Məhkəmə qərarları › İş №1(009)-33/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-33/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-33/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2020-ci il tarixdə saat 11.30-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, “X14” gözəllik salonunda manikyur ustası işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 48 mənzil 19-da qeydiyyatda olan və orada yaşayan, xx xxxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4‑cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2013-ci il fevral ayının ortalarında işlədiyi Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı evin birinci mərtəbəsində yerləşən “X14” gözəllik salonunda olarkən həmin gözəllik salonunu işlədən Zərərçəkmiş şəxs2 salonun sol tərəfindən yerləşən dolaba qoyduğu əl çantasının içərisindən bir cüt 1260 manat dəyərində 14 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış halqa formasında sırğanı, 1 ədəd 1080 manat dəyərində 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış üzərində müxtəlif fiqurlar olan qolbağı, 3000 manat dəyərində 70 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, brilliant qaşları ilə bəzədilmiş, ortalarında brilliant qaşları olan qalın halqa formasında sırğa, üzük, boyunbaqla kulondan ibarət 1 ədəd dəsti, 1 ədəd 2160 manat dəyərində 24 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış “sümbül” tipli qolbağı, 1 ədəd 540 manat dəyərində 6 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış yastı nazik boyunbağı, 1 ədədinin dəyəri 540 manat, ümumi dəyəri 1080 manat olan, 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış hərəsi bir-birinə bağlanmış iki müxtəlif ölçülü ürəkciklərdən ibarət 2 ədəd kulonu və 1 ədəd 4900 manat dəyərində 70 qram çəkidə, 585 əyarlı sarı qızıldan hazırlanmış “moruq” adlanan qalın boyunbağı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 14020 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə tanışı X1 mənzilində xörək bişirəcəyi bəhanəsi ilə Zərərçəkmiş şəxs2 verdiyi icazə əsasında sonuncunun yaşadığı Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı evin 11 saylı mənzilə daxil olduqdan sonra mənzilin yataq otağında olan paltar dolabının soldan ikinci, paltarların asılması üçün nəzərdə tutulmuş yerin aşağı hissəsində qoyulmuş tünd qırmızı rəngli laklı mücrün içərisindən 01 ədəd 630 manat dəyərində 7 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış “İmam Əlinin qılıncı” formasında olan kulonu, 01 ədəd 720 manat dəyərində 8 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, oval şəkildə, içərisində fars əlifbası ilə “Allah” sözü yazısı olan kulonu, 1 ədəd 3000 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 7-8 brilliant qaşla bəzədilmiş 5 qram çəkidə paxlava şəklində olan üzüyü, 1 ədəd 350 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 5 qram çəkidə şəbəkə şəklində üzüyü, 1 ədəd 1500 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 15 qram çəkidə romb şəklində çərçivəyə alınmış, ortasında Amerikanın prezidentlərindən biri olmuş Linkolnun təsviri olan qədim yumru pul olan sinəyə taxılma mexanizmi ilə olan broşu, 1 ədəd 500 manat dəyərində, sadə metaldan olan “Foreks” brendinə məxsus qadın qol saatını və həmin otaqdakı güzgülü dolabın içərisindən 1 ədəd 150 manat dəyərində 100 ml tutumlu “Coco Chanel” brendinə məxsus ətiri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 6850 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə saat 21-22 radələrində tanışı Zərərçəkmiş şəxs2 Aleksandrova ilə birlikdə ünvan 1 ünvanında yerləşən “MetroPark” ticarət və əyləncə mərkəzinin 6-cı mərtəbəsində yerləşən “Flo” ayaqqabı dükanında olarkən sonuncunun başının alış-verişə qarışmasından istifadə edərək ona müvəqqəti əlində saxlamaq üçün verdiyi əl çantasının içərisindən 300 manat nağd pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin iyun ayının ortalarında tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 mənzil 3 ünvanında qonaq qismində olarkən sonuncunun başının qarışmasından istifadə edərək mətbəxdəki divarüstü dolabın içindəki qabdan 375 manat dəyərində 585 əyarlı sarı qızıldan hazırlanmış “Van Cleeff” markalı cüt sırğanın bir tayını və 1 ədəd 1500 manat dəyərində, 750 əyarlı ağ qızıldan hazırlanmış brilliant qaşlı üzüyü gizli yolla talamış, daha sonra cinayətkar əməllərini davam etdirib xx xxxx 2019-cu il tarixdə tanışı Zərərçəkmiş şəxs1 həmin mənzilində qonaq qismində olarkən sonuncunun zərgərlik məmulatları mətbəxin divarüstü dolabının içindəki qabda saxladığı 375 manat dəyərində, 585 əyarlı sarı qızıldan hazırlanmış “Van Cleeff” markalı cüt sırğanın ikinci tayını və 1 ədəd 750 manat dəyərində, 585 əyarlı sarı qızıldan hazırlanmış nişan üzüyünü gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4‑cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təsqirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Aleksanarovnaya məxsus salonda işlədiyi vaxtdan hərdən bir neçə dəfə sonuncunun yaşadığı evinə gedib-gəlmişdir. Dəqiq tarix yadında deyil, 2018-ci ilin fevral ayının ortalarında səhər saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs2 salonuna işə gəlmişdir. Həmin gün Zeynəb və Gulya adlı xanımlar da salona işə gəlmişdilər. Lakin Zərərçəkmiş şəxs2 özü çox vaxt salonda olmur, eyni zamanda həmin günü də salona gəlməmişdir. Həmin gündən təxminən üç gün əvvəl Zərərçəkmiş şəxs2 salona gələrkən əl çantasını salonda şkafa qoyub getmişdir. Əvvəlcədən Zərərçəkmiş şəxs2 toya gedəndə həmin çantdan qızıl-zinət əşyaları götürüb istifadə edərkən o, çantada qızıl olduğunu görmüşdür. Həmin günü günorta saat təxminən 13:30 radələrində Zeynəb və Gülya mağazaya getmişlər və o, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 çantasından qızılları oğurlayıb aparıb sataraq pul əldə etmək qərarına gəlmişdir. O, şkafı açıb Zərərçəkmiş şəxs2 çantasını açmış, çantanın içərisində xeyli qızıl-zinət əşyaları olmuşdur. O, həmin qızıl-zinət əşyalarından bir neçəsini, yəni bir cüt halqa şəkildə qızıl sırğanı, 1 ədəd üzərində müxtəlif fıqralar olan qolbağı, 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl boyunbağı və sırğanın kulonunu, 1 ədəd “tros” şəkilində qızıl qolbağı və 1 ədəd “tros” şəkilində qızıl boyunbağı götürmüşdür. Oğurladığı qızılzinət əşyalarını o, bir neçə gün ərzində “MUM”un yanında və “28 Mail” ticarət mərkəzinin yanında yerləşən dükanlara satmışdır. Dəqiq nəyi hara satdığı yadında deyil. Əldə etdiyi pulları isə borclu olduğu müxtəlif şəxslərə vermiş və ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 mənzilinə aid hissədə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs2 mənzilində saxladığı qızıl əşyaların yerini bilirmiş, lakin mənzilindən heç bir şey götürməmişdir. Bundan sonra ona yenidən pul lazım olduğu üçün 2018-ci ilin oktyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 ilə “Metropark” ticarət və əyləncə mərkəzinin 6-cı mərtəbəsində olan “Flo” dükanında olarkən sonuncunun ona saxlaması üçün verdiyi çantadan 150 manat, yəni 3 ədəd 50 manatlıq əskinazı gizli oğurlamışdır. Lakin həmin çantadan 300 manat deyil, yalnız 150 manat götürmüşdür. Bundan başqa təxminən 2019-cu ilin iyun ayının ortalarında o, axşam saat 18-dən sonra işimi bitirib yaxşı dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 evinə qonaq getmişdir. Onlar oturub şam yeməyi edəndən sonra Zərərçəkmiş şəxs1 mətbəxində qab yuyurmuş və həmin qabları dəsmalla qurudub dolaba qoymaq üçün ona vermişdir. Qabyuma yeri Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyaları saxladığı dolabla üzbəüz yerləşdiyindən sonuncunun arxası ona tərəf olmuşdur. Qızıl-zinət əşyaları olan divardüstü dolabın qapıları olmadığından o, dolabın aşağıdan ikinci rəfi üzərində açıq şəkildə bir neçə qızıl-zinət əşyasının olduğunu görmüşdür. O, həmin əşyalardan bir ədəd brilliant qaşlı üzüyü və bir ədəd sarı rəngli qara qaşlarla bəzədilmiş sırğa tayını götürüb əynindəki donun yan cibinə qoymuşdur. Həmin gün Zərərçəkmiş şəxs1 heç bir şey aşkar etməmişdir və o, sonuncunun evindən çıxıb evinə getmişdir. Oğurladığı əşyaları o, iki dəfəyə səhərsi gün və bir neçə gün sonra “Bakixanov” ticarət mərkəzində yerləşən zərgərlik məmulatların alqı-satqısı dükanına satmışdır. Həmin gündən sonra o, Zərərçəkmiş şəxs1 ilə ünsiyyətini davam etmiş, sonuncu ondan şübhələnməmişdir. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs1 onun iş yerinə gələrək onun oğurladığı əşyaların itməsi barədə məlumat verib onların oğlu tərəfindən götürüldüyünü güman etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 bununla bağlı heç bir şey deməmişdir. Bundan sonra xx xxxx 2019‑cu il tarixdə Zərərçəkmiş şəxs1 onu evində qeyd etdiyi kiçik oğlu Enginin ad günü mərasiminə dəvət etmişdir. O, saat 19 radələrində Zərərçəkmiş şəxs1 evinə gəlmiş və mərasimin keçirilməsi ilə bağlı işlərində kömək etmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 qayınanası, qayınatası və uşaqları olmuşlar. Çörək yeyəndən sonra onlar masadakı qabları mətbəxə aparan zaman o, heç kəsin ona baxmamasından istifadə edərək Zərərçəkmiş şəxs1 özünə məxsus bəzi zərgərlik məmulatları saxladığı, həmin dolabdakı rəfidən açıq vəziyyətdə olan əvvəl götürdüyü sırğanın ikinci tayını gizli götürmüşdür. Mərasimdən sonra o, evə getmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 heç bir şey aşkar etməmişdir. Bundan sonra xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində o, “Nizami” metrostansiyasının yanında olarkən Zərərçəkmiş şəxs1 ona zəng vurub sonuncunun evinə gəlməyini, oradan isə birlikdə Dənizkənarı Milli Parka gedəcəklərini demişdir. O, təklif etmişdir ki, birbaşa dənizkənarı parkda görüşlər, lakin Zərərçəkmiş şəxs1 təkidlə onun evinə gəlməyini demişdir. O, yolda şirniyyat alıb saat 19 radələrində Zərərçəkmiş şəxs1nm evinə qonaq gəlmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 uşaqları və tanışı İsgəndər evdə olmuşlar. Sonra onların hamısı dənizkənarı parka yola düşmüşlər. Parkda olarkən Zərərçəkmiş şəxs1 Engini sonuncunun iyun ayında götürüb itirdiyi qızıl-zinət əşyalara görə danlamış, İsgəndər isə Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının yerini dəyişməyi tövsiyyə etmişdir. O, da İsgəndəri dəstəkləyib Zərərçəkmiş şəxs1 həmin sözləri demişdir. Engin bir daha qızı-zinət əşyaları götürməyəcəyini demişdir. Bundan sonra onlar mövzularını dəyişmiş və başqa mövzularda söhbət etmişlər. Sonra o, taksi maşını sifariş edib evə getmişdir. Zərərçəkmiş şəxs1, uşaqları və İsgəndər isə evlərinə qayıtmışlar. Səhəri gün Zərərçəkmiş şəxs1 onun işlədiyi salona gəlmiş, oradan onlar əvvəl “Gənclik” metrostansiyasının yaxınlığında sonuncunun tanışının yaşadığı evə getmiş, oradan isə Zərərçəkmiş şəxs1 böyük oğlu Kamranın işi ilə bağlı 3 saylı ASAN xidmət mərkəzinə getmişlər. ASAN xidmət mərkəzində olarkən ona müştəri zəng vurduğundan o, oradan çıxıb işlədiyi gözəllik salonuna getmişdir. Həmin gün saat 19 radələrində o, salonda olarkən Zərərçəkmiş şəxs1 salona gələrək evində cüt sırğanın ikinci tayının da itməsi, barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ondan həmin sırğanı götürüb götürməməyini soruşduqda o, bunu inkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 evinə qalxmış və təxminən 10 dəqiqədən sonra qayıdıb cüt sırğanın bir tayının itməsi ilə bağlı polisə şikayət edəcəyini bildirmişdir. Səhəri gün o, oğurladığı ikinci sırğa tayını Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov ticarət mərkəzindəki qızıl alış-veriş ilə məşğul olan həmin dükana 150 manata satmışdır. Satanda da öz şəxsiyyət vəsiqəni verərək öz imzasını qəbzə icra etmişdir qızıl-zinət əşyaları satarkən onların oğurluq olmasını bildirməmişdir. Zərərçəkmiş şəxs1 nişan üzüyünü oğurlamamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsinin, atasının xəstə olmasının və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı həyətdə özünə məxsus olan gözəllik salonu işlədir. 2017-ci ilin avqust ayında özünə məxsus olan qızıl-zinət əşyalarının çox hissəsini “BTB” bankın lombardına qoyub 3150 manat pul götürmüşdür. 2018-ci ilin yanvar ayının 10-da Türkiyəyə gedərkən evində qalan qızıl-zinət əşyalarını qonşusu Nadejda Tretyakovaya vermişdir. xx xxxxxx 2018-ci il tarixdə Türkiyədən qayıtmış və təxminən 2018‑ci ilin fevral ayının 1-də “BTB” banka gedərək pulunu ödəyib qızıllarını götürmüşdür. Qonşusu N.Tretyakovaya verdiyi qızıl-zinət əşyaları da sonuncudan alaraq zərgərlik məmulatlarını saxladığı mücrüyə qoyub, həmin mücrünü yataq otağındakı paltar dolabına qoymuşdur. O, qazandığı pulları da həmin mücrüyə qoymuşdur. O, vaxtdan xx xxxxxx 2018‑ci il tarixədək həmin mücrünü açıb baxmamışdır. xx xxxxxx 2018-ci il tarixdə anası ona zəng edərək pula ehtiyacı olduğunu deyib qalın boyunbağını banka girov qoyub ona pul götürməyi demişdir. xx xxxxxx 2018-ci il tarixdə o, qızıl boyunbağını götürmək üçün mücrünü açarkən qızıl-zinət əşyalarının çox hissəsinin yerində olmadığını görmüşdür. Mücrüdə ona məxsus qızıl-zinət əşyalarından yalnız 7 ədəd qızıl üzük, 3 ədəd qızıl kulon, 2 ədəd uşaq üçün qızıl bilərzik, 1 ədəd qızıl dəst, bir ədəd kişi qızıl üzüyü, 1 ədəd qadın saatı qalmışdır. Həmin mücrünü o, yataq otağında paltar şkafına qoymuşdur. Həmin mücrüdən bir ədəd qalın qızıl boyunbaq, 1 ədəd nazik boyunbaq, 2 ədəd qızıl boyunbaq, 2 ədəd kulon, bir brilliant qaşlı qızıl dəst və 1 cüt qızıl sırğa oğurlanmışdır. Evi ətraflı şəkildə yoxlayarkən o həmin otaqdakı güzgülü dolabın içərisinə qoyduğu “Coco Chanel” ətirinin də yerində olmadığını görmüşdür. Bundan sonra o DİN-nin 102 xidmətilə zəng vurub hadisə barədə məlumat vermişdir. İçərisində qızıl-zinət əşyaları olan əl çantası həqiqətən də 2018-ci ilin fevral ayında təxminən 3 gün işlədiyi salonda qalmışdır. Həmin çantanı o, özümə məxsus dolabda kilidlənməmiş vəziyyətdə saxlamışdır. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının bir hissəsini oradan götürdüyünü istisna etmir. Lakin, həmin çanta evində yataq otağında da olarkən Təqsirləndirilən şəxs oradan qızıl-zinət əşyalarını oğurlamışdır. Həmin çanta təxminən 3 gün salonda qaldıqdan sonra o, çantanı evinə gətirmiş və qonşusu Tretyakova Nadejdaya saxlamaq üçün verdiyi qızıl-zinət əşyalarının qalan hissəsini sonuncudan alaraq hər bir məmulatı öz qutusuna qoyaraq əl çantasında olan və N.Tretyakovadan aldığı qızıl-zinət əşyaları evin yataq otağında paltar dolabın soldan ikinci olan paltarların asılması üçün nəzərdə tutulmuş yerin aşağı hissəsinə tünd qırmızı rəngli laklı mücrün içərisinə yığmışdır. Qızılzinət əşyaların həmin mücrün içərisinə yığarkən bəzilərin orada olmamasına fikir verməməyi ehtimalını istisna etmir. Mücrüdən qızıl-zinət əşyalardan bəzilərinin oğurlanmasını aşkar edərək polis şikayət etdikdən sonra, cinayət işi başlanmış və o, zərərçəkmiş kimi dindirilmişdir. Dindirilmə zamanı o, oğurlanmış qızıl-zinət əşyalarının siyahısını müstəntiqə söyləmişdir. Lakin sonra bir-bir ortada qalan əşyaları nəzərindən keçirərkən əlavə olaraq 1 ədəd 585 əyarlı sarı qızıldan olan, 7-8 briliant qaşla bəzədilmiş 5 qram çəkidə paxlava şəkildə 3000 manat dəyərində üzüyün, 1500 manat dəyərində 585 əyarlı sarı qızıldan olan, 15 qram çəkidə romb şəkildə çərçivəyə alınmış, ortasında Amerikanın prezidentlərindən biri olmuş Linkolnun təsviri olan qədim yumru pul olan sinəyə taxılma mexanizmi ilə olan məmulatın, 350 manat dəyərində 585 əyarlı qızıldan olan, 5 qram çəkidə qaşsız “şəbəkə” tipli üzüyün və 500 manat dəyərində, sadə metaldan olan “Foreks” brendinə məxsus qadın qol saatın olmamasını aşkar etmişdir. Zərərçəkmiş şəxs2 oğurlanmış qızıl-zinət əşyalarının bir hissəsinin təsvirini fotoşəkillərdə təqdim etmişdir. xx xxxxxx 2019-cu il tarixdə 1 ədəd 4900 manat dəyərində 70 qram çəkidə, 585 əyarlı sarı qızıldan hazırlanmış “moruq” adlanan qalın boyunbağın, 1 ədəd 540 manat dəyərində 6 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış yastı nazik boyunbağın, 3000 manat dəyərində 70 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, brilliant qaşları ilə bəzədilmiş, ortalarında brilliant qaşları olan qalın halqa formasında cüt sırğa, üzük, boyunbaqla kulondan ibarət dəstin, 1 ədəd 2160 manat dəyərində 24 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış “sümbül” tipli qolbağın, 1 ədəd 1080 manat dəyərində 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış üzərində müxtəlif fiquralar olan qolbağın, 2 ədəd cütü 1080 manat dəyərində və 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış hərəsi bir-birinə bağlanmış iki müxtəlif ölçülü ürəkciklərdən ibarət kulonların, bir cüt 1260 manat dəyərində 14 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış xalqa formasında sırğanın, 01 ədəd 630 manat dəyərində 7 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış İmam Əlinin qılıncı formasında kulonun, 01 ədəd 720 manat dəyərində 8 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, oval şəkildə, içərisində fars əlifbası ilə Allah sözü yazısı olan kulonun, 1 ədəd 3000 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 7- 8 briliant qaşla bəzədilmiş 5 qram çəkidə paxlava şəkildə üzüyün, 1 ədəd 585 əyarlı sarı qızıldan olan, 350 manat dəyərində, 5 qram çəkidə şəbəkə şəkildə üzüyün, 1 ədəd 1500 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 15 qram çəkidə romb şəkildə çərçivəyə alınmış, ortasında Amerikanın prezidentlərindən biri olmuş Linkolnun təsviri olan qədim yumru pul olan sinəyə taxılma mexanizmi ilə olan broşun, 500 manat dəyərində, sadə metaldan olan “Foreks” brendinə məxsus qadın qol saatın və 150 manat dəyərində 100 ml tutumlu Coco Chanel brendinə məxsus ətirin olmamasını aşkar etmişdir. Talanmış əmlakın dəyərini hesablayarkən oğurluq baş verdiyi ərəfədə 585 əyarlı qızılın bir qramını 70 manat, 750 əyarlı qızılın bir qramın isə 90 manat kimi qiymətləri nəzərdə tutmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 20870 manat maddi ziyan dəymişdir. 2018-ci ilin fevral ayında ona məxsus qızıl-zinət əşyaların oğurlanmasını akşar etdikdən sonra o, bu hadisəni törətməkdə Təqsirləndirilən şəxs şübhələnməyə başlamış, lakin sonuncuya qarşı konkret sübutu olmadığından Təqsirləndirilən şəxs qarşı heç bir pretenziya irəli sürə bilməmiş və Təqsirləndirilən şəxs ilə münasibəti pozmamışdır. 2018-ci ilin oktyabr ayının 5də o, işlədiyi salona gələrək salonda işləyən qızlara başqa sahibkarlıq fəaliyyətindən 2000 manat qazanc tutaraq bütün borclarını ödəmək fıkiriylə bölüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Salonda olarkən o, evdə geyinmək üçün çəkələk almaq istədiyini bildirmiş və bu vaxt Təqsirləndirilən şəxs “Nərimanov” metrostansiyasının yanında hansısa dükanda yaxşı endirimlərin olduğunu deyərək həmin yerə getməyini məsləhət görmüş və onunla getmək istədiyini bildirmişdir. Onlar onun maşını ilə “Nərimanov” metrostansiyasının yanına gəlmiş və bir neçə dükan gəzəndən sonra “Metropark” ticarət mərkəzinin yuxarı mərtəbəsində yerləşən “Flo” dükanına girmişlər. O, orada özünə bir neçə ayaqqabı seçəndən sonra onları ayağına neçə oturmağını yoxlayarkən çiyinindən asılmış kiçik qara dəridən olan “klaç” tipli əl çantası tez-tez çiynindən düşdüyündən Təqsirləndirilən şəxs həmin çantanı əlində saxlamağı təklif etmiş və o, bu çantanı sonuncuya saxlamaq üçün vermişdir. Həmin çantanın içərisində 2000 manat pul olmuşdur. O, ayaqqabları geyinib qurtardıqdan sonra Təqsirləndirilən şəxs yanında olmadığını görüb sonuncunu çağırmağa başlamış və Təqsirləndirilən şəxs dükanın o biri tərəfindən üzü ona gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs onun çantasını qaytarmış və onlar yuxarı mərtəbədə yerləşən kofeteriyanın birində əyləşərək kofe sifariş etmişlər. O, çantanı açıb oradan pullarını çıxarıb sayarkən 300 manatın çatışmamasını görmüşdür. O, bu barədə Təqsirləndirilən şəxs deyəndə sonuncu həmin pulu harasa xərcləyib unutduğunu güman etmiş və o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs qarşı birbaşa sübutu olmadığından bu pulun da götürülməsini sonuncuya sübut edə bilməyəcək. Həmin gün onlar ayrılmışlar və səhərisi günü o, həmin “Flo” dükanına tək gedib dükanın inzibatçısına əvvəlki gün onun həmin dükandan pulunun oğurlanmasını deyib həmin tarixə dair kamera görüntülərini ona göstərməyi xahiş etmişdir. İnzibatçı onu kompyuter otağına dəvət etmiş və o, görüntülərə baxarkən Təqsirləndirilən şəxs saxlamaq üçün verdiyi əl çantasının sonuncuda olarkən Təqsirləndirilən şəxs həmin çantanı açıb oradan nəsə götürüb öz çantasına qoyduğunu görmüşdür. O, əmin olmuşdur ki, həmin kadrlarda Təqsirləndirilən şəxs onun 300 manatını götürdüyü əksini tapmışdır. Bundan sonra o, əmin olmuşdur ki, qızıl-zinət əşyalarını da oğurlayan Təqsirləndirilən şəxsdır. O, bu videonu 41-ci polis bölməsinin əməkdaşlarına göstərmiş və ona bildirmişlər ki, 300 manat cinayət tərkibli miqdar olmadığından bu video ilə Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmək mümkün deyil. Buna baxmayaraq o, bu videonu istifadəsində olan “Xaomi” markalı telefonu vasitəsi ilə “Google” saytında elektron poçtunun yaddaşında saxlamışdır. O, yenə də Təqsirləndirilən şəxs ilə münasibətini pozmamış və sonuncunun nə vaxtsa haradasa səhv buraxacağını gözləmişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs şorba bişirmək adı ilə onun mənzilinə qalxıb, bir neçə dəqiqədən sonra salona qayıtmışdır. Həmin gün axşam saatlarında o, mənzilə gələndən sonra mətbəxində qazanın içində tez bişirmək üçün nəzərdə tutulmuş “Rolton” vermişeli görmüşdür. Həmin vermişel necə bişirilmişdirsə, elə o halda da qaz sobasının üzərində qalmışdır. Təqsirləndirilən şəxs vermişelə dəyməmişdir. “Rolton” vermişelin bişirməsi üçün onun suya qoyub 5 dəqiqə ərzində bişirməyi kifayətdir. Gözəllik salonunda bunun üçün elektrik soba və qazan vardır. Təqsirləndirilən şəxs şorba bişirəcəyi bəhanəsi ilə həmin gün onun mənzilinə qalxmışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərərək, sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 4 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Yaşadığı binanın altında yerləşən “Sev Art” gözəllik salonuna gəlib-gedərkən 2 il bundan qabaq orada manikyur ustası işləyən Sevinc Topçubaşeva ilə tanış olmuşdur. Dəfələrlə Təqsirləndirilən şəxs xidmətlərindən istifadə etdiyi üçün sonuncuyla yaxşı münasibətləri yaranmış və onlar demək olar ki, rəfiqə olmuşlar. S.Topcibaşyeva dəfələrlə onun evində qonaq olmuşdur. Gündəlik taxdığı qızıl-zinət əşyalarını mən yaşadığı evin mətbəxində dolabın içərisində qabda saxlayır. Bu qabın yerini o, Təqsirləndirilən şəxs göstərmişdir. 2019-cu ilin iyun ayının ortalarında mətbəxdə iş görən zaman mətbəxdə qabın içərisində saxladığı qızıl-zinət əşyalarından cüt sırğanın bir tayının və bir ədəd qızıl üzüyün olmadığını aşkar etdikdə həmin əşyaların azyaşlı oğlu Engin tərəfindən oynamaq üçün götürüldüyünü güman edərək oğluyla bu barədə söhbət zamanı Engin əvvəl etiraf etməsə də, üstünə qışqırarkən oğlu götürdüyünü, lakin sonra harada qoyduğunu bilmədiyini etiraf etmişdir. Lakin, sonradan əlavə bir üzüyün və cüt sırğanın ikinci tayının oğurlanmasını aşkar etdikdə o, Enginlə bir daha bu barədə söhbət etmiş və Engin ona həmin əşyaları götürmədiyini, sadəcə olaraq qorxusundan götürdüyünü dediyini söyləmişdir. xx xxxx 2019-cu il tarixdə nahardan sonra o, Təqsirləndirilən şəxs evinə qonaq çağırmış və evində şam yeməyi edəndən sonra dənizkənarı milli parka gedəcəklərini təklif etmişdir. Təqsirləndirilən şəxs saat 18-19 radələrində evinə gəlmiş və həmin vaxtı tanışı İsgəndər və onun 4 uşağı evdə olmuşlar. Onlar oturub şam yeməyi edəndən sonra İsgəndər mənzildən çıxıb aşağı düşmüşdür ki, onun maşınını məhəllədən çıxarıb evin qarşısına gətirsin. O, isə hamama keçmişdir. Hamama keçməmişdən qabaq Təqsirləndirilən şəxs qabları yuyacağını demişdir. Təqsirləndirilən şəxs iki il ərzində bir dəfə olsa da onun evində bir stakan da yumadığından sonuncunun bu təklifi onda şübhə yaratmışdır. Sonra o, hazırlaşmış və uşaqlarını da götürərək Təqsirləndirilən şəxsyla birlikdə mənzildən çıxmışlar. Həmin vaxtı İsgəndər artıq onları yaşadığı binanın qarşısında maşında gəzləmişdir. Onlar maşına oturmuş və dənizkənarı milli parka yola düşmüşlər. Milli parkda gəzəndən sonra Təqsirləndirilən şəxs taksi sifarişi etmiş və onlardan ayrılıb evə getmişdir. xx xxxx 2019-cu il tarixdə axşam saatlarında o, evdə olarkən qızıl-zinət əşyaları saxladığı qabda əvvəl qeyd etdiyi əşyalardan daha bir tay sırğa və bir ədəd qızıl üzüyünün olmadığını aşkar etmişdir. O, həmin əşyaların kiminsə tərəfindən oğurlandığını başa düşdükdə kimdən şübhələnə biləcəyini düşünməyə başlamışdır. Təqsirləndirilən şəxs onun evinə gəlib-gedən yeganə rəfiqəsi olduğundan o, sonuncudan ondan şübhələnmişdir. O, qızıl-zinət əşyalarının oğurlandığını aşkar etdikdə bu barədə Təqsirləndirilən şəxs və Şahid4 demişdir. İkisi də məlumatlı olmadıqlarını bildirmişlər. Onun iki üzüyünü və cüt sırğanı Təqsirləndirilən şəxs götürdüyündə əmindir. 2019-cu ilin iyun ayında oğurlanmış üzüyün, brilliant qaşlı, 750 əyarlı ağ qızıldan olduğunu, həmin üzüyü 1500 manata Mərkəzi Univermaqda aldığını, iyun ayında və iyul ayının 3-də oğurlandığını aşkar etdiyi cüt sırğanın “Van Cleeff” markalı olduğunu, sarı qızıldan hazırlandığını, üzərində həmin brendə xas olan qara qaşların olduğunu, cüt sırğanın qiymətinin 750 manat olduğunu, iyul ayında oğurlandığını aşkar etdiyi üzüyün təxminən 15 qram çəkidə olduğunu, 585 əyarlı sarı qızıldan hazırlandığını, qiymətin 750 manat olduğunu və hadisə nəticəsində ona 3000 manat ziyan dəydiyini bildirmişdir. Həmin statusda əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 həqiqətəndə xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun dəvətiylə oğlu Enginin ad günü mərasimində iştirak etdiyini, lakin, sonuncunun həmin gün evindən oğurluq edib-etməməyi bilmədiyini qeyd etmişdir Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərərək, sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ucar rayonunda qeydiyyatda olsa da, artıq bir neçə aydır ki, ünvan 2 mənzil 3 ünvanında Zərərçəkmiş şəxs1 və sonuncunun uşaqları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 o, təxminən 2 ildir ki, tanıyır və aralarında yaxın münasibətlər vardır. Təqsirləndirilən şəxs Leyla ilə yaşadığı binanın birinci mərtəbəsində yerləşən gözəllik salonunda manikyur ustası işləyir, Zərərçəkmiş şəxs1 onun daimi müştərisi olduğu üçün Təqsirləndirilən şəxs ilə etibarlıq münasibətləri olmuş və sonuncu evlərinə gəlib-gedən adamdır. 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs1 ona 1 ədəd qızıl üzüyünün və bir cüt qızıl sırğanın bir tayının yerində olmadığını aşkar etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin əşyaların azyaşlı oğlu Engindən götürüb-götürməməyini soruşduqda Engin həmin əşyalarla oynadığını desə də sonra bunu inkar etmiş və Zərərçəkmiş şəxs1 həmin əşyaları evdə axtarıb tapa bilmədikdə həmin əşyaların uşağı tərəfindən götürüldüyünü güman etmişdir. Zərərçəkmiş şəxs1 həmin qızıl-zinət əşyaları mətbəxdəki divarüstü rəfidə saxlamış və o, bu əşyaların yerini dəyişməyi tövsiyyə etmişdir, Zərərçəkmiş şəxs1 isə qızıl-zinət əşyalarının yerini dəyişməyəcəyini, onların itməsi onda şübhələr yaratdığını demişdir. 2019-cu ilin iyul ayının əvvələrində Zərərçəkmiş şəxs1 dəvəti ilə Təqsirləndirilən şəxs sonuncunun evinə qonaq gəlmişdir. Bundan sonra onların hamısı, gəzişmək üçün Dənizkənarı milli parka getmişlər. O, birinci olaraq mənzildən çıxıb Zərərçəkmiş şəxs1 maşınını qarajdan çıxarmış və onların aşağı enmələrini gözləməyə başlamışdır. Dənizkənarı parkda olarkən Zərərçəkmiş şəxs1 bir daha qızılzinət əşyaların itməsi mövzusuna qayıtmış və o, bir daha sonuncuya onları saxladığı yeri dəyişməyi demişdir. Bundan sonra onlar ayrılmış və Təqsirləndirilən şəxs evinə getmişdir. Səhəri gün axşam saatlarında Zərərçəkmiş şəxs1 ona cüt sırğanın ikinci tayının və bir ədəd qızıl üzüyünün də yerində olmaması aşkar etdiyini demişdir. O, bundan məlumatsız olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs1 ona bununla bağlı polisə şikayət etmək niyyətində olduğunu demiş, o da sonuncunun fikrini dəstəkləmişdir. Zərərçəkmiş şəxs1 qızıl‑zinət əşyalarının götürülməsində Təqsirləndirilən şəxs şübhələndiyini, lakin sonuncu ilə yaxşı münasibətləri olduğu üçün Təqsirləndirilən şəxs bu barədə söhbət etməyə qorxduğunu demişdir. O, isə bu işi ilə polislərin məşğul olacağını və polis işçilərin hər şeyi aydınlaşdıracaqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2015-ci ildən il Zərərçəkmiş şəxs2 tanıyır, ailəvi dostluq münasibətləri vardır. xx xxxxxx 2018-ci il tarixdə ailəsi ilə birlikdə Zərərçəkmiş şəxs2 evinə qonaq gəlmiş və xx xxxxxx 2018-ci il tarixdə yaşadığı Xaçmaz rayonuna qayıtmışlar. 2018‑ci il fevral ayının 23-25-i arası Zərərçəkmiş şəxs2 ona zəng vuraraq evindən qızıl-zinət oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs2nm qızıl-zinət əşyaları saxladığı mücrünü gözəllik salonuna gətirəndə həmin mücrünün içərisində qızıl-zinət əşyaların olduğunu görmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində ifadəsi elan olunmuş X7 ifadəsində şahid X2 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2 il Zərərçəkmiş şəxs2 tapıyır, sonuncunun yaşadığı evin həyətində yerləşən gözəllik salonunda işləyir. xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evdə olan zaman gecə vaxtı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq evindən qızıl-zinət oğurlanmasını bildirmişdir. Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 tapşırığı əsasında sonuncunun yataq otağındakı mücrüdən 200 manat pul götürüb Zərərçəkmiş şəxs2 vermiş, pulu götürərkən mücrünün içərisində qızıl kişi qol saatını görsə də, həmin mücrünün içərisində başqa hansı əşyaların olduğuna fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Bakıxanov” ticarət mərkəzində “Ayan Gold” adlı dükanı icarəyə götürüb orada zərgərlik məmulatların alışı və satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx xxxxxxx 2019-cu il tarixdə uzun qara saçlı qadın onun dükanına polis əməkdaşları ilə birlikdə gəldikdə o həmin qadını tanımışdır. Həmin adını sonradan Təqsirləndirilən şəxs bildiyi qadının polis işçiləri ilə birlikdə gəlişindən 3‑4 ay əvvəl sonuncu üç dəfə onun dükanına gələrək iki tay sırğa və bir üzük satmışdır. Həmin əşyaları satarkən onların özünə məxsus olmasını və ehtiyacı olduğundan satdığını bildirmişdir. Təqsirləndirilən şəxs zərgərlik məmutaları alarkən sonuncunun şəxsiyyət vəsiqəsindəki məlumatları dükanın alqı-satqı kitabına qeyd edərək məsuliyyət barədə iltizama imza etdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldığı zərgərlik məmulatları lom kimi satmışdır. Aldığı üzüyün 750 əyarlı qızıldan olduğunu, brilliant qaşlarla bəzədildiyini, aldığı sırğaların bir cüt sırğaların olduğunu, üzərində qiymətli daşlara aid olmayan qara daşların olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin dekabr - 2019-cu ilin yanvar ayından atası Böyükağa Xəlilovun Bakı şəhərinin mərkəzində MUM-nun yanında yerləşən, icarəyə götürdüyü “Markuize” adlı zərgərlik məmulatların alışı və satışı ilə məşğul olan dükanında satıcı kimi işləməyə başlamışdır. Bundan qabaq isə o, həmin dükana atasının yanma gəlib-gedərək zərgərlik məmulatların satışı və alışı verişini öyrənmişdir. Hazırda atası xaricdə olduğundan o, həmin dükanda işləyir. xx xxxxxxx 2019cu il tarixdə dolu bədən quruluşlu uzun ağ palto geyinmiş qadın onun dükanına polis əməkdaşları ilə birlikdə gəldikdə onlara qızıl məmulatı satdığını bildirmiş, lakin o, həmin qadını tanımamış, çünki qadının deməsindən 2018-ci ilin fevral ayında onlara qızıl məmulatı satdığı məlum olmuş, o isə yalnız 2018-ci ilin dekabr ayından işləməyə başlamışdır. O, həmin qadının adının Təqsirləndirilən şəxs olduğunu biləndən sonra dükanın alış qeydiyyat dəftərinə baxmış və görmüşdür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs dükana 15 qram çəkidə 750 əyarlı bir ədəd qolbağın 750 manata satdığı qeyd edilmişdir. Malı alan şəxsin imzası isə atası Böyükağa Xəlilovun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olmağına baxmayaraq artıq 25 ildir ki, ünvan 5 mənzil 12 ünvanında ailəsiylə birlikdə yaşayır. 1994-cü ildən o, həmin binada yaşayır. 1997-ci ildə həmin binaya onunla bir mərtəbəyə Svetlana adlı qadın köçmüşdür. O, vaxtdan da aralarında yaxşı qonşuluq münasibətləri var. Hazırda Zərərçəkmiş şəxs2 öz ailəsi ilə həmin mənzildə yaşayır. Zərərçəkmiş şəxs2 demək olar ki, hər il istirahətə gedir və gedəndə həmişə özünə məxsus qızıl‑zinət əşyaları məsul saxlanca ona verir, qayıdanda isə ondan alır. 2018-ci ilin yanvar ayının əvvəlləri olardı ki, Yeni il bayramından təxminən bir həftə sonra Zərərçəkmiş şəxs2 gəlib tünd qırmızı rəngi çantanı vermiş və Türkiyəyə istirahətə bir həftə müddətinə getdiyini bildirərək həmişəki kimi özünə məxsus qızıl-zinət əşyalarını onun mənzilində saxladığını xahiş etmişdir. O, həmin çantanı öz mənzilində saxlanca qoymuş və təxminən bir həftə sonra Türkiyədən gəlib həmin çantanı ondan almışdır. Bu vaxtdan təxminən bir ay sonra Zərərçəkmiş şəxs2 ona mənzilində saxladığı qızılzinət əşyaların mənzilin yataq otağından naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Şahid3 aralarında etibarlıq münasibətləri olduğu üçün Zərərçəkmiş şəxs2nm 2018-ci ilin əvvəllərində ona məsul saxlanca verdiyi içərisində qızıl-zinət əşyaları olan çantanın içərisinə baxmadığını, çantanın ağır olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X9 ifadəsində göstərmişdir ki, iki ildir Zərərçəkmiş şəxs2 tanıyır, sonuncunun yaşadığı evin həyətində yerləşən gözəllik salonunda vizajist işləyir. xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evdə olan zaman gecə vaxtı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq evindən qızıl-zinət oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyaları saxladığı mücrünü gözəllik salonuna gətirəndə həmin mücrünün içərisində qızıl-zinət əşyaların olduğunu görmüşdür. Məhkəməyədək icraat dövründə dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, ünvan 6 ünvanında yerləşən binanın altındakı “VEF Accessories” adlı qeyri yaşayış sahəsinin bir hissəsini icarəyə götürüb orada zərgərlik məmulatların alışı və satışı ilə məşğuldur. xx xxxxxxx 2019-cu il tarixdə dolu bədən quruluşlu uzun ağ palto geyinmiş qadın onun dükanına polis əməkdaşları ilə birlikdə gəldikdə ona qızıl məmulatı satdığını bildirmiş və o, həmin qadını tanımışdır. Adını sonradan Təqsirləndirilən şəxs bildiyi qadın xx xxxxx 2018-ci il tarixdə axşam saat 18 radələrində işlədiyi satış nöqtəsinə yaxınlaşıb 500 əyarlı qızıldan 29,33 qram çəkidə bir ədəd boyunbağı və 585 əyarlı qızıldan 2 qram çəkidə bir ədəd üzüyü gətirərək onları özünə məxsus olduğunu, lakin üzərinə taxmadığından satmaq istədiyini bildirmişdir. O, boyunbağı 955 manata, üzüyü isə 80 manata hesabladığını deyəndə Təqsirləndirilən şəxs onunla razılaşmış və ondan başqa bir üzük aldıqdan sonra o, Təqsirləndirilən şəxs 830 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və orada aldığı malları barədə qeyd apardıqdan sonra satış tarixini qeyd etmiş, Təqsirləndirilən şəxs isə həmin malların ona məxsusluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı Natiq Zalıyev bacısıdır. Zərərçəkmiş şəxs2 ilə onun arasında çox yaxşı münasibəti vardır. Tez-tez sonuncunun yaşadığı “AZTV” binasının yanında yerləşən binada qonaq olur. 2018-ci ilin fevral ayının axırlarında o, Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun yaşadığı evə gəlmiş və Zərərçəkmiş şəxs2 onu orada qoyub işlətdiyi, yaşadığı binanın birinci mərtəbəsində yerləşən gözəllik salonuna düşmüşdür. Günorta saatlarında Zərərçəkmiş şəxs2 oğlu İsa mənzilə gəlmiş və sonuncunun yanında sonradan Zərərçəkmiş şəxs2 işçisi olduğunu bildiyi Sevinc adlı dolu bədən quruluşlu, uzun qara saçları olan qadın mənzilə girmişdir. Sonra Təqsirləndirilən şəxs tək Zərərçəkmiş şəxs2 yataq otağına girmiş və təxminən oradan çıxdıqdan 5 dəqiqə sonra Təqsirləndirilən şəxs əyninə geyinmiş paltarın üstündə Zərərçəkmiş şəxs2 koftasını görmüşdür. O, niyə Zərərçəkmiş şəxs2 koftasını öz paltarın üstündə geyindiyini soruşduqda Təqsirləndirilən şəxs mətbəxdə özünə şorba bişirmək üçün gəldiyini və şorbanın qoxusu paltarına keçməməsi üçün üstündə Zərərçəkmiş şəxs2 koftasını öz paltarını üstünə geyindiyini bildirmişdir. Təqsirləndirilən şəxs mətbəxdə olan zaman qonaq otağında olmuşdur. Sonra o, qonaq otağından çıxıb Təqsirləndirilən şəxs evdə olmadığını, Zərərçəkmiş şəxs2 koftasını isə dəhlizdə qoyduğunu görmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və iclasında elan olunmuş xx xxxxxxx 2019‑cu il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi marşrutla Sabunçu rayonu Bakixanov qəsəbəsi Şamil Kamilov küçəsi 7 ünvanında yerləşən “X11”nin qarşısına gəlindi. Təqsirləndirilən şəxs ticarət mərkəzinin ön tərəfində yerləşən “Ayan Gold” adlı zərgərlik məmulatların satış nöqtəsini göstərərək Zərərçəkmiş şəxs1 evindən oğurladığı cüt sırğanın bir tayını və qızıl üzüyünü həmin yerə satdığını bildirmişdir. Həmin ticarət obyektində olan Şahid5 Təqsirləndirilən şəxs bir neçə dəfə onun işlədiyi yerə qızıl-zinət əşyaları satdığı üçün sonuncunu zahirən tanıdığını və satış faktları qeydiyyat kitabına uçota götürdüyündən həmin kitabı təqdim edə biləcəyini qeyd etmişdir. Baxış keçirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid5 iştirakı ilə sonuncunun işlədiyi ünvan 7 ünvanında yerləşən “Bakixanov” ticarət mərkəzindəki “Ayan Gold” adlı dükanın “qızıl və brilliantların alqı-satqı” kitabına baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən dükana aşağıdakı ardıcılıqla zərgərlik məmulatları satıldığı müəyyən edilmişdir: xx xxxx 2019-cu il tarixdə 4,35 qram çəkidə 585 əyarlı tək sırğa tayı 150 manata, xx xxxx 2019-ju il tarixdə 4,95 qram çəkidə 750 əyarlı üzük 150 manata, xx xxxx 2019-ju il tarixdə 4,35 qram çəkidə 585 əyarlı tək sırğa tayı 150 manata. İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi marşrutla Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 4 ünvanında yerləşən X3rşısına gəlindi. S.Topçubaşeva MUM-un binasında sol tərəfində yerləşən “Marguise” adlı zərgərlik məmulatların satış nöqtəsini göstərərək oğurluq törətdiyi gündən 10 gün sonra qızıldan cüt sırğanı, bir ədəd qızıl boyunbaqla kulonu həmin dükana 100‑150 manata satdığını bildirmişdir. Bundan sonra S.Topçubaşevanın göstərdiyi marşrutla ünvan 6 ünvanında yerləşən binanın altındakı “VEF Accessories” adlı ticarət obyektinin qarşısına gəlinmişdir. S.Topçubaşeva ticarət obyektində giriş hissəsinə yaxın sağ tərəfdə yerləşən üzərində qırmızı lövhə üstündə “qızılın alışı” sözləri yazılmış piştaxtanı göstərərək həmin piştaxtada işləyən oğlana bir ədəd qızıl qolbağı 700 manata, bir neçə gün sonra həmin dükana üzərində müxtəlif fiqurlar olan qızıl qolbağı 800 manata satdığını demişdir. Baxış keçirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Xəlilov Aydın Böyükağa oğlunun iştirakı ilə sonuncunun işlədiyi Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 4 ünvanında yerləşən X8 sol tərəfində yerləşən “Marguise” “zərgərlik məmulatların alqısatqı” kitabına baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən dükana xx xxxxxx 2018-ci il tarixdə verilmiş 15 qram çəkidə 750 əyarlı qolbağı 750 manata satıldığı müəyyən edilmişdir İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı evin birinci mərtəbəsində yerləşən “X14” gözəllik salonuna daxil olub salonda arxa divar boyunca sol tərəfdə olan güzgülü dolabın alt hissəsini göstərərək 2018-ci ilin yanvar ayının axırlarında “BTB” bankın lombarına verdiyi bir hissə qızıl-zinət əşyalarını oradan selofanın içərisinə qablaşdırılmış şəkildə götürüb əl çantasına qoyaraq işlədiyi həmin salona gətirdiyini və 2018-ci ilin fevral ayının ortalarına qədər həmin çantanın işarə etdiyi dolabda qaldığını bildirmişdir. Diskə baxış keçirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21:50-də olan, Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən “Metropark” ticarət və əyləncə mərkəzində yerləşən “Flo” ayaqqabı dükanındakı müşahidə kameraları tərəfindən aparılmış videoçəkilişə dair kompakt diskdən görünür ki, əynində dama-dama, açıq rəngli don geyinmiş, uzun qara saçları olan, dolu bədən quruluşlu qadının ayaqqabı dükanındakı rəflərin və müxtəlif ayaqqabılar yığılmış qutuların yanında duraraq tez-tez ətrafa baxması, sağ əlində iki ədəd, biri parlaq boz rəngli olmaqla əlinə keçirilmiş halda, ikincisi isə qara rəngdə olmaqla əlin ovucun üstündə saxladığı, qara çantanın içərisinə əlini salaraq oradan nəsə götürüb gizli şəkildə boz parlaq çantaya qoyması müşahidə olunur. Kompakt diskə baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixi protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC-dən 30171 saylı xx.xx.2019-cu il tarixli məktubla daxil olmuş, iş üzrə təqsirləndirilən şəxs Topçibaşyevg Sevinc Adil qızının istifadəsində olan ***-***-**-** saylı nömrənin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə qeydə alınmış zənglərə, göndərilmiş “sms”lər və əhatə dairəsinə dair məlumatlar əks olunmuş kompakt diskə baxış zamanı ***-***-**-** saylı nömrənin xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində istifadə olunması, nömrənin anten məlumatlarına görə xx xxxxxxx 2018-ci il tarixdə saat 20:14-də “Nərimanov rayonu, Aga Neymetulla kuçəsi 44, Metropark T. M.” adlı ərazidə istifadə olunduğu müəyyən edilmişdir. “Qızıl əşyalarının qiymətləndirilməsi və Banka girov qoyulması üzrə” xx xxxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə Bank BTB ASC ilə arasında bağlanmış girov müqaviləsi ilə əlaqədar sonuncu 7 adda zərgəlik məmulatı banka girov qoymuş, xx xxxxxx 2018-ci il tarixdə isə həmin əşyaları girovdan çıxararaq kredit təşkilatından təhvil almışdır. Məhkəmə istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/576 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, Zərərçəkmiş şəxs2 məxsus istifadədə olmuş 12 adda qızıl-zinət əşyasının 2018-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 15.460,0 manat müəyyən olunur. “Foreks” brendinə məxsus sadə metal qol saatının modeli, texniki xüsusiyyətləri, parametrləri və sair aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Zərərçəkmiş şəxs1 məxsus istifadədə olmuş 3 adda qızıl-zinət əşyasının 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1818,0 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını və işlənmə dərəcəsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Topçubaşyeva Sevinc Adil qızı xx xxxxxx 2017-ci il tarixində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Topçubaşyeva Sevinc Adil qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Topçubaşyeva Sevinc Adil qızınınəməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını, dəymiş ziyanı ödənilməməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu və 59.2-ci maddələrinə uyğun olaraq əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, cinayətin açılması, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına fəal kömək etməsi, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuş, həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal azadlığa buraxılmışdır. Bu səbəbdən hazırki hökmlə ona cəza təyin edərkən, Təqsirləndirilən şəxs 02 gün tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini nəzərə alaraq, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərinhüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, 02 ədəd kompakt diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının Təqsirləndirilən şəxs 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməklə, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın əvvəli xx xxxxxxx 2020‑ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut qismində tanınmış 02 ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının Təqsirləndirilən şəxs 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 432 (dörd yüz otuz iki) manat, ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar