Məhkəmə qərarları › İş №1(009)-320/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-320/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-320/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsi Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X21 qızının katibliyi, Xüsusi ittihamçı: X3, Müdafiəçilər: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X12 iştirakları ilə, 12 iyul 1959-cu ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırda "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X32 direktoru vəzifəsidə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında 02 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X7 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X32 direktoru vəzifəsidə çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan X20 barəsində X27 X31 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı olaraq barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibinə başlanması, sonuncu qeyd olunan maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 Və Avtomobil X31 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda kütləvi çıxışı zamanı onun şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan yalan və təhqiramiz sözlərlə işgüzar nüfuzuna xələl gətirəcək ifadələrdən istifadə etmiş, yalan məlumatlar vermişdir. Fizuli Talıbov mənim barəmdə yalan olduğunu bilə-bilə, onun ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatları kütləvi çıxış zamanı səsləndirməklə, onun cəmiyyətdə, kollektivdə, dostlarının və iş yoldaşlarının əhatəsində şərəf və ləyaqətini ləkləyən ifadələr ilşətmiş, peşə sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd etdiyi hallar X27 X31 Dövlət Peşə Təhsil X10 Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında baş vermiş və 19 nömrəli xx.xx.2025-ci il tarixli protokolda öz əksini tapmışdır. X20 barəmdə təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Qeyd etdiyi halları sübuta yetirən protokol şikayətə əlavə edilmişdir. Barəsində yayılmış təhqir və böhtan xarakterli məlumatlar ondan ibarətdir ki, Fizuli Talıbov çıxışında “İlhamiyyə Mehtiyeva əmək funksiyalarını səriştəsiz qeyri-vicdanlı şəkildə yerinə yetirmiş”, “Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisə daxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur”, “o, tələbələrdən qeyri qanuni pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir” deməklə onu təhqir edərək ona böhtan atmışdır. Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bunların böhtan və təhqir olduğunu bildirir. Hesab edir ki, qeyd edilən ifadələrdə şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar nümayiş etdirilmişdir. Qeyd etdiklərindən başqa X22 və Avtomobil Nəqliyyatı üzrə BDPT mərkəzində fəaliyyət göstərdiyim son üç ay ərzində onu əsassız təzyiqlərə məruz buraxmış, öz vəzifə səlahiyyətlərindən, nüfuzundan və ondan asılı olan çalışanlardan istifadə etməklə müxtəlif bəhanələr gətirərək onu işdən uzaqlaşdırmağa çalışmış, ilk başlarda bunu öz ərizəmlə etməyim üçün böyük təzyiqlər göstərmişdir. Hətta 2 iyul tarixdə o, direktorla bu məsələnin nədən qaynaqlanmasını örgənmək üçün onun qəbuluna getdiyi zaman məni otağa buraxmamışlar, təhqiramiz bir şəkildə ümumiyyətlə inzibati binadan uzaqlaşdırmaqla “qovmuşardır”. Bu hadisə onda o qədər əsəb və gərginlik yaratmışdır ki, o, məcbur olaraq təcili tibbi yardım xidmətinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli çağırış vərəqəsi ilə bu hal sübuta yetirilir (qoşma olaraq əlavə edilir). Həmçinin, sonradan direktorun tapşırığı ilə onun inzibati binaya giriş-çıxışım zamanı üstü və çantalarım qanunsuz olaraq yoxlanmışdır. Bütün bunlarla Fizuli Talıbov ona qarşı təzyiqlər göstərilmiş, səhhətinin pisləşməsinə və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Bu gedişatın sonrasında o, qanunsuz əməllərini davam etdirərək əsassız yerə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdir. Bunu etdikdən sonra isə Mərkəzin İnzibati binasının giriş hissəsində hamıya açıq bir yerdə, (giriş qapısının üzərində) mənim işdən azad olmağıma dair xx.xx.2025 tarixli 172 saylı ƏMR-i nümayiş etdirməklə onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmişdir. Həmin görüntülər şikayət ərizəsinə əlavə olunur. Fizuli Talıbovun ona böhtan atmasının və təhqir etməsinin şahidləri həmin iclasın iştirakçıları və onun keçmiş iş yoldaşları olmuşdur. Qüvvədə olan cinayət qanunvericiliyi ölkəmizdə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir olunmasını cəza təhdidi ilə qadağan edir, bu cür əməlləri cinayət hesab edir. Hörmətli məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, uzun bir xidmət yolu keçmiş vətəndaşdır, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində nizam intizamlı olmuş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. İstər onun istərsə də rəhbərlik etdiyi tələbələrinin davamiyyəti qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hərzaman öncül olaraq iştirak etmiş, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmişdir. Hətta barəsində böhtan və təhqiramiz ifadələr işlətmiş Fizuli Talıbov belə yuxarı rəhbərliyin önündə onun barəsində yalnız müsbət xarakterli ifadələr istifadə etmiş, onun nizam-intizamından səriştəli olmağından bəhs etmişdir. Bu dövrlər ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. onun hansısa bir tələbədən şəxsi maraqlar naminə və ya başqa niyyətlə pul almağı və ya hansısa bir əşya tələb etməyim olmamışdır və bu barədə heçbir araşdırma yoxdur. Rüşvət almaqla bir şəxsi ittiham etmək ağır cinayətdir və təqsirsizlik prezumpsiyasına ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda qeyd edir ki, ailəlidir, 2 övlad anasıdır. El-oba, dost-tanış arasında, ictimayiyyət içərisində şəxsiyyəti, ləyaqəti, şərəfi olan, nüfuzu olan bir şəxs kimi tanınmışdır, müxtəlif mükafatlarla təltif olunmuşdur. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və təhqiramiz xarakterli məlumatların yayılmasını özünə qarşı yol verilmiş böhtan və təhqir kimi qiymətləndirir, şərəfinin, ləyaqətinin alçaldılması, nüfuzunun ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş Fizuli Talıbov barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. Yuxarıda göstərilənləri əsas tutaraq və CPM-nin 293-cü maddələrinə uyğun olaraq məhkəmədən, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X32 direktoru vəzifəsidə çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan X20 barəsində X27 X31 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı olaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibinə başlanması, sonuncu qeyd olunan maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X32 direktoru vəzifəsidə çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan X20 barəsində X27 X31 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı olaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibinə başlanması, sonuncu qeyd olunan maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X20 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. O, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X24 direktoru vəzifəsidə işləyir. xx.xx.2025-ci il tarixli ümumi iclasda İlhamiyyə Mehtiyevanın iş fəaliyyəti müzakirə olunmuşdur. Həmin iclasda “İlhamiyyə Mehtiyeva əmək funksiyalarını səriştəsiz qeyri-vicdanlı şəkildə yerinə yetirmiş”, “Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisə daxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur”, “o, tələbələrdən qeyri qanuni pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir” ifadələri səslənmişdir. 2 il ərzində yeganə müəllimə İlhamiyyə Mehtiyeva olmuşdur ki, pul yığması barədə şikayətlər gəlirdi. Bütün məktəb şagirdləri və bir sıra müəllimlərin İlhamiyyə Mehtiyevanın ünvanına şikayət və narazılıqları olmuşdur. Bu barədə agentliyə 2 dəfə yazılı surətdə məlumat vermişdir. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında bildirmişdir ki, o, müdafiə tərəfi olaraq şikayəti qəbul etmir. Xüsusi ittihamçının ərizəsi fakta əsaslanmır. Məhkəmə iclasında ifadə verən şahidlər xx.xx.2025-ci il tarixli iclasın protokolunda səsləndirilən fikirləri bir daha təsdiq etdilər. İfadələr heç biri təhqiramiz deyil. Xüsusi ittihamçının yenilikləri qəbul etməməsi onun kənarlaşdırılmasına səbəb olmuşdur. X12 əməlində cinayət tərkibi olmamışdır. Bunların nərərə alınmasını və X12 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, 3 ildir ki, İlhamiyyə müəllimənin tələbəsinin valideyinidir. Bu neçə ildə pul istəönilməsi rüşvət hallarına rast gəlməmişdir. Eyni fikirləri valideyin iclasında da bildirmişdir. O, bitərəf olduğunu bildirmişdir. Onun uşağına X20 tərəfindən təzyiqlər olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 işləyir. O, xx.xx.2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Həmin iclasda İlhamiyyə Mehtiyevanın səriştəsiz olduğu qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işləyir. O, xx.xx.2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Həmin iclasda İlhamiyyə Mehtiyevanın barəsində böhtan xarakterli məlumat səsləndirilməmişdir. Bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İlhamiyyə müəllimə onun oğlunun müəlliməsidir. 3 ildir övladı onun tələbəsidir. İlhamiyyə xanımı mədəni, qayğıkeş xanım kimi tanımışdır. Oğlu şikayət ərizəsinə bilmədən imza atmışdır, ikinci dəfə veriləndə qol çəkməmişdir. Eyni zamanda verilən suala cavab olaraq bildirmişdir ki, həftə sonu gəzməyə gedərkən hesabı İlhamiyyə xanım ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, İlhamiyyə müəllimə 1 ildən çoxdur oğlu Ayxana dərs keçmişdir. İlhamiyyə müəllimədən razı olmuşdur. Uşağın davamiyyəti yaxşı olmuşdur. Müəllimə onu zəng edib narahat etməmiş, pul yığılması halları baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, o "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 işləyir. O, 03 iyul 2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Həmin iclasda İlhamiyyə Mehtiyevanın səriştəsiz olduğu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 istehsalat təlim ustası vəzifəsidə işləyir. Özü görməmişdir, eşitdiklərinə görə müəllimə layiq olmayan hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 2 ildir istehsalat təlim ustası vəzifəsidə işləyir. Həmin iclasda İlhamiyyə Mehtiyeva haqqında tələblərin şikayətləri onlardan alınan vəsaitlərlə bağlı müzakirələr aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 tədris alır. İlhamiyyə Mehtiyeva onun valideyinlərinə zəng etmişdir. Kondinsioner almaq üçün o, İlhamiyyə müəlliməyə 20 manat pul vermişdir. Müəllimə fond təşkil etmişdir. O, ehtiyyacı olanda müəllimədən fonddan ona pul verilməsini də istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 tədris almış. Onun atası yoxdur, anası isə xadimə işləyir. İlhamiyyə Mehtiyeva ona dərs demişdir, onun valideyinindən ətir gətirməsini istəmişdir. Lakin o, gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 tədris almış. İlhamiyyə Mehtiyeva ona dərs demişdir. Bayramlarda İlhamiyyə müəlliməyə, hamı verirdi deyə 30, 40 manat pul vəsaiti vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 tədris almış. İlhamiyyə Mehtiyeva ona dərs demişdir. O, bayramlarda İlhamiyyə müəlliməyə, 40 manat pul vəsaiti vermişdir. Buna onu heç kəs məcbur etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, "X27 X31 Dövlət Peşə Təhsil Mərkəzi" X25 tədris almış. İlhamiyyə Mehtiyeva ona dərs demişdir. Onun narazılığı pul məsələsinə görə olmuşdur. İlhamiyyə müəlliməyə onun anası bir qutu alma göndərmişdir. İş materiallarında olan X27 X31 Dövlət Peşə Təhsil X5 Komitəsinin işçinin müəssisə daxili nizam-intizam qaydalarına riayət etmələri barədə keçirilmiş 19 saylı 03 iyul 2025-ci il tarixli ümumi iclasının protokolundan görünür ki, X20 çıxışında bildirmişdir ki, “İlhamiyyə Mehtiyeva əmək funksiyalarını səriştəsiz qeyri-vicdanlı şəkildə yerinə yetirmiş”, “Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisə daxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur”, “o, tələbələrdən qeyri qanuni pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir”. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli 172 saylı əmrin surətindən görünür ki, X1 xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş audiovideo görüntülər olan CD diskə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilmişdir. Həmin CD diskdə faylların sayı 13 olmuşdur. Həmin videofayllara baxış keçirilərək müəyyən edilmişdir ki, İlhamiyyə Mehtiyevanın tədris keçdiyi tələbələr və onların valideyinləri onun barəsində olan müsbət düşüncələrini diqqətə çatdırmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının, şahidin, təqsirləndirilən şəxsin iş üzrə ifadələrini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Xüsusi ittihamçı X7 tərəfindən məhkəməyə təqdim edilən audiovideo görüntüləri isə məhkəmə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə ittihamın mahiyyətinə aid olmadığından sübut növü kimi qəbul etmir. Məhkəmə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.1-ci maddələri ilə təqsirləndirilməsinnə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X3 təqsirləndirlən şəxs X20 tərəfindən ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma faktı öz təsdiqini tapmadı. Yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdə səsləndirilən fikirlərin, yəni, tələbələrin və valideyinlərin xüsusi ittihamçı barəsində bildirdiklərinin təqsirləndirilən şəxs X12 xüsusi ittiham ərizəsində qeyd olunan cinayətilərin törədilməsinə aidiyyəti olmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X12 əməlində cinayət tərkibinin olmasını təsdiq edən heç bir sübut xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.1-ci maddələri ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X12 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X12 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X12 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, X11 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Odur ki, X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu ümumilikdə 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X12 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X13 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu ümumilikdə 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar