Məhkəmə qərarları › İş №1(009)-332/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-332/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-332/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 və X2 Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 və X2 Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2023-cü il tarixdə “ Youtube” platformasında “Prime TV” kanalında X10 ilə birlikdə (4 nəfərlə )vidio yayımlayaraq mənum, Nərimanov rayon bələdiyyə sədri X9 barəsində böhtan, təhqir, həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməklə ,onu “ Kremlin çetesi” nin üzvü kimi ağır cinayətlərdə əli olan dövlət məmuru kimi həm ittiham etmiş, həm də 180000 (yüz səksən) mindən çox seçicisi olan böyük bir rayonun bələdiyyə sədrini təhqir edərək nüfüzdan salmağa yönələn ifadələr işlətmişlər. X17 14 sentyabr 2023- cü il tarixdə “Prime TV” Yutube kanalında “X18 Talıbovu nə birləşdirir- Heydər Oğuz və X21 ma sa. Azərbaycan Məhkəməsi Mehdiyev ənənəsindən qurtaracaqmı “ ( siyasi müzaki rə ) vidiomüsahibəsində bildiri ki, onun bələdiyyə sədri olduğu Nərimanov rayonu ərazisində baş verən bir “cinayət “hadisəsinin izinə düşüb o cinayətdən əziyyət çə kən, zərərçəkən adamlara efir vermişəm. Deyirəm gəl sənə də efir verim... özünə yaraşdırmır. Sən seçilmədən bələdiyyədə sədr oturmağı özünə yaraşdırırsan ?Ha mı bilir ki, Azərbaycanda bələdiyyə seçkisi adına heç nə yoxdur.( 20.39.01-20.43.19)Bu sözləri ilə Azərbaycan Respublikasında keçirilən demokratik seçkinin nəticələri ni şübhə altına almaqla, yalan olduğunu bilərəkdən söyləməklə xalqda dövlətə, onun strukturuna qarşı nifrət hissi aşılamağa yönəlmişdi.“ Orda cete formalaşıb, .” prezident kaş Qarabağ küçəsini də ermənilərdən azad edəydi., bu mütəşəkkil cinayətkar dəstə .. . barəmizdə bu kimi təhqiramiz ifadələr işlətməklə barəmdə xüsusilə ağır ittihamlar səsləndirir.Bələdiyyələr seçkili orqan olmaqla dövlət strukturudur. Rayonin abadlıq işləriylə yanaşı ,180000 min əhalinin, şəhid ailələrinin, qazilərin, az təminatlı ailələrin sosial, maddi rifahının yaxşılaşdıırılması barəsində dövlət proqqamını həyata keçiirir. Hüquqi məsələlər:Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böh tan,yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətyini ləkələyən və ya onu nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə,mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saat dan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə is lah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Həmin məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusi ağır cinayətdə İttiham etməklə böhtan atma-- iki ilədək müddətə islah işləri və ya üç ilədək müd dətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd etməliyəm ki, Aygün Muradxanlının (X1) və X2 mənim ünvanıma istifadə etdikləri “çetenin üzvlə ri”, “mütəşəkkil cinayətkar dəstə şəbəkənin üzvləri”,” buranı darmadağın etdi, Əli Əhmədovun əmridir, buranı başqa birinə verməlisən filankəsə ( ? ) dedi. Güya Vahidə adlı şəxs İradəyə deyib ki, sənin dostun cete Təmraz özəlləşməsi üçün bizə kömək edəcək. Təmraz bir zamanlar məni zirzəmiyə salaraq arxadan su- varkalamaq istəyirdi. 2008-ci ildə zirzəmiyə görə Təmraz və onun qlavarları, bir neçə adamla dəfələrlə mənim qarşımı kəsib, məni ölümlə hədələyiblər. Hətta ev telefonuma zəng elənib uşaqlarımla hədə-qorxu gəliblər. Məni Atət qrupu qoriyirdu Təmraz mənə xəta yetirə bilmədi,yoxsa məni dəfələrlə öldürməklə hədələmişdi. Zirzəmiyə görə hədələmişdi.Qeyd etməliyəm ki, onların ünvanıma söylədikləri “hədə-qorxu “ ilə tələb etmə, “öldürməklə hədələmə “ və bu kimi frazalar Azərbaycan Respublikası Cinayət Mə¬cəlləsinin 182-ci maddəsində birbaşa ağır cinayət əməli kimi müəyyən edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediya və ya kütləvi nü mayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında şəxsiyyətin şərəf və ləya qətini nalayiq formada qəsdən alçatma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimayi işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.“Şərəf və ləyaqəttin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tət¬biq edilməsi təcrübəsi haqqında “ Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun qərarında izah edilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barə rədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiy mət verməlidir. Məlumatın vətəndaşların və ya təşkilatların şərəf və ləyaqətini lə kələməsi; həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması.Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, ximət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş bərəsində mənfi rəy yaradır sa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.Bildirirəm ki, X4 ilə əvvəllər və ya indidə hər hansı münasibətim olmamış, və yaxud ortaq tanışımız olmamışdır. Heç vaxt mə nim fəaliyyət göstərdiyim təşkilatlara və ictimai təşkilatlara hər hansı bir iş üçün və ya peşə fəaliyyəti ilə bağlı heç bir müraciəti olmamışdır.X5 isə Nərimanov rayon eni Azərbaycan Parti yasının sədri işlədiyim vaxtdan ərazidə yaşayan narahatçılıq yaradan bir sakin ki mi tanımışam. Belə ki, o vaxt Nərimanov rayonunun deputatı olmuş, hazırda Azər baycan Respublikasının Baş nazirinin müavini, YAP- sı sədrinin müavini və İdarə heyətinin üzvü cənab X14 Nərimanov rayon Qarabağ kü çəsinin bir qrup sakini, Təmirov Fərman Məmməd oğlu, X19 dər qızı və digərləri tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Ərizəçilər yazırdılar ki, X10 onların da yaşadığı 2 mərtəbəli binanın zirzə misini təsərrüfat xidmətləri üçün istifadəyə götürsə də onu təsərrüfat xidmətləri üçün deyil, öz şəxsi maddi marağı və qonşulara narahatlıq yaratması üçün əldə etmişdir. O mənzillərin altında olan zirzəmini mehmanxanaya və əxlaqsızlar yuva sına çevirərək “Yaşıl bazar” a Azərbaycanın müxtəlif bölcələrindən meyvə-tərəvəz gətirib satan səxsləri yerləşdirərək,onlardan gündəlik gecələmə haqlarını yığıb qa¬nunsuz mənfəət əldə etməklə yanaşı bina sakinlərinin istirahət hüquqlarını,yeniyet mələrin tərbiyəsini pozmaqla məşğul olur. Qanşular ona dəfələrlə yaratdığı narahat çılığa ( bazara mal satmağa gəlib, zirzəmidə gecələyənlərin səs-küyü, vaxtlı vaxtsız gəlişi ) və əxlaqsızlığa son qoymağı ondan tələb etsələr də o öz qanunsuz əməli nə son qoymur, əksinə narahatlıq yaradan hərəkətini davam elətdirir.Şikayətçilərin bu məzmunlu ərizəsini yoxlamaq və tədbir görmək üçün mənə hə valə edir. Həmin ərizənin surəti X23 cənab Ramil Usubova, rayon İcra hakimiyyətinə, Gigeyena və Epidemalogiya mərkəzinə, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Döv lət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlanma¬mışdır. Eləcə də şikayətdəki bir çox xüsusatlar öz əksini tapdığından zirzəminin bağlanmasına göstəriş verilmiş və Rayon Kommunal Təsərrüfat Birliyinin və Polis idarəsinin köməyilə 25 may 2006-cı il tarixdə aktlaşdırılaraq qapısı möhürlənmiş dir. O gündən sonra mən həmin qadını görməmişəm. Eşitmişdim ki. qonşular onu məhkəməyə vermişdir.Qeyd edilən verilişə youtube kanalında 147 bəyənmə və 2276 baxış olmuşdur.“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında “ Azərbaycan Ali Məhkəməsi Plenumunun 21 fevral 2014- cü il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki,xüsusi ittiham qaydasında icratın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qayda sında verilmiş şikayət ola bilər.Göründüyü kimi, mənim xüsusi ittiham qaydasında şikayətimin icrata qəbul edil məsi üçün kifayət qədər fakktiki və hüquqi əsaslar mövcuddur.Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi mənim üzərimə düşür.X4 “Prime TV” youtube internet kanalında 29 avq ust 2023-cü il tarixdə yayımlanmış aparıcısı olduğu “ Qarabağ küçəsində özbaşı nalıq- Məmmədova Rəna, Məmmədov İradə ..." adlı verilişdə ( müsahibədə) müsahi bi İradə Məmmədova ilə birlikdə çetenin üzvü, dəllal, makler, şəxsiyyətini, vicdanını satan, bomjun arxasında gizlənib şirkətdən pul qopardır, etdikləri cinayətə görə, şirkətlərə təzyiq göstərir, cinayətkar şəbəkə, dələduz şəbəkə, mütləq qaydada təx ribatdır. seçilmədən bələdiyyədə sədr oturmağı özünə yaraşdırır, yeri darmadağın etdi, məni zirzəmiyə salıb qapını suvarkalamaq istəyirdi, dəfələrlə qabağımı kəsib, məni ölümlə hədələyib, evə zəng edib uşaqlarıma hədə qorxu gəlirdi. Ölümlə hədə ləmişdir, hakim partiyanın üzvü məhəllələrə gəlir, şirkətlərə təzyiq göstərir, dilənirlər sökülən binalarda harda 12-15 kv.m yer var tapıb satırsınız ( dələduzluq) kimi böhtan atmaqla şərəf və ləyaqətimi alçaltmağa, həmçinin də təhqir edərək nüfuz dan salmağa, nifrət aşılaşağa, ağır və xüsusilə ağır cinayətlərdə məni ittiham etmiş, şəxsiyyətimi alçaldaraq təhqir etmiş və bununla da, yalan olduğunu bilə-bilə X9 şərəf və ləyaqətini ləkələyən və onu nü fuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər.Avropa Məhkəməsi bu xarakterli işlər üzrə qeyd etmişdir ki, mətbuatın demokra tik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir. ( bax, X6rşı, 27 mart 1996-cı il, (p.39). Onun vəzifəsi öz məsu liyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər, ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, De Haes və Gijsels Belçikaya qarşı və.s p 55) Lakin mətbuat müəyyən hədləri, xüssusilə baş qalarının nüfüz və hüquqlarına aid olan hədləri aşmamalıdır. “Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.9-cu maddəsinə əsasən mediada dərc olunan və yayımlanan informasiya zamanı böhtana, təhqirə və nifrət aşılayan çıxışlarına yol verilməməlidir. Heç bir qanun X7 və müsahibi X10 (qeyriləri) ilə birlikdə 180000 (yüz səksən min) seçicisi olan bələdiy yə sədrinə, cəmiyyətdə öz nüfuzu ilə seçilən bir ictimai xadim X11 qarşı böhtan atmaqla və təhqir etməklə öz hədlərini aşmağa əsas vermir.Diqqətinizə çatdırım ki, Aygün Müradxanova vidiomüsahibələ rində nəinki bələdiyyəni, hətta YAP-nın üzvlərini, Dövlət Əmlak Komitəsini, İcra haki miyyətini, hüquq mühafizə orqanlarını, eləcədə məhkəmələri də ittiham edir. “Prim TV" nin rəhbəri X4 və onun müsahibi X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə 03 dekabr 2023-cü il tarixdə X9 müdafiəçisi Müdafiəçi2 X7 və X8 qarşı xüsusi ittiham qaydasında şikayətin geri qaytarılması barədə ərizəsi daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilərək xüsusi ittiham qaydasında şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir; Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və X3 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X11 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299, 300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X2 Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlər X11 geri qaytarılsın. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar