Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-32/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1989-cu ildə Salyan rayonu Seydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Seydan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə saat 13:45-də Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu Salyan yolu 2 ünvanında yerləşən “Elay” şadlıq sarayının yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olmuş mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,178 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki qırmızı rəngli şalvarın sol yan cibində daşımış, 12 iyul 2022-ci il tarixdə saat 20:10 radələrində Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri Səbail rayonu Buxta küçəsində saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olmuş qırmızı rəngli şalvarının sol yan cibindən çəkisi 0,178 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir asılılığı olduğu və orqanizmi tələb etdiyi üçün narkotik vasitə qəbul etmiş və həmin narkotik vastələri müxətlif vaxtlarda müxtəlif yerlərdə və tanımadığı ayrı-ayrı adamlardan almışdır. O, ilk dəfə tutulmamışdan iki ay əvvəl tanışı «Amin» adlı şəxsin vasitəsi ilə «Kubra» adlı qadınla tanış olmuş, onun narkotik vasitə satmasını öyrənmişdir. O, özü də narkotik istifadəçisi olduğu üçün «Kubra» adlı qadından ona narkotik vasitə satmasını xahiş etmiş və tez-tez evinə gedib ondan narkotik almış və aldığı narkotik vasitəni Kubranın evində istifadə edib çıxmışdır. Sonuncu dəfə 19 mart 2022-ci il tarixdə saat 13:00 radələrində Kubranın Bakı şəhəri Səbail rayonu 20-ci sahə qəsəbəsində yerləşən “Elay” şadlıq sarayının arxasında yerləşən kirayə yaşadığı evə getmiş, Kubradan «şüşə» kimi tanıdığı narkotik vasitə satmasını xahiş etmiş, Kubra ona istədiyi narkotik vasitəni verdikdən sonra o, evi tərk etmiş və aldığı narkotik vasitəni qəbul etmək üçün öz evinə getmişdir. “Elay” şadlıq sarayının yaxınlığında olarkən, polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu yaxınlıqda yerləşən 8-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində ona təyin olunmuş vəkilin iştirakı ilə videoçəkiliş apararaq üzərində şəxsi axtarış keçirmişlər. O, Polis bölməsində olarkən, üzərində narkotik vasitə olmasını bildirərək polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, 12 iyul 2022-ci il tarixdə günorta saatlarında Səbail rayonu 20-ci Sahə qəsəbəsində olarkən narkotik satışı ilə məşğul olmasını bildiyi “Ramin” adlı şəxsi yol kənarında görüb sonuncuya yaxınlaşmış və ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Ramin üzərində “kokos” adlanan narkotik vasitə heroin olmasını demiş və o, almaq istədiyini bildirmişdir. O, Raminə 08 manat məbləğdə pul verib bir büküm narkotik vasitə almış və üzərində saxlamışdır. Həmin gün axşam saatlarında Səbail rayonu Buxta küçəsinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu yaxınlıqda yerləşən Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən, o, əynində olmuş şalvarın sol yan cibindəki bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürümüşdür. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 12 iyul 2022-ci il tarixdə Səbail rayonu 20-ci Sahədə yerləşən 24 saylı poçtun yaxınlığında “Ramin” adlı şəxsdən 08 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. O, müxtəlif vaxtlarda və tanımadığı şəxslərdən “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr almışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında sahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nə xx.xx.1989-cu il təvəllüdlü, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu, Salyan yolu 2-də yerləşən «Elay» şadlıq sarayının yaxınlığında narkotik vasitələrin qəbulu, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə onun və əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 mart 2022-ci il tarixdə, saat 13:45-də Səbail rayonu, Salyan yolu 2-də yerləşən «Elay» şadlıq sarayının yaxınlığında zahiri görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qəbulu, daşıması və satışı ilə məşğul olmasında şübhəli bilindiyini izah edərək onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmiş və xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş və vəkilə hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, saat 14:55-dən etibarən videoçəkiliş aparmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən qara rəngli siqaret kağızına bülülmüş 01 (bir) ədəd bükümü könüllü şəkildə təqdim edərək, həmin bükümün içərisində «şüşə» kimi bildiyi psixotrop maddə olduğunu, həmin bükümü saxlanılmazdan əvvəl «Kubra» adlı şəxsin yaşadığı evdən öz istifadəsi üçün aldığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən və paltarlarından heç bir qanunsuz əşya, maddə və predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd büküm 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoymaqla qablaşdırılıb, DİN-in 52 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid5 göstərmişdir ki, işlədiyi bölməyə 16 avqust 1989-cu ildə Salyan rayonunda anadan olmuş, Səbail rayonu 20-ci Sahədə kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin ifşa edilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvüləri ilə birlikdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri hazırlanaraq həyata keçirilmişdir. Belə ki, 12 iyul 2022-ci ildə, təxminən saat 20:10 radələrində Səbail rayon Buxta küçəsinin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə 8-ci polis bölməsinə dəvət edilmişdir. Bölmənin inzibati binasında təhqiqatçı Rahib Cəfərov tərəfindən dəvət edilmiş 12 saylı vəkil bürosunun vəkili X7 şübhəli şəxs Təqsirləndirilən şəxs qızma təqdim edilmiş və o, hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdikdən sonra onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Bundan sonra hüquq və vəzifələri izah edilməklə onun şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar və protokol tərtib edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşqul olmasında şübhəli bilindiyi və bununla bağh ilkin olaraq video-çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, heç bir etirazının olmadığını bildirdikdən sonra «SAMSUNG GALAXY A-21S» markalı mobil telefon aparatı vasitəsi ilə video-çəkiliş aparılmaqla o, şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edilmiş və daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, masaya doğru yaxınlaşıb əynində olan qırmızı rəngli şalvarın sol yan cibindən bir ədəd göy rəngli kağızın içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ardınca o, əynində olan şalvarının ciblərini və ayaqqabısının içərisini tam olaraq göstərmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı o, həmin bükümün içərisində olan narkotik vasitəni 12 iyul 2022-ci ildə, təxminən saat 19:30 radələrində Səbail rayonu 20-ci Sahədə «Ramin» adh şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq, üzəri DİN-in 52 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru Şahid1 iş üzrə şahidlər Şahid2, Şahid3, Şahid5 və Şahid4 ilə oxşar məzmunlu ifadələr verərək, onların ifadələrində göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu Buxta küçəsinin yaxınlığında saxlanılaraq 8-ci PB-nin inzibati binasına dəvət edilmiş, orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən o, əynində olan qırmızı rəngli şalvarın sol yan cibindən bir ədəd göy rəngli kağızın içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb könüllü şəkildə təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 12 iyul 2022-ci ildə, təxminən saat 19:30 radələrində Səbail rayonu 20-ci Sahədə «Ramin» adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Ardınca o, əynində olan şalvarının ciblərini və ayaqqabısının içərisini tam olaraq göstərmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş həmin narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri DİN-in 52 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilir və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 6/3774 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 52» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxsin təqdim etdiyi maddi sübut...Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafıəçi-M.Məmmədov-imza, iştirakçılar-üç imza; Tərtib etdi: R.Cəfərov-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,178 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 iyul 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,178 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,128 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X2 iştirakı ilə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Rahib Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan qırmızı rəngli şalvarın sol cibindən bir ədəd bükümü çıxararaq təqdim edir və içərisində olan kütlənin “kokos” adlanan narkotik vasitə olduğunu, həmin vasitəni “Ramin” adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq, daşıdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Sonra həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, cinayət iş xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4629 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə, ********* saylı nömrə altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 19 mart 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:45-də Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu, Salyan yolu 2 ünvanında yerləşən “Elay” şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına aparılmış, Səbail RPİ-nin 8-ci Polis Bölməsininin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən qara rəngli siqaret kağızma bülülmüş 01 (bir) ədəd bükümü könüllü təqim edərək, həmin bükümün içərisində «şüşə» kimi bildiyi psixotrop maddə olduğunu, həmin bükümü saxlanılmazdan əvvəl Kubra adlı şəxsin yaşadığı evdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən və paltarlarından heç bir qanunsuz əşya, maddə və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd büküm 01 ədəd boş kağız zərfin içərisinə qablaşdırılıb, DİN-in 52 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertiza üzrə 20 mart 2022-ci il tarixli, 6/1594 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün N°52» möhür əksi, “Şübhəli şəxs X3 təqdim etdiyi...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,163 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20 mart 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə 0,163 qram ağ kristal maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,113 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 20 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsininin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən siqaret kağızın a bükülmüş 01 (bir) ədəd bükümü könüllü şəkildə təqim edərək, həmin bükümün içərisində «şüşə» kimi bildiyi psixotrop maddə olduğunu, həmin bükümü saxlanılmazdan əvvəl «Kubra» adlı şəxsin yaşadığı evdən öz istifadəsi üçün aldığını bildirir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin üzərindən və paltarlarından heç bir qanunsuz əşya, maddə və ya predmet aşkar olunmur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd büküm 01 ədəd boş zərfin içərisinə qoymaqla qablaşdırılır və DİN-in 52 saylı möhürü ilə möhürlənərək, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 21 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 21 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Bakı şəhəri Səbail rayon RPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1466 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdəki ümumi təmiz çəkisi 0,163 qram qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,113 qram qram psixotrop maddə metamfetamin saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon RPİ-nin məktubundan görünür ki, 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulmuş və 14 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli 1(009)-166/22 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və həbsdə saxlanılma müddəti 24 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində əvvəllər seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Qərar Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə elan edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,178 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,128 qram heroin saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən lentə alınmış videogörüntünüləri əks etdirən 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin təkrar olaraq törətməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək, 12 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün və 14 iyul 2022-ci il tarixədən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 22 (iyirmi iki) gün müddət olmaqla, cəmi 02 (iki) ay 26 (iyirmi altı) gün bir günə iki gün hesablanaraq 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,113 qram olan psixotrop maddə metamfetamin və 0,178 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 202 (iki yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək, 12 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün və 14 iyul 2022-ci il tarixədən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 22 (iyirmi iki) gün müddət olmaqla, cəmi 02 (iki) ay 26 (iyirmi altı) gün bir günə iki gün hesablanaraq 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,113 qram olan psixotrop maddə metamfetamin və 0,178 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –202 (iki yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-32/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-32/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver