Məhkəmə qərarları › İş №1(009)-314/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-314/2025

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-314/2025 16.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evin sahibi Zərərçəkmiş şəxs2 məxsus olan və həmin evin 1-ci mərtəbəsindəki qonaq otağına qoyulmuş 2000 manat dəyərində olan 01 ədəd “Sony” markalı KDL-55HX855 modelli, Malayziya istehsalı olan, 140 diaqonallı, işlənmiş və saz vəziyyətdə olan televizoru və həmin evin 2-ci mərtəbəsindəki oyun otağına qoyulmuş 1000 manat dəyərində olan 01 ədəd “Samsung” markalı UE40H5270AU modelli, Malayziya istehsalı olan, 102 diaqonallı işlənmiş və saz vəziyyətdə olan televizoru vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Dövlət ittihamçısı bildirmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmiş, birinci epizodda təqsirləndirilən şəxsin əməlində CM-in 179.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq onun əməli həmin epizodda CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən iş xitam olunaraq təkrarən baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və müstəntiq barəsində xüsusi qərar qəbul edilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 barışdığını, məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətə etiraz etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş CMin 177.2.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona əlavə olaraq həmin maddə ilə də ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 ilə sonuncuya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci bağlar döngəsi 6 ünvanda yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini aylıq 2500 manat icarə haqqı ödəmək şərti ilə razılaşaraq icarəyə götürmüş, xx.xx.2025-ci il tarixdə aralarında “Daşınmaz əmlakın icarəyə (kirayə) verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilənin 2.4-cü maddəsinə əsasən icarəçi (Təqsirləndirilən şəxs) ev əşyalarının qorunmasına və saxlanmasına cavabdehlik daşımışdır. Həmin evdə əvəllər ailəsi ilə birlikdə yaşamış, icarə haqqını ödəməkdə çətinliyi yarandığınan təxminən 1 ay sonra 4 tələbə qız taparaq evin 2-ci mərtəbəsində olan 2 yaşayış otağını onlara aylıq 700 manata icarəyə vermişdir. Maddi sıxıntıları yarandığı üçün xx.xx.2025-ci il tarixdə fərdi yaşayış evinin 1-ci mərtəbəsində qonaq otağında yerləşən “Sony” markalı və 2-ci mərtəbədə yataq otağında yerləşən “LG” markalı televizorları həmin evin sahibindən xəbərsiz götürərək “Neftçilər” ərazisində yerləşən lombard məntəqəsinə qoyub həmin yerdən 400 manat pul götürmüşdür. Bundan başqa xx.xx.2025-ci il tarixdə qeyd edilən evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 “HP” markalı noutbuk kompyuterini ondan xəbərsiz lombard məntəqəsinə qoyub həmin yerdən 600 manat pul götürmüşdür. Zərərçəkmiş şəxs1 işləri ilə əlaqədar uzun müddət evdə qalmadığından sonuncunun ona məxsus kompyuteri götürməsindən məlumatı olmamışdır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tərəfindən sonuncuya aid fərdi yaşayış evi bütün əşyaları ilə birlikdə etibar edilərək müvəqqəti icarədə yaşaması üçün verilmiş, Təqsirləndirilən şəxs həmin əşyalar ona etibar edildiyi andan sonra iki ədəd televizorları ələ keçirmək niyyəti yaranmış, nəticədə faktiki sahibliyində və istifadəsində olan, ona etibar edilmiş iki ədəd televizoru talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla mənimsəmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmiş, birinci epizodda təqsirləndirilən şəxsin əməlində CM-in 179.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq onun əməli həmin epizodda CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeydinin” 3-cü bəndinə əsasən CM-nin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona əlavə olaraq həmin maddə ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 318.2, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 saat, 11 manatdan hesablanmaqla 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar