Məhkəmə qərarları › İş №1(009)-35/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-35/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-35/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X5, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Saatlı rayonu, Sancalar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 2007-ci ildə Salyan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxxx 2006-ci ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, ünvan 4 hökmü ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxx 2004-ci ildə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan və Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgə əmlakını açıq olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il aprelin 17-də saat 02 radələrində razılaşdıqları kimi Təqsirləndirilən şəxs4 işlədiyi “Mini” adlı kafedə qalmış, o, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs günlük kirayədə qalacağı evi göstərəcəyi ilə bağlı aldadıb Salyan rayonu Arbatan kəndində yerləşən qəbirstanlıq olan yerə aparmış, orada əvvəlcədən planlaşdırdıqları kimi onları gözləyən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la görüşərək bir qədər piyada gedib su kanalının üzərindəki taxta körpünün yanında Zərərçəkmiş şəxs üzərindəki pulu verməsini tələb etmiş, sonuncunun imtina etməsinə baxmayaraq onu itələyib yerə yıxaraq üzərində olan 790 manat pulu, 350 manat dəyərində olan “Redmi Note 12” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini və 1 ədəd “ABB” bankına məxsus olan "xxxx" kartını açıq yolla talayıb götürdükdən sonra qaçıb oradan uzaqlaşaraq taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşib “Mini” adlı kafeyə qayıtmaqla soyğunçuluq cinayət əməlini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgə əmlakını açıq olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il aprelin 17-də istintaqa məlum olmayan saatda Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs “ABB" bankına məxsus olan "xxxx" kart vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 29-da yerləşən ABB ASC-yə aid olan 2355 saylı bankomatdan 100 manat və 690 manat pulu çıxartmaqla gizli yolla talayıb öz aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 790 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq cinayət əməlini törətmişlər. Məhkəmə baxış iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, həmin cinayət işi Salyan rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə, 19 aprel 2024-cü il tarixdə başlamış, 19 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə", Təqsirləndirilən şəxs4 barəsində isə “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi ərazi aidiyyəti üzrə Səbail rayon polis idarəsinə göndərilmiş və icraata qəbul edilərək ibtidai istintaq aparılmış, xx.xx.2024-cü il tarixdə ibtidai istintaq müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti 19 avqust 2024-cü il tarixədək uzadılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, xx.xx.2024-cü il tarixdə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilmişdir, (hakim Azər Tağıyevin icraatındadır). Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını açıq olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il aprelin 17-də saat 02 radələrində razılaşdıqları kimi Təqsirləndirilən şəxs4 işlədiyi “Mini” adlı kafedə qalmış, o, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs günlük kirayədə qalacaq evi göstərəcəyi ilə bağlı aldadıb Salyan rayonu Arbatan kəndində yerləşən qəbirstanlıq olan yerə aparmış, orada əvvəlcədən planlaşdırdıqları kimi gözləyən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la görüşərək bir qədər piyada gedib su kanalının üzərindəki taxta körpünün yanında Zərərçəkmiş şəxs üzərindəki pulu verməsini tələb etmiş, sonuncunun imtina etməsinə baxmayaraq itələyib yerə yıxaraq üzərində olan 790 manat pulu, 350 manat dəyərində olan “Redmi Note 12” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini və 1 ədəd “ABB” bankına məxsus olan "xxxx" kartını açıq yolla talayıb götürdükdən sonra qaçıb oradan uzaqlaşaraq taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşib “Mini” adlı kafeyə qayıtmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il aprelin 17-də istintaqa məlum olmayan saatda Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs “ABB” bakına məxsus olan "xxxx" kartını Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 29-da yerləşən ABB ASC-yə aid olan 2355 saylı bankomatdan 100 manat və 690 manat pulu çıxartmaqla gizli yolla talayıb öz aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 790 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-cı maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2024-cü il tarixdə saat 02 radələrində soyğunçuluq cinayət əməlini törətdikdən sonra, həmin gün istintaqa məlum olmayan saatda qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 soyğunçuluq cinayətini törətdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron daşıyıcıdan istifadə/etməklə oğurluq cinayət əməlini törətmiş, əldə etdikləri 790 manat pulu öz aralarında bölüşmüşdürlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1- ci maddələri ilə yanaşı, həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Beləliklə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində onlara irəli sürülmüş ittihamla müqayisədə daha ağır ittihamın, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin irəli sürülməsi üçün, cinayət işinin baxılmasına xitam verilməli və onlara başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Göstərilənlərə əsasən, Baş Prokurorluğun “X7” 107.11-ci bəndini rəhbər tutaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, X3 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.31, 180.2.1-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrində cinayətlərin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün dövlət ittihamçısı tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunması, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnikleytinantı X8 barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında müdafiəçilər Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X5, Müdafiəçi2 Nazim-Hikmət oğlu, Müdafiəçi4 və Müdafiəçi3, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasının müşahidə olunduğunu, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyindən dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlir və vəsatətlərin təmin olunmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.8-cü maddəsinə görə isə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində onlara irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxarması müəyyən edilmişdir. Dövlət ittihamçısının təklifini və cinayət işinin digər hallarını, o cümlədən, təqsirləndirilən şəxslərin cinayət hadisəsi baş verərkən yetkinlik yaşına çatmayan şəxs olmalarını nəzərə alaraq hazırki iş üzrə ibtidai istintaqı aparan müstəntiq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnikleytinantı X8 barəsində xüsusi qərar çıxarılması məqsədəuyğun hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə görə həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxslər barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bu səbədən məhkəmə hesab edir ki, məhkəməyədək icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 02 (iki) ay müəyyən edilməlidir. Eyni zamanda Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Məhkəməyədək icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 02 (iki) ay müəyyən edilsin. Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 234 (iki yüz otuz dörd) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 345 (üç yüz qırx beş) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 354 (üç yüz əlli dörd) manat, Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 354 (üç yüz əlli dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar