Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-33/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızının Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 26 avqust 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyada olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Vüqar Muradov küçəsində yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi cəmi 11 ədəd kağız bükümlərdə (9 ədəd gümüşü və 2 ədəd qızılı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 0,190 qram, 0,170 qram, 0,360 qram, 0,650 qram, 0,150 qram 0,440 qram, 0,700 qram, 0,870 qram, 0,920 qram, 0,420 qram, ümumi çəkisi-5,180 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış 26 iyul 2020-ci il tarixdə saat17 radələrində Səbail RPİ-nin NMB-nin və 8-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “AZPERTOL YDM”-nin qarşısında şübhəli şəxs qismində saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində cəmi 11 ədəd kağız bükümlərdə (9 ədəd gümüşü və 2 ədəd qızılı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 0,190 qram, 0170 qram, 0,360 qram, 0,650 qram, 0,150 qram 0,440 qram, 0,700 qram, 0,870 qram, 0,920 qram, 0,420 qram, ümumi çəkisi-5,180 qram narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2016-cı il tarixdən ailəlidir və həmin nikahdan 1 azyaşlı övladı var. O, ünvan 3 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə ünvan 4 ünvanında kirayə yaşayır. O, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitələrinin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmişdir. İbtidai istintaq zamanı ifadə verərərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2020-ci ilin yanvar ayından etibarən müəyyən tələbatlarını ödəmək üçün narkotik vasitə olan marixuananın bir qismini də ayrı-ayrı şəxslərə satmışdır. 26 iyul 2020-ci il tarixdə axşam saat 17 radələrində Bayıl qəsəbəsində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə getmişdir. Bölmədə olarkən vəkilin iştirakı ilə videoçəkiliş aparılmış və onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, üzərində olan narkotik vasitəni çıxararaq təqdim etmişdir. O, narkotik vasitəni tanımadığı, şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı Emin adlı şəxsdən müxtəlif məbləğlər qarşılığında paytaxtın müxtəlif ünvanlarından görüşərək alırmış. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı 23 iyul 2020-ci il tarixdə axşam radələrində Səbail rayonu, 20-ci Sahə dairəsi yaxınlığında tanışı Emin adlı şəxsdən 85 manata şəxsi istifadəsi üçün almışdır. O, müxtəlif vaxtlarda şəxsi tələbatlarını ödəmək üçün marixuananı ayrı-ayrı şəxslərə satsa da üzərindən aşkar edilən həmin 11 bükümü özü çəkəcəkmiş. O, Emini 2 ildir tanıyır. Onların tanışlığı adını xatırlamadığı bir nəfər vasitəsi ilə olmuşdur. Emin adlı şəxsin dəqiq yaşadığı ünvanı və istifadəsində olan mobil telefon nömrəsini bilmir. Əldə edib saxladığı narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün istifadə etmiş qalan az bir hissəsini isə bəzi tələbatlarını ödəmək üçün müxtəlif vaxtlarda və yerlərdə tanımadığı şəxslərə satmışdır. Onun üzərində olan 1 kibrit qutusu marixuanadan başqa evində heç bir istifadəsi qanunla qadağan edilmiş əşya və maddə olmamışdır. Əgər evindən başqa nəsə də tapılıbsa onun xəbəri yoxdur və həmin maddə və ya əşyaların ora necə qoyulması barədə heç bir təsəvürü yoxdur. O, ***-***-**- ** saylı mobil nömrəni kimin istifadə etdiyini xatırlamır. Həmin nömrədən ona gələn “Srocnu əlaqə saxla mənlə qaqa ogünki kimi lazımdı 8 dənə” mesajı ilə bağlı deyə bilər ki, həmin mesajda xatırlamadığı şəxs ondan 8 büküm marixuana istəmişdir. Onda isə həmin vaxt olmadığı üçün həmin şəxsə marixuana verməmişdir. Ola bilər ki, o, həmin şəxslə əvvəllər görüşmüşdür. Lakin hal-hazırda o, həmin şəxsin kim olduğunu xatırlamır. O, ***- ***-**-** saylı mobil nömrəni kimin istifadə etdiyini də hal-hazırda xatırlamır. Həmin şəxs ondan 6 büküm marixuana istəmiş, lakin o, həmin şəxsə “götürüm xəbər eliyəcəm” desə də götürə bilmədiyi üçün sonradan bir söz deməmişdir və satmamışdır. ***-***-**-** saylı mobil nömrənin istifadəçisi onun tanışı Kənan adlı şəxsdir. Kənan ondan bir neçə dəfə narkotik vasitə istəmişdir. Hal-hazırda o, ayın gününü dəqiq xatırlamasa da Kənanla bir neçə dəfə görüşmüşdür. Hər görüşdə Kənan ondan bir büküm marixuana almış və əvəzində 10 manat pul vermişdir. ***-***-**-** saylı mobil nömrənin istifadəçisi onun tanışı Ceyhun adlı şəxsdir. 11.07.2020-ci il tarixdə Ceyhunun ona yazdığı mesajla bağlı bildirmişdir ki, həmin vaxt Ceyhun ondan bir büküm marixuana istəmiş, özündə isə “kokos” və “şüşə” adlı narkotik vasitələr olduğunu demiş, həmin vaxt o, Ceyhuna bildirmişdir ki, onda marixuana yoxdur. Həmçinin Ceyhunun ona təklif etdiyi narkotik vasitələrdən də imtina etmişdir. Eyni zamanda Ceyhuna yazdıqda ki “o da burda yoxdu, deyir gələndə xəbər eliyəcəm bilmir nə vaxt gələcəy” mətnini özü üçün yazmışdır. Əslində orada konkret kimisə nəzərdə tutmamışdır. O, elə yazmışdır ki, Ceyhun daha onu narahat etməsin. Bundan sonra Ceyhun ona yenə də 12.07.2020-ci il tarixdə yazaraq guya onun Ceyhuna deyil başqasına düz qoş etdiyini bildirmiş, o, Ceyhuna cavab olaraq 14.07.2020ci il tarixdə bildirmişdir ki, xəstəxanada olduğu üçün həqiqətən də onda narkotik vasitə olmamışdır. Bundan başqa 18.07.2020-ci il tarixdə saat 01:07:39-dan 01:08:34-dək olan müddətdə Ceyhun ona yazaraq bir büküm marixuana istəmiş, həmin gün axşam saat 21 radələrində o, Ceyhunla görüşərək bir büküm Ceyhuna vermiş və bundan başqa olmadığını demişdir. Həmin bükümə görə Ceyhun ona 10 manat vermişdir. Öz istifadəsində olan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Emin də bizdədi. Dedim 1 dənə şeyim var gəl üçümüz çəkəy” mətninin göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin Emin adlı şəxs ona narkotik vasitə satan şəxs deyildir. Emin onun dayısı oğludur. ***-***-**-** saylı mobil nömrə istifadəçisi onun tanışı Rufik adlı şəxsdir. Həmin vaxt o, Rufikə bildirmişdir ki, gəlsin və birlikdə marixuana çəksinlər. O, mesajda “üçümüz çəkəy” yazsa da dayısıoğlu Emin narkotik vasitə istifadə etmir. O, bunu söz xatirinə yazmışdır. Həmçinin bildirmişdir ki, o, 26 iyul 2020-ci il tarixdə hadisə yerinə baxışda iştirak edərkən mənzilində olan sellofandakı otun nanə olduğunu düşünmüş, buna görə də həmin 2 ədəd sellofandakı ota görə etiraz etməmiş və hadisə yerinə baxış protokoluna da imza etmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə olaraq az ağır cinayət törətməsinin, əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində iki azyaşlı övladının olmasının və narkotik vasitələrin satışı ilə məşğul olmadığının nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət edir. 26 iyul 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Əli oğlu Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən onun, Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və vəkilin iştirakı ilə 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 kibrit qutusu çıxartmış və həmin kibrit qutusunun içərisində olan 11 ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin 11 ədəd bükümləri açmış və bildirmişdir ki, həmin bükümlərdəki qurudulmuş bitki mənşəli kütlə narkotik vasitə olan marixuanadır. Həmin 11 ədəd büküm yenidən kibrit qutusunun içərisinə qoyularaq kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-ci ildən DİO-da, 2020-ci ilin yanvar ayından tutduğu vəzifədə xidmət edir. 26.07.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Əli oğlu Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o, mobil telefonla videoçəkiliş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 kibrit qutusu çıxartmış və həmin kibrit qutusunun içərisində olan 11 ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin 11 ədəd bükümləri açmış və bildirmişdir ki, həmin bükümlərdəki qurudulmuş bitki mənşəli kütlə narkotik vasitə olan marixuanadır. Həmin 11 ədəd büküm yenidən kibrit qutusunun içərisinə qoyularaq kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid4 yazılı ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Özünün istifadəsi üçün götürərərkən, ona götürməsini xahiş etmişik. 2-3 dəfə pul düzəldib Ağaqulu gedib gətirib istifadə ediblər. Şahid4 eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindiriliş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Ağaqulu onun yaşadığı ünvanın yaxınlığında qalır. O, Ağaqulunun narkotik vasitələr qəbul etməsini və satmasını bilir. O, hal-hazırda tarixi dəqiq xatırlamasa da təxminən 6 ay bundan əvvəl Ağaquludan iki dəfə narkotik vasitə olan marixuana almışdır. O, hər dəfəsində bir büküm marixuana almış və əvəzində 10 manat pul vermişdir. Bundan başqa o, Ağaquludan narkotik vasitə almamışdır. 21 aprel 2020-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055-714-48 -64 saylı mobil nömrəyə “Qulu var nəsə pulunu verəcəm narahat olma” sözlərini yazarkən, Ağaquluda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin ay o, günü dəqiq xatırlamasa da Ağaqulu ilə görüşüb əvvəlcə bir büküm marixuana, sonrakı günlərdə isə yenə görüşüb bir büküm marixuana almışdır. O, Ağaquludan cəmi iki dəfə narkotik vasitə almışdır. Bundan başqa o, Ağaquludan narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindiriliş X6 yazılı ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Özünün istifadəsi üçün götürərərkən, ona götürməsini xahiş etmişik və evə gedib istifadə etdik. X6 eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindiriliş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Ağaqulu onun yaşadığı ünvanın yaxınlığında qalır. O, Ağaqulunun narkotik vasitələrdən istifadə etdiyini bilir. Təxminən bir neçə ay bundan qabaq o, Ağaqulu ilə görüşən zaman narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, narkotik vasitə qəbul etmir. Lakin həmin vaxt onda maraq yaranmışdır ki qəbul etsin. Buna görə də Ağaquludan bu barədə maraqlandıqda Ağaqulu bildirmişdir ki, özündə marixuana olur və əgər pulunu versə onun üçün də təşkil edə bilər. O, pulunu soruşduqda Ağaqulu 10 manat olacağını demişdir. Lakin sonradan o, Ağaquludan soruşduqda Ağaqulu ona demişdir ki, tapa bilməyib. Bundan başqa o, Ağaquludan narkotik vasitə istəməmiş və almamışdır. Onun Ağaqulu ilə yaxın münasibəti yoxdur. O, Ağaqulunun narkotik vasitə qəbul etdiyini bilir, lakin haradan və hansı formada aldığını və satıb satmadığını bilmir. Onda narkotik vasitə qəbul etmək üçün maraq yarandığından o, Ağaquludan istəmiş, lakin ala bilməmişdir. 28 avqust 2020-ci il tarixdə Ağaqulu ona “Emin də bizdədi. Dedim 1 dənə şeyim var gəl üçümüz çəkəy” formasında mesaj yazmış, özündə narkotik vasitə olduğunu demiş və çəkməy üçün onu da dəvət etmişdir. O, Ağaqulunun çağırışı ilə evinə getdikə artıq orada Ağaqulunun dediyi Emin adlı şəxs olmamışdır. Həmçinin həmin vaxt Ağaqulu bildirmişdir ki, artıq marixuananı çəkib qurtarmışdır. Buna görə də o, çəkə bilməmişdir. Ağaqulunun dediyi Emin adlı şəxsi tanımır. Hal-hazırda o, narkotik vasitələrdən istifadə etmir. Təxminən 10 il bundan əvvəl o, Belarusiyada olarkən qəbul etmişdir. Azərbaycanda olduğu müddətdə o, narkotik vasitə qəbul etməmişdir. Son vaxtlar narkotik vasitə qəbul etmək üçün onda müəyyən qədər maraq yaranmışdır. Buna görə də Ağaquludan istəmişdir. Lakin Ağaquludan istəsə də ala bilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirsədə, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Ağaqulu onun yaşadığı ünvanınn aşağısındakı məhlədə qalır. O, Ağaqulunun narkotik vasitələr qəbul etməsini və satmasını bilir. O, hal-hazırda tarixi dəqiq xatırlamasa da təxminən 3 ay bundan əvvəl Ağaquludan bir dəfə narkotik vasitə olan marixuana almışdır. O, bir büküm marixuanaya görə Ağaquluya 10 manat pul vermişdir. Bundan başqa o, Ağaquludan narkotik vasitə almamışdır. O, 11 iyul 2020-ci il tarixdə Ağaquluya mesaj yazaraq həmin vaxt Ağaquludan bir büküm marixuana istəmiş və yalandan Ağaqulunu şirnikləndirmək üçün özündə “kokos” və “şüşə” adlı narkotik vasitələr olduğunu demiş, həmin vaxt Ağaqulu ona demişdir ki, marixuana yoxdur. Bundan sonra o, Ağaquluya 12 iyul 2020-ci il tarixdə yazaraq ona deyil başqasına marixuana satdığını bildirmiş, Ağaqulu isə cavab olaraq 14 iyul 2020-ci il tarixdə bildirmişdir ki, xəstəxanada olduğu üçün həqiqətən də özündə narkotik vasitə olmayıb. Bundan başqa 18 iyul 2020-ci il tarixdə saat 01:07:39-dan 01:08:34-dək olan müddətdə o, Ağaquluya yazaraq bir büküm marixuana istəmiş, həmin gün axşam saat 21 radələrində Ağaqulu onunla görüşərək bir büküm vermiş və o, Ağaquluya 10 manat vermişdir. Bundan başqa o, Ağaquludan narkotik almamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Şahid6 eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı heç bir fizikipsixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid7 ifadəsində göstərmişdir ki, 2010-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət edir. 26.07.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Əli oğlu Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi Ağazəki qızının iştirakı ilə onun tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, vəkil Müdafiəçi Ağazəki qızının iştirakı ilə 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxartmış və həmin kibrit qutusunun içərisində olan 11 ədəd bükümü çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin 11 ədəd bükümləri açmış və bildirmişdir ki, həmin bükümlərdəki qurudulmuş bitki mənşəli kütlə narkotik vasitə olan marixuanadır. Həmin 11 ədəd büküm yenidən kibrit qutusunun içərisinə qoyularaq kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir.O, protokolu tərtib edərkən mexaniki olaraq səhvə yol vermiş, “Şəxsi axtarış və götürmə” protokolunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda olan 11 ədəd kağız bükümlərin hamısının rənginin gümüşü olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan 11 ədəd bükümdən 9 ədədi gümüşü rəngdə, 2 ədədi isə qızılı rəngdə olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət edir. 26.07.2020-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, “Qulu” təxəllüslü şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Alınmış əməliyyat məlumatına əsasən müəyyən edilmişdir ki, həmin “Qulu” təxəllüslü şəxs Təqsirləndirilən şəxsdur. Odur ki, həmin məlumat 8-ci polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 26 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq 8-ci polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən onun, Səbail RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 və vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 kibrit qutusu çıxartmış və həmin kibrit qutusunun içərisində olan 11 ədəd bükümü təqdim etmşidir. Daha sonra Təqsirləndirilən şəxs həmin 11 ədəd bükümləri açmış və bildirmişdir ki, həmin bükümlərdəki qurudulmuş bitki mənşəli kütlə narkotik vasitə olan marixuanadır. Həmin 11 ədəd büküm yenidən kibrit qutusunun içərisinə qoyularaq kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı mənzilə baxış keçirilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2020-ci il tarixli 7/451 saylı rəyinin nəticə hissəsində göstərilmişdir: -Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə” yazılar və imzalar olan 1№-li zərfdə bir ədəd kibrit qutusundakı 11(on bir) ədəd kağız bükümlərdə (9 ədəd gümüşü və 2 ədəd qızılı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-0,310 qram; 0,190 qram; 0,170 qram; 0,360 qram; 0,650 qram; 0,150 qram; 0,440 qram; 0,700 qram; 0,870 qram; 0,920 qram; 0,420 qram, ümumi çəkisi -5,180 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə haqqında diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin 11 ədəd kağız bükümü açaraq təqdim edir və bükümlərin içərisində olan qurudulmuş bitki mənşəli kütlənin narkotik vasitə olan marixuana olduğunu bildiririr. Sonra həmin bükümlər yenidən kibrit qutusunun içərisinə qoyularaq bir ədəd kağız zərfdə qablaşdırılır. Təhqiqatçı Şahid7 sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəslərin satış üçün əldə etdiyini bildirmişdir. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması üçün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri və anten əhatə dairəsi barədə məlumatlar Səbail rayon məhkəməsinin qərarı ilə “Bakcell MMC” dən götürülmüşdür. Məhkəmədə və ibtidai istintaq zamanı həmin məlumatlara baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək aşağıdakı hallar müəyyən edilmişdir: Birinci hissə faylda 05.04.2020-ci il tarixdə saat 23:59:19-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Srocnu əlaqə saxla mənlə qaqa ogünki kimi lazımdı 8 dənə” mətni göndərilmişdir. Birinci hissə faylda 11.04.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam Miridi, gör deyirəm, işim çıxdı ora gələ bilmirəm. Sən dediyim yarımı əgər içindən normalni 6-7 baş çıxarsa götür gəl sabah işə səhər gəlib götürüm səndən. İndi ad günündəyəm, sadəcə çıxıb gələ bilmirəm” mətni göndərilmiş, həmin mesaja cavab olaraq ikinci hissə faylda 11.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yaxşı 6 dənə ancaq çıxar. Axşam götürüm sənə xəbər eliyəcəm dəqiqin” mətni göndərilmişdir. Birinci hissə faylda 21.04.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055-714-48 -64 saylı mobil nömrəyə “Qulu var nəsə pulunu verəcəm narahat olma” mətni, 11.06.2020-ci il tarixdə 055- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəyə “2 dənə lazımdır var” mətni göndərilmişdir. Birinci hissə faylda 11.07.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mən zapravkanın yanında qalıram da bilirsən də qonağım var sənnən yaxşı olmasın. Ona görə səndə yatdın. Bir dənə baş götürüb bu tərəfə gəlsəydin götürərdim. Belədi ki, qulluğundayam koko pati lazımdırsa qurbandı sənə” mətni göndərilmiş, həmin mesaja cavab Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Brat sənin də qonağın elə vaxtı gəlib ki. mən də gözdüyürəm. Qaqa canı o da burda yoxdu. Deyir gələndə xəbər eliyəcəm bilmir nə vaxt gələcəy” mətni göndərilmişdir. Birinci hissə faylda 12.07.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Eşidirsən mənə deyirsən yoxdu, kiməsə düz qoş edirsən mənnən artığını” mətni göndərilmiş, həmin mesaja cavab olaraq ikinci hissə faylda 14.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa valla yoxum idi Allaha and olsun. Srağagün uşaqlar üçün burda 3 dənə götürmüşdüm, onnan vermişdim. Başım qarışıq idi necə gündü xəstəxanada olurdum. İndi evdəyəm, lazımın olsa xəbər elə, qaqa canı 3-4 gündü boşluq idi. Başım qarışıq idi onunçün dalınca düşə bilmirdim. Sən svoyski qardaşsan” mətni göndərilmişdir. Birinci hissə faylda 18.07.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə saat 01:07:39-dan 01:08:34-dək olan müddətdə “Qaqa axşamın xeyir. Sabaha qardaşına 1 dənə baş həll edərsən saat 5-6 gəlib götürüm. Qulluğun olsa de”, saat 20:24:54-də “qaqa yarım saata gəlirəm İnşallah” mətni göndərilmiş, həmin mesaja cavab olaraq ikinci hissə faylda 18.07.2020-ci il tarixdə saat 20:25:19-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən 051-760- 08-38 saylı mobil nömrəyə “Oldu” mətni göndərilmişdir. İkinci hissə faylda 28.08.2020-ci il tarixdə saat 22:13:27-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Emin də bizdədi. Dedim 1 dənə şeyim var gəl üçümüz çəkəy” mətni göndərilmişdir. Diskə baxış keçirilməsi haqqında protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 aprel 2009-cu il təvəllüdlü X4 və 15 may 2017-ci il təvəllüdlü X7 övladları vardır. Maddi sübut kimi tanıma haqqında 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5.180 qram marixuana maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 4,960 qram marixuana saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 17 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş 2 ədəd sellofan torbaların içərilərində ayrıayrılıqda təmiz çəkiləri 1880.0 qram, 1600,0 qram, ümumi çəkisi-3480,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın mənbəyinin və Təqsirləndirilən şəxs narkotik vasitəni satmış şəxsin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca iş ayrılaraq və müvafiq sənədlərin kserosurətləri çıxarılaraq həmin işə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarmın dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarmın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il vrixli qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının (təmiz halda qramlarla) yuxarı həddinin 5 qram, külli miqdarının (təmiz halda qramlarla) 500 qram olması göstərilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satmışdır. Bu xüsusat təqsirləndirilən şəxsin özünün ifadəsi, həmçinin iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə telefon danışıqlarım əks elətdirən diskə baxış protokolu, həmçinin şahid ifadələri ilə öz təqsdiqini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş larkotik vasitənin şəxsi istehlak miqdarından yuxarı olması, narkotik vasitənin xırda bağlamalara bükülməsi və o cümlədən şəxsi axtarış və götürməni özündə əks etdirən video görüntüdə üzərindən aşkar olunan narkotik vasitələri bu məqsədlə daşıdığını bildirməsi onun satış niyyətini ilə narkotik vasitə əldə etməsini təsdiq edir. Məhkəmə, Təqsirləndirilən şəxs, şahidlər Şahid4, X6 və Şahid6 Təqsirləndirilən şəxs narkotik vasitə almamaları barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, hər üç ifadə özünü müdafiə xarakteri daşıyır, şahidlər təqsirləndirilən şəxsi yaxından tanıyır, onların yaxın münasibətləri vardır, şahidlərin verdiyi ifadələr təqsirləndirilən şəxsin müdafiəsinə və onun məsulliyətdən yayınmasına yönəlmiş ifadələr kimi qəbul edilməli və qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxsn, şahidlər Şahid4, X6 və Şahid6 məhkəməyə ibtidai istintaq zamanı onlara qarşı heç bir fiziki-psixi təzyiq edilmədiyini bildirmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid4, X6 və Şahid6 verdiyi ifadələrində göstərdikləri xüsusatlar daha çox həqiqətə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, o cümlədən şəxsi axtarış və götürməni özündə əks etdirən video görüntünü, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə baxış keçirilən zaman narkotik vasitənin satışı ilə məşğul olmasını etiraf etməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 iyul 2020-ci ildən 28 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti ona təyin edilmiş əsas cəza müddətindən çıxılmasını və üzərində qəti cəzası saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ilk dəfə olaraq az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində iki azyaşlı övladının olması onun cəzasını yüngül haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4, 353.4.5 və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, 26 avqust 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X1 13 avqust 2020-ci il tarixli 2210 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 5,180 qram marixuana maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 4,960 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 26 iyul 2020-ci ildən 28 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla, üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 26 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 5,180 qram marixuana maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 4,960 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 66 (altmış altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat, hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 720 (yeddi yüz iyirmi) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-33/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-33/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver