Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-347/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3632497Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 2 A saylı evin, 24 saylı mənzilində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş 02 (iki) ədəd tabletin tərkibində ümumilikdə 0,08 qram narkotik vasitə olan metodon əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 avqust 2025-ci il tarixdə saat 14:13-dəqiqədə ünvan 2 ünvanda narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirməsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı xeyli miqdarda 01 (bir) ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş 02 (iki) ədəd dərman tabletinin tərkibində ümumilikdə 0,08 qram narkotik vasitə olan metodon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik və psixotrop maddələrdən istifadə etmədikdə bədənində mütəmadi olaraq küt ağrılar baş verir. O, bir müddət narkotik və psixotrop maddələrdən kənarda qala bilməmiş və yenidən müxtəlif və şəxsiyyəti barədə əvvəlcədən məlumatı olmayan şəxslərdən müəyyən pul müqabilində alaraq istifadə etməyə başlamışdır. 10 avqust 2025-ci il tarixdə saat 16:00 rarələdinə Odnaklasniki sosial şəbəkəsində adının “Firuz” kimi qeyd olunduğu şəxslə yazışıb ondan narkotik vasitə təşkil etməsini xahiş etmişdir. ’’Firuz” adlı şəxs ona 40 (qırx) manat pul yükləməyini istəmişdir. O, atası Əlyar Alməmmədova yalan danışaraq ondan 40 (qırx) manat cib xərcliyi adı altdında alıb “Firuz” adlı şəxsin ona verdiyi, lakin, hazırda yadında qalmayan kart nömrəsinə Bakı şəhəri, Nizami rayon ərazisində olan “Koroğlu” metrostansiyasının yaxınlığındakı “Milliön” ödəmə terminalından yükləmişdir. ”Firuz” adlı şəxs votsap proqram vasitəsi ilə ona şəkil göndərmiş, o da həmin şəkilə baxmış, daha sonra isə Firuz ona telefon vasitəsi ilə məkan göndərmişdir. O da həmin məkana getmişdir. Ora çatanda “Kent 8” markalı siqaret qutusunun içərisinə əvvəlcədən qoyulmuş 4 (dörd) ədəd M40 həbini götürmüşdür. Nəhayət 10 avqust 2025-ci il tarixdə həmin həblərdən ikisini istifadə etmiş, qalan 2 ədəd həbi isə üzərində saxlamışdır ki, sonrakı günlərdə istifadə edər. Nəhayət xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvana metro vasitəsi ilə qonaq getmiş. Sahil metrosundan çıxıb ünvan 4 ünvanında yerləşən evlərinə piyada gedən vaxt özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər onu narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi kimi şübhəli şəxs qismində saxlamışlar. Polis əməkdaşları ondan üzərində istifadəsi və daşınması qadağan olan hər hansı bir əşyanın olub-olmamasını soruşduqda ilk öncə yalandan heç nə olmadığını bildirmişdir. Lakin, polis əməkdaşları onun üzərinə baxış keçirilməli olduğunu bildirən zaman o, özü əynində olan qara rəngli kətan şalvarın sağ yan cibində saxladığı 2 (iki) ədəd M40 markalı narkotik tərkibli həbləri onlara təqdim etmişdir. Polis əməkdaşları həmin həbləri ondan götürüb onu Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. O da həmin polis bölməsinə könüllü gələrək etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. O, özü də üzərində olan həblərin narkotik vasitə olduğunu bilmişdir. Həmçinin, 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan vaxt heç bir zorakılıq və kobudluğa məruz qalmamış, etdiyi cinayət əməlindən peşmandır. Sorğu sual zamanı “Firuz” adlı şəxsin şəxsiyyətini və istifadəsində olan mobil telefonunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs, əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 39-cu PB-də Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 avqust 2025-ci il tarixdə işlədiyi Səbail RPİ-nin 39-cu Polis bölməsinə “xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X3” narkotik vasitələri və ya psixotrop maddələri əldə edərək üzərində saxlamaqla daşıması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat icraata daxil olan kimi bölmənin rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul olunmuş, ondan, 39-cu PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 avqust 2025-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri ilə “Təqsirləndirilən şəxs” adlı şəxsi izləyərək ünvan 5 ünvanı qarşısında piyada hərəkət edən zaman saat 14:13 dəqiqədə onu saxlamışlar, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onun şəxsiyyəti ilə maraqlanmışlar. Sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində istifadəsi və daşınması qadağan olan hər hansı bir əşyanın olub- olmamasını soruşduqda Təqsirləndirilən şəxs bir qədər özünü şübhəli apararaq üzərində istifadəsi və daşınması qadağan edilmiş heçnə olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanması təklif edilmiş, saxlandığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üzərini 10 metr aralıda yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf sellofan bükümdə 02 (iki) ədəd həbləri təqdim edərək həmin həblərin narkotik vasitə tərkibli M 40 - metodon həbləri olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır, başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd M40 həbi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,23 qram olması müəyyən edilmişdir. Həmin 02 ədəd həb sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada qablaşdırılmış, imza edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 02 ədəd M40 həblərini xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Üstünü yoxlayarkən əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə 39-cu PB-nə gedərək orada protokol tərtib etmişlər və protokola da, bütün iştirakçılar kimi imza etmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis baş leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair 11 avqust 2025-ci il tarixli protokoldan və videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 11 avqust 2025ci il tarixdə saat 14:13-də ünvan 6 ünvanı qarşısında saxlamışlar və 10 metr aralıda üstünün yoxlanılmasını, üzərində qeyri-qanuni nə varsa təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd M 40 həbini çıxarıb təqdim etmiş və həmin həbləri xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2025-ci il tarixli 6/2735 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş, üzərində AR DİN Zərflər üçün N 49 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” və s yazılar, adlar soyadlar, imzalar olan zərfdəki 01 ədəd blister kəsiyində üzərlərində F/M 40 yazısı həkk olunmuş 02 ədəd dərman tabletin tərkibində ümumilikdə 0,08 qram çəkidə narkotik vasitə - metodon müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə narkoloji ekspertizasının 14 avqust 2025-ci il tarixli 4955 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Bakı şəhəri NM-də (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında və məhkəməyədək icraat zamanı 11 avqust 2025-ci il tarixdə saat 14:13-də Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanması zamanı çəkilmiş videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, 11 avqust 2025-ci il tarixdə ünvan 6 nömrəli evdən təxminən 10 metr aralıda polis əməkdaşları Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş nə varsa təqdim etməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd həb çıxararaq onlara təqdim edir. Daha sonra həmin həblər elektron tərəzidə ölçülür. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Videogörüntünü Şahid2 çəkmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,08 qram olan narkotik vasitə - 02 ədəd M40 həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 01 M40 həbi məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 03 ay 05 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Səbail Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, axtarılıb tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 26 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə metadonun 0,02 qramı xeyli miqdarından artıq miqdar, 1,6 qramı külli miqdar, 160 qramı isə xüsusilə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metadonun təmiz çəkisi 0,08 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən 11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.3-ci maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu səbəbədən, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 11 avqust 2025-ci il tarixdən 13 avqust 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmasını, cəzacəkmə müddətinin əvvəlinin 27 yanvar 2025-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə narkoloji ekspertizasının 14 avqust 2025-ci il tarixli 4955 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Bakı şəhəri NM-də (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsində saxlanılan və tədqiqata sərf olunduqdan sonrakı qalıq 01 ədəd metodon tabletinin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2025-ci il tarixdən 13 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin 4(003)-425/2025 saylı, 25 oktyabr 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzacəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf olunduqdan sonrakı qalıq 01 ədəd metodon tableti məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi, o cümlədən işlə tanışlıq və hüquqi yardım göstərilən şəxslə görüşə görə 05 saat və məhkəmə iclaslarında iştiraka görə 23 saat olmaqla, ümumilikdə 28 saat görə 208 (üç yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-347/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-347/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver