Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-34/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X14 və X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X6 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, olaylar.az xəbər saytının inzibatçısı X14 və həmin saytın təşkilatçısı X5 (yalan olduğunu bilə-bilə X7 və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi informasiya ehtiyatında yaymaqla ona və ailəsinə böhtan (habelə ağır cinayətdə ittiham etməklə böhtan) atmış, həmçinin kütləvi informasiya vasitəsində və kütləvi informasiya ehtiyatında yaymaqla onun və ailəsinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, yəni ona və ailə üzvlərinə rüşvət vermək, qaçaqmalçılıq və s. cinayətləri törətməkdə böhtan atmış, habelə bizi erməni əsilli olmaqla, haram yollarla milyonlara sahib olmaqla, yüngül həyat tərzi keçirməklə və s. bu kimi nalayiq ifadələrlə təhqir etmişdir. Həmin cinayət əməlinin faktiki və hüquqi halları ondan ibarətdir ki, xx xxxxxx 2019cu il tarixdə saat 20.34-dən etibarən Olaylar.az internet xəbər saytında “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər!-sərt reaksiya” başlıqlı xəbər-yazı yayımlanmış və yazıda qeyd olunanlar ona və ailə üzvlərinə ünvanlanmış böhtan və təhqirlərdən ibarət olmuşdur. Belə ki, həmin yazının əvvəlində göstərilmişdir: Bakı- Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində X13 idarə etdiyi “Silverado” minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü X8 vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. ..., sürücü saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb. İddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov saxlanılsa da, o, külli müqdarda rüşvət verib, Qarabağ qazisinin qanını pulla “yumağa” çalışır... Necə ola bilər ki, külli miqdarda vəsait verərək dinc şəraitdə hərbi xidmət keçməkdən boyun qaçıran M.Bəşirov kimi imkanlı ailənin rəzil övladı XXİ əsrdə, günün günorta çağında ərazilərin bütövlüyü uğrunda canını, qanını sipər etmiş qazinin qanını pulla yumağa çalışsın?!... Həmin yazının digər hissəsində qeyd olunmuşdur: Yuxarıda Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçmədiyini söylədik. Bəli, düz oxudunuz, bu adam heç vaxt hərbi xidmət keçməyib. Biz ..., M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox mübhəm, müdhiş məlumatlar əldə etdik. Həmin yazının digər hissəsində mənim barəmdə ... o qatilin həbsinə nail olmaq mümkün olacaq., ifadəsi qeyd olunmuşdur. Məlumatlarda qeyd olunmuşdur ki,... A.Məmmədovu qətl edən M.Bəşirov rüşvət və korrupsiya yolu ilə özünü hərbi xidmətdən saxladıb. O, haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bir şəxsdir. Vedidən olan M.Bəşirov və atası X10 (red - yəni erməni əsilli) xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər. Onlar bir neçə dəfə cinayət törətsələr də, sonda sudan “quru ” çıxmağı bacarıblar. Çox keçməz ki, son hadisə ilə bağlı da “bəraət ” alarlar. Daha sonra məlumatları yayan şəxslər, yazıda Mirzə Bəşirovun anasının adına bankda yarım milyon pul vəsaitinin yatırıldığını bildirmiş, onların Sumqayıtdakı villada müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələr qazandığını bir Allah bilir. M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul “atıb ” və buna görə, nişanı qayıdıb ifadələrini, M.Bəşirovun bacısı qarnında uşaq olduğunu bəhanə edərək sırındığı adamı atası ilə birləşib “soyublar ”. Həmin oğlanın evini satdıraraq təzəsini öz adına alıb, onu da əlindən alıb, sonra da o oğlanı həbs etdiriblər. Bir sözlə onlar ailə deyil bir mafıoz qruplaşmadır və s. - bu kimi böhtan və təhqirdən ibarət ifadələr işlətmişdir. Daha sonra məlumatları yayan şəxslər, onlarla iş görən adamların həbsə alındıqlarından, Mirzə Bəşirovun atası İlqar Bəşirovun isə Türkiyəyə qaçaraq məsuliyyətdən kənarda qalmağını və rüşvər verərək işi bağlatdırmağı kimi yalan, böhtan xarakterli məlumatlar yazmışdır. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X14 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13, onun nümayəndələri Nümayəndə1 və Nümayəndə2 şikayət ərizəsinin məzmununa uyğun izahatlar verərək, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul olunmasını və X9, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 və onun müdafiəçisi Müdafiəçi şikayətin əsassız olması səbəbindən icraata qəbul olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 ifadəsində bildirmişdir ki, o, xx.xx.2006-cı il tarixdən “Olaylar.az” internet saytının təşkilatçısı “X3” MMC-də direktor müavini vəzifəsində işləyir. İşlədiyi müddətdə “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər-sərt reaksiya” başlıqlı yazı hazırlamamış və belə yazını “Olaylar.az” internet saytında müəllif kimi dərc etməmişdir. Həmin başlıqlı yazının hansı mənbədən əldə edilməsində onda heç bir məlumat yoxdur. Xüsusi ittiham qaydasında şikayətdə X1 xx.xx.2020-ci il tarixli 228 nömrəli mütəxəssis rəyinə xüsusilə istinad olunur. “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər-sərt reaksiya” başlıqlı yazısının tərəfindən hazırlanaraq internet saytında yerləşdirilməsinə dair heç bir mötəbər sübut yoxdur. Belə sübut olmadığı halda, həmin mütəxəssis rəyi də əhəmiyyətini itirir. Mütəxəssis rəyində ekspertiza qarşısında qoyulmuş sual belədir: “xx.xx.2019-cu il tarixdə “Aqreqator.az” saytında dərc edilmiş “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər” məqaləsində yazılan ifadələrin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148ci maddələrində nəzərdə tutulan təhqir və böhtan xarakterli ifadələr olub-olmaması müəyyən edilsin”. Şikayətçi özü məqalənin “Olaylar.az” internet saytında deyil, “Aqreqator.az” saytında dərc edilməsini dolayısı ilə təsdiq etmiş olur. Sözügedən yazı “Aqreqator.az” saytı da daxil olmaqla təxminən 25 sayt tərəfindən dərc edilmişdir. Tərəfindən həmin saytlardan çıxarışlar rəsmi şəkildə məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışlardan da görünür ki, yazı müxtəlif saytlarda dərc olunmuş, hətta həmin yazıların bəzilərində istinad olunan mənbə kimi başqa saytlar göstərilir. Belə olan halda, xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 məhz hansı səbəbdən onun və Yunis Oğuzun barəsində xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etməsi maraq doğurur. Xüsusi ittiham qaydasında şikayətdə, həmçinin sözügedən yazının “Aqreqator.az” saytında da yayımlandığı, X7 xx xxx 2020-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət ərizəsilə Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyi və “Aqreqator.az” saytının inzibatçısı Kazımov Ərəstun Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin xahiş olunduğu, “Aqreqator.az” saytının təmsilçilərinin həmin yazının mənbə kimi “Olaylar.az” saytından götürüldüyünə istinad olunur. Bununla da, şikayətçi bu halın preyudisial əhəmiyyətli hal kimi nəzərə alınmalı olduğunu bildirir. Hesab edir ki, “Aqreqator.az” saytının təmsilçisinin qeyd olunan yazının məhz “Olaylar.az” saytından götürülməsini bildirməsi, yazının məhz onun tərəfindən “Olaylar.az” saytında dərc edilməsi anlamına gəlməməlidir. “Olaylar.az” xəbər saytının inzibatçısı X14 və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X11 şikayətin əsassız olması səbəbindən icraata qəbul olunmamasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, həmin qərar ilə xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayəti buna hüquq olmayan şəxslər tərəfindən verildiyi üçün icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1 (001)- 271/2020 saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət verən şəxs X13 şikayətindən imtina etdiyindən Kazımov Ərəstun Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xx xxx 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, hərəkətlərindən şikayət edilən X9 və X2 əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət X13 barəsində yayılan məlumatların bilavasitə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yerləşdirildiyini sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X7 X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Göründüyü kimi şikayət ərizəsində göstərilmiş xüsusatlar əsassızdır və sübuta yetirilmir. Bu səbəbdən X7 X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmü qəbul edilməsi”nə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-34/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-34/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver