Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-317/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 01 noyabr 2023-cü il tarixdə saat 10.45də məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən X5 25 sentyabr 2023-cü il tarixdə saat 13:40 radələrində X5 ünvan 2 ünvanda, mənzilin giriş otağında şəxsi münasibətlərin kəskinləşməsi zəminində Zərərçəkmiş şəxs sifətindən, sol gözü nahiyəsindən yumruqla vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anası X6 2001-ci ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Anası Tamara ünvan 3 ünvanında yaşayır. O, rayonda qaldığı üçün, tez-tez anasını görmək üçün Bakı şəhərinə gəlir. xx.xx.2023-cü il tarixdə o, anasını görmək üçün Bakı şəhərinə, onlara qonaq gəlmişdir. O, evə daxil olan zaman Səxavəddin evdə olmuşdur. Səxavəddin onu xoş qarşılamışdır. Daha sonra anası süfrə açmış, onlar yemək yemişlər. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Səxavəddin evə gəlmişdir. O, yuxudan oyanıb Səxavəddinin anasına nalayiq ifadə işlətdiyini eşitmişdir. O, durub Səxavəddinin üzərinə gedərək “anamı niyə təhqir edirsən?” deyə bildirib, Səxavəddinin üz nahiyəsindən, sol gözündən yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra anası onları ayırmış və o, həmin evi tərk edib tanışı Etibarın evinə getmişdir. xx.xx.2023-cü il tarixdə o, anası yaşayan evə yenidən gəlmişdir. Anası ona Səxavəddinin onu polisə şikayət etdiyini bildirmişdir. Həmin vaxt Səxavəddin evdə olmamışdır. O, Zərərçəkmiş şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 13:40 radələrində ünvan 2 ünvanda, mənzilin giriş otağında yumruqla sol göz nahiyəsindən vuraraq xəsarətlər yetirmişdir. Buna səbəb Səxavəddinin onun anası Tamaranı söyməsi olmuşdur. O, hazırda zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, təhqiqat zamanı verdiyi izahatı təsdiq edir, ona dəymiş ziyan ödənilmişdir, X5 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 543 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 25 sentyabr 2023-cü il tarixdə, kənar şəxs tərəfindən sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 09 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, X5 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X5 məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X5: - Qazax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinərək 07 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü dəyişdirilmiş, üzərində 04 il 06 ay azadlıqdan məhruetmə cəzası saxlanılmışdır. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, X3 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, X3 əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni X5 zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından X4 qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. X5 cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən X3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSCnin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-317/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-317/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver