Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-317/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 oktyabr 2024-cü il tarixdə saat 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon və qurudulmuş marixuana əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon həbi və qurudulmuş marixuana əldə edib bir hissəsini üzərində saxlamaqla daşımış, bir hissəsini isə yaşadığı ünvan 2 ünvanında saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən 27 may 2024-cü il tarixdə, saat 17:50 dəqiqədə ünvan 3 ünvanında yerləşən «SPAR» mağazasının qarşısında saxlanılıb Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilərək 19:25 radələrindən etibarən orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy cins şalvarının sol yan cibindən 0,04 qram metadon təsiredici maddəsinin miqdarı təşkil edən dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə olan metadon tərkibli 01 (bir) ədəd həb aşkar edilib götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 5 ünvanına saat 20:00 radələridən etibarən baxış keçirilərkən mənzilin mətbəx otağında olan soyuducunun üzərində saxladığı 01 (bir) ədəd böyük ölçülü şəffaf polietilen paketdə, 02 (iki) ədəd yaşıl rəngli selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 15,33 qram, 0,37 qram, 0,38 qram, ümumi təmiz çəkisi 16,8 qram xeyli miqdar çəkidə qurudulmuş marixuanadan ibarət narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitələrdən və ya psixotrop maddə qəbul edən olduğu üçün bədənində ağrılar olduğundan narkotik vasitələri qəbul edir, əvvələr narkotik vasitə qəbul etməyinə görə əvvəllər məhkum edilmişdir. Tutulmamışdan 1 həftə əvvəl internetdə sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşından özü qəbul etmək üçün 400 manat müqabilində qurudulmuş marixuana və 01 list narkotik vasitə metadon həbi əldə etmişdir. X14 Respublikası vətəndaşı narkotik vasitələri Səbail rayonu ərazisində ünvanını dəqiq xatırlamadığı ərazidə ağacın dibində gizlətdirmiş və pulu İranlının diktə etdiyi kart hesabına göndərmişdir. Əldə etdiyi həmin narkotik vasitələri lazım olanda istifadə edə bilsin deyə yaşadığı evində gizlətmişdir. Bu barədə heç kimə xəbər vermədiyi üçün evdə narkotik vasitə və ya psixotrop maddə saxlamasında heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə aldığı həmin qurudulmuş marixuanadan siqaret kimi çəkmə yolu ilə qəbul etmişdir. Həmin gün evindən çıxmış və üzərində özü qəbul etməyi üçün 01 ədəd metadon həbini və 01 paketdə az limon duzu götürmüşdür. Bunu həmin ərəfədə lazım olanda özü istifadə etməyi üçün götürmüş və Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində olan “Spar” marketin qarşısından keçən zaman dörd nəfər şəxs mülki geyimdə yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını deyib Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin dəvət etmişlər. Polis əməkdaşlarına evə narkotik vasitə saxladığını bildirmiş və polis əməkdaşları ilə birgə evə gedib baxış keçirmişlər və evdən qurudulmuş marixuana aşkar edimişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu bildirirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə məlumat daxil olmuşdur ki, Ruslan adlı şəxslər narkotik vasitə əldə etmək, gəzdirmək və satışı ilə məşğul olur. Həmin məlumatda Ruslan adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu, Rastrapoviç küçəsi yaxınlığında görünməsi bildirilmişdir. Ruslan adlı şəxsin ətraflarında əməliyyat tədbirlərinin yerinə yetirilməsinə göstəriş verilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisinə raportla məruzə edilmiş və rəhbərliyin razılığı əsasında Ruslan adlı şəxsin cinayət başında yaxalanması və cinayət əməllərinin ifşa olunması məqsədilə özü daxil olmaqla əməliyyat qrupu yaradılmış, əməliyyat tədbiri barədə sənədləşmə aparıldıqdan sonra Ruslan adlı şəxsin olduqları yer müəyyən edilərək saxlanılması üçün axtarmağa başlanılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində Ruslan Səbail rayonu, Rastropoviç küçəsində olduğunu görüb kənardan müşahidə edərək saat 17:50 radələrində Bakı şəhəri Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən «Spar» marketin qarşısında saxlanmış və saat 18:05 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmişdir. Təhqiqatçının və müdafiəçinin iştirakı ilə həmin tarixdə üzərində şəxsi axtarış və götürmə əməliyyatı keçirilmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metadon zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmədən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanında da narkotik vasitə vardır, həmin narkotik vasitəni də təqdim edə bilər. Yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığı barədə ərizə alındıqdan sonra təhqiqatçınm qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Rastrapoviç küçəsi, ev 5, mənzil 5 ünvanına baxış keçirilməsi üçün getmişlər və mənzilə baxış keçirilməsində yenə özü də daxil olmaqla baş əməliyyat müvəkkili Şahid4, vəkil X4 iştirak etmişdir. Mənzilə baxış keçirilməsinə 27 may 2024-cü il tarixdə başlanılmışdır. Baxış keçirilməsinə başlamazdan əvvəl baxışda iştirak edənlərə elan edildi ki, baxışda vdeoçəkilişdən istifadə ediləcək, iştirakçılar tərəfindən buna etiraz daxil olmadıqdan sonra baxış keçirilməsi barədə qərar şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilmiş və şübhəli şəxsin hüquq və vəzifələri ona elan edilib, sonra baxış keçirilməsi barədə təhqiqatçı qərarı şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilib və sonra ona təklif olunmuşdur ki, mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Təhqiqatçının həmin təklifindən sonra həmin ünvanda olan 5 nömrəli evin 3-ci mərtəbəsinə qalxdıqdan sonra liftdən sola dönülmüş və Təqsirləndirilən şəxs sağdan sonuncı qapıya yaxınlaşaraq mənzilin qapısını açıb yaşadığı mənzilin həmin mənzil olmasın bildirmişdir. Mənzilə daxil olub mətbəxə çevrilmiş eyvanına girmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs mətbəxin sol hissəsində yerləşən soyuducunun üzərində olan dolabın içərisində 01 ədəd göy rəngli qutunu götürüb qutunun içərisini açmışdır, orada 01 ədəd böyük ölçülü, içərisində yaşıl rəngli ot formasında, spesifik iyə malik maddə olan şəffaf paketi və içərisində yaşıl rəngli maddələr olan 02 ədəd kiçik həcmli yaşıl rəngli selofan bükülünü, bundan başqa orta həcmli şəffaf selofan paketdə olan ağ rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd böyük həcmli şəffaf paketdə olan yaşıl rəngli və 02 ədəd kiçik həcmli marixuana narkotik vasitələrin, digər 01 ədəd şəffaf selofanda ağ rəngli maddənin isə limon duzu olduğunu, narkotik vasitə qəbul edərkən istifadə etmək üçün orada saxladığını bildirmişdir. Bunlardan əlavə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin göy qabın yanında 01 ədəd elektron tərəzini təqdim edib həmin elektron tərəzini özü istifadə etmək üçün aldığı narkotik vasitənin çəkisini ölçüb müəyyən etmək məqsədi ilə orada saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən 01 ədəd böyük ölçülü şəffaf paketdə olan yaşıl rəngli maddə, 02 ədəd kiçik ölçülü yaşıl selofanda olan yaşıl rəngli maddələr, 01 ədəd orta ölçülü, içərisində ağ rəngli maddə və 01 ədəd elektron tərəzi iş üçün sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı mənzildən iş üzrə sübut əhəmiyyətinə malik hər hansı əşya, sənəd aşkar edilib götürülməmişdir. Sonra təhqiqatçınm bu barədə tərtib etdiyi protokol onlara ucadan oxunduqdan sonra daxil olmaqla iştirakçılar tərəfindən həmin protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. İfadəsinə əlavə olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə aparılarkən və bölmədə olduğu vaxt ona qarşı hər hansı formada təzyiq və zor tətbiq olmamışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olan tünd göy cins şalvarının sol yan cibindən 0,04 qram metadon təsiredici maddəsinin miqdarı təşkil edən dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə olan metadon tərkibli 01 (bir) ədəd həb aşkar edilmişdir. Sorğu-sual zamanı o, təqdim etdiyi narkotik vasitə metadon olmasını, uzun müddətdir istifadə etdiyini, həmin narkotik vasitəni özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Mənzilə daxil olduqda, mənzilin mətbəxə çevrilmiş eyvanına daxil olunmuşdur. Təqsirləndirilən şəxs həmin mətbəxin sol hissəsində yerləşən soyuducunun üzərində olan dolabın içərisində 01 ədəd göy rəngli qutunu çıxarmış və həmin qutusunun içərisini açdıqda 01 ədəd böyük ölçülü, içərisində yaşıl rəngli ot formasında, spesifik iyə malik olan maddə olan şəffav paketi və eləcə də içərisində yaşıl rəngli maddələr olan 02 ədəd kiçik həcmli yaşıl rəngli sellofan bükülünü, bundan başqa orta həcmli şəffaf sellofan paketdə olan ağ rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd böyük həcmli şəffav paketdə olan yaşıl rəngli və 02 kiçik həcmli yaşıl rəngli sellofanda olan yaşıl rəngli maddələrin marixuana narkotik vasitələrin, digər 01 ədəd şəffaf sellofanda ağ rəngli olan maddənin isə duzu olduğunu, narkotik vasitə qəbul edərkən istifadə etmək üçün orada saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin göy qabın yanında olan 01 ədəd elektron tərəzini təqdim rək həmin elektron tərəzini istifadə etməyi üçün aldığı narkotik vasitənin çəkisini müəyyən etmək məqsədi ilə orada saxladığını bildirmişdir. Qeyd olunan mənzildən 01 ədəd böyük ölçülü şəffaf paketdə olan yaşıl rəngli də, 02 ədəd kiçik ölçülü yaşıl sellofanda olan yaşıl rəngli maddələr, 01 ədəd orta ölçülü, içərisində ağ rəngli maddə və 01 ədəd elektron tərəzi iş üçün sübut əhəmiyyəti kəsb edən boş zərflərə qoyulub möhürlənərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 28 may 2024-cü il tarixli, 3-16-16/2-7/852 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən kütlələr.” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd böyük ölçülü şəffaf polietilen paketdə, 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri- 15,33qram; 0,37qram; 0,38 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi- 16,9qramdır. Təqdim olunmuş 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Marixuanaların ümumi təmiz çəkisi 16,08 qram, tədqiqata sərf edildi 0,06 (hər obyektən 0,002) qram, qalıq çəkisi 16,02 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 may 2024-cü il tarixli, 3-16-16/2-6/3007 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №166" dairəvi möhür əksi, - üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd həb “ yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd üzərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həbdir və 01 (bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkli edir. - üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə” yazısı və imzalar olan zərfdəki açdıqda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 16,789 qram ağ rəngli xirda hissəciklərdın ibarət maddə kütləsinin tərkibində narkotik, psixotrop, güclü təsir ədən və zəhərli maddələrin komponentləri yoxdur və həmin kütlə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. - -üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 (bir) ədəd tərəzi" yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizası üzrə 27 iyun 2024-cü il tarixli, 4444 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. 28 may 2024-cü il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 29 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 29 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. 29 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 06 iyun 2024-cü il tarixli maddi sübut hesab etmək haqqında qərarla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı götürülmüş 0,1 qram sərf edildikdən sonra qalıq 16,02 qram qurudulmuş marixuana və 01 (bir) ədəd həbdə 0,04 qram güclü təsiredici maddə metadon maddi subut hesab edilmiş və məhkəmə hökmünə qədər saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. 20 iyul 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar istintaqa gələ bilmədiyindən cinayət təqibi üzrə icraat dayandırılmışdır. 20 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin cinayət təqibi üzrə dayandırılmış icraatı təzələnmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzası 01 (bir) ilə endirilmişdir. xx.xx.2006-cı il tarixli qərarla cızasının sonu ilə azad edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 01 (bir) gün cəzası yarıyadək azaldılıb 11 (on bir) ay 15 (on beş) gün saxlanılmışdır. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı vardır: xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon və qurudulmuş marixuana əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayət törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Kişiyev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Lakin məhkumluğu ödənilməmiş, altı il keçmədən 27 may 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələri məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 27 iyun 2024-cü il tarixli, 4444 №-li rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 16,02 qram qurudulmuş marixuana və 01 (bir) ədəd həbdə 0,04 qram güclü təsiredici maddə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 28 may 2024-cü il tarixli, 3-16-16/2-7/852 saylı və 28 may 2024-cü il tarixli, 3-16-16/2-6/3007 saylı məhkəmə ekspertizası tədqiqatlarının xərci, ümumilikdə 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 16,02 qram qurudulmuş marixuana və 01 (bir) ədəd həbdə 0,04 qram güclü təsiredici maddə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 28 may 2024-cü il tarixli, 3-16-16/2-7/852 saylı və 28 may 2024-cü il tarixli, 3-16-16/2-6/3007 saylı məhkəmə ekspertizalarının xərci – 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (bir yüz iyirmi) manat Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-317/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-317/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver