Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-35/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X7 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2021-ci il tarixdə saat 17:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan, barəsində xx xxxxxxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:45 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “X13" markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə şəhərin Xətai rayonu istiqamətində yolun sağ tərəfindən üçüncü hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, hərəkətini davam etdirib həmin prospektdə 59 ünvanında yerləşən “Dəniz vağzalının qarşısında yolun sağ kənarından sol kənarı istiqamətində iti yerişlə yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyinin yumşaq qişası altına beyin yarımkürəsinin sağ alın-təpə-ənsə və sol gicgah payları üzərində geniş ölçüdə lövhəvari, beyin toxumasına nöqtəvari qansızmalarla, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası və başın yumşaq toxumalarının iç səthinə geniş ölçülü qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sol bud-çanaq oynağının bayır səthinin ətrafı sıyrıqlı səthi əzilmiş yarası, sağ əl pəncəsində İİİ daraq sümüyü proyeksiyasının və İİ barmağın arxa, sağ diz oynağının ön-bayır səthlərinin sıyrıqları, bədənin küt travması ilə nəticələnən törəndiyi anda ümumilikdə həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travmasıbaş beyinin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalarla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 35-də qeydiyyatda olmaqla yaşadığını, hazırda işləmədiyini, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sürücülük etmədiyini, həmin tarixə qədər olan müddət ərzində etibarnamə və “BCDE” dərəcəli sürücülük vəsiqəsi əsasında ilə idarə etdiyi “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla sifariş əsasında sərnişin daşıdığını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində yaşadığı Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 23-dən idarə etdiyi “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla çıxmış və hərəkət edərək qəsəbədaxili yolla sərnişinləri götürməyə başlamışdır. Qaradağ rayonu. Sahil qəsəbəsində axırıncı sərnişini götürərək yoluna davam etmişdir. Ümumiyyətlə, idarə etdiyi avtobusla Sanqaçal qəsəbəsindən, Bakı şəhəri, Koroğlu stansiyasına qədər gedib geri qayıdırmış. 17 yaşlı oğlu Şahid2 də avtobusda ön sırada əyləşmişdir. Yolda gedərkən Azər yatmışdır. O, hər gün sərnişinləri Koroğlu metrosuna qədər apardığı üçün oğlu Azər də Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qida sənayesi kolleci”ndə təhsil aldığı üçün onunla birlikdə gedirmiş və Koroğlu metrosunun yanında düşdükdən sonra kollecə özü gedirmiş. Belə ki, həmin gün saat 06:45 radələrində etibarnamə ilə idarə etdiyi “X13" markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla təxminən 60 km/saat surətlə hərəkətlə yolun sağ tərəfdən üçüncü zolağı ilə Bakı şəhəri, Səbail rayonu. Neftçilər prospektində yerləşən Dəniz vağzalının qarşısına yaxınlaşmış, həmin vaxt onun sağ tərəfindən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil hərəkətdə olmuşdur. Hərəkətdə olan zaman təxminən 40-45 yaşlarında bir qadının yolun hərəkət istiqamətinə daxil olaraq yolu piyada keçib həmin yolda sağdan ikinci zolaqla birinci zolağın arasında yerləşən qırıq-qırıq xəttin üzərində dayandığını görmüş, qadının digər avtomobilin və onun idarə etdiyi avtobusun keçməsini gözlədikdən sonra yolu keçəcəyini düşünmüşdür, qadın tək olmuşdur. Həmin vaxt onun sağ tərəfində yolun sağdan ikinci zolağı ilə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil həmin qadının yanından keçdikdən sonra qadın ani olaraq qaçıb yolu keçmək istədikdə idarə etdiyi avtobusun qabağ sağ tininə dəyib yerə yıxılmışdır. Bundan sonra, o, avtobusu saxlayaraq düşüb həmin xanıma yaxınlaşan zaman onun yerdə uzandığını görmüşdür. Bu anda yanında olan oğlu Şahid2 dərhal təcili tibbi yardıma zəng etmiş, çox keçmədən hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım işçiləri gəldikdən sonra piyadanın artıq ölməsi aşkar olunduğu üçün meyit morqa aparılmışdır. Hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olduqdan sonra onlarla birlikdə polis idarəsinə gəlmişdir. Hadisə zaman avtobusu təxminən 60 km/saat sürətlə idarə etmiş, piyada dayandığı xəttin üstündən onun hərəkətdə olduğu zolaq istiqamətində hərəkətə başladığı andan onun hərəkəti üçün təhlükə yaranmışdır. Lakin aralarında məsafə az olduğundan hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisədən qabaq piyada dayandığı yerdən anidən qaçaraq hərəkətdə olduğu zolağa çatmışdır. Hadisə zamanı hava şəraiti çiskin yağıntılı, yol yaş, sürüşkən olmuşdur. Piyadanın avtobusla vurulana qədər geriyə dönmə halı olmamışdır. Əvvəlki ifadəsində hadisə baş verməmişdən qabaq onunla eyni istiqamətdə hərəkətdə olan markasını və dövlət nömrə nişanını görmədiyi avtomobilin ondan 3-4 metr qabaqda hərəkətdə olduğunu və həmin avtomobil keçdikdən dərhal birinci və ikinci zolaqları ayıran qırıq-qırıq xətlərin üzərində dayanmış qadının onun hərəkətdə olduğu zolağa tərəf qaçdığını qeyd etsə də, ifadə verərkən həyəcanlı olduğu üçün 3-4 metr məsafə göstərmiş, hazırda isə həmin avtomobillə arasında xeyli məsafə olmasını xatırlayır. Belə ki, piyadanı vurmamaq üçün texniki imkanı olmamışdır. Təqsirləndirilən şəxs həmçinin son sözündə ilk dəfə az ağır cinayət törədilməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, sonuncunun şikayət və tələbinin olmadığının, əməlindən səmimi peşman olduğunun, törətdiyi cinayətin ehtiyyatsızlıqdan törədilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Nərimanov küçəsi, ev 12, mənzil 16-da yaşadığını, mərhum 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma anası olduğunu bildirərək, mahiyyəti üzrə göstərmişdir ki, atası Şahid1 Səbail rayonu ərazisində yerləşən “Dəniz" vağzalındakı neft daşlarında qaynaqçı işləyir, ona görə də, atası Şahid1 işlə əlaqədar bir həftə dənizdə qaldığından xx xxxxxx 2020-ci il tarixdə saat 06:20-də anası 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs atasına yemək aparmaq üçün “Dəniz” vağzalına getmiş, qayıdan zaman avtomaşın yolunda “Hyundai" markalı avtobus vurması nəticəsində ağır xəsarət almış, təcili tibbi yardım avtomaşını gəlsə də hadisə yerində dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmamasını, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 35-də yaşadığını, Bakı Qida sənayesi kollecində 3-cü kursda təhsil aldığını, Təqsirləndirilən şəxs atası olduğunu, atası Təqsirləndirilən şəxs uzun illərdir ki, sürücü işlədiyini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində atası ilə birlikdə atasına təhkim edilmiş “X14” markalı avtobusa əyləşmiş, atası Niftulla Koroğlu metrostansiyası istiqamətində getdiyi üçün o da atası ilə birlikdə getmiş, Sənqəçal qəsəbəsindən Sahil qəsəbəsinə qədər avtobusa sərnişinlər əyləşmiş, axırıncı sərnişin Sahil qəsəbəsində əyləşmiş, bundan sonra sərnişin əyləşməmişdir. Sahil qəsəbəsindən aralaşdıqdan 15 dəqiqə sonra yuxuya getmiş, avtobusda səs-küy gəldiyi üçün qəfil ayılmış və yol-nəqliyyat hadisəsi baş verdiyini anlamışdır. Avtobusdan düşmüş və 40-45 yaşlarında bir qadının yolun kənarında uzandığını görmüşdür. Atası həyəcanlı olduğu üçün o dərhal təcili yardıma zəng etmiş, hadisə yerinə dərhal polis əməkdaşları və təcili yardım maşını gəlmişdir. Təcili yardım əməkdaşları qadına yardım göstərmək istəsələr də, qadın öldüyünü görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Minbaşıllı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi, ev 34, mənzil 8-də 2 ilə yaxındır ki, xalası oğlu Şahid4 və dayısı oğlu Şahid5la birlikdə kirayədə yaşayaraq Bakı şəhərində “Socar” neftayırma zavodunda betonçu işlədiyini, xalası oğlu Şahid4 “Socar” neftayırma zavodunda betonçu, dayısı oğlu Şahid5 isə həmin zavodda qəlibçi işlədiklərini, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanda kirayədə yaşamağa başladığı vaxtdan etibarən tanıdığını, onunla qonşu olduqlarını, Təqsirləndirilən şəxs “X13” markalı, 10-NZ- 640 dövlət nömrə nişanlı avtobusla sərnişin daşımaqla məşğul olduğunu, həftənin 6 günü işə Niftullanın idarə etdiyi avtobusla getdiklərini, Niftullanın onları və digər sərnişinləri Sanqaçal qəsəbəsindən və yoldan götürərək Bakı şəhəri, Koroğlu metrosuna qədər apardığını, onların da həmin yerdə avtobusdan düşərək öz işlərinə getdiklərini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, 10- NZ-640 dövlət nömrə nişanlı avtobusla onu, xalası oğlu Xəyal və dayısı oğlu Həzrəti kirayədə yaşadıqları ünvanın yanından, digər sərnişinləri də yoldan götürmüşdür. O, avtobusun sağ tərəfində üçüncü sırada, xalası oğlu Xəyal və dayısı oğlu Həzrət isə sağ tərəfdə ikinci sırada ondan qabaqda əyləşmişlər. Niftullanın oğlu Şahid2 də avtobusda ön sırada əyləşmişdir. Şahid2 Bakı şəhəri. Nizami rayonunda yerləşən kollecdə təhsil aldığı üçün həftənin 5 günü atası ilə birlikdə Koroğlu metrosuna qədər gedib düşərək oradan da kollecə gedir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi X13 markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla təxminən 50-60 km/saat sürətlə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yolunsağ tərəfdən üçüncü zolağı ilə Dəniz vağzalının qarşısında yaxınlaşmışlar. Dəniz vağzalına təxminən 30-40 metr qalmış, orada yolun sağ tərəfindən iti yerişlərlə yolun sol tərəfinə keçən bir qadın görmüş, anidən tappıltı səsi gəlmişdir. O, avtobusun təkərinin partladığını düşünmüş, sürücü Niftulla tez avtobusu saxlamışdır. O, digər sərnişinlərlə birlikdə avtobusdan yerə düşmüşdür. Yerdə bir nəfər qadının uzandığını görmüş, çox keçmədən hadisə yerinə təcili yardım maşını gəlmişdir. Orada olan tanımadığı şəxslər həkimlərlə birlikdə qadını qaldırıb təcili yardım maşınına uzatmışlar. Həkimlər yaralı piyadanı yoxladıqdan sonra onun öldüyünü bildirmişlər. Hadisə baş verdikdən sonra xalası oğlu Xəyal şirkətlə əlaqə saxlayıb gəldikləri avtobusun adam vurduğunu dediyi üçün piyadanı təcili yardım maşınına uzatdıqdan çox keçmədən şirkətin avtobusu gəlmiş və o, xalası oğlu Xəyal və dayısı oğlu Həzrətlə birlikdə avtobusa əyləşərək işə getmişdir. Hadisə zamanı sərnişini olduğu “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusu X1 idarə etmiş, hadisədən qabaq qadını yola çıxan zaman təxminən 30-40 metr məsafədən görmüş, həmin qadın yolun sağ kənarından iti yerişlərlə yola çıxmış və dayanmadan sərnişini olduqları avtobusun hərəkətdə olduğu 3-cü hərəkət zolağına çıxmış, tappıltı səsi gəlmiş və avtobus dayandıqdan sonra yerə düşüb avtobusun həmin qadını vurduğunu görmüşlər. Hadisədən qabaq yolun sağ hissəsi ilə hər hansı bir avtomobilin hərəkət etdiyini görməmişdir. Qadın birbaşa iti yerişlərlə avtobusun hərəkət zolağına çıxmışdır. X1 baş vermiş hadisədən qabaq, yəni piyadanı vurmamışdan qabaq idarə etdiyi avtobusu sola və ya sağa istiqamətləndirməmiş, yaxud da tormoz etməmişdir. Çünki avtobus sola və ya sağa istiqamətləndirilsəydi, yaxud da tormoz edilsəydi, sərnişin kimi hiss edərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi, ev 34. mənzil 8-də 5 ildir ki, kirayədə yaşayaraq Bakı şəhərində müxtəlif yerlərdə işlədiyini, hazırda “Socar” neftayırma zavodunda betonçu işlədiyini, 2 ilə yaxındır ki, dayısı oğlu Şahid5 və xalası oğlu Şahid3 da onunla birlikdə həmin ünvanda kirayədə yaşadıqlarını, onların da “Socar” neftayırma zavodunda işlədiklərini, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanda kirayədə yaşamağa başladığı vaxtdan etibarən tanıdığını, Niftulla ilə qonşu olduqlarını, Niftullanın ‘'X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla sərnişin daşımaqla məşğul olduğunu, həftənin 6 günü işə Niftullanın idarə etdiyi avtobusla getdiyini, Niftullanın onu və digər sərnişinləri Sanqaçal qəsəbəsindən və yoldan götürərək. Bakı şəhəri, Koroğlu metrosuna qədər apardığını, o da orada düşərək öz işinə getdiyini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı. **-NZ-*** dövlət nömrə nişanlı avtobusla onu, dayısı oğlu Şahid5 və xalası oğlu Şahid3 kirayədə yaşadıqları ünvanın yanından, digər sərnişinləri də yoldan götürmüşdür. O, dayısı oğlu Həzrətlə birlikdə avtobusun sağ tərəfində ikinci sırada, xalası oğlu Pərviz də sağ tərəfdə üçüncü sırada onların arxasında əyləşmişdir. Niftullanın oğlu Şahid2 də avtobusda ön sırada əyləşmişdir. Azər Bakı şəhəri, Nizami rayonunda yerləşən kollecdə təhsil aldığı üçün həftənin 5 günü atası ilə birlikdə Koroğlu metrosuna qədər gedib düşərək oradan da kollecə gedirmiş. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat əynidəki paltardan onun qadın olduğu bilinirmiş. Anidən tappıltı səsi gəlmiş və o, avtobusun təkərinin partladığını düşünmüşdür. Sürücü Niftulla tez avtobusu saxlamış və o, digər sərnişinlərlə birlikdə avtobusdan yerə düşmüşdür. Yerdə bir nəfər qadının uzandığını görmüş, hadisə yerinə yığışan tanımadığı şəxslərdən biri qadının nəbzini yoxladıqdan sonra nəbzinin çox yavaş vurduğunu bildirmiş, çox keçmədən hadisə yerinə təcili yardım maşını gəlmiş və orada olan tanımadığı şəxslərlə birlikdə qadını qaldırıb təcili yardım maşınına uzatmışlar. Həkimlər yaralı piyadanı yoxladıqdan sonra onun öldüyünü bildirmişlər. Hadisə baş verdikdən sonra o, şirkətlə əlaqə saxlayıb gəldikləri avtubusun adam vurduğunu dediyi üçün piyadanı təcili yardım maşınına uzatdıqdan sonra çox keçmədən şirkətin avtobusu gəlmiş və o, dayısı oğlu Şahid5 və xalası oğlu Şahid3la birlikdə avtobusa əyləşərək işə getmişdir. Hadisə zamanı sərnişini olduqları “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusu X1 idarə etmiş, qadını yola çıxan zaman təxminən 30-40 metr məsafədən görmüş, həmin qadın yolun sağ kənarında iti yerişlərlə yola çıxmış və dayanmadan sərnişini olduqları avtobusun hərəkət zolağına çıxmış, tappıltı səsi gəlmiş və avtobus dayandıqdan sonra yerə düşüb avtobusun həmin qadını vurduğunu görmüşlər. Hadisədən qabaq yolun sağ hissəsi ilə hər hansı bir avtomobilin hərəkət etdiyini, qadının da vurulmamışdan qabaq həmin maşın keçdikdən dərhal sonra sərnişini olduqları avtobusun hərəkət zolağına keçdiyini görməmişdir. Belə ki, qadın birbaşa yolun sağ tərəf hissəsindən iti yerişlərlə hərəkət edərək əyləşdikləri avtobusun hərəkət zolağına çıxmış və avtobus da onu vurmuşdur. X1 baş vermiş hadisədən qabaq, yəni piyadanı vurmamışdan qabaq idarə etdiyi avtobusu sola və ya sağa istiqamətləndirməmiş, yaxud da tormoz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi, ev 34, mənzil 8-də 2 ilə yaxındır ki, bibisi oğlu Şahid4 və Şahid3la birlikdə kirayədə yaşayaraq Bakı şəhərində “Socar” neftayırma zavodunda qəlibçi işlədiklərini, bibisi oğlu Şahid4 və Şahid3 “Socar” neftayırma zavodunda betonçu işlədiklərini, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanda kirayədə yaşamağa başladığı vaxtdan etibarən tanıdığını, qonşu olduqlarını, Niftullanın “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla sərnişin daşımaqla məşğul olduğunu, həftənin 6 günü işə Niftullanın idarə etdiyi avtobusla getdiklərini, Niftullanın onları və digər sərnişinləri Sanqaçal qəsəbəsindən və yoldan götürərək Bakı şəhəri, Koroğlu metrosuna qədər apardığını, onların da orada düşərək öz işlərini getdiklərini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “X13" markalı, 10- NZ-640 dövlət nömrə nişanlı avtobusla onu, bibisi oğlanları Xəyal və Pərvizi kirayədə yaşadıqları ünvanın yanından, digər sərnişinləri də yoldan götürmüş, o, bibisi oğlu Xəyalla birlikdə avtobusun sağ tərəfində ikinci sırada, digər bibisi oğlu Pərviz də sağ tərəfdə üçüncü sırada onların arxasında əyləşmiş, Niftullanın oğlu Şahid2 də avtobusda ön sırada əyləşmişdir. Azər Bakı şəhəri, Nizami rayonunda yerləşən kollecdə vağzalının qarşısına yaxınlaşmışlar. Dəniz vağzalına təxminən 30-40 metr qalmış, orada yolun sağ tərəfindən iti yerişlərlə yolun sol tərəfinə keçən bir qadın görmüş, anidən tappıltı səsi gəlmiş və o, avtobusun təkərinin partladığını düşünmüşdür. Sürücü Niftulla tez avtobusu saxlamış, o, digər sərnişinlərlə birlikdə avtobusdan yerə düşmüşdür. Yerdə bir nəfər qadının uzandığını görmüş, çox keçmədən hadisə yerinə təcili yardım maşını gəlmiş və orada olan tanımadığı şəxslər həkimlərlə birlikdə qadını qaldırıb təcili yardım maşınına uzatmışlar. O isə xəsarət almış şəxsə yaxınlaşmaqdan pis olduğu üçün yaxınlaşmamışdır. Həkimlər yaralı piyadanı yoxladıqdan sonra onun öldüyünü bildirmişlər. Hadisə baş verdikdən sonra Xəyal şirkətlə əlaqə saxlayıb gəldikləri avtobusun adam vurduğunu dediyi üçün piyadanı təcili yardım maşınına uzatdıqdan sonra çox keçmədən şirkətin avtobusu gəlmiş və onlar avtobusa əyləşərək işə getmişlər. Hadisə zamanı sərnişini olduqları “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusu X1 idarə etmiş, qadını yola çıxan zaman təxminən 30-40 metr məsafədən görmüş, həmin qadın yolun sağ kənarında iti yerişlərlə yola çıxmış və dayanmadan sərnişini olduqları avtobusun hərəkətdə olduğu 3-cü hərəkət zolağına çıxmış, tappıltı səsi gəlmiş və avtobus dayandıqdan sonra yerə düşüb avtobusun həmin qadını vurduğunu görmüşdür. Hadisədən qabaq yolun sağ hissəsi ilə hər hansı bir avtomobilin hərəkət etdiyini görməmiş, qadın birbaşa iti yerişlərlə avtobusun hərəkət zolağına çıxmışdır. X1 baş vermiş hadisədən qabaq, yəni piyadanı vurmamışdan qabaq idarə etdiyi avtobusu sola və ya sağa istiqamətləndirməmiş, yaxud da tormoz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 19 nömrəli yataqxana, ev 129-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşadığını, 2019-cu ilin noyabr ayından hazırkı dövrə qədər Babək prospektində yerləşən “Ustay” tikinti şirkətində fəhlə işlədiyini, Təqsirləndirilən şəxs onun qaynatası olduğunu, Niftulla Ağabalayevin xx xxxxxx 2020-ci il tarixdə baş vermiş məlum hadisəyə qədər “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla sərnişin daşımaqla məşğul olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə qaynatasının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 35-ə gəlmiş, həmin gecəni orada qalmışlar. Səhərisi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə onun idarə etdiyi “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla işə getməyə qərar vermiş, belə ki, həmin gün saat 06:00 radələrində qaynatası Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusla onun yaşadığı ünvandan çıxmışlar. Niftulla qəsəbədaxili yolla sərnişinləri götürmüş, onlarla birlikdə qaynı Şahid2 də getmişdir. Azər Koroğlu metrostansiyasının yanında düşüb təhsil aldığı kollecə gedəcəkmiş. Yolda gedərkən Azər yatmışdır. Belə ki, həmin gün saat 06:45 radələrində Səbail rayonu, Neftçilər prospektində üçüncü zolaqla üzü Xətai rayonu istiqamətində təxminən 60 km/saat surətlə hərəkətdə olmuşlar. O, avtobusda ön sırada qabaq sağ tərəfdə əyləşmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dəniz vağzalının qarşısına çatanda orada yolu sağ tərəfdən keçərək birinci zolaqla ikinci zolaq arasında olan qırıq-qırıq xəttin üstündə bir qadın dayanmış, həmin vaxt əyləşdiyi avtobusun sağ tərəfində də ikinci zolaqla eyni istiqamətdə markasını və dövlət nömrə nişanını görmədiyi avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobil qadının yanından keçdikdən dərhal sonra qadın qaçaraq hərəkətdə olduqları zolağa daxil olmuş və qaynatası Təqsirləndirilən şəxs idarə etdiyi qeyd olunan avtobusun qabaq sağ tini qadına dəymişdir. Niftulla dərhal avtobusu yolun sağ kənarında saxlamış və onlar hamısı avtobusdan yerə düşmüşlər. Qaynı Şahid2 dərhal təcili tibbi yardıma zəng etmiş, çox keçmədən hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım işçiləri gəldikdən sonra piyadanın artıq öldüyü aşkar olunduğu üçün meyit morqa aparılmışdır. Hadisədən əvvəl qadınla onların arasında olan məsafəni bilməmişdir. Hadisə zamanı gördükləri ondan ibarətdir ki, qadın hərəkətdə olduqları zolağın sağ tərəfindən birinci və ikinci zolağın arasında olan qırıq-qırıq xəttin üzərində dayandığı yerdən qaçaraq hərəkətdə olduqları zolağa çıxmış və avtobusun sağ tərəfinin tin hissəsinin dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Piyadanın avtobusla vurulana qədər geriyə dönmə halı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid1 ifadəsində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Nərimanov küçəsi, ev 12, mənzil 16-da yaşadığını, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, 1991-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan bir övladlarının olduğunu, Səbail rayonu ərazisində yerləşən “Dəniz vağzalı"nda dənizə olan hissədə vağzalrna gəlmiş, orada iş yoldaşına yeməyi verib qayıtmışdır. Qeyd olunan tarixdə saat 10:30 radələrində onun mobil telefonuna polis əməkdaşı zəng vuraraq həyat yoldaşı Zərərçəkmiş şəxsm “Dəniz vağzalrmn qarşısında maşın vurduğunu və nəticədə vəfat etdiyini bildirmişlər. O, dərhal işdən icazə alaraq çıxmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid6 ifadəsində, Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 27, mənzil 25-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığını, 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayında qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Paşa Holding”in “Grand Agro” şirkətində təhlükəsizlik əməkdaşı işlədiyini, hazırda isə mebel sexində usta köməkçisi işlədiyini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində 28 may metrstansiyasının yanında bir taksiyə əyləşərək işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Paşa Holding”in “Grand Agro” şirkətinə getmiş, həmin gün saat 06:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkətdə olarkən “Dəniz Vağzalrnm qarşısından keçdikləri zaman onlardan sağ tərəfdə yolun sağ tərəfindən 3-cü hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan avbotusun yolu keçən bir nəfər piyada qadını vurduğunu görmüş, taksi şoferi avtomobili sağa istiqamətləndirərək yolun sağ tərəfində saxlamışdır. Onlardan arxada da həmin avtobus saxlanılmışdır. O və taksi sürücüsü avtomobildən yerə düşmüş, bu zaman avtobusun sürücüsü yaşlı bir kişinin də yerə düşdüyünü və onlarla birlikdə vurduğu piyadaya yaxınlaşdığım görmüşdür. Orada olan tanımadığı şəxslər qadının nəbzini yoxladıqdan sonra, həmin qadının öldüyü məlum olmuşdur. Tanımadığı şəxslərin çağırışlarından avtobus sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmçinin, həmin avtobusa baxaraq avtobusun “Hyundai” markalı olduğunu və dövlət nömrə nişanının **-NZ-*** olduğunu görmüş, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Orada olan tanımadığı şəxslərdən kimsə təcili yardıma zəng etdiyi üçün daha o zəng etməmiş və taksiyə əyləşsəydi bəlkə də sürücünü tanıyardı. Həmin gecə o, təsadüfən 28 may metrstansiyasının yanında bir evdə qalmış, ona görə də orada dayanan taksi sürücülərini tanımır. Baş vermiş yol-nəqliyyat hadisəsindən qabaq “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusun sağ tərəfindən hansısa avtomobilin hərəkətdə olub-olmamasını görməmiş, yolu keçən piyadanı da avtobusun vurduğu anda görmüş, həmin piyada yolu sağ tərəfdən sol tərəfə keçirmiş. Avtobus onlardan sağ tərəfdə 3-cü hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Hadisədən sonra oraya çoxlu adamlar toplaşmış, lakin həmin şəxsləri tanımır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X15 Səbail rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərbaş beyinin yumşaq qişası altına beyin yarımkürəsinin sağ alın-təpə-ənsə və sol gicgah payları üzərində geniş ölçüdə lövhəvari, beyin toxumasına nöqtəvari qansızmalarla, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası və başın yumşaq toxumalarının iç səthinə geniş ölçülü qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sol bud-çanaq oynağının bayır səthinin ətrafı sıyrıqlı səthi əzilmiş yarası, sağ əl pəncəsində İİİ daraq sümüyü proyeksiyasının və İİ barmağın arxa, sağ diz oynağının ön-bayır səthlərinin sıyrıqları, bədənin küt travması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı kəllə-beyin travması-baş beyinin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər fenotiazin, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020- ci il tarixli 8/1816 nömrəli rəyində “X13" markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması göstərilmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusa baxış keçirilmiş, baxış zamanı avtobusun qabaq buferinin sol tərəfdən işıqaltı hissədən sınması, sol işıqların şüşəsinin sınması, avtobusun qabaq tərəfdən sol tərəfinin əzilməsi müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə keçirilmiş xx xxxxxx 2020-cı il tarixli 2/1678 nömrəli protokolundan Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul etmədiyi və alkoqol sərxoşluğu vəziyyətində olmadığı görünür. AB N seriyalı 363261 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci ilədək sürücülük hüququ olmuşdur. AA N 621640 seriyalı X3 Şəhadətnaməsindən görünür ki, 10NZ640 qeydiyyat nişanlı “X14” markalı, vaqon tipli, 2004-cü il buraxılışlı, KMJRL18CP5COO3202 ban nömrəli, göy rəngli avtomobil ünvan 1 mənzil 24 ünvanda qeydiyyatda olan X2 adına xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirilmişdir. ƏN-V seriyalı 456992 nömrəli etibarnamədən görünür ki, 10NZ640 qeydiyyat nişanlı “X14” markalı, vaqon tipli, 2004-cü il buraxılışlı, KMJRL18CP5COO3202 ban nömrəli, göy rəngli avtomobil X4 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 35 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs etibar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə baş verdiyi anda “X13” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtobusu etibarnamə əsasında idarə etmiş və avtomobili idarə etmək üçün “BCDE” dərəcəli sürücülük vəsiqəsi olmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12ci və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, barışmasını, təqsirləndirilən şəxsin ondan üzr istəməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda. məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X8 ilə barışıq əldə etmişdir və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 4 (dörd) il 5 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, avtobusla sərnişin daşımasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Təqsirləndirilən şəxs tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 3 saylı vəkillər bürosunun vəkili tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X11 məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-35/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-35/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver