Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-326/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuanani, metadonu, psixotrop maddələr metamfetamini və metilendioksimetamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda üzərində “Methadone 40” əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində “F/M 40” yazısı olan bir həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə metadon həbini və 01 ədəd şəffaf sellofan bükümdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən psixotrop maddə olan 02 ədəd metilendioksimetamfetamin (MDMA) həbini əldə edərək üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 iyul 2025-ci il tarixdə saat 10:18 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 28 ünvanın qarşısında saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində “F/M 40” yazısı olan bir həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən bir ədəd narkotik vasitə olan metadon həbi və 01 ədəd şəffaf sellofan bükümdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən 02 ədəd psixotrop maddə olan metilendioksimetamfetamin həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və metadonu, həmçinin xeyli miqdarda psixotrop addə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2025-ci il tarixdə saat 13:37 dəqiqədə ünvan 2 ünvanda saxlanılaraq orada üstünün yoxlanılması zamanı əlində olan qara rəngli sellofan paketin içərisində olan 01 ədəd sellofan bağlamada təmiz çəkisi 160,19 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində olan şəffaf sellofanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,598 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,08 qram təşkil edən 02 ədəd həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən bir neçə müddətdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin marixuana, psixotorop maddələrin metamfetamin növünü könüllü qəbul edir. Hərdənbir bədənində kəskin ağrılar olanda isə tərikibində narkotik vasitələr olan ağrıkəsici həblərdən ağrının kəsilməsi üçün istifadə edir. İstifadə etdiyi psixotrop maddəni və narkotik vasitəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə edir. xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün 01 ədəd metadon həbi və 02 ədəd ekstazi adlanan həbi əvvəlcədən tanış olduğu şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 30 manat müqabilində "Dənizkənarı Milli Park"-in ərazisində almışdı. xx.xx.2025-ci il tarixdə saat 10:18 radələrində ünvan 3 ünvanda piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdü. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və həmin şəxslərin polis əməkdaşı olduqlarını anldamışdı. Bundan sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib elə orada ona hüquq və vəzifələri izah edildikdən sonra həmin polis əməkdaşlarından biri üzərini yoxlamağa və digəri isə bunları mobil telefonla videoçəkiliş aparmağa başlamışdı. Yoxlanışdan əvvəl polis əməkdaşı ona üzərində olması ehtimal edilən dövriyəsi qanunla qadağan edilmiş əşya və ya predmeti təqdim etməyini bildirmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd "metadon M40" yazılı həbi və 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ekstazı həblərini çıxarıb polis əməkdaşlarına təqdim etmişdi. Həmin büküm narkotik vasitə metadona və psixotrop maddə ekstaziyə bənzər olması müəyyən edilmişdi. Bundan sonra üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdi. Aşkar olunmuş 01 ədəd həb və 02 ədəd şəffaf sellofana bükülmüş həb müvafiq ekspert rayi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdı. Daha sonra iştirakçılarla birlikdə o da həmin zərfin üzərinə imza etmişdi. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmiş və o, etiraz etmədən sonuncularla bölməyə getmişdi. Orada hüquqlarını müdafiə etməsindən ötrü müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri elan olunduqdan sonra təhqiqatçının, müdafiəçinin və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə qeyd etdiyi zərf yenidən açılaraq içərisində olan bükümə bir daha baxış keçirilmişdi. Bundan sonra həmin büküm başqa zərfə qablaşdırılmış və iştirakçılarla birlikdə o da həmin zərfin üzərinə imza etmişdi. Bundan başqa o, 24 iyul 2025-ci il tarixdə üzərimdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı tutulmamışdan 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşının onun telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəyəcəyi şərti ilə götürmüş, psixotrop maddə metamfetamini və digər həbləri isə bir neçə gün qabaq tanımadığı şəxsdən 45 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxlamışdı ki, imkan olanda istifadə etsin. 24 iyul 2025-ci il tarixdə saat təxminən 13:35 radələrində ünvan 2 ünvanda piyada gedərkən ona müülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, öz xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinir, ona görə onu saxlayıblar. O da səmimi olaraq etiraf etmişdi ki, əlində olan sellofan torbada və şalvarının cibində həm narkotik vasitə, həm də psixotrop maddə var. Polis əməkdaşları onun şəxsiyyəti ilə maraqlandıqdan sonra bildirmişlər ki, üst-başını yoxlayacaqlar, o, etiraz etməmişdi. Bundan sonra polis əməkdaşları ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər, sonra üzərində videoçəkilişlə yoxlama aparılmağa başlanılmışdı. Yoxlama başlanılmazdan əvvəl polis əməkdaşları ona təklif etmişlər ki, paltarında və digər geyim əşyalarında qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Bu təklifdən sonra o, əvvəlcə həmin vaxt əlində saxladığı qara rəngli sellofan paketi polis əməkdaşlarına təqdim etmişdi. Polis əməkdaşları sellofan paketin içindəki bağlamanı açıb baxanda içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu aşkar etmişlər. Daha sonra o, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı şəffaf sellofanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdi. Sonuncular həmin şəffaf sellofanı açanda içərisində 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olması, həmçinin ağrıkəsici həblərin olması aşkar edilmişdi. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdi ki, həmin qurudulmuş marixuananı 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İİR vətəndaşının onun telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəmək şərti ilə götürmüş, psixotrop maddə metamfetamini və digər həbləri isə bir neçə gün qabaq tanımadığı şəxsdən 45 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxlamışdı ki, imkan olanda özü istifadə etsin. Onun təqdim etdiyi bir ədəd şəffaf sellofan və içində qurudulmuş marixuana olan bir ədəd bağlama polis əməkdaşları tərəfindən bir ədəd iri ağ rəngli boş zərfə qoyularaq qablaşdırılıb götürülmüşdü. Həmin zərfin üzərində polis əməkdaşları ilə birlikdə o da öz imzasını çəkmişdi. Bundan sonra o, polis əməkdaşlarının təklifi ilə sonuncularla birlikdə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati binasında yerləşən otaqların birinə getmişdi. Orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və orada onu şübhəli şəxs qismində saxlamışlar. Bundan sonra təhqiqatçı tərəfindən videoçəkilişlə onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan və içində qurudulmuş marixuana olan bir ədəd bağlamaya baxış keçirilmişdi. O, orada da bildirmişdi ki, üzərindən aşkar edilmiş bağlamada olan kütlə marixuanadır, özünə məxsusdur, marixuananı 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşının onun telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəmək şərti ilə götürmüşdür. Əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı şəffaf sellofanda olan 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin, həmçinin ağrıkəsici həblər də ona məxsusdur, onları bir neçə gün qabaq tanımadığı şəxsdən 45 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxlamışdı ki, imkan olanda sonradan özü istifadə etsin. Bundan sonra təhqiqatçı tərəfindən orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilmiş, həmin içərisində narkotik vasitə, psixotrop maddə və həblər olan sellofan bağlama ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, yenidən götürülmüş və möhürlənmişdi. Orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü öz imzası ilə təsdiq etmişdi. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, saxlanılan və Polis bölməsinə şübhəli şəxs qismində aparılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç kim zor tətbiq edilməmişdir.. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, səmimi peşman olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 39-cu PB-nə "Fərrux" adlı şəxsin narkotik vasitələrin qəbulu, gəzidrməsi və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar onun rəhbərliyi, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və "Fərrux" adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 10:18 radələrində qrup üzvü ilə birlikdə ünvan 3 ünvanın qarşısında zahiri əlamətləri Fərrux adlı şəxslə oxşar olan şəxsin hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmış və orada videoçəkilişdən istifadə etməklə Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Elə oradaca saat 10:18-dən etibarən həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib və üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa onu təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə üzərində "methadone 40" yazısı olan 01 ədəd həbi və 02 ədəd sellofan bükümdə qəhvəyi rəngli ekstazi adlanan həbi çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs üzərinə tərəfindən fiziki axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həblər çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş, üzərində "Methadone 40" yazısı olan həbin çəkisi 0.65 qram və digər 02 ədəd ekstazi adlanan həbin 0,75 qram olması müəyyən edilmişdi. Bundan sonra həmin bükümlər ağ zərfdə qablaşdırılaraq üzəri imzalanmışdı. Daha sonra onlar Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39cu PB-nin inzibati binasına dəvət etmişlər və həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmişdi. Orada saxlanılan şəxsin xx.xx.1988-ci il təvəllüdlü, Lənkəran şəhərində doğulmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra sonuncu barəsində müvafiq sənədləşdirmə aparılması məqsədilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuşdu. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların təqdim etdiyi 01 ədəd kağız zərfə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdi. Baxış zamanı zərfin içərisində 01 ədəd üzərində "methadone40" yazısı olan həb və 02 ədəd ekstzai adlanan həb olması müəyyən edilmişdi. Bundan sonra qeyd olunan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdi. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparılan zaman, eləcə də üzərinə baxış keçirilən zaman sonuncuya qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa 24 iyul 2025-ci il tarixdə Səbail RPİ-nin 39-cu PB-nǝ xx.xx.1988-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Səbail rayonunu inzibati ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdı. Səbail RPİ-nin 39-cu Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid2, polis baş leytenantı Şahid3 və sahə inspektoru işləyən polis leytenantı X7 da həmin qrupa daxil edilmişdi. 24 iyul 2025-ci il tarixdə saat 13.37 radələrində qrupun digər üzvləri Şahid2, Şahid3 və Azər Əhmədovla birlikdə izləyərək Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında piyada getdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu saxlamış və narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama, daşıması ilə məşğul olmasında şübhəli olduğunu bildirərək videoçəkilişlə üstünün yoxlanılmasını demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümldən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstü həmin yerdə yoxlanılmağa başlanılmışdı. Videoçəkilişlə Təqsirləndirilən şəxs üstünü yoxlama hərəkətinə başlamışlar və videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmişdi. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə həmin vaxt əlində saxladığı qara rəngli sellofan paketi onlara təqdim etmiqdi. Onlar sellofan paketin içindəki bağlamanı götürüb açıb baxanda içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu aşkar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf sellofan torbanı çıxarıb onlara təqdim etmişdi. Onlar həmin şəffaf sellofan torbanı açanda içərisində 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olmasını, həmçinin qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 ədəd metadon həbləri, 02 ədəd M40 həbləri, 04 ədəd preqabalin həbləri, 07 ədəd Royal həbləri və 02 ədəd ekstazi (mdma) həblərinin olmasını aşkar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üstündən başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və həblər elektron tərəzidə çəkilmişdi, lakin çəkilərinin nə qədər olmasını hazırda xatırlamır. Sonra həmin bükümlər və həblər bir ədəd boş zərfdə qablaşdırılaraq üzəri DİN-in zərflər üçün möhürlə möhürlənmiş, bütün iştirakçılar tərəfindən zərfin üstü imzalanaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdi ki, həmin qurudulmuş marixuananı 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşının onun telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəmək şərti ilə götürmüş, psixotrop maddə metamfetamini və digər həbləri isə bir neçə gün əvvəl tanımadığı şəxsdən 45 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxlamışdı ki, imkan olanda özü istifadə etsin. Sonda bu barədə protokol tərtib etmiş və bütün iştirakçılar, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs protokolu öz imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş bükümlər və həblər olan zərfi ərazi aidiyyəti üzrə Səbail RPİ-nin 39-cü PB-nə təhvil vermişlər. Orada Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Əsgərli tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun hüquqlarını müdafiə edən müdafiəçisinin və onların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, əlində saxladığı qara rəngli sellofan paketin içindəki bağlamanın, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindəki bir ədəd şəffaf sellofan torbanın qablaşdırıldığı 01 ədəd ağ rəngli zərfə baxış keçirilmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilmiş şəffaf sellofan torba açıldıqda içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin, qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 hǝb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolun və 02 ədəd ekstazi (mdma) həblərinin olması aşkar edilmişdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 (bir) ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 2 ədəd büküm, həmçinin qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 hǝb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolin və 02 ədəd ekstazi (mdma) həblər olan sellofan torba cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən yenidən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdü. Sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar, o cümlədən o da zərfin üzərini və protokolu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Əməliyyat-axtarış təbdirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanlmasına dair” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə həmin vaxt əlində saxladığı qara rəngli sellofan paketi polis əməkdaşlarına təqdim etmiqdi. Sonuncular sellofan paketin içindəki bağlamanı götürüb açıb baxanda içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu aşkar etmiş, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin şəffaf sellofan torbanı açanda içərisində 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olmasını, həmçinin qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 ədəd metadon həbləri, 02 ədəd M40 həbləri, 04 ədəd preqabalin həbləri, 07 ədəd Royal həbləri və 02 ədəd ekstazi (mdma) həblərinin olmasını aşkar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üstündən başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və həblər elektron tərəzidə çəkilmişdi. Sonra həmin bükümlər və həblər bir ədəd boş zərfdə qablaşdırılaraq üzəri DİN-in zərflər üçün möhürlə möhürlənmiş, bütün iştirakçılar tərəfindən zərfin üstü imzalanaraq götürülmüşdü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdi ki, həmin qurudulmuş marixuananı 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İİR vətəndaşının onun telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəmək şərti ilə götürmüş, metamfetamini və digər həbləri isə bir neçə gün əvvəl tanımadığı şəxsdən 45 manata öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxlamışdı ki, özü istifadə etsin. (i.v. 12-14) "Təqdim olunan əşyaya baxış və götürmə haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilmiş şəffaf sellofan torba açıldıqda içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin, qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 hǝb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolun və 02 ədəd ekstazi (mdma) həblərinin olması aşkar edilmişdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 (bir) ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 2 ədəd büküm, həmçinin qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 hǝb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolin və 02 ədəd ekstazi (mdma) həblər olan sellofan torba cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən yenidən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 41-42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 25 iyul 2025-ci il tarixli 7/1007 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 160,19 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (i.v. 52) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 25 iyul 2025-ci il tarixli 6/2562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No49» dairəvi möhür əksi olan "Təqsirləndirilən şəxs (imza)" sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,598 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində «Krka 300» göstəricisi olan 2 ədəd konvalyut kəsiyində üzərində «P300» göstəricisi olan 04 ədəd ağ-qəhvəyi rəngli dərman kapsulunun tərkibində güclü təsir edən maddə preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,2 qram olduğu müəyyən edildi. Təqdim olunmuş ümumi sayı 2 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,08 qram təşkil edir. Üzərində «Tramadol Hydrochiorid 225»> göstəricisi olan 7 ədəd həbdə üzərindəki göstəriciyə əsasən tramadolun təsir maddəsinin ümumi miqdarı 1,575 qram təşkil edir. Təqdim olunmuş 2 ədəd qalxana bənzər göy rəngli həbin tərkibində narkotik, psixotrop, güclü təsir edən maddələr aşkar edilmədi. (i.v. 56) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. “Maddi sübut kimi tanıma haqqında” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 160,09 qram qurudulmuş marixuana, 1 ədəd metadon, 0,548 qram psixotrop maddə metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 92) "Əməliyyat-axtarış təbdirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanlmasına dair” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə həmin vaxt əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə üzərində "methadone 40" yazısı olan 01 ədəd həbi və 02 ədəd sellofan bükümdə qəhvəyi rəngli ekstazi adlanan həbi çıxarıb polis əməkdaşlarına təqdim etmişdi. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarına tərəfindən fiziki axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həblər çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş, üzərində "Methadone 40" yazısı olan həbin çəkisi 0,65 qram və digər 02 ədəd ekstazi adlanan həbin 0,75 qram olması müəyyən edilmişdir. (i.v. 106-107) "Təqdim olunan əşyaya baxış və götürmə haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim edilmiş bir ədəd zərfin içərisindən 03 ədəd sellofan büküm aşkar edilir. Həmin bükümlərə baxış zamanı içərisində 01 ədəd üzərində "Methadone 40" əmtəə göstəricisi olan həb və 02 ədəd ekstazi adlanan həbə bənzər həblər olması müəyyən edilir. Bundan sonra qeyd olunan bükümlər zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. (i.v. 135-136) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 07 iyul 2025-ci il tarixli 6/2358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün, No49-li» dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd boz rəngli üzərində "kəpənək" şəkili həkk olunmuş həblər kustar üsulla hazırlanmış psixotrop maddə olan metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir, ("ekstazi") və 2 (iki) ədəd həbdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramdır. Üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində «F/M 40» yazısı olan həkk olunmuş 1 (bir) ədəd qəhvəyi rəngli həb narkotik vasitə olan- metadon tərkibli həbdir və 1 (bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır. (i.v. 146-147) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 12 iyul 2025-ci il tarixli protokoldan görünür ki, çəkilişdə bir nəfər kişi cinsli şəxsin polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinin yoxlanılması müşahidə edilir. Üzəri yoxlanılan şəxsə hüquq vəzifələri izah edildikdən və narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa onu təqdim etməsi təklif olunur. Bu təklifdən sonra qeyd olunan şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə üzərində "methadone 40" yazısı olan 01 ədəd həbi və 02 ədəd sellofan bükümdə qəhvəyi rəngli ekstazi adlanan həbi çıxarıb təqdim edir. Şəxsin üzərinə fiziki axtarış keçirilir, lakin hər hansı bir əşya aşkar edilmir. Şəxsin təqdim etdiyi həblər çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilir, üzərində "Methadone 40" yazısı olan həbin çəkisi 0,65 qram və digər 02 ədəd ekstazi adlanan həbin 0,75 qram olması müəyyən edilir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da görüntü sona çatır. (i.v. 178) “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, çəkilişdə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 10:18 radələrində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış əşyaya polis əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş vasitəsilə həmin polis bölməsinin təhqiqatçısı Kamran Ramazanlı tərəfindən baxış keçirilməsi müşahidə olunur. Baxış zamanı təqdim edilmiş bir ədəd zərfin içərisindən 03 ədəd sellofan büküm aşkar edilir. Həmin bükümlərə baxış zamanı içərisində 01 ədəd üzərində "Methadone 40" əmtəə göstəricisi olan həb və 02 ədəd ekstazi adlanan həbə bənzər həblər olması müəyyən edilir. Bundan sonra qeyd olunan bükümlər zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da görüntü sona çatır. (i.v. 179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 08 iyul 2025-ci il tarixli 4011 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 213-214) “Diskə baxış keçirilməsi barədə” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 1 ədəd fayl var və 15 dəqiqə 41 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzəri yoxlanılır. Həmin şəxsə hüquq ve vəzifələri, o cümldən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Üstünə yoxlama və götürmə aparılan şəxsə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Sonra həmin şəxs əlində olan qara rəngli sellofan paketi polis əməkdaşlarına təqdim edir. Həmin paketin içərisində olan 01 ədəd sellofan bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilir. Daha sonra həmin şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində olan şəffaf sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim edir. Həmin sellofan torba açıldıqda içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin olması müəyyən edilir. Daha sonra yenə də həmin sellofan torbada qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 həb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolun və 02 ədəd ekstazi (MDMA) həblərinin olması müəyyən edilir. Həmin içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin, metamfetamǝ oxşar kütlənin olduğu bükümlər, həblər bir ədəd ağ zərfdə qablaşdırılır və üstü möhürlənərək götürülür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdi ki, üstü yoxlanılan şəxs onun özüdür. Həmin videogörüntü 24 iyul 2025-ci il tarixdə saat 13:37 dəqiqədə ünvan 2 ünvanda lentə alınmışdır. Həmin vaxt üzərindən aşkar edilmiş bağlamada olan kütlə marixuanadır, özünə məxsusdur, marixuananı 4 gün əvvəl internet portalında tanış olduğu, lakin adını bilmədiyi İİR-nın vətəndaşının onun mobil telefonunun vootshap səhifəsinə göndərdiyi məkandan qarşılığında 400 manat ödəmək şərti ilə götürmüş, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı şəffaf sellofanda olan 01 ədəd bükümdəki psixotrop maddə metamfetamin, həmçinin ağrıkəsici həblər də ona məxsusdur, onları bir neçə gün qabaq tanımadığı şəxsdən 45 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və şəffaf sellofana büküb əynində olan göy rəngli cins şalvarın arza sağ cibində saxlamışdı ki, imkan olanda sonradan özü istifadə etsin. (i.v. 218) “Diskə baxış keçirilməsi barədə” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 1 ədəd fayl var və 13 dəqiqə 10 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, Səbail RPİ-nin 39-cü PB-nin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkili Cahangir Cavadovun və polis əməkdaşlarının iştirakı ilə təqdim olunan Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2025-ci il tarixdə saat 13:37 dəqiqədə ünvan 2 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu bükümlər və müxtəlif həblərin qablaşdırıldığı 01 ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilmiş şəffaf sellofan torba açıldıqda içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin, qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 hǝb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolun və 02 ədəd ekstazi (mdma) həblərinin olması aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 (bir) ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 2 ədəd büküm, həmçinin qəhvəyi dairəvi formalı olan həblərdə narkotik vasitə olan 02 həb metadon, üzərində «Krka 300» göstəricisi olan 04 hǝb preqabalin, 07 ədəd həb tramadolin və 02 ǝdǝd ekstazi (mdma) həbləri olan sellofan torba cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən yenidən boş zərfdə qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənərək götürülmüş, daha sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 219) “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat yoxlaması aparılan zaman götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,318 qram çəkidə heroin saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, 02 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 220-233) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin miqdarı sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:18-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 128-129) “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Ceyhun Mustafayev vəsatəti rədd edilmişdir. (i.v. 172-173) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 176-177) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 08 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. 18 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (i.v. 191) Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli, 1(101)-894/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2012-ci il tarixdən hesablanmışdır. (i.v. 205-212) “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:37-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 37- 38) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-384/2025 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90) Azərbaycan Respublikasının CM-nin: 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli, 1(101)-894/2012 saylı hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqları gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli, 1(101)-894/2012 saylı hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törədilməsi ilə əlaqədar məhkum olunmasını nəzərə alaraq məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan yəni 24 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 08 iyul 2025-ci il tarixli 4011 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 213-214) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 160,09 qram qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 0,548 qram psixotrop maddə metamfetamin, metadon tərkibli ½ həb hissəsi və MDMA tərkibli 01 ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 251 (iki yüz əlli bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatından sonra qalıq qalmış 160,09 qram qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 0,548 qram psixotrop maddə metamfetamin, metadon tərkibli ½ həb hissəsi və MDMA tərkibli 01 ədəd həb hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə sübut - 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 251 (iki yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-326/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-326/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver