Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-34/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunu X6 memar vəzifəsinə işə qəbul etdirəcəyinə yalandan vəd verib inandıraraq 19 may 2022-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 15 saylı binasının qarşısında Zərərçəkmiş şəxs 7.500 manat nəğd pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş və şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayında onun maddi imkanı çətin olduğu üçün Sənandan borc istəmiş və həmin gün Sənanla yaşadığı ünvan 3 ünvanında görüşüb Sənandan 7.500 (yeddi min beş yüz) manat borc pul almışdır. Sonradan onun maddi vəziyyətinin çətin olması ilə əlaqədar o, Sənandan aldığı 7.500 manat pulu qaytara bilməmişdir. Sənan sonradan ona bildirmişdir ki, ondan polisə şikayət edib. O, Sənandan 7.500 manat borc pul almış, aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Sənandan 7.500 manat pulu borca almış, işə qəbul etdirəcəyini söz verməmişdir. Təqsirləndirilən şəxs eyni zamanda törətdiyi əməldən səmimi peşman olmasının, cinayəti ağır maddi və ailə vəziyyəti ilə əlaqədar törətməsinin, zərərçəkmiş şəxsə vurulmuş zərərin onun tərəfindən tam ödənilməsinin və sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasının, himayəsində iki azyaşlı uşağının olmasının, anadan gəlmə Hemofiliya xəstəsi olmasının və bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mir-Qasımov adına Hemofiliya Mərkəzində qeydiyyatda olmasının, xəstəliyi ilə əlaqədar mütəmadi olaraq həkim nəzarətində olmasının, həmçinin İİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid1 onun yeznəsidir. Şahid2 təxminən 5-6 ay olar ki, tanıyır. Sərdarı ondan əvvəl yeznəsi Elmin tanımışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən may ayından tanıyır. 2022-ci il tarixdə yeznəsi Elmin Xalidlə onun işə düzəlməyi ilə bağlı söhbət etmişdir. Xalid də Heydər Əliyev fondunda işləyən rəhbər şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirmiş və onu X6 memar vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. O, Xalidin istifadəsində olan mobil nömrəni yeznəsi Elmindən öyrənib Xalidə zəng edib telefonla danışmışdır. Telefon danışığı zamanı Xalid 7.500 manat pul müqabilində onu X6 tikinti şöbəsinə memar vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. O da razılaşmışdır. 19 may 2022-ci il tarixdə, saat 12:30-da o, Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi və Məktəbli küçələrinin kəsişməsində yerləşən yaşayış binasının qarşısında Xalid ilə görüşüb, özünə məxsus “Mercedes C” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində təklikdə Xalidə əlbə-əl 7.500 manat pul vermişdir. Həmin vaxtı Xalid bir daha onu işə qəbul etdicəyini və onun 2022-ci ilin iyul ayının 1-dən 5-nə kimi işə çıxacağına söz vermişdir. Xalidin ona vəd verdiyi müddət çatdıqda vədinə əməl etməmişdir. Sonuncu dəfə 26 iyul 2022-ci il tarixdə Xalidlə “vhatsapp” mesajlaşma sistemində danışan zaman ona səs ataraq bildirmişdir ki, “günorta saat ikiyə qədər pulu qaytarmasam, haraya istəyirsən şikayət et”., Xalid onu X6 tikinti şöbəsinə memar vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermiş və bu məqsədlə o, 19 may 2022-ci il tarixdə, saat 12:30- da Xalidin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi və Məktəbli küçələrinin kəsişməsində yerləşən yaşayış binasının qarşısında Xalidə əlbə-əl 7.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs 05 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışıq əldə etmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Şahid2 təxminən 2014-cü il tarixdən tanıyır. Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanıyır. 2022-ci ilin fevral ayından həmin ilin aprel ayına kimi olan müddət ərzində o, Azərbaycan Respublikasında olmuşdur. Belə ki, o, Sərdar və Xalid ilə mütəmadi olaraq birlikdə görüşüb söhbət etdiyi zaman qaynı Sənanın işsiz olduğunu demişdir. Buna görə də Xalid bundan məlumatlı olmuşdur. Sonradan Xalid onun qaynı X7 fondunun tikinti şöbəsinə memar vəzifəsinə işə qəbul etdirəcəyini, Sənanın 1.500 manat əmək haqqı alacağını, xidməti avtomobil ilə təmin olunacağını və sair vədlər vermişdir. Bundan sonra o, Xalidin əlaqə nömrəsini Sənana demişdir. 2022-ci ilin aprel ayından sonra o, işi ilə əlaqədar İran İslam Respublikasına getmişdir. Sonradan Sənan ona bildirmişdir ki, 19 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi və Məktəbli küçələrinin kəsişməsində yerləşən yaşayış binasının qarşısında Xalid ilə görüşüb, özünə məxsus “Mercedes C” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində təklikdə Xalidə əlbə-əl 7.500 manat pul vermiş, lakin Xalid vədinə əməl etməyərək Sənana qarşı dələduzluq etmişdir. Hazırki vaxta kimi Xalid Sənanı heç bir işə qəbul etdirməmiş və Sənandan aldığı pulu qaytaramışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 aydır ki, tanışı Şahid1 vasitəsilə tanıyır. Belə ki, Sənan Elminin qaynıdır. Elmini isə təxminən 5-7 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə 1-2 ildir ki, tanıyır. 2022-ci ilin fevral ayından etibarən o, Elmin və Xalid ilə görüşərkən Elmin qaynı Sənanın işsiz olduğunu Xalidə bildirmiş, Xalid də X6 memar vəzifəsinə işə qəbul etdirəcəyinə söz vermişdir. Bu söhbətlərdən sonra Elmin işlədiyi İran İslam Respublikasına getmişdir. O isə öz şəxsi işləri ilə əlaqədar Gəncə şəhərinə getmişdir. Sonradan o, Elmin və Sənandan öyrənmişdir ki, Sənan 19 may 2022ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi və Məktəbli küçələrinin kəsişməsində yerləşən yaşayış binasının qarşısında Xalid ilə görüşüb, özünə məxsus “Mercedes C” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində təklikdə Xalidə əlbə-əl 7.500 manat pul vermiş, lakin Xalid vədinə əməl etməyərək Sənana qarşı dələduzluq etmişdir. Hazırki vaxta kimi Xalid Sənanı heç bir işə qəbul etdirməmiş və Sənandan aldığı pulu qaytaramışdır. Sənan Xalidə pul verən zaman o, Gəncə şəhərində olmuşdur. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Səbail RPİnin X4 təhvil verilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair 29 sentyabr 2022-ci il tarixli vəsatət təmin edilmədən rədd edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ-nin X2 azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mir-Qasımov adına Hemofiliya Mərkəzindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda olmaqla, Hemofiliya A (Vİİİ faktorunun çatışmazlığı 3.8 faiz) xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsini, məhkəmə istintaqı zamanı elan olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respiublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Polis İdarəsi tərəfindən 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-34/2022 saylı 07 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin anadan gəlmə Hemofiliya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini, onun 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın yüngülləşdirilməsini, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən, 29 sentyabr 2022-ci il tarixədək ibtidai istintaq zamanı 02 (iki) gün şübhəli şəxs qimində tutulması nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ona təyin olunmuş 5000 (beş min) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 190 (yüz doxsan) manat tutulub, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının, “Access Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-34/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-34/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver