Məhkəmə qərarları › İş №1(009)-325/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-325/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-325/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Ç.İsmayılov küçəsi ev 20-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 noyabr 2023-cü il tarixdə saat 14.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd 2 ml-lik şprisdə 0,9 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,155 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 iyul 2023- cü il tarixdə saat 12:25-də Daxili İşlər Nazirliyinin X11 Alayının 4-cü Polis Bölüyünün əməkdaşlarının xidmətdə olduqları zaman Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılmış vəziyyətdə olan özünə məxsus **-SL-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilin arxa sərnişinin oturacağında özünü şübhəli apardığını görüb həmin avtomobilə yaxınlaşan zaman o, istifadə etmək üçün hazır vəziyyətə gətirilmiş içərisində maye məhluna qarışdırılmış narkotik vasitə olan şpirisi avtomobilin arxa oturacağının qarşısındakı rezin ayaqaltının altında gizlətsə də, polis əməkdaşlarının bunu görməsini bildikdən sonra, həmin yerdə gizlətdiyi məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,155 qram təşkil edən narkotik vasitə heroini 01 ədəd 2 mmlik şpirsdə polis əməkdaşlarına təqdim etmiş, bundan sonra həmin polis əməkdaşlarının dəvəti ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilib təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməsə də, hadisə yerində Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş sonunucuya məxsus həmin narkotik vasitə Daxili İşlər Nazirliyinin X11 Alayının 4-cü Polis Bölüyünün polis nəfəri polis serjantı Şahid1 tərəfindən təhqiqatçıya təqdim edildiyindən götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik maddə olan heroindən istifadə edir. Həmin narkotik maddəni dəri altına iynə ilə istifadə edr. 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində tanışı, adının “Miri” olduğunu bildiyi X5 ilə görüşmüş və küçədə dayanıb siqaret çəkən zaman Miribreyim Əsgərov yerdəki siqaret qutusunu görüb əyilib yerdən götürmüş və içinə baxan zaman içində 01 ədəd kibrit qutusu və 01 ədəd içində narkotik maddə heroinə bənzər maye olan şpris olduğunu görmüşlər. Miri 01 ədəd kibrit qutusunu, o isə içərisində qəhvəyi rəngli maye olan 01 ədəd şprisi sonradan istifadə etmək üçün götürüb cibinə qoyub üzərində saxlamışdır. 21 iyul 2023-cü il tarixdə saat 12:25 radələrində o, cibindəki narkotik maddə olan heroini istifadə etmək məqsədi ilə icarə əsasında idarə etdiyi “Renault Megane” markalı avtomobili Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində saxlayıb Miribreyim ilə birlikdə arxa sərnişin oturacağında əyləşmişdir. Sonra isə o həmin şprisi cibindən çıxarıb istifadə etmək üçün hazırlayan zaman avtomobilin şüşəsindən polis əməkdaşlarının onları görərək avtomobilə yaxınlaşdıqlarını görüb, dərhal şprisi sürücü oturacağının arxa hissəsində yerləşən yerə sərilmiş olan rezinin altında gizlətmişdir. Lakin polis əməkdaşlarının onun şprisi gizlətməyini görmüşlər. O, şprisi gizlətdiyi yerdən götürərək polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu və Miribreyimi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Polis əməkdaşlarına təqdim etdiyi içində qəhvəyi rəngli maye olan bir ədəd şpris götürülmüşdür. Təqdim etdiyi bir ədəd şpris zərfə qoyulmaqla qablaşdırılmışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X11 Alayının 4-cü Polis Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə saat 12:25 radələrində X11 Alayının 4-cü Polis Bölüyünün polis nəfəri Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində xidmətdə olan zaman həmin küçədə dayanmış “Renault Megane” markalı avtomobilin arxa sərnişinin oturacağında iki nəfər şəxsin oturduqlarını və şübhəli davranıqlarını görüb həmin avtomobilə yaxınlaşmışlar. Bu zaman onları görən sərnişinlərdən sonradan adının X5 bildiyi şəxs qaçmağa cəhd edərək avtomobildən enib əlindəki kibrit qutusunu yerə ataraq oradan uzaqlaşmaq istəyən zaman həmin şəxsi saxlamış, Şahid1 isə adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin əlindəki əşyanı avtomoblin salonunun içinə atdığını görüb, Təqsirləndirilən şəxs əlindəki əşyanı nə etdiyini soruşmuş Elçin isə ayaqaltı rezininin alıtında 01 ədəd içərisində qəhvəyi rəngli məhlul olan şprisi çıxarıb ona təqdim etmişdir. Daha sonra onları Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsin üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs 01 ədəd içərisində qəhvəyi rəngli maye olan şprisi təqdim etmiş, həmin şprisin Təqsirləndirilən şəxs məxsus olduğu və özü tərəfindən avtomobilindən götürülərək ona verildiyi bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilənləri təsdiq edərək həmin 01 ədəd şprisi 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində dayanıb siqaret çəkən yerdəki siqaret qutusunun içindən tapdığını və sonradan istifadə etmək götürüb cibinə qoyub üzərində saxladığını, həmin qutuda olan 01 ədəd kibrit qutusunu isə yanındakı X5 tərəfindən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şpris zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı X12 4-cü Polis Bölüyünün polis nəfəri Şahid1 01 ədəd içərisində qəhvəyi rəngli maye olan şprisi təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddənin narkotik vasitə heroindir və 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində dayanıb siqaret çəkən yerdəki siqaret qutusunun içindən tapmış və sonradan istifadə etmək götürüb cibinə qoyub üzərində saxlamışdır. Götürülmüş bir ədəd şpris zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 22 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3949 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: DİN “Zərflər üçün №52” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” olan zərfdəki 01 ədəd 2 ml-lik şprisdə 0,9 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,155 qram olan narkotik vasitə-heroin müəyyən edilmişdir. Məhlulun həcmi 0,9 ml, tədqiqata sərf edildi 0,5 ml, qalıq 0,04 ml. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. 21 iyul 2023-cü il tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 23 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 31 avqust 2023-cü il tarixli 5599 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 10 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar cinayət proseesində iştirakı mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 26 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 21 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 2 ml-lik şpirsin tərkibindəki 09 ml qəhvəyi rəngli məhlulun ekspertizadan sonra tərkibindəki quru maddəsinin qalıq təmiz çəkisi 0,155 qram narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif ediilmişdir və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək, , yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 30 avqust 2023-cü il tarixli 5599 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş 01 ədəd 2 ml-lik şpirsin tərkibindəki 09 ml qəhvəyi rəngli məhlulun ekspertiza tədqiqatından sonra tərkibindəki quru maddəsinin qalıq təmiz çəkisi 0,155 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş 01 ədəd 2 ml-lik şpirsin tərkibindəki 09 ml qəhvəyi rəngli məhlulun ekspertiza tədqiqatından sonra tərkibindəki quru maddəsinin qalıq təmiz çəkisi 0,155 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 90 (doxsan) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar