Məhkəmə qərarları › İş №1(009)-32/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-32/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-32/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə Nümayəndə1 rəhbəri olduğu Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti ilə bağlı bir müddət gömrük rəsmiləşdirilməsinə dair ödəmələrin həyata keçirilməsinə kömək edib sonuncunun etibarını qazanaraq, etibarından sui-istifadə edib 2020-ci ilin mart ayının ortalarında gömrük rəsmiləşdirilməsinin aparılması və rüsumların köçürülməsi ilə əlaqədar müvafiq əməliyyatların həyata keçirilməsi üçün Zərərçəkmiş şəxs MMC-nin “Kapital bank” kartına dair zəruri məlumatları əldə etməyə nail olduqdan sonra o, dələduzluq niyyətini pərdələmək üçün həmin kart vasitəsilə bir müddət MMC-yə məxsus gömrük rəsmiləşdirilməsinə dair ödəmələri elektron formada həyata keçirib, daha da inam qazanmış, daha sonra Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 11 ünvanında Bakı Baş Gömrük İdarəsinin yaxınlığında yerləşən “AFB” bankın qarşısında olarkən vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs MMC-yə məxsus “Kapital bank" kartından xx.xx.2020-ci il tarixdə saat 12:34-də 12486,6 manat pulu, hökümət ödəniş portalı vasitəsi ilə elektron qaydada X4 adına gəlmiş malların gömrük rəsmiləşdirilməsinə ödəyərək sonuncunun qardaşı Şahid1 nağd qaydada 12466,45 manat pul almış, xx.xx.2020-ci il tarixdə saat 12:49- da eyni ünvanda 313,2 manat pulu hökümət ödəniş portalı vasitəsi ilə elektron qaydada "xxxx" MMC-nin adına gəlmiş malların gömrük rəsmiləşdirilməsinə ödəyərək "xxxx" MMC-nin əməkdaşı Şahid3 nəğd qaydada 310,8 manal pul almış, xx.xx.2020-ci il tarixdə saat 12:08-də eyni ünvanda 392,42 manat pulu və xx.xx.2020-ci il tarixdə saat 12:11-də eyni ünvanda 7810,49 manat pulu hökümət ödəniş portalı vasitəsi ilə elektron qaydada "xxxx" MMC-nin adına gəlmiş malların gömrük rəsmiləşdirilməsinə ödəyərək "xxxx" MMC-nin etibarnamə əsasında gömrük rəsmiləşdirilməsini həyata keçirən Şahid2 Ciimşüd oğlundan nağd qaydada müvafiq olaraq 390.82 manat və 7798.13 manat pulu alaraq cinayəti başa çatdırıb, faktiki olaraq Zərərçəkmiş şəxs MMC-yə məxsus 21002,71 manat pulu ələ keçirib etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs MMC-yə 21002,71 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, gömrük brokeri işləmiş və Nümayəndə1 tanışı Hüseynalı vasitəsilə tanımışdır. Söhbət zamanı Nümayəndə1 məxsus Zərərçəkmiş şəxs MMC şirkətinin gömrükdə olan yüklərinin onun tərəfindən rəsmiləşdirilməsini Nümayəndə1 ilə razılaşdırmışlar. Bu məqsədlə Nümayəndə1 adına olan ödəniş kartının şəklini ona göndərmiş və kartın vasitəsilə ödəniş edib gömrükdə olan yükləri rəsmiləşdirməsini ondan xahiş etmişdir. Bir dəfə həmin kart ilə 30000 min manat ödəyib yükləri rəsmiləşdirmişdir. Sonraki gün yenə yüklər gəlmiş, lakin kartda pul olmadığı ilə ödəniş edə bilməmiş və bu barədə Sevda Nəcəfoya demişdir. Nümayəndə1 yəqin kartda pulun olmamasını bildirmişdir. Sonra isə pandemiya vaxtında “COVİD-19” xəstəliyinə yoluxmuşdur. Həmin ərəfədə özünün borcları olmuş və pula ehtiyacı olmuşdur. Bu səbəbdən də Nümayəndə1 kartından digər şəxslərin gömrük ödənişlərini etmiş və malları sifariş verən şəxslərdən pulları nağd yolla almışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru və təsisçısidir. Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından etibarən Hüseynalı İsmayılov vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs aralarında olan razılaşma əsasında gömrükdə olan Zərərçəkmiş şəxs MMCnin yüklərini rəsmiləşdirmişdir. 29 may 2020-ci il tarixdə mobil telefonuna ödəniş kartından pul silinməsi barədə sms gəlmiş, lakin həmin gün bankda qeyri-iş günləri olduğu üçün kart hesabından çıxarış alınması üçün müraciət edə bilməmişdir. Ümümiyyətlə, bu ərəfədə onun katından bir neçə dəfə silinmə olmuş, lakin həmin vaxt o, və ailəsi COVİD-19 virusuna yoluxaraq uzun müddət müalicə aldıqlarından banka müraciət edə bilməmişdir. İyul ayında ödəniş kartından pul silinməsi barədə yenə sms gəlmiş və o, bu dəfə banka kartın bloklaşdırılması üçün müraciət etmişdir. Bank kartı bloka salmazdan əvvəl kart hesabından 20000 manatdan artıq pul silinmişdir. Ramində kartın şəkli olduğu üçün pulun onun tərəfindən silinməsini fikirləşərək ona zəng edib pulun onu tərəfindən silinib-silinməməsi barədə sual vermiş, Ramin isə pulu silmədiyini dedikdə ona inanmışdır. Sonra isə Ramin ilə əlaqə saxlaya bilməmiş və bu məsələnin araşdırması üçün Polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun şirkətinə cəmi 21002,71 manat ziyan vurulmuş və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2016-cı ildən "xxxx" MMC şirkətində gömrük işləri üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyəti dolayı gömrük təmsilçiliyini həyata keçirməkdir. Belə ki, "xxxx" MMC xaricdən Azərbaycan Respublikasına müxtəlif mallar gətirən şirkətlərlə bağlamış olduğu müqaviləyə əsasən həmin şirkətlərin Azərbaycana gətirdikləri malların gömrük rəsmiləşdirilməsini həyata keçirir. "xxxx" MMC "xxxx" MMC-nin Türkiyədən gətirdikləri boya məhsullarının gömrük rəsmiləşdirilməsini həyata keçirir və "xxxx" MMC-nin əməkdaşı olaraq bu işi o, görür. Ödəniş əsasən Bakı Baş Gömrük İdarəsində yerləşən “AFB” bankda nağd formada həyata keçirilir. Bəzi hallarda bankda çoxlu sayda növbə olduğundan vaxt itkisi olmaması üçün kart hesabından ödəniş həyata keçirilir. Hazırda olmasa da əvvəllər Bakı Baş Gömrük İdarəsində müxtəlif şəxslər dayanaraq özlərində olan kartlarla bu ödənişi həyata keçirir və sonra həmin pulu nağd formada həmin rəsmiləşdirməni aparmış şəxslərdən alırdılar. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin gömrük ödənişlərini etmək üçün Bakı Baş Gömrük İdarəsinə getmişdir. Orada “AFB” bankın qarşısında çoxlu sayda insan olmuşdur. Həmin vaxt bankın qarşısında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özünün kart hesabı ilə ödəniş edə biləcəyini və özünə nağd pul lazım olduğunu demişdir. Həmin vaxt o, vaxt itirməmək üçün həmin şəxslə razılaşmışdır. Həmin şəxs özündə olan mobil telefonla hökümət ödəniş portalına daxil olmuş və o, həmin şəxsə hər iki bəyannamənin nömrəsini demişdir. Bundan sonra həmin şəxs özündə olan kartla hər iki bəyannamə üzrə müvafiq olaraq 390,82 manat və 7798,13 manat pulu dövlət büdcəsinə köçürmüşdür. O, sistemdə özü bəyannamələri yoxlamış və ödənişin həyata keçdiyini görmüşdür. Bundan sonra həmin şəxsə nağd formada 7798,13 manal və 390.82 manat olmaqla ümumi 8188,95 manat pul vermişdir. O, həmin şəxsi ilk dəfə idi görürdü və kartın həmin şəxsə məxsus olmaması barədə heç bir məlumatı olmamışdır. Sonradan şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Pərviz Əsədzadə tərəfindən icraatında olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ayrılmaqla istintaqı aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Nümayəndə1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan “axtarışda olan şəxsin müəyyən edilərək tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə saat 17:00-da tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 19 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Kapital Bank’’ ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 157000/2- 3128 məktubundan görünür ki, Nümayəndə1 istifdəsində olan 417211******9375 nömrəli plastik kartla xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə aparılmış əməliyyatlara dair məlumatlar məktuba əlavə edilmişdir. Həmin məlumatlarda aşağıda qeyd olunanlar aşkarlanmışdır: Xidmət istifadəçisi X5, sənəd nömrəsi **********1144 olmaqla xx.xx.2020-ci il tarixdə saat 12:34-də birinci dəfə 5065,99 manat, xidmət haqqı 7,60 manat olmaqla ümumi 5073,59 manat, ikinci dəfə 240,00 manat, xidməti haqqı 0,40 olmaqla ümumi 240,40 manat, üçüncü dəfə 90,00 manat, xidmət haqqı 0,40 qəpik olmaqla ümumi 90.40 manat, dördüncü dəfə 16,95 manat, xidmət haqqı 0,40 manat olmaqla ümumi 17,35 manat, beşinci dəfə 3,05 qəpik, xidmət haqqı 0,40 manat olmaqla ümumi 3,45 manat, altıncı dəfə 16,20 manat, xidmət haqqı 0,40 manat olmaqla ümumi 16,60 manat, yeddinci dəfə 7034,26 manat, xidmət haqqı 10,55 manat olmaqla ümumi 7044,81 manat məbləğində pul hökümət ödəniş portalı vasitəsi ilə dövlət gömrük komitəsinin büdcəsinə köçürülmüşdür. Həmin məbləğlərin xidmət haqqı ilə birlikdə ümumi məbləği 12486,6 manat, xidmət haqqı nəzərə alınmasa 12466,45 manat etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 12:49da xidmət istifadəçisi "xxxx" MMC, sənəd nömrəsi **********1119 olmaqla birinci dəfə 120.00 manat xidmət haqqı 0,40 manat olmaqla 120,40 manat, ikinci dəfə 5,40 manat xidmət haqqı 0,40 manat olmaqla 5,80 manat, üçüncü dəfə 30,00 manat xidmət haqqı 0,40 olmaqla 30,40 manat, dördüncü dəfə **********1132 nömrəli sənədlə 5,40 manat xidmət haqqı 0,40 manat olmaqla 5,80 manat, beşinci dələ 120 manat xidmət haqqı 0.40 manat olmaqla 120,40 manat, altıncı dəfə 30,00 manat xidmət haqqı 0,40 manat olmaqla 30,40 manat pul hökümət ödəniş portalı vasitəsi ilə dövlət gömrük komitəsinin büdcəsinə köçürülmüşdür. Həmin məbləğlərin xidmət haqqı ilə birlikdə ümumi məbləği 313,2 manat, xidmət haqqı nəzərə alınmasa 310,8 manat etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 12:08-də xidmət istifadəçisi "xxxx" MMC, sənəd nömrəsi **********0673 olmaqla birinci dəfə 44,62 manat xidmət haqqı 0,40 manat olmaqla 45,02 manat, ikinci dəfə 16,20 manat xidmət haqqı 0,40 manat olmaqla 16,60 manat, üçüncü dəfə 240 manat xidmət haqqı 0,40 manat olmaqla 240,40 manat, dördüncü dəfə 90 manat xidmət haqqı 0,40 manat olmaqla 90,40 manat, **********0585 nömrəli sənədlə saat 12:11-də birinci dəfə 250 manat xidmət haqqı 0,40 manat olmaqla 250,40 manat, ikinci dələ 90 manat xidmət haqqı 0,40 manat olmaqla 90,40 manat, üçüncü dəfə 16,20 manat xidmət haqqı 0,40 manat olmaqla 16,60 manat, dördüncü dəfə 7441,93 manat xidmət haqqı 11,16 manat olmaqla 7453,09 manat pul hökümət ödəniş portalı vasitəsi ilə dövlət gömrük komitəsinin büdcəsinə köçürülmüşdür. Həmin məbləğlərin **********0673 nömrəli sənəd üzrə xidmət haqqı ilə birlikdə ümumi məbləği 392,42 manat, xidmət haqqı nəzərə alınmasa 390,82 manat etmiş, **********0585 nömrəli sənəd üzrə xidmət haqqı ilə birlikdə ümumi məbləğ 7810.49 manat, xidmət haqqı nəzərə alınmasa 7798,13 manat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan təqdim etmə barədə 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 cinayət işi üzrə əhəmiyyət kəsb edən 2 ədəd gömrük bəyannaməsini istintaqa təqdim etmişdir. İş materiallarında olan baxış haqqında 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi gömrük bəyannamələrinə baxış keçirildi. 1. **********0673 nömrəli bəyannamədə olan mallar “Fresko Yapı və Endüstri” şirkəti tərəfindən Türkiyə Respublikasından idxal olunmuşdur. Həmin malların gömrük rəsmiləşdirilməsinin dəyəri 240,00 manat, 44,62 manat, 6054,34 manat, 90,00 manat, 16.20 manat olmaqla ümumilikdə 6445,16 manat etmişdir. 2. **********0585 nömrəli bəyannamədə olan mallar “Marshall Boya və Vernik Sanayi” şirkəti tərəfindən Türkiyə Respublikasından idxal olunmuşdur. Həmin malların gömrük rəsmiləşdirilməsinin dəyəri 240,00 manat, 10,00 manat, 7441,93 manat, 10314,86 manat, 90,00 manat, 16,20 manat olmaqla, ümumilikdə 18112,99 manat etmişdir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, araşdırma zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində 7798,13 və 390,82 manat məbləğində pulu gömrük ödənişlərini həyata keçirməsi üçün tanımadığı şəxsə nağd formada verdiyini və həmin şəxsin kartla gömrük ödənişləri həyata keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid2 ona pul verməsini xatırlamadığını bildirmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, araşdırma zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində məhz qarşısında oturan Təqsirləndirilən şəxs onun mallarının gömrük ödənişlərini həyata keçirməsi üçün 12466.45 manat pul verdiyini, Təqsirləndirilən şəxs isə kartla gömrük ödənişləri həyata keçirdiyini sonuncunun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə həmin tarixdə nağd formada 12466,45 manat pul alaraq gömrük ödənişlərini Sevda xanıma məxsus kart vasitəsi ilə həyata keçirdiyini etiraf etmiş, lakin həmin pulu qarşısında oturan Şahid1 almadığını bildirmişdir. İş materiallarında olan təqdim etmə və götürmə barədə 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 cinayət işi üzrə əhəmiyyət kəsb edən 2 ədəd gömrük bəyannaməsini istintaqa təqdim etmişdir. İş materiallarında olan baxış haqqında 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Şahid3 istintaqa təqdim etdiyi bəyannamələrinə baxış keçirilmiş və müəyyən edilmişdir: 1) **********1119 nömrəli bəyannamədə olan mallar “Paravat Perlit” adlı şirkət tərəfindən Gürcüstan Respublikasından idxal olunmuşdur. Həmin malların gömrük rəsmiləşdirilməsinin dəyəri 120,00 manat, 536,41 manat, 30,00 manat, 5,40 manat ümumilikdə 691,81 manat etmişdir. 2) **********1132 nömrəli bəyannamədə ola mallar “Paravat Perlit” adlı şirkət tərəfindən Gürcüstan Respublikasından idxal olunmuşdur. Həmin malların gömrük rəsmiləşdirilməsinin dəyəri 120,00 manat, 536,41 manat, 30,00 manat, 5,40 manat, ümumilikdə 691,81 manat etmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Salyan yolu 11 ünvanında Bakı Baş Gömrük İdarəsini və həmin idarənin yanında olan “AFB” bankı göstərərək xx.xx.2020-ci il tarixdə göstərdiyi bankın qarşısında olarkən Nümayəndə1 kartından 12466,45 manat və həmin tarixdə 310,80 manat pulu gömrük idarəsinə malları gələn tanımadığı şəxslərin gömrük ödənişlərinə sərf etdiyini, həmin pulları isə gömrük idarəsinə malları gələn müştəridən nağd şəkildə aldığını, bundan başqa xx.xx.2020-ci il tarixdə yenə də Bakı Baş Gömrük İdarəsində “AFB” bankın qarşısında olarkən gömrük idarəsinə malları gələn tanımadığı müştərinin mallarının gömrük rəsmiləşdirilməsi üçün Nümayəndə1 kartından 390,82 manat və 7798.13 manat pul vəsaitini gömrük ödənişlərinə sərf etdiyini və həmin pulu gömrük idarəsinə malları gələn müştəridən nağd şəkildə aldığını demişdir. İş materiallarında olan fiziki şəxsin zərərçəkmiş şəxs statusuna xitam verilməsi və hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınma barədə 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və fiziki şəxs Nümayəndə1 zərərçəkmiş şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma barədə 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Nümayəndə1 Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL- 7670/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və X3 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə 01 dekabr 2019-cu il tarixdən 01 avqust 2020-ci il tarixədək daxil olan və çıxan zənglər, habelə sms mətnlərinin siyahısı, mətnlərin vaxtı, müddəti, əhatə dairəsi barədə məlumatlar vardır. İş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı hallar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdə saat 12:33:55-də Bakı Salyan yolunun şimal qərbi Binə ticarət mərkəzində, həmin tarixdə saat 12:49:29-da Salyan yolu Kaspian Petrolda, xx.xx.2020-ci il tarixdə saat 12:11:17-də Bakı Salyan yolunun şimal qərbi Binə ticarət mərkəzində anten əhatə dairəsinə düşməsi müəyyən edilmişdir ki, həmin ünvanlar da Təqsirləndirilən şəxs xx.xx.2020- ci il tarixdə saat 12:34-də, saat 12:49-da və xx.xx.2020-ci il tarixdə saat 12:08 və 12:11-də ‘‘Asena” MMC-yə məxsus pulları ələ keçirdiyi Bakı Baş Gömrük İdarəsinin yaxınlığındadır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 7988 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı hallar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdə saat 12:39-da və xx.xx.2020-ci il tarixdə saat 12:13-də Lökbatan yolu Binə ticarət mərkəzində anten əhatə dairəsinə düşməsi müəyyən edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 28 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə yenidən ittiham edilməsi qərara alınmışdır. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin müəyyən edilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti başa çatdığından o, həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 1(009)-32/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 31 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 13:30 radələrində saxlanılaraq Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələrini yerinə yetirməməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 17 may 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək, yəni 05 (ay), 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Səbail Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 1(009)-32/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli 23 may 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 06 (altı) ədəd DVD disk və 2 ədəd şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 17 may 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək, yəni 05 (ay), 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə 06 (altı) ədəd DVD disk və 2 ədəd şəkil cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 306 (üç yüz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar