Məhkəmə qərarları › İş №1(009)-33/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-33/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-33/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada fəhlə işləyən, subay, məhkum olunmamış, ünvan 9 ərazi dairəsi, Nərimankənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 3cü mədən 2-ci korpus ünvanda yaşamış, Bakı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli, təmiz çəkisi 0.277 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla, ünvan 3 ünvanadək daşımış, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 fevral 2024-cü il tarixdə saat 00:05 dəqiqədə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi R.Əliyev küçəsi ev 12 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov 2 ünvanda yerləşən Səbail RPİnin 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada həmin tarixdə saat 00:50dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən siqaretin qızıh rəngli kağızına bükülmüş 01 ədəd bükümdə kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli, təmiz çəkisi 0.277 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək, əməldən peşman olduğunu və ifadə verməkdən imtina etdiyini bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 01 ildir, “Kokos” kimi tanıdığı narkotik vasitə heroini qəbul edir, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi müxtəlif şəxslərdən alır. 28 fevral 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində olan zaman tanımadığı, adını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində bir bükün “kokos” adlandırılan narkotik vasitəni almış və cibində saxlamaqla şəxsi istifadəsi üçün öz üzərində daşımışdır ki, münasib bir yerdə həmin narkotik vasitəni qəbul etsin. O, 29 fevral 2024-cü il tarixdə təxminən 00:05 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci PB-nin əməkdaşları kimi təqdim edib onu saxlayıb narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində olan zaman xidməti otaqların birində təhqiqatçı onun anket məlumatlarını dəqiqləşdirdikdən sonra ona şübhəli şəxs qismində tutulma qərarını elan etmiş və ona təklif etmişdir ki, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etsin. O, vəkili olmadığını, vəkil tutmaq üçün maddi imkanı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq dövlət büdcəsi hesabına ona müdafiəçi təyin edilməsini, vəkil verilməsini xahiş etmişdir. O, ərizə verdikdən sonra təhqiqatçı ona Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmiş, o, siyahı ilə tanış olmuşdur. Bundan sonra təhqiqatçı ona müdafiəçi təyin edilməsi haqqında qərar tərtib etmiş, bir neçə dəqiqə sonra müdafiəçi Gürsel Atakişiyev müdafiəçisi kimi ona təqdim edilmişdir. O, müdafiəçiyə etiraz etməmiş və hüquqlarının Gürsel Atakişiyev tərəfindən müdafiə edilməsinə razı olmuşdur. Sonra təhqiqatçı onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edərək, onu və müdafiəçisi Gürsel Atakişiyevi həmin protokolla tanış etmiş, hüquq və vəzifələri barədə bildiriş verərək hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı bildirmişdir ki, onun üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar qəbul etmişdir, onu həmin qərarla tanış etmiş, hüquq və vəzifələrini izah etmişdir. O, etiraz etməmiş, onu Polis bölməsinə aparmış polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təhqiqatçı ona təklif etmişdir ki, üzərində paltarında, bədənində, əşyalarında qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş nə varsa, o cümlədən narkotik vasitə və psixotrop maddələr varsa təqdim etsin. O, şəxsi axtarış zamanı üzərində narkotik vasitə “kokos”-un aşkar olunacağını anlayıb düşünmüşdür ki, əgər özü təqdim etsə, məsuliyyəti yüngül olar. Ona görə də, əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindəki bir ədəd bükümdə “kakos” olduğunu bildirsin və qızıh rəngli siqaret kağızma bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı bükümü açmış, içərisində qəhvəyi rəngli olan “Kokosu” aşkar etmişlər. O bildirmişdir ki, həmin qəhvəyi rəngli narkotik vasitə olan kokos- heroindir, bir gün öncə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Bundan sonra həmin 01 ədəd qızılı rəngli siqaret kağızma bükülmüş büküm müvafiq qaydada zərfə qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. O, müdafiəçi və polis əməddaşları zərfi imzalamışlar. Daha sonra onun üzərinə şıxsi axtarış aparılmış və başqa heç nə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, o, vəkili və polis əməkdaşları protokola imza etmişlər. O, təxminən 01 ildir, narkotik vasitə olan «Kokos», yəni heroin qəbul edir, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd büküm narkotik vasitə maddə olan heroini 28 fevral 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazsində tanımadığı və adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün almış, əynindəki boz rəngli cins şalvarının sol yan cibində saxlamaqla üzərində daşımışdır ki, xəlvəti yerdə qəbul etsin, başqa məqsədi olmamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmamış, təxminən 01 ildir, özü «kokos», yəni heroin qəbul etmiş və yalnız şəxsi istifadəsi üçün heroin əldə etmişdir. Səbail RPİ-nin 41-ci Polis bölməsində şəxsi axtarış və götürmə zamanı və ya başqa vaxt heç kim ona psixi və ya fiziki zor tətbiq etməmişdir. O, heroini üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən almış, həmin şəxslərlə münasibəti və ya əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Səbail RPİ-nin 41-ci Polis Bölməsinə «Elnur» adlı şəxsin narkotik vasitələrin qəbulu, qanunsuz saxlanılması barədə etibarlı, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının yoxlanılması, şəxsin cinayət əməllərinin ifşa olunması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığı üçün bu məqsədlə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis kapitanı X3 iştirakı və onun qrup rəhbərliyi tərkibində əməliyyat qrupu yaradılmış və «Elnur» adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmışdır. Sonra 29 fevral 2024-cü il tarixdə saat 00:05 radələrində qrup üzvləri ilə birlikdə ünvan 8 ünvanın qarşısında zahiri əlamətləri «Elnur» adlı şəxsə oxşar olan bir nəfər şəxsin hərəkət etdiyini görüb yaxınlaşmışlar, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim etmişlər və şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğu və bu məqsədlə üzərinə şəxsi axtarış aparalıcağım bildirərək, birlikdə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasına getməyə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən bizimlə birlikdə 41-ci Polis bölməsinə getmiş, orada saxlanılan şəxsin xx xxxx 1986-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi olaraq fəhlə işləyən, ünvan 9 ə/d, Nərimankənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu 3-cü mədən 2-ci korpus ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində dəvət edilmiş müdafiəçi və şahidlərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızıh rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, boş kağız zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbial RPİ-nin 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə, saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış aparmadan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarını, 01 ədəd metal üzüyü, şalvarın sol arxa cibindən bir ədəd, içərisindən "xxxx" ASC-yə aid qəhvəyi rəngli pul qabını və sol yan cibindən 01 ədəd alışqanla 01 (bir) ədəd qızıh rəngli siqaret kağızma bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoymuş, həmin bükümün içərsində “Kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 fevral 2024-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində 20 (iyirmi) manat ödəyib öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Fərid Rzayev tərəfindən həmin büküm açılmış və içərisində tünd qəhvəyi rəngli maddə kütləsi olduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin qızıh rəngli kağızma bükülmüş büküm iş üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 239 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasında, xidməti otaqda aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli, 6/1223 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktından görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 0.277 qram qəhvəyi maddə təqdim edilmiş, müvafiq olaraq 0.05 qram, nümunə götürülmüş, 0.227 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli CD-yə baxış keçirilməsi haqqında protokolundan görünür ki, “ağ” rəngli boyalı, üzərində “Bingo CD-R 2x - 56X CD- Recordable 700MB/80 Min” yazıları yazılmış diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “video**********3********.mp4” adlı 170 MB yaddaşh “.mp4” formatlı videofayldır, videofayl 0:07:25 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 04 nəfər mülki geyimli və 01 nəfər xüsusi polis geyimində 05 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı polis leytenantı Fərid Rzayev olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis kapitanı X4 olaraq, eləcə də, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Gürsel Atakişiyevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilərək, olduğu halda, könüllü surətdə təqdim etməsi təklif olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon cihazlarını, 01 ədəd metal üzüyünü, şalvarının sol arxa cibindən bir ədəd açıq qəhvəyi rəngli pul qabını və sol yan cibindən 01 ədəd alışqanla 01 (bir) ədəd qızılı rəngli siqaret kağızma bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən həmin pul qabı açıhr və içərisindən "xxxx" ASC-yə aid “Birkart” plastik bank kartı aşkar edilir və yenə yerinə qoyulur. Daha sonra təhqiqatçı Fərid Rzayev tərəfindən həmin büküm açıhr, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olduğu müəyyən olunur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən sorğu-sual edilir və o, təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün 28 fevral 2024-cü il tarixdə günoqrta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisindən adını bilmədiyi və tanımadığı şəxsdən 20 (iyirmi) manata alıb üzərində daşıyıb saxlanıldığını bildirir. Daha sonra təhqiqatçı Fərid Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri- qanuni əşya və ya maddə aşkar edilmir. Sonra həmin büküm təhqiqatçı Fərid Rzayev tərəfindən boş zərfə qoyularaq qablaşdırılır, DİN-in 239 saylı möhürü ilə möhürlənir, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Sonra müdafiəçi Gürsel Atakişiyev şübhəli şəxs Təqsirləndirilən şəxs, polis əməkdaşları tərəfindən zor tətbiq edilib-edilməməsi soruşulur və o, heç bir formada ona zor tətbiq olunmadığı bildirir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin DVD iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan 01 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, 1387 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan 18 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 0.227 qram narkotik vasitə heroin, şahidlərin ifadələri, şəxsin üzərinə axtarış və götürmə protokolu, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyləri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, lentə alınmış videogörüntünü əks etdirən 01 ədəd “CD” disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-256/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-686 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə Cəbrayıl rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 752/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə saxlanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün istintaqa verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və əvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 08 yanvar 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddət cəmi 01 (bir) ay 13 (on üç) gün müddətinin bir gününə iki gün hesablanaraq 02 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq və təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 9 ərazi dairəsi, Nərimankənd kəndi ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 0.227 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 manat (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 08 yanvar 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddət cəmi 01 (bir) ay 13 (on üç) gün müddətinin bir gününə iki gün hesablanaraq 02 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 9 ərazi dairəsi, Nərimankənd kəndi ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Səbail RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.227 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 manat (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçitərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 402 (dörd yüz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar