Məhkəmə qərarları › İş №1(009)-35/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-35/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-35/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Zəfər oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçisi “Müdafiəçi1 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Cəlilabad rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəsinə məxsus torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs **********19 və **********15 saylı 15 fevral 2020-ci il tarixli çıxarışlarla Zərərçəkmiş şəxs MMC-yə tam mülkiyyət hüququ ilə məxsus olan müvafiq olaraq 0,08 ha torpaq sahəsinin 308 kv.m-lik və 0,12 ha torpaq sahəsinin 500 kv.m-lik hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qanunsuz zəbt edərək torpaq sahələrinin üzərində hasar çəkdirməklə iki mərtəbəli yaşayış binası inşa etdirərək özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin təsisçisi və direktoru Nümayəndə ifadə verərək göstərdi ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda şirkətə məxsus bir neçə torpaq sahələri vardır, hər bir torpaq sahəsini müxtəlif fiziki şəxslərdən alqı-satqı yolu ilə almış və hər torpaq sahəsinə ayrıca Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışlar almışlar. Torpaq sahələrinə baxış keçirərkən onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs mülkiyyət hüquqi ilə "xxxx" MMC-yə məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmiş və orada ozünə ikimərtəbəli ev tikmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə danışıqlar aparılmış, "xxxx" MMC-yə məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi ona bildirilmiş, zəbt edilmiş ərazilərin dəyərinin ödənilməsi ona təklif edilmiş, lakin Təqsirləndirilən şəxs qiymətin baha olduğunu bildirib onların təklifi ilə razılaşmamışdır. Bundan sonra onlar məcbur qalıb torpaqlarının zəbt edilməsi ilə əlaqədar Səbail Rayon Polis İdarəsinə müraciət etmişlər. Məhkəmə iclasında ifadə verən Şahid2 göstərdi ki, o, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı vəzifəsində işləyir. Səbail Rayon Polis İdarəsindən idarəyə daxil olmuş müraciətlə əlaqədar Səbail rayonu, Salyan şosessi 12 ünvanda mübahisəli sahəyə müstəntiqin, tərəflərin və nümayəndələrin iştirakı ilə baxışda mütəxəssis kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs tərəfindən hasarlanmış sahə 2440 kv.m təşkil edir. Həmin sahədə 193 kv.m tikinti altında olan ikimərtəbəli ev inşa edilmişdir. Müstəntiq tərəfindən həmin ərazidə bir neçə torpaq sahələrinin sənədləri ona təqdim edilmiş və baxış keçirərkən müyyən olunmuşdur ki, "xxxx" MMC-yə məxsus reyestr nömrəsi **********19 olan 0,08 sot torpaq sahəsinin bir hissəsi və digər "xxxx" MMC-yə məxsus reyestr nömrəsi **********615 olan 12 sot torpaq sahəsinin bir hissəsi Alim Babyev tərəfindən hasarlanmış 2440 km sahənin daxilində yerləşir. Həmçinin iki mərtəbəli evin 18,8 kv.m hissəsi reyestr nömrəsi **********19 olan 8 sot torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə iclasında ifadə verən Şahid1 göstərdi ki, təxminən 2020-ci ilin əvvələrində Səbail rayonu Salyan şosessi 12 ünvanda Zərərçəkmiş şəxs MMC tərəfindən torpaq sahələri alınanda o, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi olmuş və Zərərçəkmiş şəxs MMC-nin sahibi Nümayəndə tapşırığı ilə müəyyən işləri icra etmişdir. Alınmış həmin torpaq sahələrində anbar tikməyi nəzərdə tutmuşdular, lakin başqa işləri olduğundan tikintiyə başlaya bilməmişlər. 2022-ci ildə həmin tikintiyə başlamaq istərkən torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən ev tikildiyini görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs MMC torpaqlarının zəbt edilməsi ilə bağlı Səbail rayon polis idarəsinə şikayət vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxslə qohumluq əlaqələri vardır, Bakı şəhəri Salyan şossesi 12 ünvanda 2006-cı il tarixdə Təqsirləndirilən şəxs qonşuluğunda Səbail Bələdiyəsinin sənədlərinə əsasən 0,04 ha torpaq sahəsi almışdır, indiyədək həmin torpaq sahəsinə hər hansı mülkiyyət sənədi almamışdır və maddi imkanı olmadığına görə torpaq sahəsi üzərində hər hansı tikinti işləri aparmamışdır. Daha sonra həmin torapaq sahəsini Təqsirləndirilən şəxs satmaqla bağlı razılığa gəlmişlər və həmiq torpaq sahəsini Təqsirləndirilən şəxs istifadəsinə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Bələdiyyə sənədi ilə aldığı 0,12 sot torpaq sahəsini Təqsirləndirilən şəxs zəbt etmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus torpaq sahələrini də zəbt etmişdir. Torpağının zəbt edilməsi ilə bağlı şikayət etmək məqsədi ilə o, polis idarəsinə getmiş və idarədə ona işin artıq yekunlaşdığı və məhkəməyə göndərildiyini bildirmişlər. Daha sonra o, Bakı İnzibatı məhkəməsinə şikayət etmiş hal-hazırda həmin məhkəmədə mülki mübahisələri vardır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Səbail Bələdiyyəsinin əməkdaşı X2 göstərdi ki, Təqsirləndirilən şəxs bələdiyənin 2006-cı il tarixli, 121 saylı qərarı ilə 400 kvm torpaq səhəsi ayrılmışdır. Bələdiyyədə Təqsirləndirilən şəxs bu torpaq sahəsindən başqa torpaq sahəsinin ayrılması barədə hər-hansı məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən torpaq sahəsi 2006-cı ildən onun istifadəsində olmuşdur. Təxminən 20 sota yaxın torpaq sahəsini yaşıllaşdırma aparmaq məqsədi ilə hasara almışdır. Həmin torpaq sahəsinə hər biri 0,04 ha olmaqla 2006-cı il tarixdə Səbail Bələdiyəsindən iki sənəd almışdır. Uzun müddət qeyd edilən torpaq sahəsi onun istifadəsində olmuş, yalnız 2018-ci ildə torpaq sahələrinə mülkiyyət sənədi almaq üçün Əmlak məsələləri üzrə Dövlət Reyestr Xidmətinə müraciət etmiş, Dövlət Reyestr Xidməti tərəfindən yalnız 0,04 ha torpaq sahəsinə çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində iki mərtəbəli ev tikmişdir. Tikdiyi evin bir neçə kv.metrinin və istifadəsində olan torpaq sahəsinin bir hissəsinin "xxxx" MMC-yə məxsus olmasını qəbul etmir. "xxxx" MMC və onların nümayəndələri tərəfindən həmin ərazidə olan torpaq sahələrinin saxta yollarla ələ keçirildiyini bildirir. Bu işlə əlaqədar "xxxx" MMC Səbail Rayon Polis İdarəsinə şikayət etdikdən sonra araşdırma aparılarkən ona məlum olmuşdur ki, tikdiyi evin bir hissəsi və istifadəsində olan torpaq sahəsinin bir hissəsi mülkiyyət sənədlərinə əsasən "xxxx" MMCyə məxsusdur. Bundan sonra həmin şəxslərlə danışıqlar aparmış, həmin şəxslər kiçik bir əraziyə ondan 150.000 (yüz əlli min) manat pul istəmiş, bu qədər pulu olmadığından və "xxxx" MMC həddən artıq baha qiymət deməsi səbəbindən aralarında həmin torpaq sahələrinin alqı-satqısı ilə bağlı razılığa gələ bilməmişlər. Hər hansı cinayət törətmədiyindən məhkəmədən ona bəraət verilməsini xahiş etdi. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 avqust 2022-ci il tarixli 10/3781 saylı ekspert rəyindən görünür ki, **********19 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,08 torpaq sahəsinin 308 kv.m hissəsinin, **********15 reyestr nömrəli Çıxarış sənədinə əsasən Səbail rayonu, Salyan şossesi 12 ünvanında "xxxx" MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,12 ha torpaq sahəsinin 500 kv.m hissəsinin faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mişar daşı ilə hasara alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi mişar daşı ilə hasara alınmış və üzərində bir ədəd fərdi yaşayış evi inşa edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, inşa edilmiş ev iki mərtəbə və mansardan ibarətdir. Evin ətrafı hasara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022 tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş 167370 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən xx.xx.2022-ci il tarixdən barəsində 20160/22 saylı axtarış işi olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsinə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə şübhəli şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi və şübhəli şəxs vəziyyətindən çıxarılması barədə qərarla ittiham elan etmək üçün kifayət qədər əsaslar olmadığından o, şübhəli şəxs vəziyyətindən çıxarılmış və saxlandığı Bakı şəhəri Səbail RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Lakin məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, o, saxlanılaraq polis idarəsinə gətirildikdən sonra onun ifadəsi alınmış, müvafiq hərəkətlər edildikdən sonra polis idarəsindən sərbəst buraxılmışdır. Bir gün də olsun tutulmamış, həbs edilməmiş polis idarəsinin müvəqqəti saxlama yerində saxlanılmamışdır. Cinayət işinin materialarında da Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən sonra tutulması və polisin Müvəqqəti saxlama yerinə təhvil verilməsi barədə sənəd aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən müstəntiq Cavid Məmmədova verilmiş xx.xx.2022-ci il tarixli iltizamdan da görünür ki, o, xx.xx.2022-ci il tarixdə istintaq şöbəsinin çağırışına gələcəyini öhdəsinə götürür. Səbail rayon İstintaq İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, BaTəqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Səbail rayon polis idarəsinin istintaq orqanına təhvil verilmiş, həmin günü şübhəli şəxs kimi dindirilmiş və polis idarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmədən sərbəst buraxılmışdır. Məhkəmə Səbail rayon İstintaq idarəsinin xx.xx.2022-ci il tarixli qərarının Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Polis idarəsinin Müvəqqəti saxlama yerində saxlanılması və azad edilmə hissəsində həmin qərarın formal olaraq qəbul edidiyini bildirir, Təqsirləndirilən şəxs tutulmamasını, həbsdə saxlanılmamasını, polis idarəsində dindirildikdən sonra sərbəst buraxılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri baxımından cəza təyini zamanı nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 30 mart 2015-ci il tarixli Qərarında qeyd olunur ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. (Torpaq Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Beləliklə, torpaq qanunvericiliyinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq kateqoriyaları dövlət tərəfindən müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki və cinayət məsuliyyəti növlərində müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayət məsuliyyəti yaradır. İlk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və torpaq üzərində özbaşına tikinti və quraşdırma işləri aparmada ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yalnız 0,04 ha torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət sənədi olduğu halda 2440 kv.m torpaq sahəsini qanunsuz olaraq hasara alaraq özgəsinə məxsus torpaq sahəsinin bir hissəsini ələ keçirmiş, həmçinin bir hissəsi özgəsinin mülkiyyətinə aid olan torpaq sahəsi üzərində tikinti işləri aparmaqla ev inşa etmişdir. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi torpaq sahəsini 2006-cı il tarixdən istifadə etsə də onun yalnız bir hissəsinə (0,04 ha) qanunla müəyyən edilmiş qaydada sənədi olmuş, torpaq üzərində qanunsuz tikinti işlərini isə ümumiyyətlə 2020-2022-ci illər arasında aparmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi (hasara alıb üzərində ikimərtəbəli ev inşa etdirildiyi 2440 kv.m torpaq sahəsinin yalnız 0,04 ha sahəsinə mülkiyyət hüququ olmasına dair), zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər subutlarla da tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs **********19 və **********15 saylı çıxarışlarla Zərərçəkmiş şəxs MMC-yə tam mülkiyyət hüququ ilə məxsus olan müvafiq olaraq 0,08 ha torpaq sahəsinin 308 kv.m-lik və 0,12 ha torpaq sahəsinin 500 kv.m-lik hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, qanunsuz zəbt edərək, torpaq sahələrinin üzərində hasar çəkməklə iki mərtəbəli yaşayış binası inşa etdirərək özbaşına tikinti işləri aparmışdır. Məhkəmə onun özünü təqsirli bilməməsi ilə əlaqədar ifadələrini özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunla nəzərdə tutulmuş qaydada cəzanı yüngülləşdirən hall mövcud deyildir. Bunula belə Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cinayət qanununda göstərilməyən başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzəra ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 2-ci qrup əlill olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı qanunla nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə kömək edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34TRE********************) hesabına köçürüməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini-Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34TRE********************) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar