Məhkəmə qərarları › İş №1(009)-321/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-321/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-321/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X15 qızının katibliyi, Xüsusi ittihamçı: X4, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X7 iştirakları ilə, 01 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırda "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 istehsalat təlim ustası vəzifəsidə çalışan, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında 05 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X8 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 01 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuş, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 istehsalat təlim ustası vəzifəsidə çalışan, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan X12 barəsində X18 X19 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan xarakterli məlumatlarla bağlı olaraq Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət təqibinə başlanmasını, sonuncu qanunvericiliyin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 Və Avtomobil X19 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda kütləvi çıxışı zamanı onun şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan yalan və təhqiramiz sözlərlə işgüzar nüfuzuna xələl gətirəcək ifadələrdən istifadə etmiş, yalan məlumatlar vermişdir. Əli Kələşzadə onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları kütləvi çıxış zamanı səsləndirməklə, onun cəmiyyətdə, kollektivdə, dostlarının və iş yoldaşlarının əhatəsində şərəf və ləyaqətini ləkləyən ifadələr işlətmiş, peşə sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd etdiyi hallar X18 X19 Dövlət Peşə Təhsil X10 Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında baş vermiş və 19 nömrəli 03 iyul .2025-ci il tarixli protokolda öz əksini tapmışdır. Sahib Məmmədov barəsində yalan və həqiqətə uyğun olmayan, kollektivdə şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Qeyd etdiyi halları sübuta yetirən protokol şikayətə əlavə edilmişdir. Barəsində yayılmış böhtan xarakterli məlumatlar ondan ibarətdir ki, Sahib Məmmədov çıxışında bildirmişdir ki, “İlhamiyyə xanım əməkdaşlığa açıq olmayıb, ümumi iş prinsipinə mane olan davranışlar sərgiləyib”, həmçinin o, bildirib ki, o, guya tələbələrdən pul almış, o, bu cür halları düzgün saymır və bu hallara qarşıdır. Bütün bu ifadələri bildirməklə heç-bir əsası olmadan, tamamilə qərəzli və yalan danışmaqla kütlə içərisində ona böhtan atmışdır. Bir nəfəri rüşvət almaqla, yəni ağır cinayət törətməsini iddia etməklə ona böhtan atmaq yolverilməzdir. Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Onun barəsində rüşvətxorluğa dair hər-hansı bir araşdırma və ya iddia yoxikən Sahib Məmmədovun belə bir ifadəni kütləvi çıxışı zamanı dilə gətirməsi mənim hüquqlarına bir başa toxunmuşdur. Bunların böhtan və təhqir olduğunu bildirir. Hesab edir ki, qeyd edilən ifadələrdə şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar nümayiş etdirilmişdir. Sahib Məmmədovun ona böhtan atmasının şahidləri həmin iclasın iştirakçıları və onun keçmiş iş yoldaşları olmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi, ölkəmizdə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir olunmasını cəza təhdidi ilə qadağan edir, bu cür əməlləri cinayət hesab edir. Hörmətli məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, uzun bir xidmət yolu keçmiş vətəndaş, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində nizam intizamlı olmuş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. Buna dair əlavə sənədlər iş materiallarına əlavə edilmişdir. İstər onun istərsə də rəhbərlik etdiyi tələbələrinin davamiyyəti və nümunəviliyi qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hərzaman öncül olaraq iştirak etmiş, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmiş və yalnız müsbət xarakterizə edilmişdir. Onun nizam-intizamından səriştəli olmağından hər zaman bəhs edilmişdir. Xeyli müddət ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. Onun hansısa bir tələbədən şəxsi maraqlar nainə və ya başqa niyyətlə pul almağı və ya hansısa bir əşya tələb etməyi olmamışdır və bu barədə heçbir araşdırma yoxdur. Rüşvət almaqla bir şəxsi ittiham etmək ağır cinayətdir və təqsirsizlik prezumpsiyasına ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. O, ailəli 2 övlad anasıdır. El-oba, dost-tanış, tələbələr və onların valideyinləri arasında, ictimayiyyət içərisində şəxsiyyəti, ləyaqəti, şərəfi olan, nüfuzu olan bir şəxs kimi tanınmışam. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, böhtan xarakterli məlumatların yayılmasını özünə qarşı yol verilmiş təhqir kimi qiymətləndirir, şərəfinin, ləyaqətinin alçaldılması, nüfuzunun ləkələnməsi kimi qəbul edir. Hesab edir ki, bu ona qarşı işlənmiş bir cinayətdir. Bu cür əməlləri qəsdən törətmiş Sahib Məmmədov barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. Yuxarıda göstərilənləri əsas tutaraq və CPM-nin 293-cü maddələrinə uyğun olaraq məhkəmədən, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 istehsalat təlim ustası vəzifəsidə çalışan, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində X18 X19 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan xarakterli məlumatlarla bağlı olaraq Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət təqibinə başlanmasını, sonuncu qanunvericiliyin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, 01 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuş, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 istehsalat təlim ustası vəzifəsidə çalışan, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində X18 X19 Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında 03 iyul 2025-ci il tarixdə keçirilən ümumi iclasda yaymış olduğu böhtan xarakterli məlumatlarla bağlı olaraq Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət təqibinə başlanmasını, sonuncu qanunvericiliyin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. O, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 2 ildir istehsalat təlim ustası vəzifəsidə işləyir. Protokolda yazılan “İlhamiyyə Mehtiyeva ilə əməkdaşlıq zamanı bir neçə dəfə çətinliklərlə qarşılaşıb. Onun sözlərinə görə, İlhamiyyə xanım əməkdaşlığa açıq olmayıb, ümumi iş prosesinə mane olan davranışlar sərgiləyib. O da tələbələrdən pul alınmasını düzgün saymadığını və bu hallara qarşı olduğunu qeyd etmişdir” ifadələrini o işlətmişdir. Bu sözləri böhtan hesab etmir. Tələbələrdən pulun alınması yolverilməzdir və bu halı pisləmişdir. Tələbələrdən pul alınması deyildiyində ümumiyyətlə bu hala qarşı olduğunu demişdir. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında bildirmişdir ki, o, müdafiə tərəfi olaraq şikayəti qəbul etmir. İlhamiyyə xanım barəsində dəfələrlə töhmət verilmişdir. X7 ifadələrində böhtan və təhqir olmamışdır. Bunların nərərə alınmasını və X7 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 22 ildir "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 psixoloq işləyir. O, xx.xx.2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Tələbələrdən pul alınması hissəsində Sahib müəllim belə halların yolverilməzliyini bildirmişdir. Onların arasında qərəzli münasibət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 işləyir. O, xx.xx.2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Sahib müəllimin həmin iclasda böhtan xarakterli fikir səsləndirdiyini eşitməmişdir. Tələbələrdən pul alınması hissəsində Sahib müəllim belə halların yolverilməzliyini deyib. Sahib müəllimin hər kəslə münasibəti yaxşı olmuş, onun İlhamiyyə müəllimə ilə münaqişəsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, 2023-cü ildə "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X20 məktəbini bitirmişdir. İlhamiyyə müəllimə ona dərs demişdir. Heç vaxt narazılığı olmamışdır. Eyni zamanda kollektivdə səmimi mehriban olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 işləyir. O, 03 iyul 2025-ci il tarixli ümumi iclasda iştirak etmişdir. Sahib müəllimin həmin iclasda btələbələrdən pul alınmasıilə bağlı halları qınadığını pislədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 tədris almış. İlhamiyyə Mehtiyeva ona dərs demişdir. Ona dərsdən əlavə dəstək olmuşdur. Dərs prosesində başa düşmədiklərini onlara izah etmiş, valideyin iclasları keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 tədris almış. İlhamiyyə Mehtiyeva ona dərs demişdir, onlara dəstək olmuşdur. Bu mövqeyinə onun sayəsində gəlib çıxmışdır. Məhkəmə iclasında qanuni nümayəndə X3 və psixoloq Şahid4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, "X18 X19 Dövlət Peşə Təhsil Mərkəzi" X17 oxuyur. Hazırda peşə məktəbindən çıxır. Onun məktəbdən çıxmasının səbəbi İlhamiyyə müəllimənin orada daha işləməməsidir. O, İlhamiyyə Mehtiyevanın kobudluq etməsini, nəsə tələb etməsini görməmişdir. İş materiallarında olan X18 X19 Dövlət Peşə Təhsil X5 Komitəsinin işçinin müəssisə daxili nizam-intizam qaydalarına riayət etmələri barədə keçirilmiş 19 saylı 03 iyul 2025-ci il tarixli ümumi iclasının protokolundan görünür ki, istehsalat təlim ustası X12 çıxışında bildirmişdir ki, İlhamiyyə Mehtiyeva ilə əməkdaşlıq zamanı bir neçə dəfə çətinliklərlə qarşılaşıb. Onun sözlərinə görə, İlhamiyyə xanım əməkdaşlığa açıq olmayıb, ümumi iş prosesinə mane olan davranışlar sərgiləyib. O da tələbələrdən pul alınmasını düzgün saymadığını və bu hallara qarşı olduğunu qeyd etmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli 172 saylı əmrin surətindən görünür ki, X1 xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş audiovideo görüntülər olan CD diskə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilmişdir. Həmin CD diskdə faylların sayı 13 olmuşdur. Həmin videofayllara baxış keçirilərək müəyyən edilmişdir ki, İlhamiyyə Mehtiyevanın tədris keçdiyi tələbələr və onların valideyinləri onun barəsində olan müsbət düşüncələrini diqqətə çatdırmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının, şahidin, təqsirləndirilən şəxsin iş üzrə ifadələrini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Xüsusi ittihamçı X8 tərəfindən məhkəməyə təqdim edilən audiovideo görüntüləri isə məhkəmə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə ittihamın mahiyyətinə aid olmadığından sübut növü kimi qəbul etmir. Məhkəmə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 147.1-ci maddələri ilə təqsirləndirilməsinnə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X4 təqsirləndirlən şəxs X12 tərəfindən ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi, Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması faktı öz təsdiqini tapmadı. Yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdə səsləndirilən fikirlərin, yəni, tələbələrin və valideyinlərin xüsusi ittihamçı barəsində bildirdiklərinin təqsirləndirilən şəxs X12 haqqında səsləndirilmədiyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X7 əməlində cinayət tərkibinin olmasını təsdiq edən heç bir sübut xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 147.1-ci maddələri ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X7 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X7 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 08 fevral 2025ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu ümumilikdə 53 (əlli üç) saata görə dövlət büdcəsindən 583 (beş yüz səksən üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X9 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu ümumilikdə 53 (əlli üç) saata görə dövlət büdcəsindən 583 (beş yüz səksən üç) manat tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar