qasımov tərəfindən imzalanmış 30 may 2025ci il tarixli 3-13-47/Ə145/2025 saylı əmrdən görünür ki, daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əmrlə qrupa rəhbərlik Elnur Orucova həvalə edilmişdir. 30 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, ( saat 21:07-dən 21:19-dək) əməliyyat qrupunun üvzləri tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 30 may 2025-ci il tarixdə saat 21:07-də Bakı şəhəri Səbail rayonu, H.Z.Tağıyev küçəsində hərəkətdə olarkən saxlanılmışdır. Protokolun məzmunu Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitan Şahid1 adından birinci şəxsin təkində tərtib edilməklə qeyd edilmişdir ki: Həmin şəxslər saxlanıldıqdan sonra əhalinin sıxlığı çəkilişin aparılması mümkün olmadığından təxminən 100 metr kənarda həmin küçədə H.Z.Tağıyev küçəsi 15/3 ünvanında üstünün yoxlanılması hərəkəti başlanıldı. Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs və Şahid4 təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasının ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs və Şahid4 üstünü həmin yerdə yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd “Sobranie” yazısı olan siqaret qutusu içərisində ağ digər üzü qızılı rəngdə olan kağıza bükülmüş spesifik iyə malik, kristal formalı narkotik vasitə metanfetaminə bənzər kütlə təqdim etdi. Sonra həmin kütlə qablaşdırılaraq üzəri DİN-nin zərflər üçün 52 saylı möhürü ilə möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Sobranie” yazılmış içərisində 16 ədəd siqaret olan qutu, şalvarının sol yan cibindən 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd 1 ABŞ dolları, 06 ədəd 1 manatlıq pul əsginası, sol qolunda 01 ədəd qol saatı, sag qolunda 01 ədəd gümüşü rəngli metal olan bilərzik təqdim etdi. 01 ədəd “iphone markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edəcəyi ehtimal olunduğundan götürüldü digər əşyalar şəxsin özünə qaytarıldı. Daha sonra Şahid4 üstü yoxlanıldı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə aşkar olunmadı. Boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Sobranie” yazısı olan içərisində 15 ədəd siqaret dənəsi olan siqaret qurusu, 01 ədəd alışqan, şalvarının sol yan cibindən 01 ədəd “iphone” markalı mobil telefon, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd ABŞ dolları olan pul, 04 ədəd 1 manatlıq pul, 01 ədəd 50 mantlıq olan pul əsginası, sağ qolunda 01 ədəd “casio” markalı qol saatı, boynunda gümüşü rəngli metal olan boyunbağı, barmağında 02 ədəd gümüşü rəngli metal olan üzük təqdim etdi. 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etmə ehtimalı olduğundan götürülmüş digər əşyalar şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Suraxanı rayonunda “Qaraçuxur” adlanan yerdən 40 manat müqabilində əldə etdiyini bildirdi. Şahid4 verilən suallara cavab olaraq, tanışı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik vasitəyə bənzər kütlədən xəbəri olmadığını saxlanıldıqları əraziyə birlikdə gəzmək məqsədi ilə gədiklərini bildirdi. Üstünü yoxlama ünvan 3 ünvanında küçədə keçirildi. Üstünü yoxlama zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Səbail RPl-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Səbail RPl-nin 9-cu PBnin inzibati binasında tərtib edildi. 30 may 2025-ci il tarixdə saat 23:15-dən 23:25-dək keçirilmiş “təqdim olunan əşyaya baxış və götürmə” haqqında istintaq hərəkətinin protokolundan görünür ki, protokol Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən birinci şəxsin təkində tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, sənəd Səbail RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3, habelə Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir. Protokolun məzmununa əsasən, Səbail RPİ-nin NMB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1995-ci il təvəllüdlü, Laçın rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonu Malıbəyli kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1992-ci il təvəllüdlü, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən fərdi evdə kirayə yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərlərində daşıması şübhəli bilinmişdir. Bu əsasla, 30 may 2025-ci il tarixdə saat 21:07-də ünvan 5 ünvanında piyada hərəkət etdikləri zaman saxlanılmış və üzərlərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində yerləşdirilmiş 1 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə ağ rəngli, psixotrop maddəyə bənzər kristal kütlə aşkar edilərək qablaşdırılmışdır. Təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Həmin zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümünə baxış keçirilmiş, içərisində ağ rəngli kristal kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra maddə yenidən qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə hərəkətləri başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “iPhone” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılacağı barədə xəbərdar edilmiş, videoçəkilişlə bağlı iştirakçılar tərəfindən hər hansı şikayət və ya etiraz daxil olmamışdır. 30 may 2025-ci il tarixdə saat 22:50-dən 23:05-dək keçirilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, tutulmanın əsası kimi Səbail Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələri göstərilmişdir. 30 may 2025-ci il tarixli “sübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 may 2025-ci il tarix saat 21:07-dən tutulmuş hesab edilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2050 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 166 nömrəli” dairəvi möhür əksləri olan, “1. Təqsirləndirilən şəxs o. “imza”, 2. Şahid4 o. “imza”, 3. Ba. ə/müvəkkili, polis kapitabı Şahid1 “imza”, 4. ə/müvəkkili, polis baş leytenantı Şahid2 “imza” 5. ə/müvəkkili, polis kapitanı Şahid3 “imza” 6. Təhqiqatçı, polis kapitanı Emin Hüseynov “imza” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmin çəkisi 0,241 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına” dair 31 may 2025-ci il tarixli aktdan görünür ki, 0.241 qram qəbul olunmuş, 0,050 qram nümunə götürülmüş və 0,191 qram geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli “DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 01 (bir) ədəd DVD diskdə əks olunmuş videogörüntülər 30 may 2025-ci il tarixdə saat 21:07-də qeydə alınmışdır. Çəkiliş ünvan 6 ünvanda aparılmışdır. Videogörüntülərə əsasən, Səbail RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmiş və şübhəli şəxslərin üzərinə baxış aparılmışdır. Baxış zamanı saxlanılmış şəxslər Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində olan qanunsuz əşyaları könüllü təqdim etmələri təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd “Sobranie” yazısı olan siqaret qutusunu çıxararaq təqdim etmişdir. Qutuya baxış keçirilərkən onun içərisində kağıza bükülmüş, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Zərfin üzəri saxlanılan şəxslər Təqsirləndirilən şəxs, Şahid4 və polis əməkdaşı tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs tünd yaşıl rəngli şalvarının sağ yan cibindən içərisində 16 ədəd siqaret olan “Sobranie” markalı siqaret qutusunu, sol yan cibindən 01 (bir) ədəd şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd “iPhone” markalı mobil telefonu, 01 (bir) ədəd 1 ABŞ dolları, 06 (altı) ədəd 1 manatlıq pul əsginasını, sol qolundan 01 (bir) ədəd qol saatını, sağ qolundan isə 01 (bir) ədəd gümüşü rəngli metal bilərziyi təqdim etmişdir. “iPhone” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır.Sonra Şahid4 üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şahid4 boz rəngli şalvarının sağ yan cibindən içərisində 15 ədəd siqaret olan “Sobranie” markalı siqaret qutusunu və 01 (bir) ədəd alışqanı, sol yan cibindən 01 (bir) ədəd “iPhone” markalı mobil telefonu, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsini, 01 (bir) ABŞ dollarını, 04 (dörd) ədəd 1 manatlıq və 01 (bir) ədəd 50 manatlıq pul əsginasını, sağ qolundan 01 (bir) ədəd “Casio” markalı qol saatını, boynundan gümüşü rəngli metal boyunbağını və barmağından 02 (iki) ədəd gümüşü rəngli metal üzüyü təqdim etmişdir. 01 (bir) ədəd mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq o, üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadə məqsədilə Suraxanı rayonunda “Qaraçuxur” adlanan ərazidən 40 manata əldə etdiyini bildirmişdir.Şahid4 verilmiş suallara cavab olaraq isə o, tanışı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlədən xəbəri olmadığını, saxlanıldıqları əraziyə birlikdə gəzmək məqsədilə gəldiklərini bildirmişdir. 01 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, (saat 10:05) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 10:20-dən saat 10:50-dək müdafiəçi Ə.Nizaminin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir 01 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki (saat 11:55), Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz PHŞ-nin xx.xx.2025-ci il tarixli 3602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs N.Orxan və müdafiəçisi Ə.Nizami xx.xx.2025-ci il tarixdə saat 15:05-dən saat 16:30-dək iş materialları ilə tanış olmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarxli, 1(009)- 310/2025 nömrəli qərarı ilə Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə xx.xx.2025-ci il saat 19:00-dan xx.xx.2025-ci il saat 03:00-dək hansı anten dairəsində olması haqqında məlumatlar "xxxx" MMC-dən götürülməsi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə xx.xx.2025-ci il saat 22:50-dən xx.xx.2025-ci il saat 15:00-dək interval və 28 avqust 2025-ci il saat 09:00-dan 01 sentyabr 2025-ci il saat 17:00-dək interval üzrə hansı anten dairəsində olması haqqında məlumatların "xxxx" MMC -dən götürülməsi, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş Şahid7 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə, xx.xx.2025-ci il saat 22:50-dən xx.xx.2025-ci il saat 15:00-dək interval və 28 avqust 2025ci il saat 09:00-dan 01 sentyabr 2025-ci il saat 17:00-dək interval üzrə hansı anten dairəsində olması "xxxx" MMC -dən götürülməsi qərara alınmış və müvafiq məlumatlar əldə edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Sübutların yekun qiymətləndirilməsi məhkəmə istintaqının aparılması nəticəsində mümkün olur ki, həmin qiymətləndirmə yolu ilə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələ həll olunur. Arbitr rolu oynayan məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi yolu ilə ibtidai istintaq zamanı toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir və bununla da sübutların qəbuledilənliyi məsələsi həll edilir. İbtidai istintaq zamanı toplanmış sübutların müstəqil və qərəzsiz məhkəmə tərəfindən yenidən tədqiq edilərək qiymətləndirilməsinin məqsədi isə həmin sübutların toplanılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilib-verilməməsini aydınlaşdıraraq, ittihamın əsaslandırılmasında istifadə olunan ayrı-ayrı sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilib-edilməməsini müəyyən etməkdir. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlara istintaq orqanı özünün sübutların qiymətləndirilməsi haqqında qərarı ilə qiymət verir və şübhəsiz haldır ki, sübutu toplayan orqan həmin sübutun qiymətləndirilməsi zamanı qərəzsiz mövqe nümayiş etdirə bilməyəcəkdir. Məhz onun nəticəsidir ki, sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı bəzi hallarda sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilməsi və qəbuledilənliyi ciddi şübhələr doğurur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən onun istintaq zamanı vermiş olduğu ifadəsinə, şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola, ekspertiza rəylərinə və əməliyyat məlumatlarına istinad etmiş və qeyd edilən sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gələrək ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmə iş materiallarını, xüsusilə 30 may 2025-ci il tarixli prosessual sənədlərin tərtib olunma vaxt ardıcıllığını, onların məzmununu və tətbiq edilməli olan cinayətprosessual normaları qarşılıqlı əlaqədə təhlil edərək aşağıdakı əsaslandırılmış nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların toplanması və rəsmiləşdirilməsi mərhələsində cinayət-prosessual qanunvericiliyin imperativ tələbləri kobud şəkildə pozulmuş, ittiham mümkün hesab edilə bilməyən və yolverilənlik meyarına cavab verməyən sübutlarla əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, yalnız qanuni üsulla əldə edilmiş sübutlar cinayət təqibi üzrə istifadə oluna bilər. Həmin Məcəllənin 137-ci maddəsi isə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət təqibi orqanına təqdim edilməsini və onların sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını birbaşa tələb edir. Eyni zamanda, qanunvericiliyin tələbinə görə, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlər cinayət təqibi orqanında qəbul edilərkən onlara mütləq qaydada baxış keçirilməli, əşyaların fərdi əlamətləri, sayı, ölçüsü, çəkisi, qablaşdırılması və digər xüsusiyyətləri protokolda ətraflı əks etdirilməlidir. Yalnız bundan sonra həmin predmetlər maddi sübut qismində icraata əlavə edilə və prosessual qərarların qəbul edilməsində əsas kimi götürülə bilər. İş üzrə sənədlərin xronoloji ardıcıllığından müəyyən olunur ki: –30 may 2025-ci il tarixdə saat 21:07-də Təqsirləndirilən şəxs saxlanılmış və üzərinə baxış keçirilmişdir. –saat 22:50-dən 23:05-dək şübhəli şəxsin şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilmişdir. – saat 23:15-dən 23:25-dək isə “təqdim olunan əşyaya baxış və götürmə” haqqında protokol rəsmiləşdirilmişdir. Göstərilən vaxt ardıcıllığı açıq şəkildə təsdiq edir ki, şübhəli şəxs qismində tutulma barədə prosessual qərar əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş və təqdim olunmuş əşyaya cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada baxış keçirilmədən və həmin materialların yolverilənliyi yoxlanılmadan qəbul edilmişdir. Məhkəmə vurğulayır ki, şübhəli şəxs qismində tutulma prosessual məcburiyyət tədbiri olmaqla şəxsin azadlıq hüququna birbaşa müdaxilədir və bu tədbirin tətbiqi üçün qanunda nəzərdə tutulmuş “kifayət qədər əsasların” mövcudluğu tələb olunur. “Kifayət qədər əsaslar” anlayışı formal istinadla deyil, konkret və qanuni üsulla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Əgər tutulmanın əsası kimi göstərilən əməliyyat-axtarış materialları həmin anda prosessual baxımdan mövcud deyildirsə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 33-cü bəndində qeyd edildiyi kimi rəsmiləşdirilməyibsə, belə halda kifayət qədər əsasların mövcudluğundan danışmaq hüquqi baxımdan mümkün deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarının 33-cü bəndində aydın şəkildə göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materiallar yalnız CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına təqdim edilməli, onların mənbəyi və əldə edilmə üsulu yayılmadan, lakin prosessual baxımdan yoxlanıldıqdan sonra sübut kimi istifadə oluna bilər. Bu norma əməliyyat məlumatlarının avtomatik olaraq sübut hesab edilməsini istisna edir və onları sübut statusuna gətirən mərhələnin məhz cinayət-prosessual yoxlama olduğunu təsbit edir. Hazırkı işdə isə həmin yoxlama mərhələsi şübhəli şəxs qismində tutulma qərarından sonra həyata keçirilmişdir. Yəni, prosessual ardıcıllıq pozulmuş, sübut əvvəl yoxlanılmalı olduğu halda, həmin sübuta istinad edilərək əvvəlcə azadlığın məhdudlaşdırılması (şübhəli şəxs qismində tutma) barədə qərar qəbul edilmiş, yalnız bundan sonra sübutun rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bu isə cinayət-prosessual hüququn məntiqinə və qanunvericiliyin sisteminə ziddir. Məhkəmə hesab edir ki, sübutların əldə olunması və rəsmiləşdirilməsi mərhələsində yol verilmiş bu cür pozuntular sonradan formal protokol tərtib etməklə aradan qaldırıla bilməz və əvvəl qəbul edilmiş prosessual qərarın hüquqi əsasını geriyə dönük qaydada legitimləşdirə bilməz. Əks halda, cinayət-prosessual qanunvericiliyin imperativ normaları formal xarakter daşıyar və şəxslərin hüquq və azadlıqlarının müdafiəsi təmin olunmaz. Məhkəmə vurğulayır ki, cinayət prosesində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və təqsirləndirilən şəxsin təqsiri şübhədən kənar sübuta yetirilməlidir. Əgər ittihamın əsasını təşkil edən sübutlar yalnız əməliyyat-axtarış tədbirini həyata keçirmiş orqanın əməkdaşlarının ifadələrindən ibarətdirsə və həmin ifadələr müstəqil sübutlarla təsdiq olunmursa, belə sübut bazası kifayət və inandırıcı hesab edilə bilməz. Həmçinin məhkəmə nəzərə alır ki, ittihamın əsas sübut bazası eyni orqanın əməkdaşlarının ifadələrindən ibarətdir. Həmin şəxslər əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində bilavasitə iştirak etmiş və işin nəticəsində maraqlı subyektlərdir. Onların ifadələri müstəqil və obyektiv sübutlarla təsdiq edilmədiyindən, həmin ifadələr ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edilə bilməz. Beləliklə, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməməsi və yoxlanılmaması, buna baxmayaraq həmin materiallara istinad edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınması barədə qərarın qəbul edilməsi prosessual ardıcıllığın kobud şəkildə pozulmasıdır. Bu hal ittihamın əsasını təşkil edən sübutların yolverilənliyini və mötəbərliyini şübhə altına alır. Cinayət-prosessual hüququn fundamental prinsiplərinə uyğun olaraq, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Mövcud işdə isə sübutların əldə olunma və rəsmiləşdirilmə qaydasında yol verilmiş ciddi pozuntular ittihamın qanuni və mötəbər sübutlarla təsdiq edilmədiyini göstərir və bu hal məhkəmənin yekun nəticəsinə birbaşa təsir göstərir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarına əsasən 33-cü bəndinə əsasən əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyataxtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilibrəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyataxtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarxli, 1(009)- 310/2025 nömrəli qərarı ilə Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə xx.xx.2025-ci il saat 19:00-dan xx.xx.2025-ci il saat 03:00-dək hansı anten dairəsində olması haqqında məlumatlar "xxxx" MMC-dən götürülməsi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə xx.xx.2025-ci il saat 22:50-dən xx.xx.2025-ci il saat 15:00-dək interval və 28 avqust 2025-ci il saat 09:00-dan 01 sentyabr 2025-ci il saat 17:00-dək interval üzrə hansı anten dairəsində olması haqqında məlumatların "xxxx" MMC -dən götürülməsi, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş Şahid7 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə, xx.xx.2025-ci il saat 22:50-dən xx.xx.2025-ci il saat 15:00-dək interval və 28 avqust 2025ci il saat 09:00-dan 01 sentyabr 2025-ci il saat 17:00-dək interval üzrə hansı anten dairəsində olması "xxxx" MMC -dən götürülməsi qərara alınmış və müvafiq məlumatlar əldə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarxli, 1(009)- 310/2025 nömrəli qərarı ilə əldə edilmiş Şahid5 mobil telefon nömrəsi üzrə anten məlumatlara əsasən: - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən Şahid5 istifadəsində olan ********** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 19:22:02-da zəng gəlmiş və danışıq 169 saniyə davam etmişdir. (əhatə dairəsi “Bakı şəh,Qala kəndi, X4 Qoruğu”). -xx.xx.2025-ci il tarixdə saat 19:31:14-də Şahid5 istifadəsində olan ********** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə zəng gəlmiş danışıq 250 saniyə davam etmişdir. (əhatə dairəsi “Bakı şəh,Qala kəndi, X5 Qoruğu”). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 1(009)- 310/2025 nömrəli qərarı ilə əldə edilmiş Şahid5 istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatları məhkəmə tərəfindən tədqiq edilərək qiymətləndirilmişdir. Həmin məlumatlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:22:02-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən Şahid5 istifadəsində olan ********** nömrəsinə zəng edilmiş, danışıq 169 saniyə davam etmiş və qeyd olunan əlaqə Bakı şəhəri, Qala kəndi, Dövlət Tarix-Etnoqrafiya Qoruğu əhatə dairəsində qeydə alınmışdır. Həmin tarixdə saat 19:31:14-də isə əks istiqamətdə edilən zəng 250 saniyə davam etmiş və eyni əhatə dairəsində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, göstərilən anten və zəng məlumatları Şahid5 və təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdikləri ifadələrlə uzlaşır və onların ifadələrində göstərilən halları obyektiv texniki sübutlarla təsdiq edir. Sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 21:07-də deyil, ən geci saat 19:22-dən etibarən Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə, tutulmanın rəsmi sənədlərdə göstərilən vaxtı ilə faktiki saxlanılma vaxtı arasında ziddiyyət mövcuddur və bu hal məhkəmə tərəfindən iş üzrə sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarxli, 1(009)- 310/2025 nömrəli qərarı ilə əldə edilmiş Şahid7 mobil telefon nömrəsi üzrə anten məlumatlarına əsasən: - ********** nömrəsindən Şahid7 istifadəsində olan ********** nömrəsinə xx.xx.2025ci il tarixdə saat 23:25:22-də zəng gəlmiş və danışıq 42 saniyə davam etmişdir. (əhatə dairəsi Bakı şəh.Qaradağ r-nu,Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində yerləşən "Sədərək" Ticarət mərkəzi olmuşdur). - Şahid7 istifadəsində olan ********** nömrəsindən ********** nömrəsinə xx.xx.2025ci il tarixdə saat 00:14:59-da zəng gəlmiş və danışıq 201 saniyə davam etmişdir. (əhatə dairəsi Nigar Refibeyli küçəsi olmuşdur). - Şahid7 istifadəsində olan ********** nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 10:24:52-da gedən zəngə əsasən o Bakı şəhəri, Sebail rayonu, Nizami küçəsi 10-da olmuşdur. -Şahid7 xx.xx.2025-ci il tarixdə saat 10:26:08-dan 10:31:47 “metro Baki Soveti, İceri Sheher, Narxoz” ərazisində, saat 10:31:47-dən, saat 10:56:26-dək “Baki seh. Yasamal ray. Abdulla Saiq kuc. 14” ünvanında olmuşdur - Şahid7 xx.xx.2025-ci il tarixdə 16:30:03-da “Hövsan qes,1 No-li Zeytun Savxozu” ünvanında olmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarına əsasən ....CPM-in 153.2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın (yəni əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxslərin deyil, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxslərin) və tutulmuş şəxsin yerləşdirildiyi müvəqqəti saxlama yerlərinin əməkdaşlarının tutulmuş şübhəli şəxsə münasibətdə digərləri ilə yanaşı, aşağıdakı vəzifələri də nəzərdə tutulmuşdur: - tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); - şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); - tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.7). Qeyd olunan normaların bir-biri ilə, eləcə də CPM-in vəkilin şübhəli şəxsin müdafiəsi üçün cinayət prosesində iştirak etməsini tənzimləyən 92.3.9, 92.4.1, 92.4.2 və 92.4.6-cı maddələri ilə müqayisəli şəkildə təhlili onu deməyə əsas verir ki, cinayət-prosessual qanunvericilik tutulmuş şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsini bir qayda olaraq tutulmanın prosessual məcburiyyət tədbiri kimi artıq tətbiq edilmiş (mövcud) olması ilə şərtləndirməklə, bu hüququ təmin etmək vəzifəsini müvafiq təhqiqat və ibtidai istintaq orqanının üzərinə qoymuşdur.....cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların, o cümlədən Təqsirləndirilən şəxs ifadəsinin, şahid ifadələrinin, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 1(009)-310/2025 nömrəli qərarı əsasında əldə edilmiş anten məlumatlarının məcmu və qarşılıqlı qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulması zamanı, eləcə də ibtidai istintaqın gedişində aparılmış digər mühüm istintaq hərəkətləri zamanı müdafiəçinin iştirakı prosessual sənədlərdə formal qaydada göstərilsə də, faktiki olaraq onun real və effektiv iştirakı təmin edilməmişdir. Beləliklə, müdafiəçinin iştirakının yalnız sənədlərdə əks olunması, lakin faktiki hüquqi yardımın göstərilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməli olub, bu hal məhkəmə baxışı zamanı öz obyektiv təsdiqini tapmışdır. Belə ki, cinayət işinin məhkəmə istinatqı zamanı əldə edilmiş müvafiq anten məlumatları ilə müəyyən edilmişdir ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Şahid7 öz peşə borcunu vicdanla yerinə yetirməmişdir. Cinayət işi üzrə materiallardan görünür ki, şübhəli şəxsin tutulması haqqında qərar və həmin tutulma ilə bağlı tərtib edilmiş protokolda, şübhəli şəxsin izahatının alınması protokolunda, şübhəli şəxsə ekspertizanın təyin edilməsi barədə qərarın və ekspert rəyinin elan olunaraq onunla tanış edilməsi haqqında protokollarda, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, təqsirləndirilən şəxs qismində dindirmə protokolunda, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarda, habelə ibtidai istintaqın başa çatmasının təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan edilməsi və cinayət işinin materialları ilə təqsirləndirilən şəxs və onun müdafiəçisinin tanış edilməsi barədə protokollarda müdafiəçi Şahid7 ilə yanaşı Təqsirləndirilən şəxs da imzaları mövcuddur. Lakin məhkəmə baxışı zamanı məhkəm istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində müdafiəçi Şahid7 ilə faktiki olaraq görüş keçirməmiş, müdafiə hüququnun həyata keçirilməsi məqsədilə onunla ünsiyyətdə olmamışdır. Beləliklə, iş materiallarında müdafiəçinin iştirakını təsdiq edən imzaların mövcud olmasına baxmayaraq, göstərilən dövrdə təqsirləndirilən şəxslə müdafiəçi arasında real hüquqi yardımın göstərilməsi ilə bağlı faktiki təmasın olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbləri, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92-ci və 153-cü maddələrinin sistemli və qarşılıqlı təhlili göstərir ki, müdafiəçinin iştirakı yalnız formal-prosessual sənədlərdə imza atmaqla məhdudlaşa bilməz və həmin iştirak real, effektiv və təqsirləndirilən şəxsin müdafiə hüququnun faktiki təmin olunmasına yönəlmiş olmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların, o cümlədən anten məlumatlarının, şahid və təqsirləndirilən şəxsin ifadələrinin məcmu qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, ibtidai istintaq mərhələsində müdafiəçinin iştirakı faktiki olaraq təmin edilməmiş, onun iştirakı yalnız formal xarakter daşımışdır. Bu hal isə təqsirləndirilən şəxsin müdafiə hüququnun həyata keçirilməsinə real imkanın yaradılmaması ilə nəticələnmiş, onun özünü müdafiə etmək, müdafiəçisi ilə konfidensial və maneəsiz görüşmək, hüquqi mövqeyini əvvəlcədən razılaşdırmaq və istintaq hərəkətlərində müdafiəçinin fəal iştirakı ilə çıxış etmək hüquqlarını məhdudlaşdırmışdır. Nəticə etibar ilə hazırda məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi ilə bağlı aradan qaldırılması mümkün olmayan şübhələr yaratmışdır. Belə pozuntular cinayət prosesində tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə xələl gətirməklə yanaşı, əldə edilmiş sübutların mötəbərliyi və yol verilənliyi məsələsini də şübhə altına alır. Məhkəmə bu qənaətə gəlir ki, müdafiə hüququnun təmin edilməməsi əhəmiyyətli prosessual pozuntu olmaqla, təqsirləndirilən şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmuş, nəticə etibarilə ibtidai istintaq mərhələsində aparılmış ayrı-ayrı prosessual hərəkətlərin hüquqi qüvvəsinə və sübut kimi qiymətləndirilməsinə təsir göstərən hal kimi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında birbaşa göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər birbiri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə vəkilin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsi də Təqsirləndirilən şəxs barəsində keçirilən istintaq hərəkətinin doğruluğunu şübhə altına alır. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəlarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə, yuxarıda sadalanan xüsusatları əlaqəli şəkildə tədqiq etdikdə, hesab edir ki, müdafiə tərəfinin iddiaları əsaslı görünür və ittiham tərəfinin sübutlarını şübhə altına alır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfin birbaşa olaraq sübut kimi təqdim etdiyi prosessual sənədlər və sübutlar kifayət qədər nöqsanlı və qüsurludur. Məhkəmə qeyd edir ki, hazırkı halda əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməməsi və yoxlanılmaması, buna baxmayaraq həmin materiallara istinad edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarın qəbul edilməsi prosessual ardıcıllığın kobud şəkildə pozulması eləcə də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə sübutlar əldə edilməsi ibtidai istintaq zamanı bütövlükdə prosesin qanuniliyinə təsir etmiş, şübhə və qeyri-müəyyənliyi artırmışdır. Məhkəmə hesab edir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməməsi və yoxlanılmaması, buna baxmayaraq həmin materiallara istinad edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarın qəbul edilməsi cinayət-prosessual fəaliyyətin mərhələlilik və ardıcıllıq prinsipinə zidd olmaqla, tutulmanın hüquqi əsaslarının formalaşdırılmasında prosessual prosedurun pozulmasına səbəb olmuşdur. Çünki tutulma azadlıq hüququnun məhdudlaşdırılması ilə nəticələnən prosessual məcburiyyət tədbiri olduğundan, ona əsas verən materialların əvvəlcədən prosessual baxımdan rəsmiləşdirilməsi və qiymətləndirilməsi zəruridir. Göstərilən ardıcıllığa əməl edilməməsi, yəni əvvəlcə tutulmanın həyata keçirilməsi, daha sonra isə materialların prosessual qaydada rəsmiləşdirilməsi ibtidai istintaqın qanuniliyinə mənfi təsir göstərmişdir. Nəticə etibarilə, göstərilən hallar ittiham tərəfinin sübutlarının möhkəmliyini və obyektivliyini zədələyir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs və şahid qismində dindirilən Şahid5, Şahid7 və Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadələri təhlilinə əsaslanaraq belə qənaətə gəlir ki, onların məhkəmə iclasında verdiyi ifadəsinin həqiqiliyinin hazırki cinayət işi üzrə şübhə altına alınması üçün heç bir əsas mövcud deyildir. Buna görə də onların məhkəmədə verdiyi ifadələri sübut olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, narkotik vasitənin miqdarının cinayət məsuliyyəti yaradan həddə olub-olmaması barədə məhkəməyədək aparılan icraatın qanuniliyində şübhələr mövcuddur və bütün şübhələr isə qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə sübutlar, eləcə də şahid polis əməkdaşlarının ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1ci, 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən eləcə də, konstitusion prinsip olan həqiqət prinsipinin tələbləri ilə ziddiyyət təşkil etdiyindən və hüquqi qüvvəsi olmayan hesab edildiyindən hazırki cinayət işi üzrə sübut kimi qəbul edilməməlidirlər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokol, xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun qanunla müəyyən edilmiş əsaslarla əldə edilməsi hallarına şübhələr olduğundan eləcədə müdafiə hüququnun pozulması, istintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldığından onlar sübutlar siyahısından xaric edilməlidir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 31 may 2025-ci il tarixli, 6/2050 saylı rəyinə münasibətdə məhkəmə bildirir ki, ekspert rəyi yalnız ekspertizaya təqdim edilmiş maddənin növünü və çəkisini müəyyən edilməsini təsdiq edən mötəbər sübut hesab olunur. Lakin həmin rəy təkbaşına Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə Səbail Rayon ərazisində əməliyyat-axtarış tədbirləri zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş sənədlər qanunvericiliyin tələbləri pozulmaqla formal şəkildə tərtib edilmiş və iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən istintaq və digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud şəkildə pozulması ilə aparıldığı müəyyən edilmişdir. Belə hallarda yalnız məhkəmə-kimyəvi ekspertizanının rəyi ilə şəxsin üzərində narkotik vasitənin olması qənaətinə qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın 17 iyun 2025-ci il tarixli, 3602 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, hansı ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş miqdarda olub-olmaması məhkəmə tərəfindən müəyyən edilmir, bu da təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPMnin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən sübutlar qanunun tələblərinin pozulması ilə toplanılmış və ona əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və iş üzrə aşkar edilmiş 0,241 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddəyə dair hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə məhkəmə-kimyəvi ekspertizası tədqiqatından sonra qalıq qalmış və hazırda Səbail RPİ-nin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 0,191 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bundan başqa, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi, habelə cinayət təqibinə cəlb olunması ilə əlaqədar pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Qeyd edilən məsələ ilə bağlı “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Eyni zamanda məhkəmə xərclər və sübutla bağlı məsələni müzakirə edib hesab edir ki, iş üzrə maddi sübut 02 ədəd disk iş materiallarında saxlanılmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,241 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddəyə dair hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə məhkəmə-kimyəvi ekspertizası tədqiqatından sonra qalıq qalmış və hazırda Səbail RPİ-nin Növbətçi hissəsində maddi sübut kimi saxlanılan 0,191 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi, habelə cinayət təqibinə cəlb olunması ilə əlaqədar pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar