Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-33/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, Ö/T ev 80-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs stintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq,şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib,əynindəki tünd boz rəngli şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 03 iyun 2023-cü il tarixdə, saat 16:15 dəqiqədə, ünvan 1 ünvanın qarşısında olarkən,özünü şübhəli apardığından Bakı şəhəri,Səbail RPlnin 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb,ünvan 3 ünvanda yerləşən Bakı şəhəri,Səbail RPl-nin 8-ci PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibində,həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edib götürülmüşdür. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə heroin istifadə etməmiş, sağlamlıq vəziyyəti ilə bağlı güclü ağrıkəsici dərmanlar qəbul etmiş, üzərində narkotik vasitə heroin bükümü olmamış, o bu əməli törətməmişdir. 03 iyun 2023-cü il tarixdə günorta saat 14:00- 15:00 radələrində polis əməkdaşları tərəfindən evdən çıxarılaraq polis bölməsinə aparılmış, orada dörd-beş saat saxlandıqdan sonra gecə saatlarında üzərinə axtarış aparılmışdır. Polis bölməsində psixoloji təziyiq altında məcburiyyətdən, qorxduğundan narkotik vasitə heroini boynuna almış və etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPl-nin 8-ci PBnin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələrin istifadəsi barədə əməliyyat məlumat almışdı. 03 iyun 2023-cü il tarixdə həmin məlumatı yoxlamaq məqsədi ilə Səbail RPl-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərin nəticəsində Şahid2la birlikdə Təqsirləndirilən şəxs 03 iyun 2023-ci il tarixdə yaşadığı ünvan 5 ünvanın qarşısında saxlayaraq polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPl-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 03 iyun 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlamamışdır. O, ancaq polis bölməsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üz üzə evdə yaşadığı qonuşusudur. 03 iyun 2023-cü il tarixdə günorta saat 14:00-15:00 radələrində evə nahar etmək üçün gələn ərini işə yola salandan sonra küçəyə zibil atmaq üçün çıxmış, bu zaman qonuşusu olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən öz evindən çıxarıldığını və polis əməkdaşları ilə birlikdə evin pilləkanlarından düşərək ağ maşına minib getdiklərini görmüşdür. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X2 25 iyul 2023-cü il tarixli T 4712 saylı ekspertiza rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə, saat 16:15-də şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən içərisində bir ədəd şəffaf sellofana bükülmüş “Kokos” adlanan narkotik vasitəyə bənzər maddə olan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofana bükülmüş bükümdə olan maddənin “Kakos” adı ilə bilinən narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 03 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün on manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq, zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənərək götürülmuşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə 03 iyun 2023-cü il tarixdə saat 17:15-dən -saat 18:20-dək aparılmışdır. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3153 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində“Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi olan,“Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.260qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli cinayət işinin başlanılaraq icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cnayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cnayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0.260 qram qəhvəyi maddə, Şahid1 tərəfindən təqdim edilmiş, müvafiq olaraq 0.05 qram, nümunə götürülmüş, 0.210 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “maddi sübut kimi tanınma barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0.210qram çəkidə narkotik vasitə-heroin saxlanması üçün Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir mlumat yoxdur. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin, 4712 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində opioidlər- MOP(-) aşkar olunmamış, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 hüquqi şəxsin, 2078 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda nevrasteniya müəyyən edilir. Tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixdək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək,xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tari¬xədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən nevraste¬niya qeyd edilib.Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimaii təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması qərarı və protokolu,həmin protokola əlavə edilmiş video görüntü,şahidlərin ifadələri, məhkəməkimyəvi ekspertizasının 04 iyun 2023-cü il tarixli 6/3153 №-li,məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 4712 №-li və ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2023-cü il tarixli 2078 №-li rəyləri, şəxsi axtarış və götürmə protokolu, 0.260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin əldə edərək üzərində saxlanılması mübahisə doğuran haldır. Həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar mövcuddur. İstintaq orqanı tərəfindən toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittihamın elan edilməsi üçün kifayət etmir. Məhkəmə istintaqı zamanı dindirilmiş müdafiə tərəfinin əlavə şahidi Şahid3 verdiyi ifadəsində Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə günorta saat 14:00-15:00 radələrində polis əməkdaşları tərəfindən öz evindən çıxarıldığını və polis əməkdaşları ilə birlikdə evin pilləkanlarından düşərək ağ maşına minib getdiklərini gördüyünü demişdir. Məhkəmə müdafiə tərəfinin əlavə şahidinin Şahid3 dediklərini, yəni Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə günorta saat 14:00-15:00 radələrində polis əməkdaşları tərəfindən öz evindən çıxarılaraq polis bölməsinə aparıldığını inandırıcı, mötəbər və işin hallarına uyğun hesab edir. Məhkəmə istintaqı zamanı dindirilmiş ittiham tərəfinin şahidi Səbail RPl-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 şahid Səbail RPl-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 03 iyun 2023-ci il tarixdə yaşadığı ünvan 6 ünvanın qarşısında tərəflərindən saxlanılaraq polis bölməsinə aparıldığını demiş, lakin Şahid2 məhkəmədə Təqsirləndirilən şəxs saxlanılmasında və polis bölməsinə aparılmasında iştirak etməməsini demişdir. Bununla da məhkəmə istintaqı zamanı ittiham tərəfinin şahidlərinin bir birinə zidd ifadə verilməsi müəyyən edilmişdir. Bu da öz növbəsində Şahid1 və Şahid2 ifadəsini sübut kimi mötəbər olmadığını dəlalət edir. 04 iyun 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktında narkotik vasitənin şahid Səbail RPl-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təhvil verilməsi əks olunsa da məhkəmə istintaqı zamanı Şahid1 bu faktı inkar etmişdir. Bu da öz növbəsində ziddiyyətli və şübhəli məqam olmaqla Şahid1 ifadəsini mötəbər olmadığını dəlalət edir. Əsas sübutlardan biri olan 25 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin, 4712 №-li ekspert rəyində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində opioidlər-MOP(- ) aşkar olunmadığı təqdirdə onda opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar edildiyini qeyd olunması bu sübutun mötəbər olmamasını dəlalət edir. Bundan əlavə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin aşkar edilməsi onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dizpozisiyasında qeyd olunan əməlin törədilməsini sübuta yetirmir. Əsas sübutlardan biri olan 03 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolunda şəxsi axtarış və götürmənin 03 iyun 2023-cü il tarixdə saat 17:15-dən-saat 18:20-dək gündüz vaxtı aparıldığını qeyd olunsada məhkəmə iclasında şəxsi axtarış və götürməni əks etdirən videogörüntüyə baxış zamanı şəxsi axtarış və götürmənin gecə saatlarında, qaranlıq vaxtı aparıldığını vizual aşkar edilməsi bu sübutun mötəbər olmamasına dəlalət edir. Bundan əlavə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə günorta saat 14:00-15:00 radələrində polis bölməsinə aparıldığı lakin onun üzərinə şəxsi axtarış və götürmənin gecə saatlarında, qaranlıq vaxtı keçirildiyini bununla da Təqsirləndirilən şəxs faktiki bir neçə saat ərzində polis bölməsində polislərin tam nəzarəti altında saxlanıldığını dəlalət edir və ona psixoloji təziyiqin mümkünlüyü ilə bağlı real narahatlıqlar ortaya çıxarır. Məhkəmə, ittihamın hazırkı işdə sübut kimi istinad etdiyi bütün sənədlər və ifadələr ziddiyyətli olduğundan Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində dediklərini təkzib etmədiyini qeyd edir, bununla da yuxarıda sadalanan halları təqsirləndirilən şəxsin leyhinə olan faktlar kimi qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, üzərində ittiham qurulmuş əsas sübütların mötəbər olmaması, çoxsaylı ziddiyətli və şübhə doğuran halların mövcud olması Təqsirləndirilən şəxs verilmiş ittihamın əsassız olduğunu əks edir. Bu öz növbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə dəlalət edir. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq deyil, həmin şübhələri və ziddiyyətli məqamları şəxsin xeyrinə həll etməli olmasını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 63-cü maddəsinin İV-cü hissəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutdan istifadə oluna bilməz. 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət- Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında qeyd edir ki, şəxs Konvensiyanın 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyriinsani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı”. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əməlin törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli və barəsində seçilmiş ““polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.210 qram olan narkotik vasitə heroinin saxlanması davam etdirilsin və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2, 42.1.4, 42.2.4, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.210 qram olan narkotik vasitə heroin, saxlanması davam etdirilsin və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-33/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-33/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver