Məhkəmə qərarları › İş №1(009)-34/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-34/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-34/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4,Müdafiəçi3 və 02 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:30-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qocalı kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altınavermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə, xx xxxxxx 1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 C ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etdiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 arvadı Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə tanış olduğu Səudiyyə Ərəbistanı vətəndaşları Albaba, X10 Alsaeed, Mohammed Abdulraheem A-nın kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-də olub mənzilin şəraiti və onların kifayət qədər maddi imkanlarının olması barədə məlumatlar əldə etdikdən sonra özgənin əmlakını açıq yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs4, dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanı qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94 saylı evin 4-cü mərtəbədəki 27 saylı mənzilin yerləşdiyi blokun 5-ci mərtəbəsinə qalxıb orada gözləmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A-nı mənzildən çıxarmaq üçün ona zəng edib həyətdə olduğunu və qarşılaması üçün həyətə düşməsini bildirmiş, Albaba, Ali Hussain A mənzildən çıxıb həyətə düşdükdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bunu görüb 4-cü mərtəbəyə düşərək Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-yə örtülü vəziyyətdə olan giriş qapısını açıb içəri daxil olmaq üçün icazə almadan qanunsuz yaşayış sahəsinə girib hər üçü də orada olan Alsaeed, Mohammed Abdulraheem A-nın əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zortətbiq edib əlləri ilə vuraraq “sağ gicgah nahiyəsində, boyunun sağ yan səthinin yuxarı 1/3-də, boyunun sol yan səthinin aşağı 1/3-də, döş qəfəsinin sol yarısının arxa səthində, sağ mil-bilək oynağı nahiyəsinin ön səthində və sol mil-bilək oynağı nahiyəsinin arxa səthində çoxsaylı sıyrıqlar, eləcədə sağ saidin orta 1/3-nin ön səthində qançır” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A ilə həmin mənzilə gəldikdən sonra onlar Albaba, Ali Hussain A-ya məxsus dəyəri 2000 manat təşkil edən “İphone X” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən “İphone 8” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən, üzərində “S” və “Black Shark” sözləri yazılmış “Xiaomi” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, Alsaeed, Mohammed Abdulraheem A-ya məxsus dəyəri 750 manat təşkil edən “İphone 7” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 500 manat təşkil edən “Huawei” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi və 40 manat dəyəri olan “Azercell” danışıq nömrəsi ilə birgə, dəyəri 35 manat təşkil edən əl baqajı çantasını, dəyəri 10 manat təşkil edən və üzərində “Sport” sözü yazılmış kəmər üstünə taxılan çantasını içindəki həmin dövrün məzənnəsi ilə 0.46 manat təşkil edən 1 Səudiyyə rialı ilə birgə, dəyəri 10 manat təşkil edən pul qabını içindəki ona məxsus 750 manat və dostu Albaba, Ali Hussain A-ya məxsus 750 manat pulu açıq talamış, sonra hərəkətlərini davam edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ilə mənzildə Alsaeed, Mohammed Abdulraheem A-nın yanında qalmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Alsaeed, Mohammed Abdulraheem A-nın adına olan “Bank Albilad” bankının kartındakı pulu çıxarmaq üçün Albaba, Ali Hussain A ilə birlikdə ünvan 5 ünvanında yerləşən bankomata gedib oradan 200 manat pulu çıxarıb həmin məbləği də açıq taladıqdan sonra yenidən mənzilə qayıdaraq Albaba, Ali Hussain A-nın da əllərini yapışqan lentlə bağlayıb mənzildən gedərək zərərçəkmiş şəxs Albaba, Ali Hussain A-ya 4395 manat, zərərçəkmiş şəxs Alsaeed, Mohammed Abdulraheem A-ya isə 2325.46 manat olmaqla, ümumilikdə zərərçəkmişlərə 6720.46 manat xeyli miqdarda maddi ziyan vurub soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 dostu Təqsirləndirilən şəxs2 arvadı Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə tanış olduğu Səudiyyə Ərəbistanı vətəndaşları Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-də olub mənzilin şəraiti və onların kifayət qədər maddi imkanlarının olması barədə məlumatlar əldə etdikdən sonra özgənin əmlakını açıq yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs4, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanı qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94 saylı evin 4-cü mərtəbədəki 27 saylı mənzilin yerləşdiyi blokun 5-ci mərtəbəsinə qalxıb orada gözləmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A-nı mənzildən çıxarmaq üçün ona zəng edib həyətdə olduğunu və qarşılaması üçün həyətə düşməsini bildirmiş, Albaba, Ali Hussain A mənzildən çıxıb həyətə düşdükdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bunu görüb 4-cü mərtəbəyə düşərək Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-yə örtülü vəziyyətdə olan giriş qapısını açıb içəri daxil olmaq üçün icazə almadan qanunsuz yaşayış sahəsinə girib hər üçü də orada olan Alsaeed, Mohammed Abdulraheem A-nın əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əlləri ilə vuraraq “sağ gicgah nahiyəsində, boyunun sağ yan səthinin yuxarı 1/3-də, boyunun sol yan səthinin aşağı 1/3-də, döş qəfəsinin sol yarısının arxa səthində, sağ mil-bilək oynağı nahiyəsinin ön səthində və sol mil-bilək oynağı nahiyəsinin arxa səthində çoxsaylı sıyrıqlar, eləcədə sağ saidin orta 1/3-nin ön səthində qançır” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A ilə həmin mənzilə gəldikdən sonra onlar Albaba, Ali Hussain A-ya məxsus dəyəri 2000 manat təşkil edən “İphone X” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən “İphone 8” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən, üzərində “S” və “Black Shark” sözləri yazılmış “Xiaomi” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, Alsaeed, Mohammed Abdulraheem A-ya məxsus dəyəri 750 manat təşkil edən “İphone 7” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 500 manat təşkil edən “Huawei” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi və 40 manat dəyəri olan “Azercell” danışıq nömrəsi ilə birgə, dəyəri 35 manat təşkil edən əl baqajı çantasını, dəyəri 10 manat təşkil edən və üzərində «Sport» sözü yazılmış kəmər üstünə taxılan çantasını içindəki həmin dövrün məzənnəsi ilə 0.46 manat təşkil edən 1 Səudiyyə rialı ilə birgə, dəyəri 10 manat təşkil edən pul qabını içindəki ona məxsus 750 manat və dostu Albaba, Ali Hussain A-ya məxsus 750 manat pulu açıq talamış, sonra hərəkətlərini davam edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ilə mənzildə Alsaeed, Mohammed Abdulraheem A-nın yanında qalmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2sə Alsaeed, Mohammed Abdulraheem A-nın adına olan «Bank Albilad» bankının kartındakı pulu çıxarmaq üçün Albaba, Ali Hussain A ilə birlikdə ünvan 5 ünvanında yerləşən bankomata gedib oradan 200 manat pulu çıxarıb həmin məbləği də açıq taladıqdan sonra yenidən mənzilə qayıdaraq Albaba, Ali Hussain A-nın da əllərini yapışqan lentlə bağlayıb mənzildən gedərək zərərçəkmiş şəxs Albaba, Ali Hussain A-ya 4395 manat, zərərçəkmiş şəxs Alsaeed, Mohammed Abdulraheem A-ya isə 2325.46 manat olmaqla, ümumilikdə zərərçəkmişlərə 6720.46 manat xeyli miqdarda maddi ziyan vurub soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 arvadı Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə tanış olduğu Səudiyyə Ərəbistanı vətəndaşları Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-də olub mənzilin şəraiti və onların kifayət qədər maddi imkanlarının olması barədə məlumatlar əldə etdikdən sonra özgənin əmlakını açıq yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs4, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanı qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94 saylı evin 4-cü mərtəbədəki 27 saylı mənzilin yerləşdiyi blokun 5-ci mərtəbəsinə qalxıb orada gözləmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A-nı mənzildən çıxarmaq üçün ona zəng edib həyətdə olduğunu və qarşılaması üçün həyətə düşməsini bildirmiş, Albaba, Ali Hussain A mənzildən çıxıb həyətə düşdükdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bunu görüb 4-cü mərtəbəyə düşərək Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-yə örtülü vəziyyətdə olan giriş qapısını açıb içəri daxil olmaq üçün icazə almadan qanunsuz yaşayış sahəsinə girib hər üçü də orada olan Alsaeed, Mohammed Abdulraheem A-nın əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əlləri ilə vuraraq «sağ gicgah nahiyəsində, boyunun sağ yan səthinin yuxarı 1/3-də, boyunun sol yan səthinin aşağı 1/3-də, döş qəfəsinin sol yarısının arxa səthində, sağ mil-bilək oynağı nahiyəsinin ön səthində və sol mil-bilək oynağı nahiyəsinin arxa səthində çoxsaylı sıyrıqlar, eləcədə sağ saidin orta 1/3-nin ön səthində qançır» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A ilə həmin mənzilə gəldikdən sonra onlar Albaba, Ali Hussain A-ya məxsus dəyəri 2000 manat təşkil edən “İphone X” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən “İphone 8” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən, üzərində “S” və “Black Shark” sözləri yazılmış “Xiaomi” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, Alsaeed, Mohammed Abdulraheem A-ya məxsus dəyəri 750 manat təşkil edən “İphone 7” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 500 manat təşkil edən “Huawei” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi və 40 manat dəyəri olan “Azercell” danışıq nömrəsi ilə birgə, dəyəri 35 manat təşkil edən əl baqajı çantasını, dəyəri 10 manat təşkil edən və üzərində “Sport” sözü yazılmış kəmər üstünə taxılan çantasını içindəki həmin dövrün məzənnəsi ilə 0.46 manat təşkil edən 1 Səudiyyə rialı ilə birgə, dəyəri 10 manat təşkil edən pul qabını içindəki ona məxsus 750 manat və dostu Albaba, Ali Hussain A-ya məxsus 750 manat pulu açıq talamış, sonra hərəkətlərini davam edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ilə mənzildə Alsaeed, Mohammed Abdulraheem A-nın yanında qalmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Alsaeed, Mohammed Abdulraheem A-nın adına olan «Bank Albilad» bankının kartındakı pulu çıxarmaq üçün Albaba, Ali Hussain A ilə birlikdə ünvan 5 ünvanında yerləşən bankomata gedib oradan 200 manat pulu çıxarıb həmin məbləği də açıq taladıqdan sonra yenidən mənzilə qayıdaraq Albaba, Ali Hussain A-nın da əllərini yapışqan lentlə bağlayıb mənzildən gedərək zərərçəkmiş şəxs Albaba, Ali Hussain A-ya 4395 manat, zərərçəkmiş şəxs Alsaeed, Mohammed Abdulraheem A-ya isə 2325.46 manat olmaqla, ümumilikdə zərərçəkmişlərə 6720.46 manat xeyli miqdarda maddi ziyan vurub soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə tanış olduğu Səudiyyə Ərəbistanı vətəndaşları Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-də olub mənzilin şəraiti və onların kifayət qədər maddi imkanlarının olması barədə məlumatlar əldə etdikdən sonra özgənin əmlakını açıq yolla talama məqsədi ilə əri Təqsirləndirilən şəxs2, ərinin dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanı qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94 saylı evin 4-cü mərtəbədəki 27 saylı mənzilin yerləşdiyi blokun 5-ci mərtəbəsinə qalxıb orada gözləmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A-nı mənzildən çıxarmaq üçün ona zəng edib həyətdə olduğunu və qarşılaması üçün həyətə düşməsini bildirmiş, Albaba, Ali Hussain A mənzildən çıxıb həyətə düşdükdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bunu görüb 4-cü mərtəbəyə düşərək Albaba, Ali Hussain A və Alsaeed, Mohammed Abdulraheem A-nın kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94, mənzil 27-yə örtülü vəziyyətdə olan giriş qapısını açıb içəri daxil olmaq üçün icazə almadan qanunsuz yaşayış sahəsinə girib hər üçü də orada olan Alsaeed, Mohammed Abdulraheem A-nın əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zortətbiq edib əlləri ilə vuraraq “sağ gicgah nahiyəsində, boyunun sağ yan səthinin yuxarı 1/3-də, boyunun sol yan səthinin aşağı 1/3də, döş qəfəsinin sol yarısının arxa səthində, sağ mil-bilək oynağı nahiyəsinin ön səthində və sol mil-bilək oynağı nahiyəsinin arxa səthində çoxsaylı sıyrıqlar, eləcədə sağ saidin orta 1/3-nin ön səthində qançır” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs4 isə Albaba, Ali Hussain A ilə həmin mənzilə gəldikdən sonra onlar Albaba, Ali Hussain A-ya məxsus dəyəri 2000 manat təşkil edən «İphone X» markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən “İphone 8” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 800 manat təşkil edən, üzərində “S” və “Black Shark” sözləri yazılmış “Xiaomi” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, Alsaeed, Mohammed Abdulraheem A-ya məxsus dəyəri 750 manat təşkil edən “İphone 7” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi ilə birgə, dəyəri 500 manat təşkil edən “Huawei” markalı mobil telefon aparatını üzərindəki 15 manat dəyəri olan ərəb danışıq nömrəsi və 40 manat dəyəri olan “Azercell” danışıq nömrəsi ilə birgə, dəyəri 35 manat təşkil edən əl baqajı çantasını, dəyəri 10 manat təşkil edən və üzərində “Sport” sözü yazılmış kəmər üstünə taxılan çantasını içindəki həmin dövrün məzənnəsi ilə 0.46 manat təşkil edən 1 Səudiyyə rialı ilə birgə, dəyəri 10 manat təşkil edən pul qabını içindəki ona məxsus 750 manat və dostu Albaba, Ali Hussain A-ya məxsus 750 manat pulu açıq talamış, sonra hərəkətlərini davam edərək Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 ilə mənzildə Alsaeed, Mohammed Abdulraheem A-nın yanında qalmış, Təqsirləndirilən şəxs2və Təqsirləndirilən şəxs3 isə Alsaeed, Mohammed Abdulraheem A-nın adına olan “Bank Albilad” bankının kartındakı pulu çıxarmaq üçün Albaba, Ali Hussain A ilə birlikdə ünvan 5 ünvanında yerləşən bankomata gedib oradan 200 manat pulu çıxarıb həmin məbləği də açıq taladıqdan sonra yenidən mənzilə qayıdaraq Albaba, Ali Hussain A-nın da əllərini yapışqan lentlə bağlayıb mənzildən gedərək zərərçəkmiş şəxs Albaba, Ali Hussain A-ya 4395 manat, zərərçəkmiş şəxs Alsaeed, Mohammed Abdulraheem A-ya isə 2325.46 manat olmaqla, ümumilikdə zərərçəkmişlərə 6720.46 manat xeyli miqdarda maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə klubdan tanıdığı Günay ona vatsapp vasitəsilə mesaj yazaraq 2 nəfər ərəbin Bakı şəhərinə qonaq gəldiklərini və onlarla görüşməyi təklif etmişdir. O, bildirmişdir ki, görüşə bilər, lakin cinsi əlaqədə olmayacaq, yalnız söhbət edib masaj etməklə əyləndirə bilər. Günay onun mobil telefon nömrəsini həmin oğlanlara verdiyindən, vatsapp vasitəsi ilə yazıb öz yerləri barədə bildirdikdən sonra, o həmin gecə onların yaşadığı Səbail rayonu, Ü.Hacıbəyov küçəsindəki mənzilə getmişdir. Əlibaba onu qarşılamış, bir otaqda oturub söhbət edib su içmişlər. Əlibaba ona 250 manat pul da vermişdir. Bir qədər sonra isə dostu Əlsəid onu yüngül həyat tərzi keçirən qadın kimi düşünərək, kobud davranmağa və əxlaqsız hərəkətlər etməyə cəhd etmişdir. O etirazını bildirdikdə, ərəb dilində ünvanına nalayiq ifadələr işlətmiş, o da, bir qədər ərəb dilini bildiyindən cavab qaytarmışdır. Əlibaba dostunun hərəkətlərinə görə hətta üzr istəməyə çalışmışdır. Əlsəid isə bir daha otağa lüt daxil olub öz cinsiyyət orqanı ilə ona qarşı əxlaqsız hərəkətlər etməyə çalışmış, fahişə olduğunu bildirmiş, hətta ayağına bir dəfə təpiklə vurmuşdur. O, çıxıb getmiş, Əlibaba gecə boyu vatsapp vasitəsi ilə ona yazaraq bir gün sonra görüşməyi təklif etmiş, o da onları cəzalandırmaq qərarına gəlmişdir. Bu barədə əri Şamilə bildirmiş və mənzillərinə birlikdə gedib pullarını oğurlamağı demişdir. Şamil razılaşmış və dostları Elşad və Vüqarla birlikdə xx xxxxxx 2019‑cu il tarixdə ərəblərin pullarını ələ keçirmək üçün Səbail rayonu, Ü.Hacıbəyov küçəsindəki evlərin qarşısına gəlmişlər. O, Əlibabaya mesaj yazaraq qarşılamağı bildirmiş, Vuqar, Elşad və Şamil binanın 5-ci mərtəbəsinə qalxaraq gizlənmiş, Əlibaba mənzildən çıxdıqda, mənzilə daxil olub, digər oğlanın əlqolunu yapışqan lentlə bağlamalı və pullarını almalı idilər. Əlibaba onu qarşılamaq üçün həyətə düşmüş, daha sonra, o Əlibaba ilə mənzilə qalxmış və artıq Şamil, Vüqar və Elşad mənzildə olub Əlsəidin əl-qolunu bağlamışdılar, onlar mənzilə daxil olanda Əlibabanın da əl-qolunu bağlamışlar və pulları tələb etmişlər. Əlibaba pulların yerini göstərmiş və Elşad götürmüşdür. Sonra Elşad, Vüqar və Şamil onlara məxsus 5 ədəd mobil telefonları kiçik cib çantasına yığmış, dolabları axtarmış, 2 ədəd bank kartı tapmış, kartlarda pul olub-olmamasını öyrənmək üçün onu, Əlsəidi və Vüqarı orada saxlamış, Şamil, Elşad və Əlibaba isə mənzildən çıxıb bankomata getmiş və kartın birindən 150 manat pul çıxarmışlar. Daha sonra mənzildə həmin 2 nəfər oğlana məxsus turist çantasına əşyaları yığaraq dördü də oradan çıxmışlar. Təqsirləndirilən şəxs4 əməlindən səmimi peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində azyaşlı qızının olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə həyat yoldaşı Aytəkin ona bildirmişdir ki, iki nəfər ərəb onu evlərinə çağırıb təhqir etmiş, nəlayiq təkliflər etmişlər. Aytəkindən hadisənin təfsilatını öyrənmək üçün kirayədə qaldıqları Xırdalan şəhərinə gedəndə 20 Yanvar dairəsində dostları Elşad və Vüqarı görüb baş verənləri danışmış, Elşad və Vüqar da onun dərdinə şərik olaraq həmin ərəblərdən qisas almaq qərarına gəlmiş, bir yerdə kirayədə qaldığı evə gəlmişlər və Aytəkin başına gələnlər barədə danışmışdır. Razılaşmışlar ki, həmin ərəbləri cəzalandırmaq lazımdır və qərara gəlmişlər ki, Aytəkin zəng edib Albaba ilə görüşməyə razılaşsın, Albaba Aytəkini evlərinə aparmaq üçün qarşılayanda o, Elşad və Vüqar mənzillərinə girib, evdə qalan ərəbi yapışqan lentlə bağlasınlar, ikincisi Aytəkinlə gələndə onu da tutub yapışqan lentlə bağlasınlar və cəzalandırsınlar. Özləri ilə bir sarğı yapışqan lent götürüb saat 23 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olan binanın qarşısına gəlmişlər, Aytəkin ərəbin mobil nömrəsinə zəng edib bildirmişdir ki, gəlibdir, düşüb qarşılasın, o, Vüqar və Elşad isə 5-ci mərtəbəyə qalxıb gözləmiş, 4-cü mərtəbədə qapı açılıb bir nəfər kişi aşağı düşəndə isə 4-cü mərtəbəyə düşüb mənzilin açıq olan qapısını açaraq içəri girmiş və ərəbə polis olduqlarını bildirib tutub qollarını yapışqan lentlə bağlayaraq gözləmişlər ki, ikinci yoldaşı gəlsin. 5 dəqiqə sonra Aytəkinlə ikinci ərəb gəlmiş, həmin ərəbin də qollarını yapışqan lentlə bağlamışlar, orada Aytəkinin sifətinə o bir neçə sillə vurmuşdur ki, inansınlar ki, Aytəkin onlarla deyil, otaqdakı masanın üzərində 05 ədəd mobil telefonlar var idi, fikirləşmişlər ki, həmin telefonlarda proqramlar ola bilər ki, onların səsini yazarlar, fotoşəkillərini çəkərlər, ona görə də mobil telefonları, yəni 03 ədəd “İphone”, 01 ədəd “Xsiomi”, 01 ədəd “Huaevei” markalı telefonları götürmüşlər. Sonra pul istəmişlər və ərəblər pul kisəsini göstərdiyindən Elşad gedib pul kisəsini götürüb içərisində olan pulları çıxarıb saymış, orada 1300 manat olmuşdur, götürmüşdür. Otaqda olan 2 ədəd dolabları axtarmışlar, qara qalın parçadan olan “əl baqajı” çantasını da götürmüşlər, iki ədəd bank kartlarını da tapmışlar və kartlarda pul olub-olmamasını, varsa götürmək üçün o və Elşad Albabanı götürüb bankomata getmişlər, Aytəkin və Vüqar isə ikinci ərəblə mənzildə qalmışlar. Albaba kartın birini bankomata salıb oradan 150 manat çıxarıb ona vermiş, ikinci kartı bankomata salsa da pul olmamış, kartları Albaba özü ilə götürmüş, oradan mənzilə qayıtmışlar, sonra ərəblərin ikisini də qolları yapışqan lentlə bağlı vəziyyətdə saxlamışlar ki, polisə xəbər verməsinlər və mənzildən çıxmışlar. 1450 manat pulun 400 manatını Elşada, 400 manatını Vüqara vermiş, qalan 650 manat pul isə onda qalmışdır, “İphone 7”, “İphone 8” və “Huavei” markalı mobil telefonlar onda qalmış, Vüqara bir ədəd, Elşada da bir ədəd mobil telefon vermişdir, “əl baqajı” və pul kisəsi də onda qalmışdır. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə 20 Yanvar dairəsində olan vaxt Vüqarla görüşüb söhbət edərkən Şamili görmüşlər, Şamil pərişan vəziyyətdə idi və demişdir ki, 2 nəfər ərəb onun həyat yoldaşını təhqir etmişlər, təcavüz etmək istəmişlər. O və Vüqar bunu pis hərəkət kimi bilib kömək etmək istəmişlər və Şamillə bir yerdə kirayənişin qaldığı Xırdalan şəhərinə getmişlər. Şamilin arvadı Aytəkin hadisə barədə onlara məlumat vermiş, razılaşmışlar ki, ərəbləri cəzalandırsınlar. Həmin gün saat 23 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olan binanın qarşısına gəlib Aytəkin ərəbin mobil nömrəsinə zəng edərək qarşılamağı bildirmiş, Şamil, o və Vüqar 5-ci mərtəbəyə qalxıb gözləmiş, 4-cü mərtəbəki qapı açılıb bir nəfər kişi aşağı düşəndə onlar 4-cü mərtəbəyə düşmüş və mənzilin açıq olan qapısını açıb içəri girərək polis olduqlarını deyib ərəbin qollarını yapışqan lentlə bağlamışlar. 5 dəqiqə sonra Aytəkinlə ikinci ərəb gəlmiş, həmin ərəbin də qollarını yapışqan lentlə bağlamış, qonaq otağındakı masanın üzərində 05 ədəd mobil telefonlar olmuş, fikirləşmişlər ki, telefonlarda proqramlar ola bilər ki, səsini yazarlar, şəkil çəkər, buna görə də 05 ədəd mobil telefonları, yəni 03 ədəd “İphone”, 01 ədədi “Xsiomi”, 01 ədədi “Huaevei” telefonlarını götürmüşlər. Sonra ərəblərdən pul istəmişlər və ərəblər pul kisəsini göstərəndə, o pul kisəsini götürüb içərisində olan pulları saymış, 1300 manat pul olmuş, pulları sayıb pul kisəsinə qoyaraq Şamil götürmüş, dolabları axtarmış, “əl baqajı” çantasını da özləri ilə götürmüş, iki ədəd bank kartlarını da tapmışlar, Şamil və o ərəbin birini götürüb bankomata getmiş, Aytəkin və Vüqar isə ikinci ərəblə mənzildə qalmışlar. Ərəb kartın birini bankomata salıb oradan 150 manat çıxarıb Şamilə vermiş, ikinci kartda pul olmamışdır, kartları ərəb özü ilə götürmüş, oradan mənzilə qayıtmışlar, sonra ərəblərin ikisini də qolları yapışqan lentlə bağlı saxlayıb mənzildən çıxmışlar. 1450 manat pulun 400 manatını Şamil ona, 400 manatını Vüqara vermiş, qalan pullar özündə qalmış, “İphone 7”, “İphone 8” və “Huaevei” markalı telefonlar da Şamildə qalmış, ona “Xsiomi” markalı telefonu vermişdir ki, həmin telefonu tutulmazdan bir gün əvvəl Şamilə qaytarmışdır. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019‑cu il tarixdə dostu Şamil ona və Elşada söyləmişdir ki, ərəb onun arvadı Aytəkini təhqir etmişdir və onlardan xahiş etmişdir ki, birlikdə gedib aydınlıq gətirsinlər. Dostluq münasibətlərini nəzərə alıb Şamillə razılaşmışlar və Abşeron rayonu, Xırdalan şəhərindəki evlərinə gedib Aytəkin baş verənləri danışmışdır. Həmin gün saat 23 radələrində o, Elşad, Şamil və Aytəkin ərəblərin yaşadıqları Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki binanın qarşısına gəlmiş, o, Elşad və Şamil 5-ci mərtəbəyə qalxmış, Aytəkin isə ərəblə danışıb qarşılamağı demişdir. 5-ci mərtəbədə gözləyərkən, 4-cü mərtəbədə qapının açılma səsini eşitmişlər və bir nəfər şəxs aşağı düşəndə onlar 4-cü mərtəbəyə enib örtülü vəziyyətdə olan qapını açaraq mənzilə daxil olmuşlar. Ərəb qonaq otağında olmuşdur. O, mənzilin qapısını içəridən bağlamaq üçün qapıya tərəf getmiş, qayıdanda ərəbin əllərinin və ağızının yapışqan lentlə bağlı olduğunu görmüşdür. Ərəb müqavimət göstərib qaçmaq istəyəndə, Şamil, Elşad və o həmin ərəbi tutmaq üçün əlləri ilə yüngül vurmuş və yenidən yapışqan lentlə bağlamışlar. Sonra mənzilə Aytəkin və digər ərəb gəlmiş, Şamil ərəblərə “mani-mani” deyərək pul istəmiş, o mətbəxə keçmiş, qayıdanda masada 1350 manat pul olduğunu görmüşdür. Pulu Şamil götürüb cibinə qoymuş, Şamil Elşad və ərəblərdən biri mənzildən çıxıb bankomata getmiş, o və Aytəkin isə əlləri yapışqan lentlə bağlı ərəbin yanında qalmışlar. Bir neçə dəqiqə sonra Şamilgil qayıtmış və kartdan 150 manat pul çıxardıqlarını bildirmişlər. Şamil onlara demişdir ki, ərəblərə məxsus mobil telefonarı bir yerə yığsınlar, Elşad 5 ədəd mobil telefonu yığaraq dolabın üzərinə qoymuş, o isə həmin mobil telefonların yaddaşını silərək içərisində olan simkartları çıxarmış, telefonları da Şamil özü ilə götürüb çantanın içərisinə yığmışdır. Daha sonra hər iki ərəbin əllərini bağlayıb mənzili tərk edib getmişlər. Ona 400 manat pul çatmışdır, mobil telefonlar isə çantaya yığılmışdır, hərəsinə bir telefon götürməyi nəzərdə tutmuşdurlar. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayəti törətməkdə təqsirləri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Albaba, AliHussain A-nın ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu ildə dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhərinə istirahət məqsədi ilə gəlmiş və Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 94, mənzil 27 ünvanında kirayənişin qalırdılar.Sonra dükandan öz adına dostu Alsaeedin 40 manat puluna Azercell nömrəsini almış və nömrəni Alsaeed “Huawei” markalı mobil telefonda işlətmişdir, həmin telefondakı ərəb nömrəsini isə telefonun içində saxlamışdır. İnternetdə bir nəfər qadın tapıb zəng edərək görüşməyi təklif etmişlər, qadın, yəni Aytəkin evlərinin yaxınlığına gəlmiş, görüşüb evə gətirmişlər. Aytəkinə gəldiyinə görə 200 manat pul vermişlər. Danışmışlar ki, səhərisi günü görüşərlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində Aytəkin ona “watsapp”a zəng edib gəldiyini, qarşılamağı bildirmiş, o da evdən çıxıb qapını örtsə də qıfılla bağlamamışdır. 5 dəqiqədən sonra Aytəkini qarşılayıb mənzilə qalxmışlar. İçəri girəndə görmüşdür ki, 3 nəfər, adlarını sonra öyrəndiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun dostu Alsaeedin qollarını yapışqan lentlə bağlayıb əllə döyürlər. “Mani-mani” dediklərindən başa düşmüşdür ki, pul istəyirlər, stolun üstündə olan ona məxsus “İphone X”, “İphone 8” və “Xiaomi” markalı, dostu Alsaeedə məxsus “İphone 7” və “Huawei” markalı mobil telefonları götürmüşlər. Bütün 5 mobil telefonda nömrələr olmuşdur, yəni 5 ədəd ərəb nömrəsi və bir ədəd Azersel nömrəsi. Ona məxsus “İphone X” mobil telefonunda 15 manatlıq nömrə, “İphone 8”-də 15 manatlıq nömrə, “Xiaomi”-də 15 manatlıq nömrə olmuşdur. Dostum Alsaeedə məxsus “İphone 7”-də 15 manatlıq nömrə, “Huawei”-də 15 manatlıq ərəb nömrəsi və 40 manatlıq Azersel nömrəsi olmuşdur. Sonra otaqdakı dolabda saxladıqları dostu Alsaeedə məxsus və dəyəri 10 manat olan pul qabındakı 1500 manat pullarını pul qabı ilə birlikdə götürmüşlər, pulun 750 manatı onun, 750 manatı isə dostu Alsaeedin olmuşdur. Sonra həmin şəxslər evi axtarıb Alsaeedə məxsus dəyəri 35 manat olan əl baqajı çantasını, «Bank Albilad» bankına aid kartı götürmüşlər və kartda pul olduğunu bilib dostu Alsaeedin qollarını və ağzını yapışqan lentlə bağlayıb bir nəfər yoldaşlarını və Aytəkini evdə saxlayıb ikisi onunla birlikdə yaxınlıqda olan bankomata getmiş, kartdan 200 manat çıxarıb götürmüş, bank kartını qaytarıb evə qayıtmışlar. Onun da qollarını və ağzını yapışqan lentlə bağlayıb çıxıb getmişlər. Ona məxsus “İphone X” telefonunun qiyməti 2000 manat, “İphone 8” və “Xiaomi” markalı telefonların ayrılıqda hər birinin qiyməti 800 manatdır. Kartdakı 200 manat dostu Alsaeedin olmuşdur. Zərərçəkmiş şəxs Albaba, AliHussainA məhkəməyə ünvanladığı ərizələrində təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini və onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat qismində zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında elan olunmuş Səudiyyə Ərəbistanı vətəndaşı Alsaeed, Mohammed Abdulraheem A-nın ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs qismində dindirilmiş Albaba, Ali Hussain A-nın göstərdiklərini tam təsdiq edir, əlavə olaraq bildirmişdir ki, ona məxsus “İphone 7”-də 15 manatlıq ərəb nömrəsi, “Huawei”-də 15 manatlıq ərəb nömrəsi və 40 manatlıq Azersel nömrəsi olmuşdur. Otaqda olan dolabda saxladıqları ona məxsus və dəyəri 10 manat olan pul qabını içindəki 1500 manat pulla birgə götürmüşlər, pulun 750 manatı onun, 750 manatı isə dostu Albabanın olmuşdur. Sonra onun dəyəri 35 manat olan qara rəngli əl baqajı çantasını götürmüşlər. “Bank Albilad” kartı ona məxsus idi, kartdan 200 manat pul götürmüşlər. Ona məxsus “İ Phone 7” markalı telefonun dəyəri 750 manat, “HUAVEİ” markalı telefonun dəyəri isə 500 manat olmuşdur. Həmçinin ona məxsus üzərində “Sport” yazısı olan 10 manat dəyərində kəmər üstü çantasını da götürmüşlər. Zərərçəkmiş şəxs Alsaeed, Mohammed Abdulraheem A məhkəməyə ünvanladığı ərizələrində təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini və onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı avtomobillə “04-04” taksi şirkətində taksilik edir. xx xxxxxx 2019-cu il tarixdə, saat 03-ə qalmış şirkətdən sifariş verilmişdir ki, Xaqani küçəsi 90 ünvanında taksi sifariş edənlər var, ora gedib 1 nəfər qadın, 3 nəfər kişini maşına mindimiş, “Nərimanov” metrosu üstündəki parkın yanında düşürmüşdür. Daha sonra onu Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər və ona məlum olmuşdur ki, həmin şəxslər onun maşınına minməzdən əvvəl Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı soyğunçuluq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Montin qəsəbəsi, “Araz Market”lə üzbəüz olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsindəki “Avto Rent a Car” şirkətindəişləyir. 2019-cu ilin avqust ayının əvvəllərində, gecə saat 02:00-03:00 radələrində ona zəng gəlmiş, bir nəfər şəxs icarəyə maşın istəmiş, 4 nəfər şəxs, onlardan 3 nəfər oğlan və bir nəfər qız onun iş yerinə gəlmiş, 4-5 günlük maşın istəmiş və “KİA OPTİMA” markalı maşını bəyənmişlər, gündəlik icarə pulunu 110 manata razılaşdırmışlar. Həmin şəxslər pullarının olmadığını, pul əvəzində ona “İ Phone 8” markalı mobil telefon verə biləcəklərini bildirmişlər. 4 gün maşın onlarda qalması şərti ilə, mobil telefonu alıb maşını vermişdir. 3 gün sonra maşında quraşdırılmış GPRS sistemindən məlumat gəlmişdir ki, avtomobil Səbail RPİ-si 39‑cu PB-si qarşısındadır, ora gedəndə bilmişdir ki, həmin 4 nəfər şəxs ərəb vətəndaşlarının pullarını ələ keçirmişlər. Bir neçə gün sonra “İ Phone 8” markalı mobil telefonu tanışına 500 manat pula satmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 447 saylı rəyinə əsasən Səudiyyə Ərəbistanı vətəndaşı Alsaeed, Mohammed Abdulraheem A-nın tibbi müayinəsi zamanı bədənində “sağ gicgah nahiyəsində, boyunun sağ yan səthinin yuxarı 1/3-də, boyunun sol yan səthinin aşağı 1/3-də, döş qəfəsinin sol yarısının arxa səthində, sağ mil-bilək oynağı nahiyəsinin ön səthində və sol mil-bilək oynağı nahiyəsinin arxa səthində çoxsaylı sıyrıqlar, eləcədə sağ saidin orta 1/3-nin ön səthində qançır” kimi küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilən, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri aşkar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkum edilməmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində bir az yaşlı - xx xxxxxx 2015-ci il təvəllüdlü X2 adlı uşağı var. İş materiallarında olan Bkı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 392 saylı xasiyyətnamədə qeyd edilir ki, Təqsirləndirilən şəxs4 barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməl üzrə özlərini təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar törətdikləri cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs3 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07avqust 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü, 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ibtidai istintaq zamanı cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini və məhkəmə istintaqı zamanı isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12ci, 59.1.13‑cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı uşağın olmasını, verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini və əməlindən səmimi peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, himayəsində azyaşlı uşağın olmasını, usağın on dörd yaşına çatmamasını və onu təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi uşağı xx xxxxxx 2015-ci il təvəllüdlü X2 on dörd yaşına çatanadək təxirə salınmalı, barəsində seçilmiş “polisinnəzarətialtınavermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda nəzərə alınmışdır ki, Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx xxxxxx 2019-cuil tarixdə 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd kiçik ölçülü, üzərində “sport” sözləri yazılmış bel çantası, 1 ədəd “Huawei”, 1 ədəd üzərində “S” və “BlackShark” sözləri yazılmış “Xiaomi”, 1 ədəd “İPhone 7” və 1 ədəd “İPhoneX” markalı mobil telefonlar, 1 ədəd üzərində “onereal” sözləri yazılmış pul əskinazı və bir ədəd əl baqajı çantasının qəbzlə zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, cinayətin törədilməsində alət kimi istifadə edilmiş Bakı şəhər BPİ-nin Təchizat şöbəsində saxlanılan 1 ədəd yapışqan lent məhv edilməli, iş üzrə depozitdə saxlanılan Təqsirləndirilən şəxs1 anasının zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi üçün istintaqa təqdim etdiyi 600 manat pul zərərçəkmiş şəxslər Alsaeed, Mohammed Abdulraheem A və Albaba, Ali Hussain A qaytarılmalıdır. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərinməhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cuil tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cuil tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07avqust 2019-cuil tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cuil tarixdə 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 uşağı xx xxxxxx 2015-ci il təvəllüdlü X2 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanın icraya yönəldilən gündən hesablansın. Hökmün icrasına bu hissədə nəzarət Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 üzərinə onun davranışına nəzarəti həyata keçirən Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə depozitdə saxlanılan Təqsirləndirilən şəxs1 anasının zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi üçün istintaqa təqdim etdiyi 600 manat pul zərərçəkmiş şəxslər Alsaeed, Mohammed Abdulraheem A və Albaba, Ali Hussain A qaytarılsın. Hökmün bu hissədə icrası Səbail Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kiçik ölçülü, üzərində“sport” sözləri yazılmış bel çantası, 1 ədəd “Huawei”, 1 ədəd üzərində “S” və “Black Shark” sözləri yazılmış “Xiaomi”, 1 ədəd “İPhone 7” və 1 ədəd “İPhoneX” markalı mobil telefonlar, 1 ədəd üzərində “onereal” sözləri yazılmış pul əskinazı və bir ədəd əl baqajı çantasının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə Bakı şəhər BPİ-nin Təchizat şöbəsində saxlanılan cinayətin törədilməsində alət kimi istifadə edilmiş 1 ədəd yapışqan lent məhv edilsin. Hökmün bu hissədə icrası Səbail Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 504 (beş yüz dörd) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 570 (beş yüz yetmiş) manat, Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 504 (beş yüz dörd) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 504 (beş yüz dörd) manat pul tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat, X5 tərəfindən təqsirləndirilən şəxs AbdullayevŞamilFamiloğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutulub, “xxxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar