Məhkəmə qərarları › İş №1(009)-345/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-345/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-345/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd üzərində "Methadone 40" əmtəə göstəricisi olan konvalyut kəsiyində, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik vasitə olan - metadon tərkibli həbin təsiredici maddəsinin miqdarı 0,04 qram (üzərində qeyd olunmuş göstəriciyə əsasən) metadon həbini əldə edib üzərində saxlayaraq daşımış, 03 iyul 2025-ci il tarixdə saat 19:09 dəqiqədə ünvan 2 ünvanında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəslərin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq qeyd edilən ünvanda onun üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən xeyli miqdar təşkil edən 1 (bir) ədəd üzərində “Methadone 40" əmtəə göstəricisi olan konvalyut kəsiyində, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik vasitə olan metadon tərkibli həbin təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 24 aprel 2024-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Səbail rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş, 19 mart 2025-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Təxminən 2017-ci ildən narkotik vasitə qəbul edir. Narkotik vasitəni qəbul etməyə başlayanda sosial mediada tanış olduğu Əlirza adlı İran vətəndaşından narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini lazım olanda alıb istifadə etmişdir. Üzərindən aşkar edilmiş metadon həbini Sahil metrosunun qarşısında tanımadığı şəxsdən 10 manata almışdır. Belə ki, 03 iyul 2025ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu Sahil metrosunun qarşısında tanımadığı şəxsdən 10 manat verib, narkotik vasitə olan şəffaf rəngli sellofanın içərisində "Metodon M-40" həbini almışdır. Bundan sonra əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, öz şəxsi istifadəsi üçün qəbul etsin. Bundan sonra, elə həmin gün, yəni 03 iyul 2025-ci il tarixdə saat təxminən 19:09 radələrində Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyli küçəsində piyada hərəkətdə olan zaman, bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar. Bundan sonra polis əməkdaşları onu üzərində narkotik vasitə olan maddə və ya digər əşyaların olub-olmamasını soruşaraq təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoyub saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metodon həbini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metodon həbi onun iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metodon həbinə baxış və götürmə keçiriləcəyini ona bildirmişlər. Bundan sonra polis bölməsinin inzibati binasında otaqların birində baxış və götürmə keçirilməsi üçün ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları tərəfindən ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə baxış və götürmə keçirilmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metadon həbinin götürülməsi barədə videoçəkiliş iştirakçıların iştirakı ilə nümayiş etdirilərək 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metadon həbinə baxış və götürmə barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metadon həbini haradan aldığını soruşanda, o həmin həbi öz istifadəsi üçün 03 iyul 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Sahil metrosunun qarşısında tanımadığı şəxsdən 10 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metadon həbi zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır və harada yaşamasını bilmir. Narkotik vasitə olan metadon həbini yalnız həmin şəxsdən almamışdır. Həmişə İran vətəndaşı Əlirza adlı şəxsdən whatsapp vasitəsi ilə danışıb almışdır. İran vətəndaşı Əlirza adlı şəxslə danışıb narkotik vasitəni aldıqdan sonra onun nömrəsini sildiyindən nömrəsini bilmir, sonuncu özü ona tez-tez zəng vurur. Narkotik vasitə olan metadon həbini alan vaxt təsadüfən həmin şəxslə qarşılaşıb almışdır. Əvvəllər həmin şəxsdən mobil telefon nömrəsini istəmiş, lakin həmin şəxs telefon nömrəsini ona verməmiş və anket məlumatlarını ona deməmişdir. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında da elan edilmiş ittihamla özünü tam təqsirli bilmiş və barəsində amnistiya tətbiq edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Səbail RPİ-nin 39-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. 2016-ci il tarixdən Daxili İşlər orqanlarında və 2023-cü il tarixdən etibarən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis mayorudur. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması ilə bağlı 39-cu Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq 03 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ilk olaraq raport və daha sonra əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxsin xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olan, Abşeron rayonu, Qobu Qəsəbə Ərazi Dairəsi, Qobu Qəsəbəsi, Cabbar Cabbarlı küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsİ, 34 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 iyul 2025-ci il tarixdə saat 19:09-dəqiqədə ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığından təxminən 10 (on) metr aralıda yoxlamağa başlamışlar. Üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı şəffaf selofanın içərisindən 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həbi təqdim etmiş və səmimi olaraq ona məxsus olduğunu bldirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç bir əşya aşkar olunmamışdır. Nəhayət Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb elektron tərəzidə çəkilmişdir. Beləliklə də 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb 0,64 (sıfır altımış dörd) qram olması müəyyən edilmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb qablaşdırılmış, imzalanmış və müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həbi Bakı şəhəri, Səbail rayonu, yəni Sahil metrosunun yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 10 (on) manat pulun müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üstününün yoxlanılması zamanı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş həyata keçirilmişdir. Beləliklə də protokolu yerində tərtib etmək üçün qeyd edilən ünvanda şərait olmaması səbəbindən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində "Metadon M40" yazısı olan həbin tərkibini müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin təhqiqatçısı polis mayoru X7 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmışdır. Həqiqətən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən xeyli miqdar təşkil edən 1 (bir) ədəd üzərində "Methadone 40" əmtəə göstəricisi olan konvalyut kəsiyində, üzərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik vasitə olan metadon tərkibli həbin təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon həbi olması öz təsdiqini tapmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon həbinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəflərindən mütəmadi olaraq zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda narkotik vasitə olan metadon həbini satmaq niyyəti olmamış və bu barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Səbail RPİnin 39-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. 2016-ci il tarixdən Daxili İşlər orqanlarında və 2023-cü il tarixdən etibarən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis mayorudur. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində əvvəlcədən daxil olmuş əməliyyat məlumat əsasında sonuncunun narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması ilə bağlı 39-cu Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq 03 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ilk olaraq raport və daha sonra əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxsin xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayon Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olan, Abşeron rayonu, Qobu Qəsəbə Ərazi Dairəsi, Qobu Qəsəbəsi, Cabbar Cabbarlı küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsİ, 34 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 iyul 2025-ci il tarixdə saat 19:09-dəqiqədə ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığından təxminən 10 (on) metr aralıda yoxlamağa başlamışlar. Üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı şəffaf selofanın içərisindən 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həbi təqdim etmiş və səmimi olaraq ona məxsus olduğunu bldirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç bir əşya aşkar olunmamışdır. Nəhayət Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb elektron tərəzidə çəkilmişdir. Beləliklə də 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb 0,64 (sıfır altımış dörd) qram olması müəyyən edilmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb qablaşdırılmış, imzalanmış və müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həbi Bakı şəhəri, Səbail rayonu, yəni Sahil metrosunun yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 10 (on) manat pulun müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üstününün yoxlanılması zamanı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş həyata keçirilmişdir. Beləliklə də protokolu yerində tərtib etmək üçün qeyd edilən ünvanda şərait olmaması səbəbindən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində "Metadon M40" yazısı olan həbin tərkibini müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin təhqiqatçısı polis mayoru X7 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmışdır. Həqiqətən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən xeyli miqdar təşkil edən 1 (bir) ədəd üzərində "Methadone 40" əmtəə göstəricisi olan konvalyut kəsiyində, üzərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik vasitə olan metadon tərkibli həbin təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon həbi olması öz təsdiqini tapmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,64 qram təşkil edən metadon həbinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəflərindən mütəmadi olaraq zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda narkotik vasitə olan metadon həbini satmaq niyyəti olmamış və bu barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı, uşaqlarının atasıdır. Onlar boşandıqdan sonra Təqsirləndirilən şəxs daima uşaqlara həm maddi, həm də mənəvi dəstək olmuşdur. Onlar boşanarkən anlaşaraq boşanmış, aralarında küskünlük olmamışdır. Təqsirləndirilən şəxs həmişə uşaqlarla münasibətdə olduğu üçün aralarında hər hansısa dava olmayıb. Təqsirləndirilən şəxs ilə aramızda olan icra vərəqəsinə xitam verilsə də, Təqsirləndirilən şəxs gücü çatdıqca onlara köməklik edir və onlarla maraqlanır. Təqsirləndirilən şəxs tutulmağını istəmir. Uşaqlar atalarını görmək üçün məhkəməyə onunla birlikdə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Anası və atası boşanıblar və ayrı yaşayırlar. Təqsirləndirilən şəxs daima onlarla maraqlanır, istədiklərini alır, onlara həm maddi, həm də mənəvi dəstək olur. O və bacısı atalarını çox istəyirlər. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 iyul 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 iyul 2025-ci il tarixdə, saat 19:09 dəqiqədə ünvan 5 ünvanında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf selofanın içərisində olan 01 (bir) ədəd üzərində “Metodon M40” yazısı olan həbini təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç bir əşya aşkar olunmamışdır. Nəhayət Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb elektron tərəzidə çəkilmişdir. Beləliklə də 1 (bir) ədəd üzərində "Metadon M40" yazısı olan həb 0,64 (sıfır altımış dörd) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstününün yoxlanılması zamanı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş həyata keçirilmişdir. Beləliklə də protokolu yerində tərtib etmək üçün qeyd edilən ünvanda şərait olmaması səbəbindən Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. (i.v 9-11) Şübhəli şəxsin tutulması haqqında 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2025-ci il tarixdə saat 19:09 dəqiqədən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25); “Təqdim olunan əşyaya baxış və götürmə aparılması haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli bilindiyi üçün, 03 iyul 2025ci il tarixdə, saat 19:09 dəqiqədə ünvan 5 ünvanında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofana bükülmüş üzərində "M40” yazısı olan narkotik vasitəyə oxşar həb aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqdim olnmuş 01 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofana bükülmüş bükümə baxış keçirilmiş, üzərində M40” yazısı olan həb aşkar olunmuş, Sonra yenidəm qablaşdırılaraq möhürlənmişdir. (i.v.36-37); Məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2025-ci il tarixli, 6/2349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №42" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs olunun üzərindən götürülmüş maddi sübut (imza) Ağayev.F yazısı və imzalar olan zərfdəki “Methadone 40” əmtəə göstəricisi olan konvalyut kəsiyində, F/M 40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik vasitə olan metadon tərkibli həbdir və 1 (bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. (i.v. 50-51); 05 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v.78); Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda residivdir. (i.v.141); Məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2025-ci il tarixli, 3931 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər ND-də “F19x2” diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.127- 128); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş xeyli miqdarda 1 (bir) ədəd üzərində “Methadone 40” əmtəə göstəricisi olan konvalyut kəsiyində, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon həbi cinayət işi üzrə maddi sübut hesab edilməsi, ekspert tədqiqatından sonra qalıq qalmış 1/2 həb hissəsi saxlanılması üçün Səbail Rayon Polis idarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması, təqdim olunan əşyaya baxış və götürmə aparılarkən qeydə alınmış videogörüntünün köçürüldüyü 02 ədəd DVD formatlı disklər maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.158-168); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu: Metadonun 0.02 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında elan edilmiş ittihamla özünü tam təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarlarından artıq miqdarda psixotrop maddəni əldə edib, saxlayıb və daşımışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar”a əsasən, metadonun 0,02 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə metadonun təsiredici miqdarı 0.04 qram olaraq müəyyən edilmişdir ki, bu da xeyli miqdarı təşkil edir. Odur ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olduğundan (xx.xx.2011-ci il təvəllüdlü Şahid5 və xx.xx.2013-cü il təvəllüdlü X11) yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Resublikası CPM-nin 43.3-cü maddəsinə əsaəsn, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində həbs qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik maddə olan metadon həbinin qalıq qalmış ½ həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə həmçinin vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən F19.2 diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik maddə olan metadon həbinin qalıq qalmış ½ hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar