Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-33/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Cəmiyyətindən kənd təsərrüfatı texnikalarının operativ lizinqə alınmasında köməklik göstərilməsi ilə əlaqədar özünə cinayətdən xəbərsiz tanışı Şahid6 vasitəsilə 19 may 2021ci il tarixdə müraciət etmiş Şahid1 və Şahid2 Azərbaycan Respublikasının ali hakimiyyət orqanının inzibati binasının yaxınlığında, Bakı şəhəri, Niyazi küçəsində yerləşən parkda görüşləri zamanı özünün guya ali hakimiyyət orqanının əməkdaşı olmasını cinayətkar niyyətinə nail olmaq məqsədilə yalandan bildirib, guya yaxın münasibətinin olduğu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsinə dair göstəriş vermək səlahiyyətlərinin olmasını onlara bildirərək, "xxxx" ASC-nin rayon bölmələrinin istifadəsinə ayrılmış “New Holland TC 4.90” markalı taxılyığan kombaynların 2021-ci il taxıl biçini mövsümü üçün nəzərdə tutulmuş müqavilə öhdəliyi 7.000 manat olduğu halda, vəzifəli şəxs qismində özünün yaxın münasibətdə olduğu həmin şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1, Ziyabil Nəbiyev və sonuncuların şərikləri olan X10, Şahid4, X4, Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 24.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni lizinq verən "xxxx" ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsinə ayrılmış və müvəqqəti istifadəyə verilməmiş 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombaynın taxıl biçini mövsümü üçün operativ lizinqə verilməsindən ötrü həmin bölmə ilə Azərbaycşn Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən müqavilə bağlatdırmaqla qeyd edilən kənd təsərrüfatı texnikalarını onların mü|/əqqəti istifadəsinə verdirəcəyinə özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək yalandan Şahid1 və Şahid2 yalandan bildirib, sonuncuların və sonuncular vasitəsilə X10, Şahid4, X3, Şahid5 razılığını almaqla onlarla sövdələşib, həmin adla 19 may 2021-ci il tarixdə vəzifəli şəxsə təqdim etməsinə inandırmaq üçün qəsdən Azərbaycan Respublikasınırjı Kənd Təsərrüfatı Nazirliyinin yerləşdiyi “Hökümət evi”nin qarşısındakı ünvan 3 ünvanında yerləşən yeraltı dayanacaqda Şahid1 24.000 manat məbləğdə pul vəsaitini özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə vermək adı ilə almaqla, eyni niyyətini davam etdirərək bir müddət sonra əlavə olaraq hər texnikaya görə maddi nemət qismində 5.000 manat olmaqla, ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini qeyd edilən Nazirliyin vəzifəll şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsi müqabilində həmin məsələni tezliklə tam müsbət həll edəcəyini, özü barədə onlarda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə Şahid1 və Şahid2 yalandan bildirib, sonuncuların və sonuncular vasitəsilə X10, Şahid4, X4, Şahid5 razılığını almaqla onlarla sövdələşib, həmin niyyətlə, cinayətdən xəbərsiz Şahid6 tərəfindən 5.000 manat məbləğində pul vəsaitinin 27 may 2021- ci il tarixdə "xxxx" ASC-nin Goranboy rayonu, Səfikürd kəndində yerləşən ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan həmin Cəmiyyətə məxsus 5444**********08 nömrəli plastik bank kartına köçürülməsinə nail olmaqla, eyni niyyətlə, 10.000 manat məbləğində pul vəsaitini isə 8 iyun 2021-ci il tarixdə Bakı şəhəri, İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığındakı iaşə obyektindəki görüşləri zamanı cinayətdən xəbərsiz Şahid6 şəxsən almaqla, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1, Şahid2, X10, Şahid4, X4 və Şahid5 məxsus ümumilikdə 39.000 (otuz doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib həmin şəxslərə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1, Şahid2, X10, Şahid4, X4 və Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təhrik etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-2014-cü illərdə Şahid6la şərikinə taxılyığan kombayn icarəyə götürərək əldə etdikləri gəliri bölmüşlər. 2021-ci ilin may ayında Şahid6 zəng edərək tanışlarının icarəyə “NEW HOLLAND TC 4.90” markalı taxılyığan kombayn götürmək istədiklərini bildirərək Bakı şəhərində onlara köməklik göstərməsini xahiş etdikdə o, razılaşmışdır. Sonra o, Şahid6, Şahid1 və Şahid2la görüşmüş, Şahid6 onu sonuncularla tanış etmişdir. Söhbət zamanı Aqil və Ziyabil “NEW HOLLAND TC 4.90” markalı kombaynın icarə haqqının 13.000 manat olduğunu, 3 ədəd həmin kombayndan icarəyə götürmək istədiklərini, lakin "xxxx" MMC-nin rayon nümayəndəlikləri tərəfindən həmin kombaynların verilməsinin dayandırıldığını və bunun üçün Bakı şəhərində harasa müraciət etmək lazım olduğunu bildirmişlər. Daha sonra onlar bu məsələ üzrə Kənd Təsərrüfatı Nazirliyinə yox, "xxxx" MMC-yə müraciət etməli olduğunu bilmişlər. Aqil və Ziyabilə "xxxx" MMC-yə gedə bilməyəcəyini bildirdikdə onlar Goranboy rayonuna qayıtmalı olduqlarını, bu səbəbdən özləri ilə gətirdikləri 24.000 manat pulu məsələni həll etməsi üçün ona verəcəklərini, qalan məbləğ hesablarına köçürülmədiyinə görə həmin pullu Şahid6 vasitəsilə göndərəcəklərini bildirmiş və Şahid1 əlbəəl 24.000 manat məbləğdə pul vəsaitini ona vermişdir. Şahid6 onun "xxxx" ASC-ə məxsus bank kartına 5.000 manat məbləğdə pul göndərmiş, lakin qalan məbləği ödəmə terminalı vasitəsilə göndərə bilmədiyindən Bakı şəhərinə gəldikdə əlbəəl verəcəyini bildirmişdir. Elə həmin gün internet vasitəsilə "xxxx" MMC-nin ünvanını dəqiqləşdirdikdə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşdiyini öyrənərək həmin ünvana getdikdə həmin idarənin fəaliyyət göstərmədiyinə tanımadığı şəxslərdən oyrənmişdir. "xxxx" MMC barədə maraqlanmış və ona həmin Cəmiyyətin ləğv edildiyi və "xxxx" MMC-nin yarandığı məlum olmuşdur. İnternet vasitəsilə "xxxx" MMC-nin ünvanını dəqiqləşdirərək həmin Cəmiyyətin Bakı şəhəri, Ziya Bünyadov prospektindəki “Çinar Park” Biznes Mərkəzində yerləşdiyini öyrənib həmin ünvana getdikdə həmin Cəmiyyətin yerləşdiyi mərtəbədə qarşılaşdığı mühafizəçiyə hansı səbəbə müraciət etdiyini bildirdikdə sonuncu aqrotexniki vasitələrin icarəsi üçün həmin Cəmiyyətin regional bölmələrinə, lizinq yolu ilə almaq üçün isə rəsmi internet səhifəsi vasitəsilə müraciət etməli olduğunu bildirmişdir. Habelə orada olan tanımadığı əməkdaşlar vasitəsilə də bu məlumatı dəqiqləşdirmişdir. Daha sonra Şahid6 bu barədə məlumat verdikdən bir neçə saat sonra sonuncu zəng edərək Aqilgilin qeyd edilən məsələnin həlli üçün "xxxx" MMC-nin Emin adlı rəhbərinə və ya İlyas adlı müavininə tanışlıq taparaq məsələnin həll edilməli olduğunu dediyini bildirdikdə o, qeyd edilən vəzifəli şəxslərlə tanışlıq tapa bilməyəcəyini, ya lizinq yolu ilə həmin kombaynı almaqda köməklik göstərəcəyini, ya da pullarını qaytaracağını bildirmişdir. 08 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən İçərişəhər metrostansiyasının yaxınlığındakı çayxanada Şahid6, Şahid7, Şahid2, Şahid1 və Ələstan Məmmədovla görüşmüşdür. Ələstan Məmmədovla ilk dəfə tanış olmuş və həmin görüş zamanı Aqilgilin ona verdiyi pulda Ələstanın da payının olmasını bilmişdir. Görüş zamanı o, Aqilgilə 3 ədəd texnikanı icarəyə götürmək əvəzinə 1 ədəd kombaynı lizinqə alsalar eyni məbləğdə qazanc əldə edəcəklərini, habelə yekunda kombaynın özlərinə qalacağını, icarə üçün verəcəkləri pul vəsaitini isə kombaynın lizinq ödənişlərinə ödəyəcəklərini bildirdikdə və sonuncular razılıq vermişlər. Daha sonra Şahid6 Aqilgilin yanında 10.000 manat məbləğdə pul vəsaitini ona vermişdir. O, Aqilgildən 39.000 manat pul alsa da, konbaynın onlara təhvil verilməsi üçün 40.000 manat pul almasına və məsələ həll edilməsə 15 iyun 2021-ci il tarixdə pullarını qaytaracağına dair akt tərtib edərək sonunculara vermiş, görüşdə iştirak edən hər kəs qeyd edilən aktı imzalamışdır. Daha sonra o, "xxxx" MMC-nin rəsmi internet səhifəsindən kombaynların lizinq şərtləri ilə alınması ilə maraqlandıqda həmin kombaynların yeni olsa da, 2019-cu il buraxılışı olduqlarını bilərək həmin Cəmiyyətin ofisinə gedib maraqlandıqda 2021-ci il buraxılışı “NEW HOLLAND TC 4.90” kombaynlarının gətirilmədiyini, ən yaxşı halda 2020-ci il buraxılış kombayn sata biləcəklərini bildirmişlər. Bu barədə Şahid6 məlumat verdikdən bir neçə saat sonra sonuncu zəng edərək Aqilgilin konkret olaraq 2021-ci il buraxılışı “NEW HOLLAND TC 4.90” markalı kombayn istədiklərini bildirmişdir. O, başqa lizinq şirkətləri ilə də maraqlandıqda sonuncular "xxxx" MMC-nin həmin kombaynları 40% dövlət güzəşti ilə satdıqlarını, onların isə qeyd edilən güzəşti etməyəcəklərini bildirmişlər. Bu səbəbdən Şahid6la əlaqə saxlayaraq məsələ həll edilmədiyinə görə Aqilgilin pulunu qaytarmaq istədiyini bildirmişdir. 15 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən İçərişəhər metrostansiyasının yaxınlığında Şahid6la görüşdükdə sonuncu Şahid1lə əlaqə saxlamış və Aqil özlərinin onunla görüşərək pullarını alacaqlarını bildirmişdir. Sonradan Şahid1 ona verdiyi 39.000 pulun 6-7 nəfərə məxsus olması ona məlum olduğundan Şahid2 zəng edərək pullarını tələb etdikdə sonuncuya həmin pulda payı olan hər bir şəxsi bir yerə toplamasını və özünün tərtib etdiyi 08 iyun 2021-ci il tarixli aktı ona qaytarmasını və bundan sonra pullarını verəcəyini bildirmişdir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə almaqdan ötrü 28 iyul 2021-ci il tarixdə Gürcüstan Respublikasına getmiş və 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdiqdan bir neçə gün sonra Şahid1 onun barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətti”nə müraciət etməsini bilmişdir. O, Şahid1 və qeyrilərinə özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı kimi təqdim etməmiş, hətta Bakı Apelyasiya Məhkəməsində işləməsini onlardan gizlətmiş, onlarla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının yaxınlığında görüşməmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aqrotexniki avadanlıqların operativ lizinqə verilməsinə məsul olan vəzifəli şəxsə pul verməklə hər hansı bir işi həll edəcəyini vəd etməmişdir. Dəymiş zərəri tam ödəmiş və əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında tanışları - Şahid2, Şahid5, Şahid3, Şahid4 və Şükür Nağıyevlə şərikinə 3 ədəd “New Holland TC 4.90” markalı taxılbiçən kombaynı taxıl biçini mövsümünə operativ lizinqə götürərək gəlir əldə etmək qərarına gəldiklərindən "xxxx" ASC-nin Goranboy, Yevlax və Şəmkir filiallarına müraciət etsələr də, onlara həmin müəssisələrdə operativ lizinq üçün kombayn qalmadığını bildirmişlər. Tanışı Şahid6 bir neçə il “New Holland T5050” markalı taxılyığan kombaynı icarəyə aldığını bildiyinə görə, 2021-ci ilin may ayının əvvəllərində ona zəng edərək operativ lizinqə kombayn götürmək istədiyini bildirdikdə o, özünün də taxılyığan kombayn götürəcəyini, Bakı şəhərində işləyən vəzifəli tanışının kombayn götürməkdə ona köməklik edəcəyini bildirmişdir. Şahid6 tanışının onlara da köməklik edə biləcəyini soruşduqda o, həmin şəxslə danışdıqdan sonra məlumat verəcəyini bildirmişdir. Təxminən 18 may 2021-ci il tarixdə Şahid6la telefon vasitəsilə əlaqə saxladıqda tanışının onlara da kömək edəcəyini, hər bir kombaynın modelindən asılı olaraq 2 aylıq icarə haqqının 8.000-13.000 manat aras dəyişdiyini bildirmiş və sabahı gün, yəni 19 may 2021-ci il tarixdə Bakı şəhərinə gedərək tanışı ilə görüşüb məsələni həll etmək barədə razılaşmışlar. 19 may 2021-ci il tarixdə o, Şahid6, Şahid4j Şahid2 və Ələstan Məmmədov Bakı şəhərinə gəlmiş, təxminən saat 11 radələrində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaxınlığındakı Azərbaycan Milli İncəsənət Muzeyinin qarşısındakı parkda Şahid6 tanışı Təqsirləndirilən şəxs onlara 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombayn ayırtdıracağını, həmin kombaynların cəbhə bölgəsinəl yaxın ərazilərə göndəriləcəyini, "xxxx" ASC-nin Tərtər rayonunda yerləşən filialında kombaynları təhvil alacaqlarını bildirməklə razılıqlarını aldıqdan sonra hər kombaynın 2 aylıq operativ lizinqə verilməsinə görə 8.000 manat olmaqla ümumilikdə 24.000 manat pul tələb etmiş, həmin pulun hansı hissəsinin vəzifəli şəxsə rüşvət qismində veriləcəyini bildirməmişdir. Onlarda 33.000 manat məbləğdə pul olduğundan 24.000 manatı Təqsirləndirilən şəxs verməyə razılaşmışlar. O, Ziyabil, Şahid6 və Təqsirləndirilən şəxs tanımadığı şəxsin idarə etdiyi modelini bilmədiyi avtomobil ilə “Hökümət evi”nin yaxınlığındakı yeraltı qaraja getmiş, Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyinin həmin binada yerləşdiyini, qarajın həmin nazirliyə aid olduğunu bildirmişdir. Qarajda özünə, Şahid2 və kombayn sürücüsü kimi işə cəlb edəcəkləri Əkbər adlı həmkəndlisinə aid texriikanı idarə etməyə hüquq verən sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqələrinin və taxılyığan kombayn üçün sertifikatlarının kserosurətlərini və 24.000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermiş, o, avtomobildən enərək onlardan uzaqlaşmış və bir müddət sonra geri qayıdaraq 24.000 manat pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aqrotexniki avadanlıqlarm icarəyə verilməsinə məsul olan Emin adlı şəxsə verdiyini, lazım olarsa əlavə olaraq hər kombayna görə də 5.000 manat məbləğdə pul verməli olduqlarını və yaxın günlərdə 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombayn ayrılaraq Tərtər rayonunuda onlara təhvil veıiləcəyini bildirmişdir. Onlar lazım olarsa ümumilikdə 15.000 manat da verməyə razı olmuşlar. Elə həmin gün onlar Goranboy rayonuna qayıdarkən Təqsirləndirilən şəxs Şahid6 zəng edərək əlavə 15.000 manat da verməli olduqlarını bildirdiyindən o, yolda "xxxx" ASC-ə məxsus bankomat vasitəsilə kartında olan 3.000 manat pulu nağdlaşdırmış, kartın limitinə görə kartda qalan 3.000 manatı nağdlaşdıra bilməmişdir. Goranboy rayonu, Safıkürd kəndində evinin yaxınlığında Şahid6 ilə sağollaşarkən Təqsirləndirilən şəxs çatdırmasından ötrü ona 12.000 manat pulu əlbəəl vermiş, qalan 3.000 manatı səhər nağdlaşdıraraq ona çatdıracağını bildirmişdir. 20 may 2021-ci il tarixdə Şahid6 onun yaşadığı Goranboy rayonu, Borsunlu kəndinə gələrək Şahid5 yanında ondan 3.000 manat pulu almışdır. 2021-ci ilin iyun ayının əvvəllərində taxıl biçini vaxtı başladığından Şahid6 və Təqsirləndirilən şəxs zəng edərək kombaynlarla maraqlandıqda sonuncu onlara yaxın günlərdə kombaynların veriləcəyini bildirsə də, 08 iyun 2021-ci il tarixdə o, Şahid6, Şahid2 və Şahid3la birlikdə Bakı şəhərinə gələrək Administrasiyanın inzibati binasının yaxınlığındakı parkda yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs yanında Şahid7 adlı şəxs də olmuş, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixədək kombaynların onlara veriləcəyini, əks təqdirdə aldığı 39.000 manat və əlavə olaraq 1.000 manat pul vəsaitini qaytaracağını bildirmişdir. Habelə Təqsirləndirilən şəxs öz yazı xətti ilə buna dair akt yazmış və o, Ziyabil, Ələstan, Elnur, İlkin və Sənan həmin aktı imzalamışlar. Lakin 15 iyun 2021-ci il tarixdə də məsələni həll etmədiyinə görə Təqsirləndirilən şəxs ona verdikləri 39.000 manat pulu geri qaytarmasını tələb etdikdə sonuncu həmin pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aqrotexniki avadanlıqların icarəyə verilməsinə məsul olan Emin adlı şəxsə verdiyini, Emin pulu ona qaytardıqdan sonra pullarını onlara verəcəyini bildirmişdir. Daha sonra Şahid2, Şahid6 və Şahid7 iştirakı ilə Təqsirləndirilən şəxsla Mingəçevir şəhərində görüşmüş və Təqsirləndirilən şəxs Ziyabilə 2.000 manat məbləğdə pul vəsaitini qaytarmışdır. Habelə 19 iyun - 27 iyul 2021-ci il tarixləri əhatə edən dövr ərzində Təqsirləndirilən şəxs Şahid2 bank hesabına ümumilikdə 13.000 manat məbləğdə pul qaytarmışdır. Təqsirləndirilən şəxs verdikləri 39.000 manat pulun 13.000 manatı ona, Şahid5 və Şahid4, 13.000 manatı Şahid2 və Şahid3, 13.000 manatı isə Şükür Nağıyevə məxsus olmuşdur. Şahid7 onlara 5.000 manat pulu Gəncə şəhərində verməmişdir. Belə ki, o, Ziyabil, İlkin, atası Nadir, Şahid6 və Şahid7 Bakı şəhəri, Z.Bünyadov küçəsinin yaxılığındakı çayxanada görüşən zaman 10.000 manat pulu İlkinin atası Nadir, qalan pulu isə İlkin özü masanın üzərinə qoymuş, onlar İlkindən 25.000 manat pullarını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X4, Şahid4 və Şahid5 Şahid1lə eyni məzmunlu ifadələr verərək eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 2013-2014-cü illərdə Təqsirləndirilən şəxsla şərikinə taxılyığan kombayn icarəyə götürərək əldə etdikləri gəliri bölmüşlər. 2021-ci ilin may ayında kombayn icarəyə götürərək biçin işi ilə məğul olan Goranboy rayonu, Borsunlu kənd sakini Şahid1 zəng edərək kombayn götürmək istədiyini, lakin "xxxx" ASC-nin nümayəndəlikləri tərəfindən “NEW HOLLAND TC 4.90” markalı kombaynlarm operativ lizinqə verilmədiyini bildirərək onun biçin mövsümünə necə hazırlaşdığını soruşduqda Şahid7 və Təqsirləndirilən şəxs adlı tanışı ilə şərikinə “NEW HOLLAND TC 4.90” markalı kombayn götürəcəyini, kombaynlarn operativ lizinqə götürülməsi məsələsini Təqsirləndirilən şəxs öz öhdəsinə götürdüyünü bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs ona da 3 ədəd kombayn ayrılmasında köməklik göstərməsini xahiş etməsini demiş, o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ona Şahid1 də 3 ədəd kombayn istədiyini bildirdikdə İlkin bir kombayna görə 13.000 manat məbləğdə pul müqabilində Aqilə köməklik edəcəyini bildirmişdir. Bu barədə Şahid1 məlumat verdikdən sonra sonuncu İlkinlə görüşmək üçün Bakı şəhərinə getməyi təklif etmişdir. 19 may 2021ci il tarixdə Şahid2, Şahid4, Şahid1 və Ələstan Məmmədovla birlikdə Bakı şəhərinə gəlmiş, təxminən saat 11 radələrində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaxınlığındakı Azərbaycan Milli İncəsənət Muzeyinin qarşısındakı parkda Təqsirləndirilən şəxs onlara yaxınlaşdıqda onu Şahid1 və digərləri ilə tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs birbaşa olaraq özünü Administrasiyanın əməkdaşı kimi təqdim etməsə də, görüntü yaratmaq üçün həmin binada işlədiyini, işdə yerinə adam qoyub gəldiyini demişdir. Habelə Təqsirləndirilən şəxs Şahid1 və digərlərinə hər kombayna görə 13.000 manat pul müqabilində məsələni həll edəcəyini bildirdikdə Şahid1 özləri ilə cəmi 24.000 manat pul götürdüklərini bildirmişdir. Təqsirləndirilən şəxs problem olmadığını, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə gedərək məsələni danışacağını deyərək onunla həmin Nazirliyə getməyi təklif etmişdir. O, Ziyabil, Şahid1 və Təqsirləndirilən şəxs “Hökümət evi”nin yaxınlığındakı yeraltı qaraja getmiş, Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyinin həmin binada yerləşdiyini bildirmişdir. Yolda Təqsirləndirilən şəxs Nazirliyə Şahid1lə birlikdə daxil olacağını bildirsə də, qarajda Şahid1 24.000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermiş və o, tək avtomobildən enərək onlardan uzaqlaşmış, bir müddət sonra geri qayıdaraq yaxın günlərdə 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombayn ayrılaraq Tərtər rayonunuda Şahid1 təhvil veriləcəyini, lakin əlavə olaraq 15.000 manat pul verməli olduqlarını bildirmişdir. Həmin vaxt Şahid1 pulun bank kartına köçürüləcəyini, nağdlaşdıraraq Təqsirləndirilən şəxs verəcəyini demiş və onlar birlikdə Ələstanın avtomobilinin yanına qayıtdıqdan sonra İlkin onlardan ayrılmışdır. Onlar Goranboy rayonuna qayıdarkən yolda İlkin ona zəng edib Şahid1 15.000 manat pul vəsaitini alıb özündə saxlamasını tapşırmış, yolda Şahid1 bankomatdan pul nağdlaşdırmış, habelə aralarında yığışıb onun yaşadığı evə çatanda İlkinə çatdırması üçün ümumilikdə 12.000 manat pulu ona vermişlər. Səhəri gün o, Şahid1lə Goranboy rayonu, Borsunlu kəndində görüşdükdə Aqil ona 3000 manat pul vermişdir. Elə həmin gün o, pulu Goranboy rayonu, Safıkürd kəndindəki mağazada yerləşən "xxxx" ASC-ə məxsus ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmək istəsə də, 5000 manatdan artıq pul göndərmək mümkün olmamışdır. İlkinə bu barədə məlumat verdikdə o, pulu özündə saxlamasını və görüşdükdə ona verməsini demişdir. 2021-ci ilin iyun ayının əvvəlində taxıl bikini vaxtı başladığından o, kombaynların təhvil verilməməsindən narahat olduğuna görə dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamış və o yaxın günlərdə kombaynların veriləcəyini bildirmişdir. Habelə Aqil və digərləri də bu məsələ ilə əlaqədar narahatlıq keçirmişlər. 08 iyun 2021-ci il tarixdə o, Şahid2, Şahid1 və Şahid3la birlikdə Bakı şəhərinə gələrək Administrasiyanın inzibati binasının yaxınlığındakı parkda yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin vaxt Şahid7 da Bakı şəhərində olduğundan Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs ondan 10.000 manat pulu Aqilgilin yanında almış və 15 iyun 2021-ci il tarixədək kombaynların veriləcəyini, əks təqdirdə Aqilgildən aldığı 39.000 manat qaytaracağını bildirmişdir. Habelə Təqsirləndirilən şəxs öz yazı xətti ilə buna dair akt yazdı və o, Aqil, Ələstan, Ziyabil, İlkin və Sənan həmin aktı imzalamışlar. Hətta Təqsirləndirilən şəxs ona ***-***-**-** mobil telefon nömrəsinin İlyas adlı vəzifəli şəxsə məxsus olduğunu, həmin nömrə ilə əlaqə saxlayaraq məsələnin həlli ilə maraqlana biləcəyini bildirdiyindən bir dəfə qeyd edilən mobil telefon nömrəsinə zəng etmiş və dəstəyi qaldıran şəxs hazırda xatırlamadığı bayramdan sonra Təqsirləndirilən şəxsla onun yanına gəlmələrini bildirmişdir. Lakin 15 iyun 2021-ci il tarixdə məsələni həll edilmədiyinə görə Şahid7la birlikdə Təqsirləndirilən şəxsla görüşmək üçün Bakı şəhərinə gəlmiş, Administrasiyanın inzibati binasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşdükdə sonuncu 20.000 manat pulu ona verərək Aqilgilin pulunu qaytarmasını, qalan pulu da, hissə-hissə qaytaracağını bildirdikdə, Şahid1 zəng edərək Təqsirləndirilən şəxs iş alınmadığına görə 20.000 manat pul qaytarmaq istədiyini demiş və o, 20.000 manat almaqdan imtina edərək pulunu tam şəkildə istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6la eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etməklə əlavə olaraq Təqsirləndirilən şəxs Aqil :Nəbiyev və Şahid2 qaytarması üçün ona 25.000 manat məbləğdə pul vermədiyini, sonunculara Gəncə şəhərində 25.000 manat məbləğdə pulu qaytarmadığını, Təqsirləndirilən şəxs həmin pulu onun yanında Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən çayxanada özünün Şahid2 verdiyini bildirmişdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan kağız və elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, İlkin yoxlama zamanı Şahid1 18 avqust 2021-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına və 07 vərəqə bank çıxarışlarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, izahata əlavə edilmiş 01 ədəd kompakt disk ağ rəngli olmaqla üzərində “PRİNCO”, “CD- R”, “CR-Recortable”, “700MB/80Min”, “2X-56X” sözləri parlaq rənglə çap edilmişdir. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə “Təqsirləndirilən şəxs” və “QASİMOV ELNUR HƏSƏN OĞLU” adlı iki qovluğun olması müəyyən edildi. “Təqsirləndirilən şəxs” adlı qovluqda “AUDİO-2021-08-20-18-55-39 (1)”, “AUDİO- 2021-08-20-18-55-39”, “AUDİO-2021-08-20-18-55- 40”, “ÄUDİO-2021-08-20- 18-55-53”, “AUDİO-2021-08-20-18-55-54” adlı “m4a” formatlı fonoqram və “VİDEO-2021-08-20-18-55-53” adlı “mp4” formatlı vid^oyazı vardır. Qeyd edilən fonoqramlar Təqsirləndirilən şəxs tərəfindən Şahid2 “Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə göndərdiyi səsli ismarıclardır və həmin ismarıclarda Təqsirləndirilən şəxs jsonuncuya pulunu qaytaracağını, hissə-hissə verəcəyini, pul axtaracağını bildirir. “VİDEO-2021- 08-20-18-55-53” adlı “.mp4” formatlı videoyazı Təqsirləndirilən şəxsla Şahid2 arasında “Whatsapp” ani mesajlaşma və interjnet telefoniya mobil tətbiqi vasitəsilə aparılmış məlumat mübadiləsini əks etdirir. Həmin fayldan görünür ki, Şahid2 adı “İlkin Bakı Kaba” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs 15.06.2021-ci il tarixdə öz adına olan "xxxx" ASC-ə məxsus 5261-6333-3397-3155 nömrəli plastik bank kartının fotoşəklini, 19.06.2021- ci il tarixdə Təqsirləndirilən şəxs ona 3.000 manat, 25.06.2021-ci il tarixdə 2.000 manat, 01.07.2021-ci il tarixdə 2.000 manat, 19.07.2021-ci il tarixdə 5.000 manat, 22.07.2021-ci il tarixdə 1.000 manat, 24.07.2021-ci il tarixdə 1.000 manat, 25.07.2021-ci il tarixdə 1.000 manat pul göndərməsini təsdiq edən mətnlər göndərmişdir. Beləliklə həmin yazışma ilə Təqsirləndirilən şəxs Şahid2 15.000 manat pul göndərməsi öz təsdiqini tapmışdır. Həmin kompakt diskdə olan “QASİMOV ELNUR HƏSƏN OĞLU” adlı qovluqda “AUDİO- 2021 -08-20-18-55-40”, “AUDİO-2021 -08-20-18-55-41 ”, “AUDİO- 2021-08-20-18-55-42” adlı “.m4a” formatlı fonoqram və fviDEO-2021-09-06- 15-23-22”, “VİDEO-2021 -09-06-15-23-30” adlı videoyazılar vardır. Qeyd edilən fonoqramlarda Təqsirləndirilən şəxsla pulu qaytarmasına dair apardığı danışıqlara dair Şahid6 tərəfindən “Whatsapp" ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə göndərdiyi səsli ismarıclar, videoyazılarda isə Təqsirləndirilən şəxsla Şahid6 telefon vasitəsilə aparılan dialoqları əks olunmuşdur. Həmin məlumatlarla Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və qeyrilərindən pul alması və həmin pulu geri qaytarmalı olması öz təsdiqini tapmışdır. İzahata əlavə edilmiş 07 vərəqədən ibarət "xxxx" ASC tərəfindən verilmiş 18.08.2021-ci il tarixli Şahid2 adına olan 5261-6333-3397-3155 kartı hesabından çıxarışdan görünür ki, 19.06.2021-ci il tarixdə "xxxx" ASC vasitəsilə həmin hesaba 19.06.2021-ci il tarixdə 3 dəfə 1.000 manat olmaqla 3.000 manat, 01.07.2021-ci il tarixdə 2 dəfə 1.000 manat olmaqla 2.000 manat, 19.07.2021-ci il tarixdə 2.000 manat və 3.000 manat olmaqla ümumilikdə 5.000 manat, 22.07.2021-ci il tarixdə 1.000 manat, 24.07.2021-ci il tarixdə 1.000 manat və 25.07.2021-ci il tarixdə 1.000 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan əlyazma aktından görünür ki, aktda “Mən, Təqsirləndirilən şəxs, bu aktı tərtib edirəm ondan ötrü ki, adları aşağıda göstərilən şəxslərdən kənd təsərrüfatında biçin aparılması üçün Holland kombayn istifadəyə verilməsi üçün 40.000 AZN pul almışam. Həmin məbləği 15.06.2021-ci il tarixədək qaytarılmasını öhtəmə götürürəm.”, “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik.” mətnləri və Şahid1, Şahid2, X4, Şahid7, Şahid6 adlarından ibarət nömrələnmiş siyahı və hər birinin qarşısında imzalar, habelə aktın sonunda Təqsirləndirilən şəxs adı və imzası öz əksini tapmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 mart 2007-ci il təvəllüdlü Kərimov Murad İlkin oğlunun atası Təqsirləndirilən şəxs oğludur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 sentyabr 2010-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 22 sentyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan 02 vərəqədən ibarət "xxxx" ASC tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs adına olan 5444-59******6808 nömrəli plastik bank kartı hesabından çıxarışdan görünür ki, 27 may 2021-ci il tarixdə həmin hesaba ödəmə terminalı vasitəsilə 5.000 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Şahid2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə bir daha təsdiq edərək onlara Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində işləyən səlahiyyətli vəzifəli tanışına rüşvət verməklə 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombaynın operativ lizinqə veriləcəyini vəd edib, onlardan 39.000 manat məbləğdə pul almaqla dələduzluq etdiyini bildirmişdir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Şahid1lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə bir daha təsdiq edərək onlara Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində işləyən səlahiyyətli vəzifəli tanışına rüşvət verməklə 3 ədəd “New Holland TC 4.90” markalı taxılyığan kombaynın operativ lizinqə veriləcəyini vəd edib, onlardan 39.000 manat məbləğdə pul almaqla dələduzluq etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-17155/21 nömrəli, 17.09.2021-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-25416/21, 20.09.2021-ci il tarixli və "xxxx" MMC-dən daxil olmuş 19710 nömrəli, 21.09.2021-ci il tarixli 03 ədəd kompakt diskə baxış keçirilməsi ilə haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin kompakt disklərdə olan fayllardakı məlumatların qarşılıqlı təhlili zamanı Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19.05.2021-ci il tarixdə saat 09:33-11:00 aralığında "xxxx" MMC-yə məxsus Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının yaxınlığındakı “Prezident Administrasiyası/"Bakı şəhəri, Səbayıl rayonu, İstiqlaliyyət küçəsi 21"/Sabail”, “Lermontov_str82/"Bakı şəhər, Səbail rayonu, Məhəmməd Əfəndiyev küçəsi, ev 7"/Sabail”, “BakSovet/"Bakı şəhəri, Səbayıl rayonu, İstiqlaliyyət küçəsi 31"/Sabail”, saat 11:42-12:02aralığında Hökümət evinin yaxınlığındakı “Azadlig Meydani_İN/"Bakı şəhəri, Hökümət evinin qarşısındakı yeraltı dayanacaq “/Nasimi” adlı antennlərə, Şahid1 oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19.05.2021-ci il tarixdə saat 09:43-13:01 aralığında "xxxx" MMC-yə məxsus “metro Baki Soveti, lceri Sheher, Narxoz” və “Mixail Lermontov kuc” adlı antennlərə, X2 istifadəsində olmuş 050- ***-**-** mobil telefon nömrəsinin 19.05.2021-ci il tarixdə saat 09:40-13:05 aralığında "xxxx" MMC-yə məxsus “metro Baki Soveti, lceri Sheher, Narxoz” və “Mixail Lermontov kuc” adlı antennlərə, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19.05.2021-ci il tarixdə saat 10:04-12:59 aralığında “Azercell Telekom" MMC- ə məxsus “İstiglaliyat st, President sarayi area”, “İstiqlaliyyat kuc” və “Baku Sh.X9 Binasi” adlı antennlərə qoşulmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinin 19.05.2021-ci il tarixdə istifadə edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan Şahid1 14.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.4 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şahid7 06.10.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ona olan borcunu qaytarmışdır, odur ki, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 şahid qismində əlavə dindirilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilmiş, həmin diskdə olan “VİD- 20211007- WA0003”, “VİD-20211007-WA0004”, “VİD-20211007-WA0005”, “VİD-20211007-WA0006”, “VİD-20211007-WA0008”, adlı videoyazılarda məzmununa görə Təqsirləndirilən şəxs, Şahid6, Şahid2 və sonuncunun qohumları arasında baş tutmuş görüş zamanı aparılan danışıqların səsi qeydə alınmışdır. “VİD-20211007-WA0006” adlı videoyazının 00:27-00:35 aralığında Təqsirləndirilən şəxs görüntüyə alınmışdır. Həmin danışıqlarda Təqsirləndirilən şəxs Şahid2 və qeyrilərindən aldığı pul vəsaitini kənd təsərrüfatı texnikasının verilməsinə məsul olan adını deməyə çəkindiyi yüksək vəzifəli şəxsə rüşvət kimi verdiyini, həmin şəxsin hazırda ölkə hüdudlarından kənarda olduğunu, Şahid6 isə İlkin Kərimovun ona kənd təsərrüfatı texnikasının verilməsinə məsul olan yüksək vəzifəli şəxsin İlyas adlı müavininin telefon nömrəsini verdiyini bildirmiş və görüş iştirakçıları arasında Təqsirləndirilən şəxs vədinə əməl etmədiyinə görə aldığı pul vəsaitlərini qaytarması barədə söhbətlər aparılmışdır. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 18 avqust 2021-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı və 2 vərəqədən ibarət bank çıxarışları, 14 sentyabr 2021-ci il tarixli ərizəsinə əlavə etdiyi 01 vərəqədən ibarət 08 iyun 2021-ci il tarixli akt, “Bakcell MMC-dən daxil olmuş BKC/LGL-17155/21 nömrəli, 17 sentyabr 2021-ci ıl tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 19710 nömrəli, 21 sentyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixli ərizəsinə 02 vərəqədən ibarət bank çıxarışları, Şahid2 şahid qismində əlavə dindirilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində yetkinlik yaşına çatmamış övladlarının olmasını, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna cərimə növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə görə təyin olunacaq cərimə cəzası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinə görə təyin olunacaq cərimə cəzası ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut – Şahid1 18 avqust 2021-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı və 2 vərəqədən ibarət bank çıxarışları, 14 sentyabr 2021-ci il tarixli ərizəsinə əlavə etdiyi 01 vərəqədən ibarət 08 iyun 2021-ci il tarixli akt, “Bakcell MMC-dən daxil olmuş BKC/LGL-17155/21 nömrəli, 17 sentyabr 2021-ci ıl tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 19710 nömrəli, 21 sentyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixli ərizəsinə 02 vərəqədən ibarət bank çıxarışları, Şahid2 şahid qismində əlavə dindirilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində Şahid1, Şahid2, Nağıyev Şükür Murad oğlu, Şahid4, X8 oğlu və Şahid5 dəymiş ümumilikdə 39.000 (otuz doqquz min) manat ziyan sonunculara ödənilmişdir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 4000 (dörd min) manat, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, ona 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Şahid1 18 avqust 2021-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı və 2 vərəqədən ibarət bank çıxarışları, 14 sentyabr 2021-ci il tarixli ərizəsinə əlavə etdiyi 01 vərəqədən ibarət 08 iyun 2021-ci il tarixli akt, “Bakcell MMC-dən daxil olmuş BKC/LGL-17155/21 nömrəli, 17 sentyabr 2021-ci ıl tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 19710 nömrəli, 21 sentyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixli ərizəsinə 02 vərəqədən ibarət bank çıxarışları, Şahid2 şahid qismində əlavə dindirilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-33/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-33/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver