Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-313/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 10 avqust 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 143, mənzil 36-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi ev 16A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 1993-cü ildə Lənkəran rayonu, Liman qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu, Nərimanabat Ə/D, Nərimanabat kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi fərdi yaşayış evində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında tanışı X5 ilə birlikdə 25 iyun 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində “İDEA” çimərliyinə gəlib, həmin vaxt istrahət üçün həmin çimərliyə gəlmiş və sahildə uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayısının yanında olan Zərərçəkmiş şəxs qızma məxsus əl çantsından oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ətrafı müşaidə etmiş, o isə Zərərçəkmiş şəxs əl çantasından üzərində 15 manat dəyərində 070 *** ** ** saylı mobil telefon nömrəsi olan 1 ədəd 1700 manat dəyərində İpone 14 ProMax markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1715 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Cəbrayıl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 143, mənzil 36-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi ev 16A-da yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 3 il olar tanıyır. 25 iyun 2024-cü il tarixdə saat 12 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində Təqsirləndirilən şəxs1 ilə görüşüb, Şıxov çimərliyinə getmək qərarına gəlmişlər. Onlar birlikdə 125 saylı marşrut avtobusla Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “İDEA” içtimai çimirləyinə getmişlər. Əlinin aylıq kirayə pulu 250 manat olmuş, həmin pulun 150 manatını düzəltmiş, qalan 100 manatı düzəldə bilməmişdir. Əli bu barədə ona demiş, o da Əliyə demişdi ki, çimərlikdən 100 manat dəyərində telefon oğurlasınlar, aparıb satsınlar və Əlinin kirayə pulunu düzəltsinlər. Əliyə demişdi ki, o, əvvəllər başqa çimərlik ərazisində mobil telefon oğurlamışdır. Buna görə onlar sahil kənarında istirahət etməyə gələn şəxslərin uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayılarının yanında əyləşmiş, bu zaman Əli sahibsiz bel çantasının içərsində İpone 14 ProMax markalı mobil telefonu götürmüş və onlar birlikdə həmin ərazini tərk etmişlər. Bakı Su İdman sarayının yaxınlığında Əliyə demişdi ki, telefonu ona versin, telefonun parolunu sındırsın. Əli demişdi ki, İpone markalı telefonların parollarını sındırmaq olmur, aparıb telefonu 28 May metrostansiya yaxınlığında olan mağazalara satsınlar və onlar birlikdə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazaların olduqları əraziyə getmişlər. Orada olan mağazaların birinin satıcısına həmin mobil telefonu göstərmişlər, satıcı onlara mobil telefonun İcloud parolunu açmağı demiş, onlar parolu bilmədikləri üçün satıcı telefonu qaytarmışdı. Həmin vaxt o, Əliyə demişdi ki, Vüqar əmi onlardan telefon istəyir, aparıb telefonu sonuncuya versinlər. Əli həmin vaxt Vüqarın istifadə etdiyi 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb harada olduğunu soruşmuş, sonuncu Əcəmi metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində olduğunu bildirmişdi. Onlar birlikdə Vüqarın yanına getmiş və Əli İpone 14 ProMax markalı mobil telefonu Vüqara vermişdi. O, təxminən 15-20 dəqiqdə sonuncularla birlikdə kafedə əyləşdikdən sonra Vüqar ona taksi pulu vermiş və o, evə getmişdi. Oğurluq etməkdə onlara köməklik edən olmamış, Vüqar adlı şəxs onların verdikləri İpone 14 ProMax markalı mobil telefonun oğurluq olmasından heç bir məlumatı olmamışdır Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Nərimanabat Ə/D Nərimanabat kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi fərdi yaşayış evində kirayə yaşayır. X4 təxminən 3 il olar tanıyır. 25 iyun 2024-cü il tarixdə saat 12 radələrində Səbail rayonu Bayıl qəsəbəsində Təqsirləndirilən şəxs2la görüşüb, Şıxov çimərliyinə getmək qərarına gəlmişlər. Onlar birlikdə 125 saylı marşrut avtobusla Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “İDEA” içtimai çimirləyinə getmişlər. Onun aylıq kirayə pulu 250 manatdır, həmin pulun 150 manatını düzəltmişdi, qalan 100 manatı düzəldə bilməmişdi. Bu barədə Nurlana dedikdə sonuncu demişdi ki, çimərlikdən 100 manat dəyərində telefon oğurlasınlar, aparıb satsınlar və onun kirayə pulunu düzəltsinlər. Nurlan ona demişdi ki, özü əvvəllər başqa çimərlik ərazisində mobil telefon oğurlamışdır. Buna görə onlar sahil kənarında istirahət etməyə gələn şəxslərin uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayılarının yanında əyləşən zaman o, sahibsiz bel çantasının içərisində İpone 14 ProMax markalı mobil telefonun olduğunu görmüş, həmin mobil telefonu bel çantasının içərisindən götürmüş və Nurlanla birlikdə həmin ərazini tərk edərək marşrut avtobusla geri qayıtmışlar. Bakı Su İdman sarayının yaxınlığında Nurlan ona demişdi ki, telefonu versin ki, telefonun parolunu sındırı. O, Nurlana demişdi ki, İpone markalı telefonların parollarını sındırmaq olmur, aparıb telefonu 28 May metrostansiyası yaxınlığında olan mağazalara satsınlar və onlar birlikdə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazaların olduqları əraziyə getmişlər. Orada olan mağazaların birinin satıcısına həmin mobil telefonu göstərmiş, satıcı onlardan mobil telefonun İcloud parolunu açmağı demiş, onlar parolu bilmədikləri üçün satıcı telefonu onlara qaytarmışdı. Həmin vaxt Nuraln ona demişdi ki, Vüqar əmi telefon istəyir, aparıb telefonu sonuncuya versinlər. O, həmin vaxt Vüqarın istifadə etdiyi 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb harada olduğunu soruşmuş, sonuncu Əcəmi metrostansiyasınm yaxınlığında yerləşən kafelərin birində olduğunu bildirmişdi. Onlar birlikdə Vüqarın yanma getmiş və o, İpone 14 ProMax markalı mobil telefonu Vüqara vermişdi. Nurlan təxminən 15-20 dəqiqə onlarla birlikdə kafedə əyləşdikdən sonra Vüqar Nurlana taksi pulu vermiş və sonuncu evə getmiş, o, isə Vüqarla birlikdə getmişdi. Oğurluq etməkdə ona köməklik edən olmamışdır. Vüqar adlı şəxsin onların verdiyi İpone 14 ProMax markalı mobil telefonun oğurluq olmasından heç bir məlumatı olmamışdı. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, əvvəllər məhkum olunmamasının, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının, gənc olmasının və himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 25 iyun 2024-cü il tarixdə saat 16 radələrində oğlu Muradla birlikdə Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “İDEA” içtimai çimərliyinə istrahət etmək üçün getmiş, saat 18 radələrində o, özünə məxsus “İphone 14 Pro Max” markalı mobil telefonu çantasının içərisinə qoyub oğlu ilə birlikdə dənizin sahil tərəfinə getmişlər. Təxminən 10-12 dəqiqə sahilin kənarında gəzdikdən sonra əl çantasının olduğu yerə qayıdıb, çantanın içərisinə baxan zaman çantasının içərisində olan ona məxsus mobil telefonun yerində olmadığını görmüşdü. Dərhal ətrafda olan polislərə yaxınlaşıb ona məxsus mobil telefonun oğurlanması barədə məlumat vermiş və “İDEA” çimərliyinin quraşdırılmış təhlükəsizlik kameralarına baxdıqda 2 nəfər şəxsin çimərlik çarpayısının yanma qoyduğu, özünə məxsus əl çantasının olduğu yerə yaxınlaşıb, çimərlik çarpayısının üzərində oturduqlarını, onlardan birinin ətrafı müşahidə etdiyini, digərinin isə əlini ona məxsus əl çantasının içərisinə salıb oradan mobil telefonu götürüb oradan uzaqlaşdığını görmüşlər. Ona məxus “İphone 14 Pro Max” markalı mobil telefonun üzərində 15 manata aldığı 070 *** ** ** saylı mobil nömrə olmuşdur. O, “İphone 14 Pro Max” markalı mobil telefonu 2023-cü ilin iyun ayında 3.400 manata kreditlə almış. Hazırda ona məxsus mobil telefonun qiyməti istifadə olunmasını nəzərə almaqla 2.800 manatdır. Baş vermiş oğurluq nəticəsində ona 2.815 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Zərərçəkmiş şəxs tərəfindən həm ibtidai istintaq zamanı istintaq orqanına, həm də məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmiş və onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş iş üzrə ibtidai istintaqı aparmış Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Yaşar İsgəndərov, ittihamın məzmununa uyğun izahat verərək, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında tanışı X5 ilə birlikdə 25 iyun 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində “İDEA” çimərliyinə gəlib, həmin vaxt istrahət üçün həmin çimərliyə gəlmiş və sahildə uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayısının yanında olan Zərərçəkmiş şəxs qızma məxsus əl çantsından oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ətrafı müşaidə etmiş, o isə Zərərçəkmiş şəxs əl çantasından üzərində 15 manat dəyərində 070 *** ** ** saylı mobil telefon nömrəsi olan 1 ədəd 1700 manat dəyərində İpone 14 ProMax markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1715 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etdiyini göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyul 2024-cü il tarixli 9\5393 saylı rəyindən görünür ki, 01 ədəd “İphone” markalı, MQCA3PU/A (14 proMax) modelli, CMFQGF54 VF seriyalı, 256 GB yaddaş tutumlu mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1700,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekpertizasınm 19 sentyabr 2024-cü il tarixli 4176 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində veçirilmiş kəllə- beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə patoloji meyillilik əlamətləri müşahidə edilmədi. Fərdi-psixi xüsusiyyətləridə əlaqədar situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında iş materiallarında olan bir ədəd DVD-R diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 2 nəfər kişi cinsindən və cavan yaşlarında olan şəxlər üstündə əl çantası olan çimərlik çarpayısının yanma yaxınlaşıb, çimərlik çarpayısının üzərində otururlar, bir neçə dəqiqə sonra həmin şəxslərdən biri ətrafı müşahidə etməyə başlayır, digəri isə əlini çarpayının üstündə olan əl çantasının içərisinə salıb oradan mobil telefonu götürür və bundan sonra həmin şəxslər oradan uzaqlaşıb gedirlər. Məhkəməyədək icraat zamanı aparılmış diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntüdə əks olunun iki nəfər şəxsdən birinin onun, digəri isə onun tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Həmin vaxt onlar mobil telefon oğurlamaq qərarına gəlmiş, buna görə onlar sahil kənarında istirahət etməyə gələn şəxslərin uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayılarının yanında əyləşmiş, bu zaman Təqsirləndirilən şəxs2 ətrafa nəzarət etməyə başlamış, o isə sahibsiz əl çantasının içərsində olan bir ədəd “İpone 14 ProMax” markalı mobil telefonu götürmüş və bundan sonra onlar birlikdə həmin ərazini tərk etmişlər. İstintaq zamanı Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs qızma məxsus bir ədəd “İphone 14 Pro Max” markalı mobil telefon aparatını könüllü olaraq istintaq orqanına təqdim etmişdir. İstintaq zamanı “İphone 14 Pro Max” markalı mobil telefon zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu həmin telefonu tanıyaraq özünə məxsus olduğunu, 25 iyun 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən “İDEA” çimərliyində istrahət üçün çimərliyə gəlmiş və sahildə uzanıb dincəlmək üçün nəzərdə tutulan çimərlik çarpayısının yanında olan ona məxsus əl çantsından oğurlandığı bildirmişdir. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, 01 ədəd “İphone” markalı, MQCA3PU/A (14 proMax) modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 29 iyun 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyul 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 19 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, Lənkəran Rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddəti cəzasına məhkum olunmuş, 24 iyul 2017-ci il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 20 dekabr 2015-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanını tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, sağlamlıq vəziyyətini və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanının tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs1 29 iyun 2024-ci il tarixdən 01 iyul 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd “İphone” markalı, MQCA3PU/A (14 proMax) modelli mobil telefon aparatı sahibininə qaytarılmasının nəzərə alınmasını, 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 feval 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 29 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd “İphone” markalı MQCA3PU/A (14 Promax) modelli mobil telefon aparatı sahibininə qaytarılması nəzərə alınsın və 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Express Bank”-in Xətai filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-313/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-313/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver