Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-32/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,528 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 09 may 2023-cü il tarixdə saat 20:30 radələrində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5ləşən 41-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 21:20-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarının sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı göy rəngli plastmas qabının içərisində təmiz çəkisi 0,528 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il metamfetamin, el arasında isə “patı” kimi tanınan narkotik vasitədən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. İstifadəyə onu heç kəs təhrik etməmiş, marağı olduğu üçün istifadə etməyə başlamış, sonra isə asılılığı yarandığı üçün bu zəhərli vərdişdən qurtula bilmir. Bir il əvvəl Binəqədi rayonun polis əməkdaşları onda metamfetamin aşkar etdikləri üçün o tutulmuş və barəsində cinayət işi açılmışdır. Məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş və hazıradək o, bu cəzanı çəkir. 09 may 2023cü il tarixdə günorta saatlarında o, metamfetaminə olan növbəti tələbatımı ödəmək üçün Yasamal rayonunun ərazisinə getmiş və Nəriman Nərimanov heykəlinin yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində 0,5 qrama yaxın metamfetamin almışdırp. Metamfetamin şəffaf rəngli selofan bükümün içərisində olmuşdur. O, həmin metamfetamini evə gətirmiş və evdəkilərindən gizli şəkildə metamfetamini yumru göy rəngli krem qutusunun içərisinə yerləşdirmişdir ki, orada saxlayıb lazım olduqda istehlak etsin. Həmin gün saat 20 radələrində o, evdən çıxdıqdan sonra yanına iki nəfər mülki geyimində olan kişi cinsindən şəxslər yaxınlaşıb adını öyrənəndən sonra narkotik vasitələrinin qanunsuz saxlamasında onu şübhəli bildikləri üçün onun polis əməkdaşları ilə birlikdə 41-ci polis bölməsinə getməli olduğunu demişdilər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsinə gələndən sonra polis əməkdaşları kompyuter sistemi Binəqədi rayonunun İcra şöbəsi tərəfindən axtarışa elan edildiyini müəyyən etmiş, lakin onun bu barədə məlumatı olmamışdır. Polis bölməsində onu otaqların birində əyləşdirmişdilər və sonra onu vəkil təqdim olunmuşdur. Vəkidin iştirakı ilə o, sənədlər imzalamış və sonra da ona izah edilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Videoçəkilişə başlanılmış və ona verilən bir neçə sualı cavablandırandan sonra ona təklif olunmuşdur ki, üzərində saxlaması qanunla qadağan olunmuş əşyalar varsa o onları təqdim etsin. O əynində olan şalvarın cibindən özünə məxsus mobil telefon, alışqanları və şalvarın sol yan cibindən içərisində metamfetamin olan yumru qutunu təqdim etmişdir. Həmin qabda olan maddə ilə bağlı ona verilən sualları cavablandırdıqdan sonra qutu metamfetamin ilə birlikdə boş zərfə qablaşdırılmışdır. Həmin zərf onun və digər orada olan şəxslər tərəfindən imzalanmış və çəkilişlər dayandırdıqdan sonra protokol tərtib edilmişdir. Baxışda iştirak edən şəxslər bu protokolu imzalamışdılar. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddədən kiməsə verib, satıb və ya təklif etmədiyini, psixotrop maddə və narkotik vasitələrinin satışı ilə məşğul olmadığını, psixotrop maddə aldığı şəxslə gələcəkdə bu maddəni digər şəxslərə yaymaq barədə hər hansı bir sövdələşmənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və atasının xəstə olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 41-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 may 2023-cü il tarixdə 41-ci polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, Sadiq adlı Badamdar qəsəbəsinin sakini narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş məlumatı və məlumatı vermiş mənbənin etibarlığı barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədəmüvafiq hesab edilmiş və əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilməklə yanaşı əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o, üzvü isə bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təyin edilmişdilər. Davranış xətti müzakirə edəndən sonra onlar əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamış və saat 20:30 radələrində Sadiq adlı şəxsin Badamdar qəsəbəsində 2-ci Bağlar döngəsində yaşadığı evin yaxınlığında olması barədə məlumat alaraq həmin ünvana yollanmışdılar. Qeyd olunan ünvana yaxınlaşdıqda məlumatda qeyd olunan Sadiq adlı şəxsə zahirən oxşar şəxsin olduğunu görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək Sadiq adlı şəxsin şəxsiyyətini öyrənmişdilər. Həmin şəxs adının Sadiq olduğunu təsdiq etmişdir. Bu səbəbdən də onlar Sadiqin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edib sonuncunun onlarla 41-ci polis bölməsinə getməli olduğunu bildirmişdilər. Onlar həmin şəxsi 41-ci polis bölməsinin inzibati binasına gətirəndən sonra onun şəxsiyyəti Təqsirləndirilən şəxs olması müəyyən edilərək, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verildiyini öyrənmişdilər. Keçirdikləri tədbir barədə bölmənin rəhbərliyinə məruzə etmişdilər və gətirdikləri şəxsin üzərində narkotik vasitələrinin və ya psixotrop maddələrinin ola biləcəyi güman olunduğu üçün qərara alınmışdır ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilsin. Prosesual hərəkətlərin aparılması əməliyyat qrupunda xidmət aparan təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı saxlanılan şəxslə müvafiq sənədləşmə aparıb sonuncunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edəndən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində daşınması qanunla qadağan olunmuş predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs narkotik vasitələrinin aludəçisi olduğunu söyləyəndən sonra əynindəki ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, gödəkçənin cibindən iki ədəd alışqan və şalvarının sol yan cibindən göy rəngli yumru qab çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərdən olan plastmas qabın içərisində nə olması suala cavab olaraq sonuncu içərisində metamfetamin olduğunu söyləmişdir. Həmin qab açıldıqda orada şəffaf kristallik formada olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni günorta saatlarında Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istehlak üçün aldığını, bir ildir narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlavə heç bir şey aşkar edilməmişdir. Qabda aşkar edilmiş maddə zərfə qablaşdırılmışdır. Zərf möhürlənmiş, hamı zərfi imzalamış və sonra da prossesual hərəkətlə bağlı tərtib olunmuş protokol tərtib edilərək onların tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş 41-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə 09 may 2023-cü il tarixdə cinayət işi üzrə “şəxsi axtarış aparılması və götürmənin” nəticələrini özündə əks etdirən videogörüntü olan 01 ədəd “CD” diskə baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 may 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri ünvan 4 ünvanının qarşısında saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd alışqan, əynində olan ağ rəngli şalvarının sol yan cibindən 1 ədəd qara rəngli mobil telefon, şalvarının sağ yan cibindən göy rəngli qutu çıxarıb təqdim etdi. Təqdim edilən göy rəngli qutunun içərisində şəffaf rəngli kristal formalı narkotik maddəyə oxşar kütlə aşkar edildi. Təqsirləndirilən şəxs qutunun içərisində olan kütlənin ona məxsus olduğunu və həmin maddənin “patı” olduğunu, qeyd olunan maddəni şəxsi istehlak məqsədi ilə tanımadığı şəxsdən Yasamal rayonunun ərazisində 20 manata aldığını bildirdi. Həmin maddələr götürülərək zərfdə qablaşdırılmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəmə-kimyəvi ekspertizasının 10 may 2023-cü il tarixli 6/2690 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №239 “ dairəvi möhür əksi və “ ...X1 aşkar olunmuş maddi sübut; Təqsirləndirilən şəxsN - imza; təhqiqatçı: F.Tarıverdiyev - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,528 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı Bakı Probasiya İdarəsinə sorğu verilərək alınmış 18 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs çağırışlara gəlməkdən yayaındığına görə 28 dekabr 2022-ci il tarixdə onun barəsində axtarış elan edilmiş və cəza müddətinin axımı dayandırılmışdır. Odur ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 29 gün hissəsi çəkilmiş, 02 il 02 ay 27 gün hissəsi çəkilməmiş qalmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 09 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 15 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü ildə Səbail Rayon Polis İdarəsinə könüllü olaraq gəlmiş və o, Səbail MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Bakı Probasiya İdarəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs tərəfindən təyin edilmiş cəzanın 02 il 02 ay 27 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 02 ay 27 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək X5 cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək, 09 yanvar 2024-cü il tarixindən 23 yanvar 2024 cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 25 iyul 2023-cü il tarixli, 4710 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 92 manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,478 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-222/2022 saylı, 22 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək, 09 yanvar 2024-cü il tarixindən 23 yanvar 2024cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 2-ci Bağlar döngəsi ev 53 yaşayış yerini hər gün saat 23-00-dan 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,478 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (yüz altmış) manat pul tutulub, “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-32/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-32/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver