Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-341/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Qumlaq Ə/D, Qumlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-748/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 dekabr 2024-cü il tarixdə saat 12.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli otmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində ünvan 2 ünvanda yerləşən istirahət parkında bibisi oğlu Zərərçəkmiş şəxs atası Əliqulu Mehdiyevə borclu olduğu 7000 (yeddi min) manat pulu verməməsi ilə bağlı irad bildirərkən tərəflər arasında yaranmış mübahisə zamanı şəxs münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə zərbələr vurub, sonuncuya sol gözün ağıl qişasına qansızma ilə müşayıət olunan, sol göz orbitası ətrafının və alın nahiyəsinin hematomaları, sağ göz orbitası ətrafının çənə nahiyəsinin, eləcə də burunun yumşaq toxumalarının şişkinliyi və qançırları, üst dodağ bayır səthinin əzilmiş yarası kimi hər biri ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın hər iki tərəfdən alın-təpə paylarını əhatə edən subdural hematoma ilə müşayiət olunan (hər hansı iflis və yarım iflicə nəticələnməyə) qapalı kəllə beyin travması kimi həyat üçün təhlükəkli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə nənəsi xəstə olduğu üçün və İntiqamgildə yaşadığı üçün onlara qonaq getmişdir. İntiqam onlara gəldiyini bilmiş, zəng edərək yeyib-içmək üçün kafeyə çağırmış və birlikdə kafedə oturmuşlar. Pivə qəbul etdikləri üçün sərxoş vəziyyətdə olmuşlar və İntiqam ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Söydüyü üçün İntiqamı vurmuş, o da yıxılmış, bundan sonra tez oradan uzaqlaşmışdır. Dəymiş ziyan ödənmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində ünvan 3 ünvanında yerləşən “Bakcell” mağazasının qarşısında olan avtodayanacağında dayanıb evə getmək üçün avtobus gözləyən zaman, həmin vaxtı yolun əks istiqamətində olan dayısı oğlanları Qabil və Yunusun orada mağaza satıcısı ilə söhbət etdiklərini və onunla mübahisə etdiklərini görmüşdür. Bundan sonra onlara yaxınlaşıb nə məsələ olduğunu soruşduqda, mağaza sahibi Yunusun və Qabilin mağazadan piyvə oğurlamaq istəyərkən onlara öz iradılarının bildirməsi səbəbində aralarında mübahisə etdiyini bildirmişdir. Bu zaman həmin mağaza satıcısına Yunus və Qabilin dayısı oğlanları olduqlarını və onların nə xərciləri vardırsa, ödəməyə hazır olduğunu bildirmişdir. Lakin mağaza satıcısı onların heç bir ərzaq oğurlamadığını bildirmişdir. Bundan sonra Yunusu və Qabili evlərinə taksi ilə yola salmaq üçün həmin ünvandan bir qədər kanarda yerləşən istirahət parkına tərəf onlarla birlikdə piyada gəlmiş, bu zaman Yunus ondan taksi üçün 20 manat pul istəmiş, Yunusa 10 manat və Qabilə isə 10 manat pul vermişdir. Bu zaman Qabillə üzbəüz söhbət edərkən, gözləmədiyi bir anda Yunus arxasına keçərək əli ilə kürək nahiyəsinə bərk zərbə ilə vurduğunu və ağız üstdə yerə yıxarkən Yunus yenidən ayaq zəbələri ilə bir neçə dəfə ağız, sifət və baş nahiyələrinə vurmuş, bundan sonra bir anlıq huşunu itirərək yerə yıxılmışdır. Lakin sonradan nə hadisəsi baş verməsindən məlumatı olmamışdır. Elə həmin günü gecə saatlarında sonradan X7 Xəstəxanasında ayılaraq orada olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. 18 sentyabr 2024-cü il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı Pərviz Qasımovun materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı vaxtından əvvəl və əsassız olduğundan ləğv edilmiş, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 18 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. 24 sentyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 oktyabr 2024-cü il tarixli qərarla iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq edilən icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli Təqsirləndirilən şəxs və Şahid1 olduğu yer müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və X4 təhvil verilmişdir. 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. 10 oktyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış hallar aradan qalxdığı üçün icraat təzələnmişdir. 11 oktyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. 11 oktyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 11 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 11 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 01 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilmişdir. 02 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, № 390 ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının və alın nahiyəsinin hematomaları, sağ göz orbitası ətrafının, çənə nahiyəsinin, eləcə də, burunun yumşaq toxumalarının şişkinliyi və qançırları, üst dodağın bayır səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, № 06/390 ekspert rəyindən görünür ki:
1. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – başın hər iki tərəfdən alın-təpə paylarını əhatə edən subdural hematoma ilə müşayiət olunan (hər hansı iflic və yarım ifliclə nəticələnməyən) qapalı kəllə beyin travması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının və alın nahiyəsinin hematomaları, sağ göz orbitası ətrafının, çənə nahiyəsinin, eləcə də, burunun yumşaq toxumalarının şişkinliyi və qançırları, üst dodağın bayır səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər.
2. Qeyd olunan xəsarətlərdən: başın hər iki tərəfdən alın-təpə paylarını əhatə edən subdural hematoma ilə müşayiət olunan (hər hansı iflic və yarım ifliclə nəticələnməyən) qapalı kəllə beyin travması dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, digər xəsarətlər isə hər biri ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aiddirlər. Respublika Neyrocərrahiyyə Xəstəxanasının şəxsi xəstənin stasionar tibbi kartından № 2039 çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs “ikitərəfli xronik subdural hematomanın xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-374/2024 saylı qərarının əsaslandırıcı hissəsindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu Zərərçəkmiş şəxs 7000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, , 01 (bir) il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2018-ci ildə cəzasının vaxtı başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-961/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə üzərində 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 24 may 2016-cı il tarixdən 25 may 2016-cı il tarixədək tutulduğu 01 (bir) gün muddət təyin olunmuş cəzaya daxil edilməklə ona qəti olaraq 04 (dord) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 04 (dord) il 02 (iki) ay 29 (iyirmi doqquz) gun müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərtı hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, cinayət işinə xitam verilməsinə etiraz etmir. Bəraətverici əsaslar olmadan xitam verilməsi xahiş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli otmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-748/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-748/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova