Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-346/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin İ dərəcəli hüquqşünası Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, "Socar" DNŞ-nin “Azneft” İB-nin “Bibiheybət" X5 İdarəsində quyuların yeraltı təmiri üzrə usta işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs sonuncunun adını «SOKAR» Dövlət Neft şirkətində mənzil uçot siyahısına saldıracağına və uzun müddətli kreditlə şirkətin əməkdaşları üçün Bakı şəhəri Səbail rayonu, Salyan şossesində yeni inşa edilən hündürmərtəbəli binadan ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-nə aid 4127 2093 0706 2627 saylı bank kartının mobil tədbiqindən ilk defe 06 may 2024-cü il tarixdə saat 12:08 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən X4 Çıxarma İdarəsinin 4-cü mədəninin ərazisində olduğu zaman ona məxsus "xxxx" ASC-nə aid 5239 1517 9536 4564 saylı bank kartının hesabına 4.000 manat, daha sonra yenə həmin günü saat 12:27 dəqiqədə həmin ünvandan eyni qayda ilə əlavə 2.500 manat, daha sonra 06 iyun 2024-cü il tarixdə saat 16:36 dəqiqədə yenə də həmin ünvandan ona məxsus <"xxxx" ASC-nə aid 5239 1517 9536 4564 saylı bank kartının hesabına 500 manat, sonuncu dəfə isə 06 iyul 2024-cü il tarixdə saat 16:36 dəqiqədə yenə də həmin ünvandan özünə məxsus "xxxx" ASC-nə aid 4127 2093 0706 2627 saylı bank kartının mobil tədbiqindən Təqsirləndirilən şəxs ona göndərdiyi "xxxx" ASC-nə aid 4169 7388 8393 0053 saylı bank kartının hesabına 400 manat, ümumilikdə 7.500 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq həmin məbləği vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 7.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Socar» DNŞ-nin "Bibiheybət" X5 İdarəsinin quyuların yeraltı təmiri üzrə usta vəzifəsində işləyir. Zərərçəkmiş şəxs 2-3 ildir ki tanıyır, sonuncu da onun kimi Bibiheybət-də usta vəzifəsində işləyir. İlkin onun işlədiyi İdarəyə ondan sonra işə düzəlib, həmin vaxt işdə İlkinlə tanış olmuş və səmimi münasibətləri yaranmışdır.İndi imtahan verərək başqa idarəyə keçmişdir. 2024-cü ilin təxminən may ayında İlkin ev axtardığını bildirmişdi. O da İlkinə öz evi olmadığından yataqxanada yaşadığını, lakin Neft Şirkətinin işçilər üçün Səbail rayonu, Salyan şossesi "Bibiheybət" məscidinə çatmamış, yolun sağ tərəfində yerləşən "Kristal Abşeron"-un yeni inşa edilmiş hündürmərtəbəli binalarının arxasında yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli binalarda növbədə olduğunu, həmin binadan şirkət işçilər üçün uzun müddətə ipoteka krediti ilə mənzil inşa etməsini, əgər istəsə həmin binada mənzil növbəsində olan şəxslərin siyahısına adını saldıra biləcəyini demişdi. İlkin onun təklifi ilə razılaşıb bu işin şərtləri ilə maraqlandıqda, həmin dövrdə ona vacib 7.500 manat pul lazım olduğu üçün sonuncuya təklif etmişdi ki, 7.500 manat pul verəcəyi halda 2024-cü ilin sentyabr ayına kimi İlkinin adı binadan üç otaqlı mənzil ayrılmış şəxslərin siyahısında çıxacaq, sonralar hər ay 500-600 manat arası təyin edilmiş cədvəl üzrə aylıq məbləği ödəməli, həmin kreditin isə uzun müddətli, yəni 15 illik olacağını demişdi. Bundan sonra İlkin razılaşaraq cəmi 7.500 manatı hissə-hissə olmaqla onun göndərdiyi özünə məxsus bank kart hesabınа, 400 manatını isə indi xatırlamadığı, pul borcu olduğu bir nəfərin onun verdiyi bank kartının hesabına köçürmüşdür. O, İlkindən aldığı 7.500 manat pulları öz eytiyaclarına xərcləmişdi. İlkinə daha sonra sənədlər tələb etməyə başlamış, o, vaxt verməsini bildirmişdi. İlkin də bu işin alınmadığını gördükdə ondan verdiyi pulu geri tələb etməyə başlamış, o da maddi imkanı olmadığından aldığı pulu ödəyə bilməmiş, İlkin onun barəsində polisə şikayət vermişdi. Bu işi həll edə biləcək hər hansı bir tanışı olmamışdır. İlkinin ona verdiyi pulu həmin vaxt ehtiyacı olduğundan, xərcləmişdir. Hazırda İlkinlə aralarında münasibətləri yaxşıdır əlaqələri daim var pulunu tamamilə geri ödəmişdir.Əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 1875 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 53) Cinayət işinə əlavə olunmuş telefonun mobil tətbiqinin çıxarışlarından da görünür ki, günü qeyd edilməyən dekabr 2024-cü il tarixdə saat 12.08 dəqiqədə 5239********4564 nömrəli plastik bank kartının hesabına 4.000 manat, həmin tarixdə saat 12.27 dəqiqədə isə 2.500 manat məbləğində pul vəsaiti mobil telefon tətbiqi vasitəsilə köçürülmüşdür. (cild İ, iş vərəq 23) Cinayət işinə əlavə olunmuş tarixi qeyd edilməyən telefonun mobil tətbiqinin çıxarışlarından da görünür ki, 5239********4564 nömrəli plastik bank kartının hesabına 500 və 100 manat, 4169********0053 nömrəli plastik bank kartının hesabına isə 400 manat məbləğində pul vəsaitləri mobil telefon tətbiqi vasitəsilə köçürülmüşdür. (cild İ, iş vərəq 24) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. (cild İ, iş vərəq 60) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Qeyd edilən halları, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 1875 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli BPMPCO**********42 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə müvafiq olaraq 1.875 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1.875 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Dələduzluq işləri ilə bağlı Plenum qərarında göstərilir ki, ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Həmçinin Qərarda göstərilmişdir ki, dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir. Hazırkı cinayət işində də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zərərin əvəzini ödəyib barışdıqdan sonra dövlət büdcəsinə ələ keçirilmiş pulun, yəni 7500 (yeddi min beş yüz) manatın 25%-ni, yəni 1875 (min səkkiz yüz yetmiş beş) manatını ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır Bununla belə qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir və bu zaman cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər Beləliklə məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 7.500 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1875 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə edilən ödənişin qəbzi iş üzrə maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə edilən ödənişin qəbzi iş üzrə maddi sübut qismində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №1(009)-346/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-346/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver