Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-338/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 2 barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 01 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu 2-ci Salyan döngəsi ev 32 ünvanın həyətində olarkən, onunla qonşuluqda yaşayan qonşusu Zərərçəkmiş şəxs sonuncunun evindən onun evinin zirzəmisinə su axıdıldığını irad bildirib, bu zəmində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət və bədənin digər nahiyələrinə zərbələr vuraraq sonuncuya sağ almacıq nahiyəsinin hematoması, sol bazu oynağının ön, sol bazunun orta 1/3-nin bayır səthlərinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanması protokolları, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, hadisə zamanı qeydə alınmış video görüntü, eləcə də ekspert rəyi və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və işin digər halları ilə tam sübuta yetirilmişdi Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evin divar qonşusudur, onun yaşadığı evinin çöl tərəfində yerləşən evin pəncərəsinin qarşısında olan torpaq səhəsini qanunsuz zəbt edərək orada şam ağacları əkib və həmin ağacları suluyarkən həmin su onun evinin altına axdığından və nəticədə onun evinin zirzəmisində nəmişlik yaranmışdır. Bununla bağlı o, dəfələrlə bir qonşu kimi Ədalətdə öz iradını bildirsədə, Ədalət isə heç bir əhəmiyyət verməmişdir. Bu səbəbə görə də onun Ədalətlə dəfələrlə aralarında sözlə mübahisələri baş vermişdir. 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 3 ünvanda olan zaman, yenidən qonşu Ədalət tərəfindən ağacları suluyarkən evinin zirzəmisində su olduğunu görmüş və bu zaman o, yaşadığı ünvanın həyətindən Ədaləti səsləyərək onu yaşadığı evin həyətinə çağıraraq, evin zirzəmisində suyun olmasını görsün. Bundan sonra Ədalət onun yaşadığı evin hətəyinə gəlmiş, o, ona evin zirzəmisini göstərək bir daha izah edərək, onun evinin zirzəmisi sudur bunun qarşısını onun tərəfindən almasını xahiş etmişdir. Bu zaman Ədalətin oğlu Samir isə o, da evinin həyətinə gəlmiş və onun evinin həyətində əlində olan mobil telefonu ilə çəkərkən o, ona iradını bildirmişdir ki, onun icazəsi olmadan evin həyətini çəkməsin. Bundan sonra o,onları evin həyətindən çıxmasını tələb edərkən, Ədalətin həyat yoldaşı Ülkər gəlmiş, bu zaman onun Ədalətlə arasında sözlə mübahisələri baş vermiş və mübahisə zamanı Ədalət onun üzərinə hüçüm edərək onu əli ilə vurmaq istəyərkən o, özünü ondan müdafiə etmək məqsədi ilə əli ilə onun sifətindən kənara itələmişdir. Bu zaman Ədalətin oğlu Samir onların aralarına keçərək onları ayırmışdır. Bundan sonra onlar onun evinin həyətini tərk edərək çıxıb getmişlər. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun yaşadığı ünvanla qonşusu Təqsirləndirilən şəxs və digər qonşular yaşayırlar. Onun qonşularla bir qonşu kimi daimi normal münasibəti olduğun, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun yaşadığı evin divar qonşusudur, onun evinin həyətinə 2 ədəd pəncərə açdığından onun pəncərəsindən onun evinin həyəti göründüyündən, o, və onun ailə üzvləri ona bir qonşu kimi öz iradını bildirsədə, Səlib ona heç bir əhimiyyət verəməyərək pəncərəsini bağlamamışdır. Bu səbəbə görə də onun Səliblə dəfələrlə aralarında sözlə mübahisələri baş vermişdir. 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində o, onun həyat yoldaşı Şahid2 və oğlu Samir Rziyaevlə birlikdə yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 4 ünvanın həyətinə gələrək və onu öz evinin həyətinə çağıraraq guya onun evinin həyətindən onun evinin divarından zirzəmisinə su axıdıldığını bildirmişdir. Bu zaman o, bir qonşu kimi onun yaşadığı ünvanın həyətinə keçərək evinin divarına baxdıqda, Səlib özü qəsdlə evinin həyətində olan su kranın açaraq reyzin su borusu ilə evin divarına qoyub və su ağaraq nəmişlik olduğunu görmüşdür. Bundan sonra o, ona evinin həyətindən onun evinin divarından zirzəmisinə su axıdılmadığı barədə öz iradını bildirərkən, bu zəmində Səlibin yaşadığı evin həyətində aralarında sözlə mübahisələri baş vermiş, onların mübahisələrinə oğlu Samir və həyat yoldaşı Ülkər gələrək Səlibə öz iradını bildirmişlər. Bundan sonra Səlib evinin həyətində onun üzərinə hüçüm edərək, hər iki əlləri ilə onun sağ və sol qollarından tutaraq gözləmədiyim bir anda əli ilə yəni yumruq zərbəsi ilə bir dəfə onun sifətinin sağ nahiyəsinə və bir dəfə isə sol qoluna vuraraq ona xəsarət yetirmişdir. Bu zaman oğlu Samir araya keçərək onları ayırmış, lakin buna baxmayaraq Səlib yenidən onun üzərinə hücüm edərək əli ilə onu yenidən əli ilə vurmaq istəyən zaman oğlu Samir araya keçmiş, o, müvazinətini itirərək arxası üstdə kənara çəkilərkən başında olan papağı yerə düşmüşdür. Bundan sonra həyat yoldaşı Ülkər və oğlu Samir Səlibə öz iradlarını bildirmiş, həmin vaxtı Samir isə baş vermiş hadisəni mobil telefonu ilə video çəkiliş edərək qeydə almışdır. Bundan sonra onlar evin həyətinə tərk edərək evə gəlmiş və elə həmin günü baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Bundan sonra elə həmin günü Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları onun yaşadığı ünvana gələrək, o, polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 3 ünvanın həyətində olmuş, hadisənin səbəbi guya onun evinin həyətindən Təqsirləndirilən şəxs evinin divarına onun tərəfindən su buraxdığının üstündə olmuş, hadisənin şahidləri həyat yoldaşı Şahid2 və oğlu Şahid1 olmuşlar. Həmin hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barış əldə etmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında DİO-da və həmin vaxtan bu günə DİN-nin Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə polis taboru polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantıdır. Onun qonşularla bir qonşu kimi daimi normal münasibəti var, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onların yaşadıqları evin divar qonşusudur, onların evinin həyətinə 2 ədəd pənçərə açdığından onun pəncərəsindən evin həyəti göründüyündən, onun valideynləri ona bir qonşu kimi öz iradlarını bildirsələrdə, lakin Təqsirləndirilən şəxs onlara heç bir əhimiyyət verməyərək pəncərəsini bağlamamışdır. Bu səbəbə görə də onun valideynlərimlə və Səlib arasında dəfələrlə sözlə mübahisələri baş vermişdir. 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində o, onun valideynləri atası Zərərçəkmiş şəxsa və anası Şahid2 ilə birlikdə yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 6 ünvanın həyətinə gələrək, atası Zərərçəkmiş şəxs öz evinin həyətinə çağıraraq guya onların evlərinin həyətindən evinin divarından zirzəmisinə su axıdıldığını bildirmişdir. Bu zaman atası Zərərçəkmiş şəxs bir qonşu kimi onun yaşadığı ünvanın həyətinə keçərək evinin divarına baxdıqda, Səlib özü qəsdlə evinin həyətində olan ona məxsus su kranın açaraq reyzin su borusu ilə evin divarına qoyub su ağaraq evinin zirzəmisinə axıdıldığını nəmişlik olduğunu görərək ona öz iradını bildirmişdir. Bu zaman Səlib onun evin divar qonşu olduğu üçün Səlib və atası Ədalət arasında mübahisləri olduğunu eşidərək o,və anası Ülkər Rzayevlə birlikdə Səlibin yaşadığı evin həyətinə keçmişlər. Bu zaman orada Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxslə mübahisə etdiyini və onun üzərinə hüçüm etməklə atasının gözləmədiyi bir anda əli ilə yəni yumruqla zərbəsi ilə onun sağ sifət nahiyəsinə bir dəfə vurmuş və sonra isə yenidən əli ilə sol qoluna bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Səlib yenidən atasının üzərinə hüçüm edərək onu yumruqla vurmaq istəyən zaman o, onları ayrarkən Səlib atasını əli ilə kənara itələmiş və atası isə müvazinətini itirərək arxası üstdə kənara keçərkən başında olan papağı yerə düşmüşdür. Bundan sonra baş vermiş hadisə zamanı o, və onun anası Ülkər Səlibə öz iradını bildirmişdir. Baş vermiş hadisə zamanı o, özünə məxsus mobil telefonu ilə video çəkiliş edərək qeydə almışdır. Bundan sonra onlar evin həyətinə tərk edərək evə gəlmiş və elə həmin günü baş vermiş hadisə barədə atası Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Bundan sonra elə həmin günü Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları onların yaşadıqları ünvana gələrək, Zərərçəkmiş şəxs polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu 2-ci ünvan 3 ünvanın həyətində olmuş, hadisənin səbəbi guya onların evlərinin həyətindən onun evinin divarına onlar tərəfindən su buraxmaqlarının üstündə olmuş, hadisənin şahidləri o, və onun anası Şahid2 olmuşdur. Həmin hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, digər Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 02 sentyabr 2024-cü il tarixli 436 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ almacıq nahiyəsinin hematoması, sol bazı oynağının ön, sol bazunun orta 1/3-nin bayır səthilərinin qaçınları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 sentyabr 2024-cü il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə keçirilmiş “üzləşdirmə” protokollarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əl zərbələri ilə onun sifət və sol qol nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əl zərbələri ilə onun (Zərərçəkmiş şəxs) sifət və sol qol nahiyələrinə vuraraq xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir.Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Məhkəmə iclasında ibtidai istintaqa təqdim olunmuş video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri Səbail rayonu 2-ci Salyan döngəsi ev 32 ünvanın həyətində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında suyun axıdılması zəmində aralarında sözlə mübahisələri baş verməsi, mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs üzərinə hüçün edərək əlləri ilə onun hər iki qollarından tutması və əl zərbəsi ilə onun sifətin sağ nahiyəsinə və sol qoluna vurması, bundan sonra isə yenidən üzərinə hüçüm edərək onu vurmağa cəhd edərkən Zərərçəkmiş şəxs oğlu Şahid1 tərəfindən onları ayırması və Zərərçəkmiş şəxs isə öz müvazinətini itirərək arxası üstdə kənara çəkilməsi və başında olan sarı rəngli papağın yerə düşdüyü müşahidə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarxidə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək” haqqında İltizam qətimkan tədbiri seçilmişdir. Azərbayan Respiublikası DİN-in BƏSİİ-dən alınmış “məhkumluq haqqında arayışdan” görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1500 (min büş) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmk haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-338/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-338/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver