Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-331/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X1 müdafiəçisi Müdafiəçi2, X1 Azərbaycan Respublikasının CM-nin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının CM-nin 147.2, 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 https://demokrat.az/ (https://demokrat.az7äz/news/l 07381 /aslan-- ismavilov-eminem-ki-hemin-fılmin-sifariscisirusiya-xususi-xidmet-rqanlaridir?fbclid=İwARlsFNT m4otwC2OcKBsCuA3WPİAqj QcLXchsMBmSjzclzhtL-fiuc) saytında xx.xx.2022-ci il tarixdə yayımlanmış “Aslan İsmayılov: “Əminəm ki, həmin filmin sifarişçisi Rusiya xüsusi xidmət orqanlarıdır” yazıda (bu yazını xx.xx.2022-ci il tarixdə öz Facebook hesabında paylaşmışdır.) qeyd olunur: “....Ən dəhşətlisi də odur ki, ölkə rəhbərliyi, xüsusi xidmət orqanları bunların hansı yuvanın quşları olduqlarını çox yaxşı bilirlər. Cəmiyyətin onlardan yaxa qurtarmaq istəməsinə baxmayaraq hakimiyyət yenə də onları yemləməkdə davam edir, çünki bəzən fəaliyyətləri onları qane etməyənlərə qarşı istifadə edirlər. Bu murdar dəstə guya Rusiya, Ermənistan cəsıısu olmağım barədə Rusiya xüsusi xidmət orqanları üslubunda böyük bir film hazırlayıb tirajlayırlar ki, guya Sumqayıt hadisələrini mən təşkil etmişəm. Əminəm ki, həmin filmin sifarişçisi Rusiya xüsusi xidmət orqanlarıdır. Ona da əminəm ki, bu faktı Azərbaycan xüsusi xidmət orqanları da çox yaxşı bilirlər. Ancaq nə üçün susduqlarını, heç bir tədbir görmədiklərini hələ də anlaya bilmirəm. Əvvəllər bu böhtan, iftira kampaniyasına R.Mehdiyev-Ə.Həsənov cütlüyünün başçılıq etdiyindən xüsusi xidmət orqanlarının ehtiyat etdiklərini güman edirdim. Bu gün isə heç nə anlaya bilmirəm. Əgər tirajlanan faktlar düzdürsə mən Vətən xaini kimi həbs edilməliyəm. Yox, böhtandırsa bunu təşkil edənlər müəyyən edilib məsuliyyətə cəlb edilməlidirlər”, Aslan İsmayılov qeyd edib. ”Aslan İsmayılov 09 sentyabr 2022-ci ildə öz “Facebook” səhifəsində yayımladığı canlı video müraciətində qeyd edir: 16:42 “Rauf Arifoğlular, Aygün Muradxanlılar, Fuad Muradovlar, Böyükçöllər, bunlar hamısı bir dəstənin üzvüdür. Siz fikir verin çıxışlara. Əvəz Zeynallım kimlər müdafiə elədi, Qurban Məmmədov, Rəhim Qazıyev. Lazım gələndə daha böyükləri ortaya çıxacaqlar. Hakimiyyət rəsmiləri ounamayın bul aman. Bunun hamısını Siz yaradıbsınız. Vaxtı ilə Ramiz Mehdiyev-Əli Həsənov bundan istifadə edirdi. Həqiqəti deyənləri, ölkədə olan korrupsiya, özbaşınalıq, məhkəmədə olan biabırçılıqları vicdanla, dövlətini, vətənini sevə-sevə, ölkədə qarşılıqlıq istəməyənlər islahat yolu ilə bunu Sizin diqqətinizə çatdırırdı. Siz 0 biyabırçılığın qarşılığını görmək əvəzinə Əli Həsənov-Ramiz Mehdiyev uşaqlarından həmin adamları başdadınız ləkələməyə. Həmin adamları başdadınız söydünüz. 18:31 “Bunu edən hakimiyyətdir. Bugünkü hakimiyyət Aygün Muradxanlıya da haqqımda filmi çəkdirənlər də bugünkü hakimiyyətdir. Hər birinizə bir-bir stolunuzun üstünə qoymuşam. Bunu etmək olmaz. Vicdanınız olsun. X9 məhv eləmirsiz. Siz gənclərin əxlağını məhv edirsiz. TV- lariniz fahişəlik, harda əxlaqsız, harda murdar, harda əyyaş hamıss TV-lərdədi. Oları reklam edir siz. Və bugünkü mətbuatı Siz yönəldibsiz. ”35:51 “Bugünləri “Xuralın” müdafiəsinə qalxan, yenə deyirəm dəstə. Bu böyük bir reket dəstəsidir. Biləsiniz. Hamı da onlardan qorxur.”37:32 “İndi heç kim nə Anan, nə Ramiz Rövşəni, nə digər ziyalıları suçlamasınlar. Onları didərgin salan həmin bu banda oldu. Rauf Arifoğlular oldu, Aygün Muradxanlılar oldu, nə vilim həmən Əvəz Zeynallılar oldu.Bular oub. Hamını iyrəndirdilər Moskvanın göstərişinnən. ”39:37 “Həmin bu Qaragüruh mətbuat 44 günlük müharibədən dərhal sonra Rusiyanın tapşırığı ilə, Qurban Məmmədovun başçılığı ilə Tərtər məsələlərini 4 ildən sonra gündəmə gətirdilər ki, ordunu nüfuzdan salsınlar. ” xx.xx.1958-ci ildə Gürcüstan, Qardobani şəhərində doğulmuş, Aslan İsmayılov və Partnyorlan Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq barəsində şikayət verilmiş şəxs X5 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində şikayət verilmiş şəxs X1 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Belə ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş və ya iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə şikayətçi barəsində şikayət verdiyi şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.2 hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını geniş fərqləndirməmişlər. Göründüyü kimi şikayət ərizəsində X4 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən dəlillərin heç biri xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün əsas deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-331/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-331/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver