Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-34/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi dalan 2, ev 5 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş inzibati rayonlarının ərazilərində bir ədəd daşınar stasionar mətbəxin qurulmaqla 15 iyun 2021-ci il tarixdə stasionar mətbəxin hazır olunacağını, hazır olduqdan sonra stasionar mətbəxə görə icarə haqqı olaraq 12 ay müddətinə hər ay 4000 ABŞ dolları olmaqla ümumilikdə 48000 ABŞ dollar ödəniləcəyini, həmin ərazilərdə istifadə olunacaq “Komatsu D65” markalı traktorların yararlı olmalarına dair rəyləri və uyğunluq sertfikatını Türkiyə Respublikasına məxsus şirkətlərdən alacağına dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs daşınar stasionar mətbəxin qurulmasına görə 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 10 saylı ünvanda 7.000 (yeddi min) manat, texniki vasitələrin yararlı olmalarına görə rəy alınmasından ötrü 10 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 7B saylı binanın qarşısında 5.000 (beş min) manat və yenidən daşınar stasionar mətbəxin qurulmasına görə 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 7B saylı binanın qarşısında 10.000 (on min) manatı alıb, vermiş olduğu vədə əməl etməyərək ümumilikdə 22000 (iyirmi iki min) manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayından ortaq tanışları vasitəsi ilə tanımış və münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs fərdi sahibkarlıqla məşğul olduğunu bilmiş və ona birlikdə iş görməyi təklif etmişdir. Belə ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş inzibati rayonlarının ərazilərində bir ədəd daşınar stasionar mətbəxin qurulmaqla 15 iyun 2021-ci il tarixdə stasionar mətbəxin hazır olunacağını, hazır olduqdan sonra stasionar mətbəxə görə icarə haqqı olaraq 12 ay müddətinə hər ay 4000 ABŞ dollar olmaqla ümumilikdə 48000 ABŞ dollar ödəniləcəyini, həmin ərazilərdə istifadə olunacaq “Komatsu D65” markalı traktorların yararlı olmalarına dair rəyləri və uyğunluq sertfikatını Türkiyə Respublikasına məxsus şirkətlərdən alacağını bildirmişdir. Bu adla Zərərçəkmiş şəxs daşınar stasionar mətbəxin qurulmasına görə 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 10 saylı ünvanda 7000 manat, texniki vasitələrin yararlı olmalarına görə rəy alınmasından ötrü 10 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 7B saylı binanın qarşısında 5000 manat və yenidən daşınar stasionar mətbəxin qurulmasına görə 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 7B saylı binanın qarşısında 10000 manat pul vəsaiti olmaqla ümumilikdə 22000 manat almışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmişdir. O məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin olmamasını, həmçinin dəymiş ziyanın 25%, yəni 5500 manat dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən dekabr ayından tanıyır. 2021-ci ilin aprel ayında o, tanışları ilə birlikdə Bakı şəhərində kafelərin birində əyləşdiyi zaman Xalid gəlib onlarla birlikdə əyləşmişdir. Bundan sonra Xalidlə onun arasında münasibət yaranmış və bundan sonra da o bir neçə dəfə Xalidlə kafedə əyləşib söhbət etmişdir. Söhbət əsnasında Xalid onun fərdi sahibkarlıqla məşğul olduğunu öyrənmiş və birlikdə iş görməyi təklif etmişdir. Xalid işğaldan azad olunan ərazilərdə bir ədəd daşınar stasionar mətbəx qurulmasını, 15 iyun 2021-ci il tarixdə stasionar mətbəxin hazır olunacağını, tam hazır olduqdan sonra həmin stasionar mətbəxin icarə haqqı olaraq 12 ay müddətinə hər ay mənə 4000 ABŞ dollar pul ödəniləcəyini vəd vermişdir. Xalid bu məqsədlə onun da pul vəsaiti qoymağını, lakin işin öz tərəfindən icra olunacağını ona demişdir. O, Xalid ilə razılaşdıqdan sonra 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində Xalidə 7000 manat pul vermişdir. Bundan sonra Xalid işğaldan azad olunmuş ərazilərdə istifadə olunması üçün texnikaların işlənməsinə yararlı olmasına türk şirkətinin rəy verməsi 5000 manat pul lazım olduğunu bildirdiyi üçün 10 may 2021-ci il tarixdə o, Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 7D saylı binanın yaxınlığında tanışı Şahid yanında Xalidə 5000 manat vermişdir. Sonuncu dəfə o, 20 may 2021-ci il tarixdə Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 7D saylı binanın yaxınlığında yenə də tanışı Şahid yanında Xalidə 10000 manat vermişdir. Beləliklə Xalidin vəd verdiyi kimi daşınar stasionar mətbəxin hazırlanmasından ötrü o, Xalidə 17000 manat, işğaldan azad olunmuş ərazilərdə istifadə olunması üçün texnikaların işlənməsinə yararlı olmasına türk şirkətinin rəy verməsi üçün Xalidə 5000 manat pul verməklə Xalidə ümumilikdə 22000 manat vermişdir. Lakin sonradan Xalid vədinə əməl etməmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmyerlisi olduğundan uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən aprel ayından tanıyır. Belə ki, o, tanışı Anarla birlikdə Bakı şəhərində yerləşən kafelərin birində əyləşdiyi zaman Xalid də onun əyləşdiyi kafeyə gəlib orada əyləşmişdir. Söhbət əsnasında Xalid Anarın fərdi sahibkarlıqla məşğul olduğu barədə məlumatı olduğunu bildiyindən Anar ilə birlikdə iş görməyi Anara təklif etmişdir. Belə ki, Xalid işğaldan azad olunan ərazilərdə bir ədəd daşınar stasionar mətbəx qurulmasını, 15 iyun 2021-ci il tarixdə stasionar mətbəxin hazır olunacağını, tam hazır olduqdan sonra həmin stasionar mətbəxin icarə haqqı olaraq 12 ay müddətinə hər ay Anara 4000 ABŞ dollar ödəniləcəyini vəd vermişdir. Xalid bu məqsədlə Anara pul vəsaiti qoymasını, lakin işin özü tərəfindən icra olunacağını Anara demişdir. 28 aprel 2021-ci il tarixdə Anar həmin məqsədlə Xalidə 7000 manat pul verdiyini ona bildirmişdir. 10 may 2021-ci il tarixdə Xalidin işğaldan azad olunmuş ərazilərdə istifadə olunması üçün texnikaların işlənməsinin yararlı olmasına görə türk şirkətinin rəy verilməsi üçün Anar onun yanında Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 7D saylı binanın yaxınlığında Xalidə 5000 manat pul vermişdir. 20 may 2021-ci il tarixdə o, Anar ona Xalid ilə görüşməyə birlikdə getməyi təklif etdikdə o, da Anar ilə birlikdə Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 7D saylı binanın yaxınlığında Xalid ilə görüşmüşlər. Orada Anar onun yanında Xalidin işğaldan azad olunan ərazilərdə bir ədəd daşınar stasionar mətbəx qurulması üçün Xalidə 10000 manat vermişdir. Anar Xalidə ümumilikdə 22000 (manat pul vermişdir. Anarın ona dediyinə görə Xalid Anara cəmi 700 manat pul qaytarmış, lakin qalan 21.300 manat pulu qaytarmamışdır. 18 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edərək 22000 manat pulunu ələ keçirilməsinə dair müraciəti və həmin müraciət əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. 21 oktyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. 23 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 23 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 23 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-34/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-5815 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışmışdır, bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan "xxxx" ASC-nin 07 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (22.000 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 5500 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxs, şahidin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 22000 manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 5500 manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 402 (dörd yüz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-34/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-34/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver