Məhkəmə qərarları › İş №1(009)-324/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-324/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-324/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ saat 11:45 Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin İ dərəcəli hüquqşünası Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonu, Əfətli kəndində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla Tovuz rayonu. Əyyublu kəndində yaşamış, barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına 26 sentyabr 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib, heç bir səlahiyyəti olmadığı halda sonuncuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X4 hərraca çıxarılmış 2007-ci il il buraxılışlı, sedan tipli "Chevrolet Niva" markalı minik avtomobilini 5000 manata alınmasında və Şəmkir rayonunda yerləşən “Çinar" soyuducular zavodunun 8000 manata özəlləşdirilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 01 avqust 2023-cü il tarixdə saat 20:48 radələrində Abşeron rayonu. Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış "mpay" elektron ödəmə terminalı vasitəsilə onun adına olan "Kapital bank" ACS-yə aid 4169 73******5695 nömrəli bank hesab katına köçürmüş olduğu 5000 manat pul vəsaitni və bundan başqa Zərərçəkmiş şəxs1 elə həmin günü saat 20:54 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış «mpay» elektron ödəmə terminalı vasitəsilə onun adına olan "Kapital bank" ACS-yə aid 4169 73******3502 nömrəli bank hesab katına köçürmüş olduğu 8000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək, aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumlikdə 13.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Talama Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq məqsədi ilə 23 iyul 2024-cü il tarixdə, saat 14:47-də ünvan 1 ünvanında yerləşən "Food Factory" adlı "Kulinariya və Şirniyyat" evində olan zaman Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonu Zərərçəkmiş şəxs2n aldıqdan sonra həmin mobil telefonda mövcud olan "xxxx" QSC-yə məxsus mobil bank tətbiqinə daxil olaraq köçürmə əməliyyatı aparıb Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" QSC-yə aid AZ60ACAB00210 ******* 0404227 nömrəli bank hesabından 15450 manat pul vəsaitini özünün istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid AZ5İTURA41040 **********09944 nömrəli bank hesabına köçürərək həmin məbləğdə pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 15450 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurlamışdır. Beləliklə də Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-324/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, Zərərçəkmiş şəxs2 onunla Səbail rayonu ərazisində yerləşən kafelərdən birində görüşüb icarəyə götürdüyü "Mercedes Benz" markalı avtomobili lizinqə saldırmağına köməklik etməyini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs2 nə qədər pul vəsaitinin olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 ona 15.500 (on beş min beş yüz) manat məbləğində pul vəsaitinin olduğunu demişdir. O, lizinqə görə həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, hər hansı bir bankın balansına yatırsın. Həmin gün onlara ərazi cəhətədən ən yaxın olan "xxxx"-a getmişlər. "xxxx" Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 28 may metrosunun yaxınlığında yerləşir. Onlar təxminən günorta saatlarında Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 28 may metrosunun yaxınlığında yerləşən "xxxx"-a gedib Zərərçəkmiş şəxs2 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini əvvəl Zərərçəkmiş şəxs2 həmin bankda bank hesabı açdırmaqla Zərərçəkmiş şəxs2 hesabına köçürmüşlər. İlk öncə bu əməli etmək istəməsə də o maddi sıxıntılar yaşadığından yalan danışaraq Zərərçəkmiş şəxs2 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini əle keçirmək qərarına gəlimişdir. Fəxrinin atasının ona borcu olduğunu düşündüyündən və bu niyyətlə Zərərçəkmiş şəxs2 demişdir ki, onun "xxxx"-a köçürdüyü 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini onun hesabına köçürsün ki, bu məsələsini həll edəcək. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona inanmış və 15.500 (on beş min beş yüz) manat pul vəsaitindən onun bank hesabına 15.450 (on beş min dörd yüz əli) manat məbləğində pul vəsaiti göndərmişdir. Daha sonra o, heç bir lizinq şirkəti ilə maraqlanmamışdır. Aradan bir neçə gün keçdikdən sonra qohumu Zərərçəkmiş şəxs2 ondan pulunu geri qaytarmağını tələb etmişdir. Bir neçə gün ərzində 1700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini hazırda xatırlamadığı bank hesabından Zərərçəkmiş şəxs2 hazırda xatırlamadığı bank hesabına göndərmişdir. Zərərçəkmiş şəxs1 dair hissədə isə hərraca çıxarılmış 2007-ci il il buraxılışlı, sedan tipli "Chevralet Niva" markali minik avtomobilinin ucuz qiymətə 5000 manata alınmasında və Şəmkir rayonunda yerləşən Çinar soyuducular zavodunun ucuz qiymətə özəlləşdirilməsinə görə isə 8000 manat təşkil ediyini bildirmişdir. Bu zaman Mahir Məmmədov onun yanında qardaşı Zərərçəkmiş şəxs1 zəng etmiş, bundan sonra onun özü Mahirin mobil telefonu ilə Tahiri bir daha əmin edərək guya ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nəzində olan hərraca çıxarılmış 2007-ci il il buraxılışlı, sedan tipli "Covralet Niva" markalı minik avtomobilinin ucuz qiymətə 5000 manata alınmasında və Şəmkir rayonunda yerləşən Çinar soyuducular zavodunun ucuz qiymətə özəlləşdirilməsinə görə isə 8000 manat təşkil ediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və ondan onun əlaqə saxlamaq üçün mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 onun mobil telefonla bir daha danışmış və o, Tahiri tam əmin etdikdən sonra Tahir 01 avqust 2023-cü il tarixdə axşam saatlarında o, Tovuz rayonunda olan onun tərəfindən Tahirin mobil telefonunun Vhatsapp vasitəs ilə göndərdiyi onun adına olan katına 5000 manat və elə həmin günü axşam saatlarında Kapital banka aid olan digər hesab kartına 8000 manat pul köçürmüşdür. Lakin sonradan o, Zərərçəkmiş şəxs1 verdiyi vədləri əməl etməyib ondan ümumlikdə kart vasitəsi ilə ələ keçirdiyi 13000 manat pulları öz şəxsi ehtiyaclarına xərciləmişdir. Əməlindən peşman olduğunu, himayəsində iki övladının olmasını, iş üzrə zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş ziyanın 25 faizi həddində pulu dövlət büdcəsinə ödədiyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Cəsur ilə Səbail rayonu ərazisində yerləşən kafelərdən birində görüşüb icarəyə götürdüyü "Mercedes Benz" markalı avtomobili lizinqə saldırmağına köməklik etməyini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs2 nə qədər pul vəsaitinin olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 ona 15.500 (on beş min beş yüz) manat məbləğində pul vəsaitinin olduğunu demişdir. O, lizinqə görə həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, hər hansı bir bankın balansına yatırsın. Həmin gün onlara ərazi cəhətədən ən yaxın olan "xxxx"-a getmişlər. "xxxx" Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 28 may metrosunun yaxınlığında yerləşir. Onlar təxminən günorta saatlarında Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 28 may metrosunun yaxınlığında yerləşən "xxxx"-a gedib Zərərçəkmiş şəxs2 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini əvvəl Zərərçəkmiş şəxs2 həmin bankda bank hesabı açdırmaqla Zərərçəkmiş şəxs2 hesabına köçürmüşlər. İlk öncə bu əməli etmək istəməsə də o maddi sıxıntılar yaşadığından yalan danışaraq Zərərçəkmiş şəxs2 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini əle keçirmək qərarına gəlimişdir. Fəxrinin atasının ona borcu olduğunu düşündüyündən və bu niyyətlə Zərərçəkmiş şəxs2 demişdir ki, onun "xxxx"-a köçürdüyü 15.500 (on beş min beş yüz) manat məbləğində olan pul vəsaitini onun hesabına köçürsün ki, bu məsələsini həll edəcək. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona inanmış və 15.500 (on beş min beş yüz) manat pul vəsaitindən onun bank hesabına 15.450 (on beş min dörd yüz əli) manat məbləğində pul vəsaiti göndərmişdir. Daha sonra o, heç bir lizinq şirkəti ilə maraqlanmamışdır. Aradan bir neçə gün keçdikdən sonra qohumu Zərərçəkmiş şəxs2 ondan pulunu geri qaytarmağını tələb etmişdir. Bir neçə gün ərzində 1700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini daha sonra isə ona vurduğu ziyanı tam şəkildə ödədiyini, buna görə onu bağışladığını, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 16 oktyabr 2025-ci il tarixdə ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 24 iyun 2025-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallara əsasən, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılması və ibtidai araşdırma aparılması üçün icraata götürülməsi qərara alınmışdır. (cild İ, iş vərəq 1) İş materiallarında olan 23 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdindəki hərraca çıxarılmış 2007-ci il il buraxılışlı, sedan tipli "Chevrolet Niva" markalı minik avtomobilini ucuz qiymətə, yəni 5000 manata alınmasında və Şəmkir rayonunda yerləşən «Çinar» soyuducular zavodunun ucuz qiymətə, yəni 8000 manata özəlləşdirilməsinə təşkil edə biləcəyini təklif etmişdir. 01 avqust 2023-cü il tarixdə Cəsurun onun mobil telefonunun Vhatsapp vasitəsilə göndərdiyi Cəsurun adına olan hesab katına həmin günü Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış "mpay" ödəniş terminal aparatı vasitəsilə 5000 manat və elə həmin günü saat 20:54 radələrində Təqsirləndirilən şəxs adına olan digər hesab katına Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış "Mpay" ödəniş terminal aparatı vasitəsiilə 8000 manat pul köçürmüşdür. Cəsur isə ona həmin məsələni guya 2023-cü ilin avqust ayının sonunda həll edəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxladıqda Cəsur ona müxtəlif bəhanələr gətirərək ondan yayındıqda artıq başa düşmüşdür ki, Cəsur onu aldadıb ona qarşı dəlduzluq edib. Odur ki, cinayət işi üzrə onun zərərçəkmiş şəxs qismində tanınmasına və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (cild İ, iş vərəq 5) İş materiallarında olan 24 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 34-35) İş materiallarında olan 24 iyun 2025-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ********* nömrə altında bir icraatda istintaqı davam etdirilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.3.2-ci maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 52-36) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. (cild İ, iş vərəq 67) İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 132) İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 143-144) İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 147-147) İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli “axtarışda olan şəxsin yaxalanması” haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış xarakterli söhbətlər nəticəsində xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində özü könüllü olaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişdir. (cild İ, iş vərəq 173) İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 198-199) İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin baş müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. (cild İ, iş vərəq 214-217) İş materiallarında olan 12 mart 2025-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması” haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Tovuz rayonu, Əyyublu kənd ərazisində saxlanılaraq xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. (cild İ, iş vərəq 236) İş materiallarında olan 13 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 240-241) İş materiallarında olan 13 mart 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 10 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2025-ci il, saat 19:30 tarixdən hesablanmışdır. (cild İİ, iş vərəq 9-15) İş materiallarında olan 05 aprel 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (cild İİ, iş vərəq 32-38) İş materiallarında olan 05 iyun 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna kimi, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (cild İİ, iş vərəq 72-75) İş materiallarında olan 03 iyul 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna kimi, yəni 10 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. (cild İİ, iş vərəq 105-112) İş materiallarında olan Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefondakı "xxxx" QSC-yə aid mobil bank tətbiqi proqramına aid 01 vərəqədən ibarət ödəniş qəbzinin kserosurətindən görünür ki, 23 iyul 2024-cü il tarixdə, saat 14:47-də Zərərçəkmiş şəxs2 adından "xxxx" QSC-yə məxsus mobil bank tətbiqi proqramı vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" QSC-yə aid AZ60ACAB**********000404227 nömrəli bank hesabından 15450 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan elektron məlumat daşıyıcısı hesab edilən "Turan Bank” ASC-yə aid AZ51TURA41040**********09944 nömrəli bank hesabına köçürülmüşdür. (cild İ, iş vərəq 129) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verildiyindən ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan cinayətlərin təkrarlığı aradan qalxdığından Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ittihamdan çıxarılmalıdır. Belə ki, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, tələb olunur. Hazır ki,iş üzrə Təqsirləndirilən şəxs birinci əmələ görə (Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi üzrə) cinayət məsuliyyətindən azad edildiyindən təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Təqsirləndirilən şəxs sonrakı əməli təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4-cü maddələri ilə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi və iş üzrə digər sübutlarla tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-ci maddələri ilə tövsif edilməlidir, belə ki, təqsirləndirilən şəxsin əməlində xeyli miqdarda zərər vurmaqla özgə əmlakını elektron məlumat daşıyıcılarından-informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi yolu ilə talama cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaranır. Əməlin elektron məlumat daşıyıcısından istifadə edilməklə törədilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015ci il tarixli Plenum Qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonu Zərərçəkmiş şəxs2n aldıqdan sonra həmin mobil telefonda mövcud olan "xxxx" QSC-yə məxsus mobil bank tətbiqinə daxil olaraq köçürmə əməliyyatı aparıb Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" QSC-yə aid AZ60ACAB00210 ******* 0404227 nömrəli bank hesabından 15450 manat pul vəsaitini özünün istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid AZ5İTURA41040 **********09944 nömrəli bank hesabına köçürərək həmin məbləğdə pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 15450 manat pul köçürməklə oğurluq etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və ya aradan qaldırılmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirkarın şəxsiyyətini yəni əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan və “vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 12 mart 2025-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması” haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Tovuz rayonu, Əyyublu kənd ərazisində saxlanılaraq xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş, 13 mart 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 10 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2025-ci il, saat 19:30 tarixdən hesablanmışdır. Məhkəmə azadlığının faktiki olaraq məhdudlaşdırılığı vaxta münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan 12 mart 2025-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması” haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Tovuz rayonu, Əyyublu kənd ərazisində saxlanıldığından onun azadlığının faktiki olaraq məhdudlaşdırılığı vaxt xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək hesablanmalıdır. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 08 (səkkiz) ay 09 (doqquz) gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək axtarışda olan şəxs qismində saxlandığı 02 gün müddət və 10 mart 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək həbs saxlanıldığı 08 (səkkiz) ay 07 (yeddi) gün müddətin -cəmi 08 (səkkiz) ay 09 (doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına və məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından, həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemin”dən sorğu nəticəsində əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Tovuz rayonu, Əyyublu kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; -15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15- 1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 507.3 və 507.3.3-cü maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra hakimin göstərişi ilə təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 352 (üç yüz altmış iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək axtarışda olan şəxs qismində saxlandığı 02 gün müddət və 10 mart 2025-ci il tarixdən 17 noyabr 2025-ci il tarixədək həbs saxlanıldığı 08 (səkkiz) ay 07 (yeddi) gün müddətin cəmi 08 (səkkiz) ay 09 (doqquz) gün müddətin -01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu, Əyyublu kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 32 saata görə 352 (üç yüz əlli iki) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar