Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-34/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 aprel 2025-ci il tarixdə saat 09.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid5 ilə birlikdə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün Şahid5 ilə əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşmaya əsasən hərəkət edərək birlikdə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən X6 X7 sənədlərlə, müraciətlərlə iş və inzibati şöbənin müdürü vəzifəsinə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazınıb, bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda, əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq bunun müqabilində onun üçün hər hansı bir işi görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq, bu adla özünün guya geniş əlaqələrinin olduğunu, aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalandan vəd edib bu adla aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 21 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində 20000 manat pul vəsaitini alıb ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib aldatmaqla Zərərçəkmiş şəxs 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dəymiş ziyandan 5000 manatı Şahid5 ödəmiş, 15000 manatdan 5900 manatı özü ödəmişdir. 20000 manatdan 15000 manat məbləğində pulu ələ keçirmişdir. Şahid5 ilə təsadüfən bir məclisdə tanış olmuş, daha sonra münasibətləri möhkəmlənmişdir. Zərərçəkmiş şəxsla Şəkər vasitəsilə tanış olmuşdur. Şəkər bir tanışının olduğunu, X6 X7 direktor vəzifəsində işlədiyini, lakin hazırda işdən çıxdığını, yenidən ora işə düzəlmək istədiyini demişdir. Şəkərə edə biləcəyini, tanışlıq vasitəsilə Qoşqarı həqiqətən X6 X7 direktor vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Bunun üçün Asim adlı tanışına müraciət etmiş, o da 15000 manat gətirsə, həll edə biləcəyini demişdir. Pulun alınmasında iştirak etməmişdir. Qalan dəymiş zərəri ödəməyə hazırdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs dəymiş zərərdən 2000 manat ödəyərək qalan məbləği ödəyəcəyini və bunun üçün məhkəmədən vaxt verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 il əvvəl işdən çıxarıldıqdan sonra Rəşad adlı şəxs demişdir ki, Şəkər adlı tanışı var, işə düzəltməklə məşğuldur. İşinin düzəlməsi üçün onunla danışacaq. X8 gəlmiş, Rəşadla birlikdə üçü danışmışlar. İşə düzlətmək üçün 45000 manat istədilər, pulu olmadığını, çox istədiklərini bildirmişdir. Pulu kartla vermiş, 19000 manat pul götürmüşdür. Daha sonra Şəkər və oğlu ilə birlikdə “İçərişəhər” metrostansiyası tərəfdə Jalə işləyən ofisə gəlmişlər. Şəxsiyyət vəsiqəsini istəmişlər, 20000 manat verəcəyini, işə düzəldikdən sonra 5000 manat verəcəyini demişdir. Narahat olmamağını demişlər. Dəymiş zərərdən Şəkər 5000 manat geri qaytarmış, Diləfruz 5900 manat qaytarmış, 9100 manat qalmışdır. Dəymiş zərərin tamamilə ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qoşqar anası Şəkərə işə girmək barədə müraciət etmiş, anası da Diləfruzla bu işi həll edə biləcəyini danışmışdır. 20000 manatdan 15000 manatı anası Diləfruza vermiş, qalan 5000 manatı özündə qalmışdır. Anası həmin 5000 manatı Qoşqara ödəmişdir. Şəkər Qoşqarı əvvəlcədən tanımamışdır. Rəşad anası və Qoşqarı tanıyırdı. Rəşad onları tanış etmişdir. İş alınmamışdır. X4 tanış etmişdir. 01 noyabr 2022-ci il tarixli qərarla Ağdaş rayon Polis Şöbəsində Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış material ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 29 fevral 2024-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 fevral 2023cü il tarixli qərar ləğv edilərək, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. 01 mart 2024-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. 04 mart 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 aprel 2024-cü il tarixli qərarla iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq edilən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Şahid5 və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək dayandırılmışdır. 20 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 21 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 22 aprel 2024-cü il tarixli qərarla iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək dayandırılmışdır. 25 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 25 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 25 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 28 iyun 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla Şahid5 cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən 5000 manat maddi ziyanı tamamilə Zərərçəkmiş şəxs ödəməklə zərəçəkmiş şəxslə barışdığından və o, cümlədən həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 1250 manat ödəniş etdiyindən Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən Şahid5 barəsində cinayət işi üzrə icraata xitam verilməsi və Şahid5 cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilmişdir. 01 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid5 cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən 5000 manat maddi ziyanı tamamilə Zərərçəkmiş şəxs ödəməklə zərəçəkmiş şəxslə barışdığından və o, cümlədən həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 1250 manat ödəniş etdiyindən Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin və Azərbaycan Respublikası CM-nin 73-1.2-cü maddəsinin tələblərinə əsasən Şahid5 barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş və Şahid5 cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Zərərçəkmiş şəxs bağladığı xx.xx.2022-ci il tarixli, № RGTK5973748A179 kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 19181,35 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “LeoBank” hesabına xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 500 manat pul göndərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-620/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilmiş və ona 01 il sınaq müddəti müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 1(012)-438/ 2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il təvəllüdlü hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il şərti sınaq müəyyən edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəza ləğv edilmiş və qeydiyyatdan çıxarılmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 01 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin arayışına əsasən cəza sonu ilə qeydiyyatdan çıxarılmışdır. - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - 30.07.22-ci il tarixdə KQMBİ Nəsimi CM-nin 178.3.2, 178.3.1,32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilib. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. - 13.11.2023-cü il tarixdə Kürdəmir RPŞ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb. xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsaən CM-nin 73-1.2-ci maddəsi icraata xitam verilib. - 17.01.2024-cü il tarixdə Qaradağ RPİ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb. xx.xx.2024-cü il tarixdə iş məhkəməyə göndərilib. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın müəyyən qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-34/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-34/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver